Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23. 01. 2001-ci il tarixli əmri ilə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə1/19
tarix21.04.2017
ölçüsü1,29 Mb.
#15201
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   19

 

 

Taptıq Həsənov  



Əbdurrəhim Hacızadə 

Coğrafiya tarixi  

Dərs vəsaiti  

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23.01.2001-ci il tarixli əmri ilə 

ali məktəblərin coğrafiya ixtisasları ucun dərs vəsaiti kimi təsdiq edilmişdir.  

Bakı Universitetinin Nəşriyyatı, 2001  

Elmi redaktor: Akademik A.A. Nadirov  

Rəycilər: c.e.d., Professor N.A. Babaxanov,  

p.e.n., Dosent B.A. Paşayev  

Dərs vəsaiti maraqlı coğrafi axtarışlar və kəşflər nəticəsində Yerin hərtərəfli oyrənilməsi, 

xəritələşdirilməsi,  coğrafi  ideyaların  yaranması  və  inkişafı  tarixindən  bəhs  edir.  Azər-

baycanda coğrafiya elmi, onun sahələrinin inkişaf tarixi və gorkəmli coğrafiyacı alimləri 

və  s.  haqqında  kitabda  geniş  məlumat  verilir. 

Dərs  vəsaiti  tələbələr,  magistrlər, 

aspirantlar və orta məktəbin coğrafiya muəllimləri ucun nəzərdə tutulur.  

İcindəkilər  

Giriş  

Kursun mahiyyəti, obyekti və vəzifələri  



I. FƏSİL. Qədim dunya coğrafiyası (V əsrə qədərki dovr)  

İlkin coğrafi bilik və təsəvvurlərin yaranması  

Qədim misirlilərin coğrafi təsəvvur  

Qərbi, Cənubi və Şərqi Asiyanın qədim  

xalqlarının coğrafi təsəvvurləri  

Avropa antik dovrunun coğrafiyası  



II. FƏSİL. Orta əsr coğrafiyası (V-XV əsrlər)  

 


       Ərəb coğrafiyası  

Turk xalqlarının coğrafi kəşfləri və nailiyyətləri  

Normanların coğrafi kəşfləri  

Orta əsr Rusiyasında coğrafi biliklər  

Marko Polo və onun Kitabı haqqında  

Boyuk İpək yolu  



III. FƏSİL. Yeni dovrun coğrafiyası (XV-XIX əsərlər)  

Boyuk Coğrafi kəşflər dovru (XV-XVII əsərlər)  

Boyuk Coğrafi kəşflərə hazırlıq dovru  

Boyuk Coğrafi kəşflərin birinci dovru (1492-1550-ci illər)  

Boyuk Coğrafi kəşflərin ikinci dovru (1550-1650-ci illər)  

Yeni dovrun başlanğıcı (XVII əsrin ortası – XVIII əsrin ortası)  

Yeni dovrun coğrafiyası (XVIII əsrin ortası XIX əsrin ortası)  

IV. FƏSİL. Muasir dovrun coğrafiyasının yaranması (XIX əsrin ikinci yarısı – XX əsrin başlanğıcı)  

XIX əsrin yeni coğrafiyasının yaranması  

XIX əsrin ortalarında coğrafi ideyaların inkişafı  

XIX əsrin ikinci yarısında coğrafi ideyaların inkişafı  

Coğrafiya XX əsrin əvvəllərində (1900-1918-ci illər)  

V. FƏSİL. Muasir dovrun coğrafiyası  

Xarici olkələrin muasir dovrunun coğrafiyası  

MDB məkanında muasir coğrafiyanın inkişafının birinci mərhələsi  

(1918-1945-ci illər)  

MDB məkanında muasir coğrafiyanın inkişafının  

ikinci mərhələsi (1945-1980-ci illər)  

Muasir coğrafiya XX əsrin 90-cı illərində  

VI. FƏSİL. Azərbaycanın coğrafiyasının inkişaf tarixi  

.Azərbaycan coğrafiya tarixinin umumi icmalı  

Umumi fiziki coğrafiyanın inkişafı  

Landşaftşunaslıq  

Paleocoğrafiyanın inkişafı  

Geomorfologiya elminin inkişafı  

İqlimşunaslıq və hidrologiya elmi ideyalarının inkişafı  

Xəzər dənizinin oyrənilməsi  

İqtisadi və sosial coğrafiya  

Toponimika  

Kartoqrafiya və aerokosmik tədqiqatlar  

Ətraf muhitin muhafizəsi  

Məktəb coğrafiyası  

Xulasə əvəzi  



ƏDƏBİYYAT  

* * *  

Coğrafiya tarixi  

Taptıq Həsənov, Əbdurrəhim Hacızadə  

Giriş  

Coğrafiya Yer səthini və təbiətlə cəmiyyətin qarşılıqlı təsiri gedişində onda yaranan təbii-təsərrufat 

ərazi sistemlərinin inkişafı və idarə olunmasının qanunauyğunluqlarını oyrənən yeganə elmdir. Bu elmin 

ufuqləri  getdikcə  genişlənir,  nəzəri  və  təcrubi  əhəmiyyəti  artır.  Ona  gorə  də  coğrafiya  elminin  muxtəlif 

sahələrinə,  o  cumlədən  tarixinə  maraq  xeyli  artmışdır.  Bunu  nəzərə  alaraq  Bakı  Dovlət  Universitetinin 

coğrafiya  fakultəsində  bakalavr-coğraf  ixtisas  pilləsində  yeni  tədris  kursu  –  «Coğrafiya  tarixi» 

kecirilməyə başlanmışdır.  

Bu boyuk təhsil ocağında butun elmlərin, o cumlədən coğrafiyanın tarixinə həmişə boyuk əhəmiyyət 

verilir. Lakin Azərbaycan dilində coğrafiya tarixi kursu uzrə umumiləşdirilmiş dərs vəsaiti və yaxud digər 

yazılı ədəbiyyatlar hələlik yox dərəcəsində idi. Tələbələr bu sahədə olan bilikləri coğrafiyanın ayrı-ayrı 

kurslarında  səpələnmiş  halda  verilən  tarixi  məlumatlardan  toplamalı  olurdular.  Bu  da  onların  sistem 

şəklində biliklər almasına cətinliklər torədirdi və hazırlıq səviyyələrinə mənfi təsir gostərirdi. Ona gorə də 

«Coğrafiya tarixi» kursunun proqramının və dərs vəsaitinin hazırlanmasına və Azərbaycan dilində capına 

boyuk ehtiyac var idi.  

Coğrafiya  tarixi  kursunda  qədim,  orta  əsr,  yeni  və  muasir  dovrdə  Yerin  butovlukdə  təbiəti,  onun 

təsərrufatda  mənimsənilməsi  yolları,  materik  və  okeanların  kəşf  olunması  və  s.  haqqında  biliklərin 

toplanması və xəritələşdirilməsi tarixi işıqlandırılır. Ozu də ilk dəfə olaraq mustəqil Azərbaycanın yaxın 

cevrəsi olan Şərqi Avropa, Cənubi, Qərbi və Mərkəzi Asiya və Qafqazın coğrafiya tarixinə daha geniş yer 

verilir. Kitabda ilk dəfədir ki, turk xalqları və onların icərisindən cıxmış alimlərin coğrafi təsəvvurləri və 

kəşfləri ayrıca bolmə şəklində verilir.  

Boyuk  coğrafi  əhəmiyyəti  olan  məşhur  «Tarixi  İpək  yolunun»  yaranması,  onun  kecdiyi  olkələr, 

ticarət əlaqələrində rolu və Azərbaycanla bağlılığı, muasir bazar iqtisadiyyatı şəraitində əhəmiyyəti və s. 

haqqında yığcam biliklər vermək ucun kitabda xususi bolmə ayrılmışdır.  

Coğrafiya  tarixi  elmi  Yerin  coğrafi  mənzərəsinin  tarixini  tələbələr  qarşısında  aydınlaşdırır,  onun 

oyrənilməsi  mərhələlərini  acıb  gostərir.  Bir  sozlə,  «Coğrafiya  tarixi»  kursunun  başlıca  vəzifəsi  Yer 

haqqındakı  ilkin  coğrafi  təsəvvurlərin,  elmi  biliklərin  kecmişi,  indisi  və  həm  də  gələcək  istiqamətləri 

haqqında yetkin biliklər verməkdir.  

Tələbələr  əmin  olacaqlar  ki,  Yerin  umumi  mənzərəsinin  işıqlandırılması  və  xəritələrin  duzəldilməsi 

coxlu xalqların, səyyahların, dənizcilərin və coğrafiyacı alimlərin boyuk fədakar əməklərinin nəticəsidir.  

Kitabın  yazılmasında  Azərbaycanın  gorkəmli  coğrafiyaşunas  alim  prof.  Ə.M.Hacızadənin  (1920-

1991)  hazırladığı, lakin  vəfatı  ilə  bağlı  cap  etdirə  bilmədiyi  «Coğrafiyanın  tarixi  və  metodologiyası»na 

aid əlyazmaları ilkin mənbə rolunu oynamışdır. Ancaq Azərbaycan 1991-ci ildə mustəqillik qazanandan 

və  informasiya  səddləri  cokəndən  sonra  cəmiyyət  sovet  vaxtı  marksizm-leninizm  «prinsiplərinə»  uyğun 

olmadığına  gorə  qadağan  olunan  biliklərlə  azad  şəkildə  tanış  olmaq  imkanı  əldə  etdi.  Bundan  başqa, 

kursun yeni proqramına uyğun olaraq coğrafiyanın tarixinə aid bolmələr genişləndirilib və coxlu əlavələr 

edilmişdir. Deyilənləri nəzərə alaraq c.e.d., prof. Ə.M.Hacızadənin movzu ilə bağlı topladığı materialların  



lazımlı hissələri yeni əlavələr və məlumatlarla tamamlanaraq dərs vəsaiti kimi iki muəllifin adından 

capa təqdim olunmuşdur.  

Umid  edirik  ki,  təqdim  olunan  dərs  vəsaiti  coğrafiyanın  yarandığı  dovrdən  bu  gunədək  kecdiyi 

inkişaf  yolu  və  təcrubələri  ilə  tələbələri  tanış  edəcək  və  onların  coğrafi  bilik  və  mədəniyyətlərini  xeyli 

zənginləşdirəcəkdir.  

Dərs  vəsaitinin  capa  hazırlanmasında  boyuk  zəhmətlərinə  gorə  iqtisadi  və  sosial  coğrafiya 

kafedrasının baş laborantları F.E.Qasımovaya, S.Ə.Allahverdiyevaya oz minnətdarlığımızı bildiririk.  

Dərs vəsaitində olan bolmələr muəlliflər tərəfindən aşağıdakı kimi yerinə yetirilmişdir:  

Ə.M.Hacızadə – I fəsil -1.4, II-2.1, III-3.5, 3.6, IV-4.2, 4.3, 4.4, V-5.2, 5.3, 5.4, VI-6.1  

T.G.Həsənov – Giriş, I fəsil-1.1, 1.2, 1.3, II-2.2, 2.3, 2.4, 2.5, 2.6, III-3.1, 3.2, 3.3, 3.4, IV-4.1, V-5.1, 

VI-6.2, 6.3, 6.4, 6.5, 6.6, 6.7.  

Coğrafiya tarixi kursunun obyekti, məqsəd və vəzifələri  

Hər  bir  elmin  tarixinin  oyrənilməsi,  onun  gələcək  inkişafı  ucun  boyuk  əhəmiyyət  kəsb  edir. 

Kecmişimizin elmi axtarışlarını, səhvlərini və əldə etdikləri nailiyyətləri bilmədən elmin perspektivlərini 

muəyyən  etmək  qeyri-mumkundur.  Tarix  gələcəyin  proqnozlarının  əsaslarından  biridir.  Nə  qədər  ki 

insanlar yaşayır təbiətin tarixi və insanların tarixi biri-birilə bağlıdır və biri digərinə əsas yaradır. Vahid 

bir  elm  kimi  formalaşan  coğrafiya  murəkkəb  inteqrasiya  və  differensassiya  mərhələlərindən  kecmişdir. 

İlkin  olaraq  təbiət  və  cəmiyyət  elmləri  tərkibində  yaranan  coğrafiyanın  qolları  sonrakı  inkişaf 

mərhələlərində inteqrasiyaya uğrayaraq vahid elmə cevrilmişdir.  

Elmin  tarixi  inkişafı  rəvan  olmamışdır.  Uzun  muddət  irəliyə  doğru  yavaş-yavaş  hərəkətlə  yanaşı 

birdən  elə  kəskin  donuş  mərhələləri  olur  ki,  bu  mərhələlərin  də  daha  dəqiq  oyrənilməsi  xususi  maraq 

doğurur.  Belə  kəskin  donuş  mərhələlərinə  XV-XVII  əsrlərdə  baş  verən  Boyuk  Coğrafi  kəşfləri,  Şimal-

Cənub qutblərinin oyrənilməsi və Almaniya da Humbolt-Rixter, Rusiyada Pyotr Semyonov-Tyanşanski, 

Azərbaycanda  Baharlı-Qafur  Rəşad  kimi  iri  coğrafi  məktəblərin  və  kosmik  coğrafiyanın  yaranmasını 

misal gostərmək olar. Belə əhəmiyyətli kecid mərhələlərinin və elmi məktəblərin təhlili coğrafiya tarixinə 

daha qabarıq nəzər salmağa imkan verir.  

Hazırda  adlarının  oxşarlığına  gorə  coğrafiya  tarixinə  daha  yaxın  olan  iki  elm  –  tarixi  coğrafiya  və 

kəşflərin tarixi elmləri yaranmışdır.  

Coğrafiya  tarixi  elminə  hələlik  tam  tərif  verilməyibdir.  Umumiləşdirilmiş  şəkildə  demək  olar  ki, 

coğrafiya tarixi Yer səthi və onun ayrı-ayrı hissələrinin kəşf olunması, xəritələşdirilməsi və coğrafi elmi 

fikirlərin yaranması və inkişafının tarixini oyrənir.  

Tarixi  coğrafiya  muəyyən  olkələrin,  yaxud  ərazinin  fiziki,  iqtisadi  və  siyasi  coğrafiyanın  kecmiş 

vəziyyətini  oyrənən  tarixi-coğrafi  biliklər  sahəsidir.  Coğrafiya  tarixindən  fərqli  olaraq  tarixi-coğrafiya 

kecmiş dovrlərin konkret iqtisadi coğrafiyasını tədqiq edir.  

Coğrafi kəşflər tarixi ozunun yazısı olan (rəsmlərdən əlavə) xalqların numayəndəsinin ilk dəfə bu və 

ya  digər  obyektdə  (materiklər,  okeanlar,  dənizlər,  adalar,  boğazlar,  zirvələr,  vulkanlar  və  i.a.)  ilk  dəfə 

olması,  bu  obyektlərin  təsvirini  verməsi  və  yaxud  onu  xəritəyə  kocurməsidir.  İndi  buraya  həmcinin 

coğrafiya sahəsində kəşf olunan yeni nəzəriyyələr və qanunauyğunluqların tarixi də əlavə edilir.  

Coğrafi  kəşflər  dunya  tarixinə  guclu  təsir  gostərmişdir:  yeni  qitələrin,  torpaqların  tapılmasına,  bir 

olkənin varlanmasına, digərlərinin məhvinə, mustəmləkələrin əmələ gəlməsinə və s. səbəb olmuşdur.  


Bu uc elm biri-birilə sıx bağlıdır və hətta bəzi məsələlərdə ust-ustə duşurlər. Bunu, xususilə coğrafi 

kəşflər edən, bu elmi qabağa aparan gorkəmli səyyahların əsərlərinin təhlilindən aydın gormək olur. Həm 

coğrafiyanın  tarixinə  və  həm  də  coğrafi  kəşflərin  tarixinə  eyni  dərəcədə  mənsub  olan  belə  alimlərdən 

Aleksandr Humboltu, Pyotr Semyonov-Tyanşanskini və b. gostərmək olar.  

Aparılan ekspedisiyalar və ayrı-ayrı səyyahlar tərəfindən həyata kecirilən coğrafi kəşflər bizim elmə 

gələcəkdə nəzəri və praktiki umumiləşdirmələr aparmaq ucun lazım olan iri həcmdə material toplamağa 

imkan verir.  

Boyuk Coğrafi kəşflərin başlıca məqsədi yuzlərlə səyahətlər nəticəsində dunyanın fiziki xəritəsinin 

muasir  gorunuşunun  alınması  olmuşdur.  Bizim  zəmanəmizdə  dunya  xəritəsində  artıq  «ağ  ləkələr» 

qalmamışdır.  İndi  coğrafi  kəşflərin  məqsədi  yeni  coğrafi  qanunlar  və  qanunauyğunluqların  aşkar 

edilməsidir. Belə coğrafi kəşflər elmi tədqiqatın fundamental sahəsinə aid edilir. Onlar yerin quru səthi və 

Dunya  okeanının  mənimsənilməsi  ucun  həyatı  əhəmiyyət  daşıyır.  Yerin  mənimsənilməsi  prosesində 

birinci  novbədə  təbiətin  muxtəlif  tiplərinin  qarşılıqlı  təsir  mexanizmini,  insanların  muəyyən  tarixi 

biliklərini, təsərrufatın əlaqələnməsi formalarını və s. bilmək tələb olunur. Nəzəri kəşflər və onun tətbiqi 

olmadan coğrafiya gostərilən murəkkəb mexanizmini və onun idarəedilməsini əsaslandıra bilməz.  

Beləliklə,  coğrafi  kəşflərin  muasir  tarixi,  coğrafiya  tarixinə  acıq-aşkar  yaxınlaşır,  lakin  onunla  tam 

birləşmir, Belə ki, coğrafiya tarixi fəlsəfə, nəzəri coğrafiya və digər nəzəri elmlərlə yaxınlaşaraq daha cox 

metodoloji  elmə  cevrilir.  Zamanın  tələbi  onun  digər  elmlərlə  inteqrasiyasını  gucləndirir.  Lakin  bununla 

yanaşı coğrafiya tarixi ozunun daxili inkişaf məntiqinə və qanunauyğunluqlarına malikdir.  

Coğrafi kəşflər tarixi daha cox həyatın praktiki tələbatını əks etdirir. Boyuk Coğrafi kəşflər – XV-

XVII  əsrlər  dovrundə  coğrafiya  elmlərin  «şahı»  idi  və  cəmiyyət  ucun  boyuk  praktiki  əhəmiyyət  kəsb 

edirdi.  Sonralar  o  arxa  plana  kecmişdir,  lakin  indi  yenidən  elmlərin  onunə  cıxmışdır.  Hazırda  elə  bir 

zaman  gəlib  ki,  həyatın  praktiki  tələbatı  coğrafiyanın  guclu  inkişafına  şərait  yaradıb.  Dunya  okeanının, 

atmosferin,  biosferin,  qlobal  ekoloji  problemlərin,  məskunlaşma,  istehsal  və  xidmətlərin  ərazi 

sistemlərinin dərindən oyrənilməsi və s. belə tələbatlardandır.  

Coğrafi kəşflərin tarixindən fərqli olaraq coğrafiya tarixi həyatın tələbatını geniş mənada təmin edir. 

Bir  elm  kimi  coğrafiya  tarixi  daha  murəkkəbdir,  o  elmlərin  butov  inkişafından,  kadrların  hazırlıq 

səviyyəsindən, nəzəri ideyaların yaranması və yayılmasından və s. bəhs edir.  

Tarixi  faktları  və  hadisələri  ozundə  əks  etdirən  coğrafiyanın  tarixi  kursunun  başlıca  vəzifələri 

aşağıdakılardan ibarətdir:  

- coğrafi ideyaların, prinsiplərin, qanunauyğunluqların və anlayışların yaranması və inkişafının tarixi 

ardıcıllığını gostərmək,  

-  coğrafi  biliklərlə  cəmiyyətin  həyat  fəaliyyəti  arasındakı  qarşılıqlı  əlaqələrin  inkişafının  tarixi 

mərhələlərini gostərmək;  

-  muasir dovrdə coğrafi biliklərin cəmiyyətin praktiki həyatında istifadə olunmasının istiqamətlərini 

gostərmək və bu sahədə movcud olan boyuk problemləri qeyd etmək.  

Coğrafiya tarixindən toplanan biliklər bəşəriyyətin bu gunu və gələcəyi ucun boyuk fayda verə bilər. 

Məsələn,  tarixdən  məlumdur  ki,  Xəzər  dənizinin  səviyyəsi  muəyyən  onilliklərdə  gah  qalxır  və  gah  da 

enir.  Bu  tarixi  bilgiləri  nəzərə  almayaraq  dəniz  sahillərinin təsərrufatda  mənimsənilməsi  sonralar  boyuk 

ziyana başa gəlir. Bu gun Lənkəran-Astara zonasında, Xəzərin digər yerlərində su altında qalmış on min 

hektarlarla əkinlər, uzumluklər, yollar və kəndlər coğrafiyanın bizə verdiyi tarixi biliklərin əhali arasında 

zəif yayılması və biganəliyin nəticəsidir. Təbiidir ki, belə biganəliklər olkəmizə və onun əhalisinə milyard 

manatlarla ziyan vurur.  


Hələ lap qədimlərdən Cində məhsuldar quvvələrin və butovlukdə elmin inkişafı kompasın ixtirasına 

səbəb oldu, bu ixtira isə oz novbəsində coğrafi biliklərin və kəşflərin genişlənməsinə guclu təkan verdi.  

Coğrafiya tarixi bu elmin kecdiyi yolu dovrlərə bolməyi tələb edir. Coğrafiya tarixi kursun aşağıdakı 

dovrlər ayrılır:  



1. Qədim dunya coğrafiyası V əsrə qədərki dovru əhatə edir. Bu dovrdə inkişaf edən Aralıq dənizi 

mədəniyyəti  antik  coğrafi  kəşflərə  guclu  təkan  verir,  geniş  ərazilərin  coğrafi  xəritələri  tərtib  olunur. 

Qədim  xalqların  ilkin  coğrafi  təsəvvurləri  və  səyahətləri  haqqında  məlumat  verilir.  Antik 

coğrafiyaşunaslardan Eratosfen, Aristotel, Ptolemey, Strabon və b. klassik əsərlərinin coğrafiya tarixində 

yeri muəyyənləşdirilir.  

2. Orta əsr coğrafiya tarixinin (V-XV) umumi icmalı, xristian dunyasında təbiətə dair mutərəqqi və 

murtəce  baxışların  mubarizəsi,  Ərəb  coğrafiyası  və  kartoqrafiyası,  İbn-Bətuti,  Marko  Polo  və  b. 

səyahətləri əks olunur. İndiyə qədər Ərəb coğrafiyası tərkibində verilən turk xalqları və onun Əl-Xarəzmi

Əl-Biruni,  Nəsrəddin  Tusi,  Mahmud  Kaşqari  və  s.  kimi  alimlərin  astronomiya,  riyazi  coğrafiya, 

xəritəşunaslıq və s. aid bilikləri ayrıca bolmə şəklində verilir.  

3.  Yeni  dovrun  coğrafiyası  (XV-XIX  əsrlər)  Boyuk  Coğrafi  kəşflər  kapitalist  manufakturasının 

inkişafı (XYI əsrin ortalarından XYII əsrin ortalarına qədər) və yeni dovrun (XYII əsrin ortaları və XYIII 

və XIX əsrlərədək) tarixini əhatə edir. Bu dovr coğrafiya tarixinin qızıl dovru adlanır.  

4. Muasir dovrun coğrafiya tarixi Arktika və Antarktidanın, Dunya okeanının və kosmosdan Yerin 

oyrənilməsini, muxtəlif coğrafiya elmi məktəblərinin yaranmasını, ətraf muhitin muhafizəsi və bərpasını, 

Azərbaycanda coğrafiya elminin inkişafını və s. əhatə edir.  

Beləliklə, «Coğrafiya tarixi»  kursunda verilən «coğrafiya» anlayışı bu elmlər sisteminin hamısına – 

fiziki və iqtisadi coğrafiyaya, kartoqrafiyaya şamil edilir. Ozu də coğrafiya təbiət və cəmiyyətin qarşılıqlı 

təsiri gedişində yer səthində yaranan ərazi sistemlərinin inkişafı və idarə olunmasının qanunauyğunluqları 

haqqında  elm  kimi  başa  duşulur.  Landşaft,  okean,  cay,  gol,  relyef  formaları,  biosenozlar,  əhali 

məskunlaşması, şəhərlər, istehsal, rekreasiya və s. belə sistemlərdəndir. Onlar umumi və tematik xəritələr 

uzrə oyrənilə və muxtəlif xəritə miqyasları ilə nəzərdən kecirilə bilərlər.  

Coğrafiya elmlərinin tarixi ali məktəb fənni kimi tarixin inkişaf mərhələlərində coğrafi kəşflərin və 

ideyaların tarixindən bəhs edir.  

Dunya  coğrafiya  ədəbiyyatında  bu  movzuya  aid  bir  sıra  sanballı  əsərlər  yazılmışdır.  Həmin 

əsərlərdən  alman  coğrafiyaşunası  A.Hetnerin  «Coğrafiya:  onun  tarixi  və  metodları»,  «Amerika 

coğrafları»,  R.Hartşorın  «Coğrafiyanın  mahiyyəti»  və  «Coğrafiyanın  perspektivləri»,  P.H.Ceymsin 

«Dunyada  coğrafi  fikirlər»,  İngiltərə  coğrafiyacıları  P.Haqqetin  «Coğrafiya:  muasir  elmlər  sintezi», 

T.Frimmanın «Coğrafiya 100 ildə, Rusiya coğraflarıdan İ.P.  və V.İ.Maqidoviclərin beş cilddə «Coğrafi 

kəşflərin  tarixi  ocerkləri»,  A.İsacenkovun  «Coğrafi  fikirlərin  inkişafı»,  Y.Sauşkinin  «Coğrafiya  elminin 

tarixi  və  metodologiyası»,  N.M.Vəlixanlının  IX-XII  əsrdə  Ərəb  coğrafiyaşunas-səyyahları  Azərbaycan 

haqqında» və s. gostərmək olar.  

Sonuncu  istisna  olunmaqla  bu  əsərlərin  hec  biri  Azərbaycan  dilinə  tərcumə  olunmadığına  gorə 

respublikamızın  tələbə  ictimaiyyətinə,  geniş  oxucu  kutləsinə  tanış  deyildir.  İndiyədək  ana  dilimizdə 

coğrafiyanın tarixinə aid əsərlər yox dərəcəsində idi.  



Bu  baxımdan  olkəmizin  coğrafiya  ədəbiyyatında  ilk  dəfə  olaraq  yazılmış  «Coğrafiya  tarixi»  dərs 

vəsaiti  bir  tərəfdən,  yuxarıda  gostərilən  catışmazlıqları  aradan  qaldıracaq  və  digər  tərəfdən  bu  sahədə 

geniş və ardıcıl biliklər verəcəkdir, elmi tədqiqat işlərinə marağı artıracaqdır.  

I fəsil  



QƏDİM DUNYA COĞRAFİYASI (V əsrə qədərki dovr)  

1.1 İlkin coğrafi bilik və təsəvvurlərin yaranması  

İlkin  coğrafi  biliklər  hələ  ibtidai  icma  quruluşu  dovrundə  meydana  gəlmişdi.  Bu  biliklər  oz  əksini 

əfsanələrdə və sadə rəsmlərdə – «xəritələrdə» tapırdı. İnsanlar yaşadıqları ərazidə və ona yaxın yerlərdə 

baş verən hadisələr haqqında məlumat toplayır, həmin  məlumatların bəzilərini qayalarda həkk edirdilər 

(bunu  Qobustan  qayalarında  da  gormək  olar)  Belə  rəsmlərdən  qədim  insanların  dəniz,  yaxud  cay 

sahilində  yaşadıqlarını,  hansı  heyvanlara  rast  gəldiklərini  muəyyənləşdirmək  mumkundur.  Muasir 

dovrdən  gəlib  cıxmış  ən  qədim  rəsmlər  Qədim  Şərqdə  (Babilistan,  Misir)  və  Cində  yaşamış  xalqlara 

məxsusdur. Salamat qalmış qayaustu rəsmlərə Cənub Amerikanın və Şimali Asiyanın dağlıq rayonlarında 

da rast gəlinir. Beləliklə, insanların ətraf muhit haqqındakı empirik təsəvvurləri əmək fəaliyyəti birlikdə 

meydana gəlmiş və onların malik olduqları informasiyaların əsasını təşkil etmişdir.  

E.ə.  IV  minilliyin  və  III  minilliyin  hududlarında  Asiyada,  Afrikada  və  Avropada  ən  qədim  quldar 

Dovlətlər  yaranmışdır.  Bu  dovlətlərin  apardıqları  muharibələr,  şəhərsalma  işləri,  yeni  dəniz  yollarının 

kəşfi, uzaq olkələrlə ticarət əlaqələrinin yaradılması və s. coxlu biliklər tələb edirdi. Buna gorə də Şimali 

Hindistan,  qədim  Cin,  Misir,  Finikiya  kimi  dovlətlərdə  və  Finikiyanın  mustəmləkəsi  olan  Karfagen 

sakinləri  arasında  dəniz  və  quru  yollarını  oyrənən,  başqa  olkələrin  sərvətləri  haqqında  coğrafi  biliklər 

toplayan səyyahlar meydana gəlmişlər.  

Ətraf ərazilərin təbii şəraiti, vəhşi heyvanların yaşayış tərzi, dəniz və gollərdəki balıqların hərəkəti, 

movsumu,  otlaqlar  və  s.  haqqında  mufəssəl  biliklər  olmadan  təsərrufatı  idarə  etmək  qeyri-mumkun  idi. 

Uzun  illərdən  bəri  insanların  apardığı  bu  təsərrufat  fəaliyyəti  gedişində  ətraf  muhit,  yer,  bitki,  heyvan 

adları  haqqında  hafizələr  də  qalaq-qalaq  kitablardakı  qədər  biliklər  toplanmışdır.  Ozu  də  hər  bir  yerin 

ozunun  «yazılmamış»  şifahi  xalq  coğrafiyası  yaranmışdır.  Geniş  bozqır  collərdə  yaşayan  turk  xalqları 

muxtəlif otlaq tipləri və heyvan novləri ilə bağlı coxlu adlar yaratmışlar.  

Hələ  erkən  daş  dovrundə  (neolitdə)  ovcular  heyvanların  arxasınca  uzaqlara  gedir,  yavaş-yavaş  Yer 

səthində  yayılır  və  yeni  əraziləri  məskunlaşdırırdılar.  Muxtəlif  yaşayış  şəraitinə  malik  olan  bu  yeni 

ərazilər irqi və etnik fərqlərin yaranmasına təkan vermişdir.  

Ticarətin  inkişafı  yeni-yeni  qiymətli  xammal  mənbələri,  qızıl,  mis,  qalay,  ağac  materialları,  fil  dişi 

sumuyu və s. əldə etmək cəhdi coğrafi təsəvvurlərin, muxtəlif səyahətlərin başlıca hərəkətverici quvvəsi 

olmuşdur. Qızıl, gumuş, qiymətli daş-qaş, ədviyyat, ipək  və s. ilə zəngin olan olkələr arasında  əlaqələr 

daha əhəmiyyətli idi.  

Ərazi  əmək  bolgusunun  genişləndirilməsi  cəhdi  uzaq  səyahətlərə,  muxtəlif  olkələri  tanımağa, 

mustəmləkələr  tutmağa  yol  acırdı  və  nəhayət  coğrafi təsəvvurlər  və  umumiləşdirmələr  aparmağa  imkan 

verirdi.  



Coğrafi  kəşflər,  xəritələrin  tərtibi  və  coğrafi  təsvirlər  isə  oz  novbəsində  ərazi  əmək  bolgusunun 

genişlənməsinə komək edirdi. Demək olar ki, coğrafiya ərazi əmək bolgusunun inkişafından yaranmışdır; 

əgər olkələrarası əmək bolgusu zəifləyirsə, coğrafiyanın da digər elmlər arasında  əhəmiyyəti itir. Ərazi 

əmək  bolgusunun  genişlənməsi  və  dərinləşməsi  ilə  coğrafiyanın  inkişafı  arasındakı  bu  əlaqələr  nəinki 

təkcə antik, elə hazırkı dovrə də aiddir.  

Qədim  Şərq  xalqlarının  ilk  yazılı  mənbələrində  səyyahların  təsvir  etdiyi  olkələr  barədə  bir  sıra 

qiymətli məlumatlara rast gəlinir. Lakin coğrafi anlayışlar təkcə səyyahların qeydlərində deyil, nağıllarda, 

dastanlarda,  eposlarda  və  s.  əsərlərdə  də  oz  əksini  tapmışdır.  Məsələn,  hindlilərin  Ramayana  və 

«Mahabharata»  dastanlarında,  cinlilərin  «Şisezi»,  «Şuytzit»,  azərbaycanlıların  «Dədə  Qorqud», 

qırğızların  «Manas»  eposlarında  təsvir  olunan  hadisələrin  baş  verdiyi  yerlərin  coğrafi  şəraiti  haqqında 

zəngin məlumatlar vardır.  

Yer  haqqında  yaranan  belə  ilkin  təsəvvurlər  bəzən  indiki  adamlarda  təbəssum  doğuracaq  qədər 

əfsanəvi  gorunurdu.  Qədim  Babilistanda  Yer  haqqında  yaranan  təsəvvurlərə  gorə  dunya  ayrı-ayrı 

qatlardan  təşkil  olunub.  Ozləri  bu  qatın  mərəzində,  başqaları  isə  ust  və  yerin  alt  qatında  yaşadıqları 

gostərilirdi. Qədim Şumerlərin fikrincə dunyada dord cəhət var və hər cəhətdə bir dunya olur. Hindlilər 

isə, məsələn, yerin mustəvi (yastı) olduğunu və ozu də fillərin kurəyində yerləşdiyini təsəvvur edirdilər. 

Yunanlar hesab edirdilər ki, Yer hər tərəfdən okeanlarla əhatə olunmuş qabarıq disk formasındadır. Yazı 

olmadığı  tarixdən  əvvəlki  dovrə  aid  yaranan  belə  əfsanələr,  nağıllar  qorunub  saxlanılmış,  əlavələr 

edilmişdi və nəsildən nəslə verilmişdir.  

Belə əfsanələrdə coğrafi xarakterli dəqiq təsvirlər ənənəvi mif sujetləri və obrazları ilə birgə verildi. 

Yazı  icad  olunduqdan  sonra  bu  biliklərin  dəqiq  qeydiyyatının  aparılması  mumkun  olmuşdur.  Qorunub 

saxlanılmış yazılı abidələrin koməyi ilə qədim sivilizasiyanın yaradıcıları olan Misir, Assuriya, Hindistan 

və Cinin coğrafi təsəvvurləri haqqında biliklər soyləmək olurdu.  


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin