İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə87/93
tarix21.10.2023
ölçüsü2,4 Mb.
#159373
1   ...   83   84   85   86   87   88   89   90   ...   93
İSLAMDA-ŞİƏLİK

YEDDİNCİ
 
İMAM
 
İmam Musa ibni Cəfər (Kazim) (ə)
; O altıncı imamın 
oğludur, 128-ci hicri ilində doğulmuş və 183-cü ildə 
zindanda zəhərləndirilərək şəhid edilmişdir.
2
O həzrət atasının vəfatından sonra Allahın əmri və 
əvvəlki imamların təqdim etməsi ilə imamət məqamına 
nail oldu. 
Yeddinci imam Abbasi xəlifələrindən olan Mənsur, 
Hadi, Mehdi və Harunun müasiri idi və öz həyatını çox 
çətinliklə, ağır təqiyyə şəraitində keçirirdi. Nəhayət Harun 
həcc səfərində Mədinəyə getdi. Onun əmri ilə o həzrəti 
Peyğəmbər məscidində namaz qıldığı zaman zəncirə 
bağlayıb zindana saldılar və Mədinədən Bəsrəyə, 
Bəsrədən isə Bağdada apardılar. Uzun illər bir zindandan 
o biri zindana aparıldı.
3
Nəhayət Bağdadda Sindi ibni 
Şahikin zindanında zəhərləndirilərək şəhid edildi və 
Kazimeyn şəhərində yerləşən “Qüreyş” qəbiristanlığında 
dəfn olundu. 
Üsuli-kafi, 1-ci cild, səh-300. 
2 Üsuli-kafi, 1-ci cild, səh-476; İrşad (Mufid) səh-270; 
Fusulul-mühimmə, səh 214-23; Dəlailul-imamət, səh. 146-148; 
Mənaqibi ibni Şəhraşub, 4-cü cild, səh-324; Tarixi Yəqubi, 3-cü 
cild, səh-150. 
3 İrşad (Mufid) səh-279-383; Dəlailul-imamət, səh. 148 və 
154; Fusulul-mühimmə, səh-222; Mənaqibi ibni Şəhraşub, 4-cü 
cild, səh. 323-327; Tarixi Yəqubi, 3-cü cild, səh-150. 


245 
SƏKKİZİNCİ
 
İMAM
 
İmam Əliyyibni Musa (Riza) (ə)
; O yeddinci imamın 
oğludur, (ən məşhur tarixlərə əsasən) 148-ci hicri ilində 
doğulmuş və 203-ci ildə vəfat etmişdir.
1
Səkkizinci imam öz atasının vəfatından sonra Allahın 
əmri və imamların təqdimi ilə imamətə çatdı. O həzrət öz 
imamətinin bir müddətini Abbasi xəlifəsi olan Harunun, 
sonra isə onun oğlu Əminin, daha sonra onun digər bir 
oğlu olan Məmunun zamanında keçirdi. 
Məmun atasının vəfatından sonra qardaşı Əminlə 
ixtilafa başladı və bu da onların arasında qanlı 
müharibələrə səbəb oldu, nəhayət Əmin öldürüldü və 
Məmun xilafət kürsüsünə əyləşdi.
2
O günə qədər Abbasi xilafətinin ələvi seyyidlərinə 
qarşı siyasəti çox kobud və qəddar xarakter daşıyırdı; bu 
siyasət daim güclənməkdə idi. Bəzən ələvilərdən biri 
qiyam edərək qanlı müharibələr edirdi. Bu da xilafət 
aparatı üçün böyük bir çətinlik yaradırdı. 
Əhli-beyt (ə) imamlarının qiyamçılarla həmkarlıq 
etməmələrinə baxmayaraq, o dövrdə nəzərə çarpacaq bir 
cəmiyyət olan şiələr həmişə imamları itaəti vacib olan dini 
rəhbərlər hesab edir, onları Peyğəmbərin (s) həqiqi 
xəlifələri kimi qəbul edir, özünə kəsra və qeysər 
padşahlarının qiyafəsini alan bir dəstə dinsiz adamın 
1 Üsuli-kafi, 1-ci cild, səh-486; İrşad (Mufid) səh-284-296; 
Dəlailul-imamət, səh 175-177; Fusulul-mühimmə, səh 225-246; 
Tarixi Yəqubi, 3-cü cild, səh-188. 
2 Üsuli-kafi, 1-ci cild, səh-488; Fusulul-mühimmə, səh-237. 


246 
əlində idarə olunan xilafət aparatını napak və öz 
müqəddəslikdən uzaq hesab edirdilər. Bu vəziyyətin 
davam etməsi xilafət aparatı üçün təhlükəli idi və onu 
şiddətlə təhdid edirdi. 
Məmun bu fikrə düşdü ki, özündən əvvəlki ata-
babalarının 70 illik dövrdə həll edə bilmədikləri siyasətləri 
başqa bir siyasətlə sona çatdırsın; yəni səkkizinci imama 
vəliəhdlik məqamı versin və bu yolda olan hər bir 
çətinliyi həll etsin. Çünki ələvi seyyidlərinin əlləri xilafət 
aparatına çatdıqdan sonra artıq xilafətin əleyhinə qiyam 
etməzdilər və şiələr də öz imamlarının, həmişə murdar və 
napak əməllərlə ittiham edilən xilafətə çatdığını 
gördükləri vaxt onlara qarşı batini məhəbbətləri və 
mənəvi etiqadlarını əldən verəcək, məzhəbi təşəkkülləri 
süquta uğrayacaq və artıq bu istiqamətdən xilafət 
aparatına heç bir təhlükə mövcud olmayacaqdır.
1
Aydındır ki, bu məsələnin həyata keçməsindən sonra 
imamı aradan götürmək Məmun üçün çox da çətin 
deyildi. Məmun bu qərarı həyata keçirmək üçün imamı 
Mədinədən Mərvə çağırtdırdı; imam gəldikdən sonra 
əvvəlcə xilafəti, ondan sonra isə vəliəhdliyi qəbul etməyi 
ona təklif etdi. İmam isə bəhanə gətirərək onu qəbul 
etməməyə çalışdı. Nəhayət müəyyən yollarla ona qəbul 
etdirdi, imam da bu şərtlə qəbul etdi ki, hökumət 
1 Dəlailul-imamət, səh-197; Mənaqibi ibni Şəhraşub, 4-cü 
cild, səh-363. 


247 
işlərində, dövlət məmurlarının işə təyin edilməsi və ya 
işdən çıxarılmasında əsla müdaxilə etməsin.
1
Bu hadisə 200-ci hicri ilində baş verdi. Lakin çox 
keçmədən Məmun şiələrin çox sürətlə inkişaf etməsini
imama qarşı məhəbbətlərinin daha da şiddətlənməsini, 
ümumxalq kütlələrinin, hətta ordu komandirləri və 
dövlət məmurlarının çox qəribə şəkildə imama üz 
gətirməsini gördükdə öz səhvlərini anladı və çarə 
axtarmaq fikrinə düşdü. Nəhayət imamı zəhərləyib şəhid 
etdi. Səkkizinci imam şəhid edildikdən sonra hal-hazırda 
Məşhəd adlandırılan Tus şəhərində dəfn edildi. 
Məmun əqli elmlərin ərəb dilinə tərcüməsinə çox 
maraq göstərirdi. Onun təşkil etdiyi böyük bir elmi 
məclisdə sair din və məzhəb rəhbərləri iştirak edir, dərin 
elmi mübahisələrə girişirdilər. Səkkizinci imam da o 
məclisdə iştirak etmiş, sair din və məzhəblərin alimləri ilə 
elmi mübahisələr aparmışdı. Bu mübahisələrin çoxu 
şiələrin hədis kitablarında mövcuddur.
2

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin