Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23. 01. 2001-ci il tarixli əmri ilə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə5/19
tarix21.04.2017
ölçüsü1,29 Mb.
#15201
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   19

  Qərbi

 

Avropanın  butun  saraylarını  ipək  parca  ilə  təchiz  edən  Venesiya  oz  manufakturalarını  surətlə  inkişaf  etdirirdi. 



Onların təmin edilməsində Karvan yolları ilə Azərbaycan və digər Şərq olkələrindən gətirilən xam ipək başlıca rol 

oynayırdı.  

Oz  əhəmiyyətini  təxminən  XVI  əsrdə  itirən  Boyuk  İpək  Yolu  XX  əsrin  90-cı  illərinə  yaxın  yenidən  bərpa 

olunmağa başlandı. Avropa-Qafqaz-Asiya (TRASEKA) dəhlizi adı altında bərpa olunan bu tarixi yolun mərkəzində 

yerləşən Azərbaycan iqtisadi və geosiyasi cəhətdən yenidən boyuk ustunluklər qazanmaqdadır.  

* * *  


Coğrafiya tarixi,  

Tapdıq Həsənov,  

Əbdurrəhim Hacızadə  

III fəsil  



YENİ DOVRUN COĞRAFİYASI (XV-XIX)  

3.1 Boyuk coqrafi kəşflər dovru (XV-XVII əsrlər)  

Yeni dovrun ilk əsrləri (XV-XVI əsrlər) Avropa sənayesinin və ticarətin inkişafı, elmin və mədəniyyətin surətli yuksəlişi ilə 

xarakterizə  olunurdu.  İlk  manufaktura  muəssisələri  yaranır  və  əmtəə  istehsalı  genişlənirdi,  istehsal  edilmiş  məhsulları  satmaq 

ucun daxili bazarlar artıq azlıq edirdi, yeni bazarlara ehtiyac duyulurdu. Qiymətli metallar – qızıl və gumuş catışmırdı, bu da mal 

dovriyyəsini  cətinləşdirirdi.  Avropaya  qızıl,  gumuş,  ipək,  qiymətli  xəz  dərilər  gətirilməsi  tələb  olunurdu.  Bundan  başqa,  Şərq 

olkələrinin  tukənməz  var  dovləti  haqqında  tacir  və  səyyahların  sohbətləri  də  avropalıların  təsəvvurlərini  coşdururdu.  Yuxarıda 

gostərilən  malları  və  Şərqin  var-dovlətini  əldə  etmək  umidi  ilə  yeni  torpaqların  axtarılıb  tapılmasına  can  atılırdı.  Bu  məqsədlə 

Avropanın  bir  sıra  olkələrindən  (İtaliya,  Portuqaliya,  Fransa,  Hollandiya  və  s.)  şərqə,  Rusiyaya,  Afrikaya  yeni  coğrafi 

ekspedisiyalar  gondərilməyə  başlandı.  Bu  ekspedisiyaların  gondərilməsi  ilə  Qərbi  Avropa  tacirləri  Avropadan  Hindistana  və 

Şərqi Asiyaya gedən yeni ticarət yolları axtarıb tapmağa, Asiya olkələri ilə birbaşa əlaqə yaratmağa səy gostərirdilər. Beləliklə, 

yuxarıda  gostərilən  amillərin  təsiri  altında  Boyuk  Coğrafi  kəşflər  dovru  başlanır.  Bu  dovr  XV  əsrin  ortalarından  XVI  əsrin 

ortalarına qədər olan tarixi dovru əhatə edir.  

Boyuk  Coğrafi  kəşflərin  tarixinə  əsaslı  diqqət  yetirilməsi  onunla  bağlıdır  ki,  birincisi,  bu  kəşflər  coğrafi 

ideyaların irəliyə doğru inkişafı nəticəsində mumkun olmuşdur, ikincisi, coğrafi kəşflər oz novbəsində yeni coğrafi 

ideyaların  inkişafına  guclu  təsir  gostərmişdir.  Məhz  bu  dialektik  əlaqə  baxımından  Boyuk  coğrafi  kəşflərin  əsas 

məqamlarının tarixinə daha geniş yer verilmişdir.  

Boyuk coğrafi kəşflər həm bəşəriyyətin və həm də coğrafiyanın tarixində onəmli rol oynamışdır. Həqiqətən də 

"Boyuk" adına layiq gorulən bu kəşflər planetimizdə bəşəriyyətin butun inkişaf tarixi boyu baş vermişdir. Hec bir 

dovrun coğrafi kəşfləri bu dərəcədə zəngin olmamışdır və dunyanın muqəddəratında belə fovqəladə əhəmiyyət kəsb 

etməmişdir.  Bir  necə  dənizci  və  səyyahlar  nəslinin  ciddi  cəhdlərilə  oykumenin  (məlum  olan  torpaqlar)  sərhədləri 

genişləndirildi: dunya ozunun yeni rənglərlə bərq vuran butun muxtəlifliyi ilə goz onundə canlandı (şəkil 8).  

Boyuk coğrafi kəşflərə qədər avropalıların təsəvvurlərində dunya Avropa, Şimali Afrika və Asiyanın bir hissəsi 

ilə  məhdudlaşırdı  ki,  bu  da  butun  qurunun  cəmi  1/4  hissəsini  əhatə  edirdi.  Bu  dovrdə  insanlar  yaşayan  butun 

materiklərin konturları muəyyənləşdirilir (Amerikanın şimali və şimali-qərb sahilləri və Avstraliyanın şərq sahilləri 

istisna  edilməklə),  dəniz  səthinin  geniş  sahələri  tədqiq  edilir:  hərcənd  ki,  Amerika,  Afrika,  Asiya  və  xususilə 

Avstraliyanın  daxili  rayonları  hələlik  oyrənilməmiş  qalırdı.  Məhz  Boyuk  coğrafi  kəşflər  sayəsində  Avropaya  indi 

hər bir avropalının adət etdiyi kartof, pomidor, qarğıdalı və tutun gətirilmişdir.  

Avropada  gedən  sosial  proseslərə  də  bu  kəşflərin  təsiri  xeyli  guclu  olmuşdur.  Ticarət  yolları  təcili  surətdə 

Aralıq  dənizindən  Atlantik  okeanına  doğru  yerini  dəyişirdi.  Nəticədə  bir  olkə  sonurdu,  digərləri  isə  tarixin  on 

sahəsinə  cıxırdı.  Kəşflər  həmcinin  vahid  dunya  bazarının  yaradılmasına  koməklik  gostərdi.  Mustəmləkələrin 

amansız  istismarı  gələcəkdə  bir  sıra  ən  yuksək  inkişaf  etmiş  olkələrin  iqtisadiyyatının  daha  surətlə  yuksəlməsinə 

şərait yaratdı. Boyuk coğrafi kəşflərin həyata kecirilməsi elm və texnikanın inkişafı sayəsində mumkun oldu. Belə 

ki,  okeanda  uzmək  ucun  kifayət  qədər  mohkəm  olan  yelkənli  karavellər  yaradıldı,  kompas  və  dəniz  xəritələri 

təkmilləşdirildi. Yerin kurə formasında olması ideyasının get-gedə daha cox quvvəyə minməsi Boyuk coğrafi kəşflər 

ucun elmi nəzəri baza oldu. Atlantik okeanından kecərək Hindistana gedən qərb istiqamətli dəniz yollarının movcud 

olması  haqqındakı  duşuncələr  həmin  ideya  ilə  bağlı  idi.  Boyuk  kəşflər  ucun  Şərq  xalqlarının  coğrafi  biliklər  və 

dənizciliyin inkişafı sahəsindəki nailiyyətlərinin muhum əhəmiyyəti olmuşdur.  

Coğrafi  kəşflər  sayəsində  toplanan  zəngin  materiallar  coğrafiya  elmində  uzun  muddət  davam  edən durğunluğa  son 

qoydu,  aydın  olmayan  və  səhv  anlayışların  duzgun  başa  duşulməsinə  səbəb  oldu.  XV  əsrin  axırında  və  XVI  əsrin 

əvvəlində Vasko da Qamanın, X.Kolumbun ekspedisiyaları, F.Magellanın Yer  ətrafında ilk dəniz səyahəti Yer haqqında 

umumcoğrafi  təsəvvurlərin  yaradılmasında  əsaslı  bir  pillə  oldu.  Coğrafi  xəritələrdə  Amerika  və  Sakit  okean  oz  əksini 

tapdı,  Hindistana  gedən  dəniz  yolu,  Yer  kurəsinin  əksər  hissəsi  kəşf  edildi.  Bir  sozlə,  coğrafiya  elminin  inkişafı  ucun 

munbit  şərait  yarandı.  Boyuk  coğrafi  kəşflər  elmin  bir  cox  digər  sahələri  (botanika,  zoologiya,  etnoqrafiya  və  s.)  ucun 

zəngin material verdi.  

Coğrafiya  tarixində  XV  əsrə  (daha  dəqiq  desək  1415-1420-ci  illərdən  başlayaraq  1492-ci  ilədək  olan  dovr) 

erkən orta əsrdən Boyuk coğrafi kəşflərə hazırlıq dovru kimi baxılır. Məhz bu dovrdə Amerika və Hindistana dəniz 

yollarının acılması ucun tələb olunan sosial-iqtisadi şərait yaranmışdır və bu kəşflərə təkan verən coğrafi konsepsiya 

inkişaf tapmışdır: nəhayət, uzaq okean səfərlərinə cıxmaq təcrubəsi toplanırdı.  



3.2 Boyuk coğrafi kəşflərə hazırlıq dovru (XV əsr)  

Boyuk  coğrafi  kəşflərin  ilkin  mərhələsində  bir  sıra  səbəblər  uzundən  İspaniya  və  Portuqaliya  digər  olkələrlə 

muqayisədə qarşıda duran murəkkəb vəzifələrin yerinə yetirilməsinə daha cox hazır idilər. Məhz bu iki Pireney olkəsinin 

səyyahları  bir  necə  onilliklərdə  Afrikanın  ətrafını  dolanmaqla Şərq  olkələrinə  və  Amerikaya  gedən  yolları  kəşf  etmişlər, 

Şərq yolunun axtarışı ilə onlar Hindistanı və Qərb yolunun axtarışı ilə isə iki boyuk materiki - Şimali və Cənubi Amerikanı 

kəşf etdilər və oyrəndilər.  

Lakin  XVI  əsrin  ortalarından  başlayaraq  Pireney  olkələri  zəbt  etdikləri  sərvətlər  ilə  məhdudlaşaraq,  yeni 

torpaqlar axtarışından imtina etdilər və əsas diqqəti tutuqları yerləri əldə saxlamağa yonəltdilər. Gostərilən vaxtdan 

sonra onların yerinə daha guclu olan İngiltərə və Hollandiya gəldi.  

Deməli, Boyuk Coğrafi kəşfləri ilkin hazırlayan və həyata kecirən iki Pireney dovləti- İspaniya və Portuqaliya 

olmuşdur.  Boyuk  coğrafi  kəşflər  dovru  X.Kolumb  və  F.Magellanın  adları  ilə  bağlı  olsa  da,  bu  bir  həqiqətdir  ki, 

həmin  dovrdə  uzaq  dəniz  səyahətlərinin  elmi  və  texniki  bazasını  boyuk  təkid  və  həvəslə  hazırlayan  Portuqaliya 

şahzadəsi Henrix Dənizci (1395-1460) olmuşdur. Dənizci ləqəbi Henrixə XIX əsrdə verilmişdir. Bu adı almasına 

baxmayaraq, coxlu ekspedisiyalar təşkil etsə də, onun ozu hec bir dəniz səyahətinə cıxmamışdır.  

O, hələ gənc ikən 1415-ci ildə Şimali Afrika limanı olan Suyetanın Portuqaliya tərəfindən alınmasında iştirak 

etmişdir.  Hələ  orada  olarkən  oyrənir  ki,  bu  şəhərdən  cənuba  -  Boyuk  səhranı  kəsib  kecən  və  qızılla  zəngin  olan 



olkələrə karvan yolu uzanır. Odur ki, Henrix Dənizci Afrikanın qərb sahili boyu gəmilər gondərib bu zəngin olkələrə 

catmağa can atırdı. O, butun omrunu belə məqsədlərin həyata kecirilməsinə həsr etmişdir.  

Henrix Avropanın ən qərb burnu olan San-Visentedə rəsədxana, kosmoqrafiya və dənizcilik məktəbləri təşkil edir və 

Avropanın  hər  yerindən  buraya  ən  yaxşı  kartoqrafları,  astronomları,  naviqasiya  cihazlarından  başı  cıxan  mutəxəssisləri 

dəvət  edir.  Səyahətlər  zamanı  səmt  kuləkləri,  dəniz  axınları,  burunlar  və  adalar  haqqında  toplanan  ən  yeni  məlumatlar 

burada  qeydiyyata  alınırdı.  Hindistana  dəniz  yolu  axtarmaq  ucun  Henrix  məktəbi  tərəfindən  ilbəil  Afrikanın  sahilləri 

boyuna Portuqaliya gəmiləri gondərilirdi.  

Okean qarşısında qorxu hissi insanlarda hələ boyuk idi və hətta bəzən hec nə ilə nəzərə carpmayan adi bir burun 

kecilməz  maneəyə  cevrilirdi.  Henrix  Dənizci  adamları  məcbur  edirdi  ki,  bu  qorxunu  aradan  qaldırsınlar,  o  əsl 

dənizcilər  tərbiyə  edirdi.  Elə  Afrikanın  cənub  ucqarındakı  Umid  burnunu  kecməyin  qorxu  xofunu  məhz  onun 

yetişdirdiyi dənizcilər aradan qaldırdılar.  

Portuqaliyalılar  hələ  lap  qədim  zamanlardan  başlayaraq  Afrikanın  qərb  sahillərini  qarış-qarış  oyrənirdilər. 

Henrix  Dənizcinin  yetişdirmələri  isə  bu  prosesi  surətləndirirdilər.  Tezliklə  Alvize  de  Kadamosto  Yaşıl  Burun 

adalarını kəşf edir. Afrika sahilləri ilə cənuba hərəkət edən Perri di Sintra 1462-ci ildə lap sahilə yaxın hundur dağlar 

gorur, onun buludlarda gizlənən zirvəsindən pələng nərəsi eşidir və ona gorə də bu dağa Syerra-Leone (Pələng dağı) 

adını  verir.  1470-1473-cu  illərdə  portuqaliyalılar  Qvineya  korfəzinin  sahillərini  mənimsəməyə  başlayırlar  və  bu 

zəngin  yerlərə  muxtəlif adlar verirlər: Fil Dişi Sumuyu  sahilləri, Qızıl sahil, Golə sahil və s.. İlk dəfə 1441-ci ildə 

buradan Avropaya aparılan qara qul əsl sensasiya doğurur. Sonrakı illərdə portuqaliyalıların təşkil etdikləri bir cox 

ekspedisiyaların  başlıca  məqsədi  rusvaycı  və  qeyri-insanı  qul  ovu  idi,  belə  ki,  qul  alveri  boyuk  gəlir  gətirirdi. 

Qvineya  korfəzindən  cənuba  hərəkət  edən  portuqaliyalılar  sahilin  gorkəmli  yerlərində  daş  sutunlar-padranlar 

qoyurdular. Onun yuxarı hissəsi xac şəklində olurdu, uzərində isə Portuqaliya kralının və həmin sahilə ilk dəfə cıxan 

dəniz səyyahının adı yazılırdı.  

Padranlar  gələcək  dəniz  səyahətləri  ucun  oriyentir  (mayak)  rolunu  oynayırdı  və  Portuqaliyanın  bu  yerlərin 

kəşflərində olan ustunluklərini subut edirdi.  

Hindistana  yol  axtaran  Diaş  Bartolomeu  (1450-1500)  ilk  dəfə  1487-1488-ci  illərdə  Afrikanın  cənub 

ucqarlarından kecərək indiyə qədər qapalı hesab olunan Hind okeanına cıxır. Lakin guclu fırtınalar onun gəmilərini 

əldən  elə  salır  ki,  o,  həmən  burnu  «Fırtına  burnu»  adlandırır.  Amma  indi  biz  coğrafiya  xəritələrində  bu  ada  rast 

gəlmirik,  ona  gorə  ki,  Portuqaliya  Kralı  II  Juan  «Fırtına  burnu»nu  «Umud  burnu»  adlandırmağı  əmr  edir.  Cunki 

Diaşın kəşfi portuqaliyalılara zəngin Hindistana dəniz yolu ilə gedib cıxmaq umidini verirdi və doğrudan da bundan 

on il sonra Vasko da Qamanın səyahəti bu umidi doğrultdu.  

Portuqaliyalılar Afrikanın sahilləri ilə hərəkət etdikləri bir vaxtda, digər yerdə Hindistana və Cinə qərb dəniz 

yolunun  axtarılması  ideyası  yetişirdi.  Bu  ideya  antik  coğrafların  ideyaları  ilə  tanışlıq  əsasında  yaranan  umumi 

coğrafi baxışlar idi.  

3.3 Boyuk coğrafi kəşflərin birinci dovru (1492-1550-ci illər)  

Xristofor Kolumbun 1492-ci ildə ilk dəfə Atlantik okeanını uzub kecməsi Boyuk coğrafi kəşflərin başlanğıcı 

kimi qəbul olunur (şəkil 10). Amerika sahillərinə yaxınlaşan Kolumbun gəmiləri ilk dəfə olaraq 12 oktyabr 1492-ci 

ildə  sahildə  qurunu  gorurlər  və  sonrakı  gun  ozlərinin  kəşf  etdikləri  torpağa  ayaq  basaraq  onu  Vest-İndiya 

adlandırırlar.  Bu,  birinci  səyahəti  zamanı  (1492-1493-cu  illər)  X.Kolumb  Baham,  Kuba  və  Haiti  (Espanyola) 

adalarını kəşf edir.  

Onun  ikinci  səyahəti  (1493-1496-cı  il)  Kicik  Antil  adalarının  bir  qrupunun,  Puerto-Riko  və  Yamayka 

adalarının  kəşfinə  gətirib  cıxarır;  bundan  başqa  Kubanın  cənub  sahillərini  tədqiq  edir  (materikin  bir  hissəsi  kimi 

başa duşurdu).  

Ucuncu  səyahəti  (1498-1500-cu  il)  zamanı  cənubi  Amerika  materikinin  şimal  sahillərindəki  Orinoko  cayının 

ağzı və Trinidad adası kəşf olunur.  

Kolumb cənubi Amerika materikinin sahillərində olsa da, onu Kohnə Dunyanın bir adası hesab edirdi və Yeni 

Dunyanı kəşf etdiyini hec təsəvvurunə belə gətirmirdi.  



Dorduncu  səyahəti zamanı (1502-1504-cu ildə) o, Mərkəzi  Amerikanın 2  min  km. uzunluğundakı  sahillərini 

kəşf edir və Panama bərzəxinə yaxın hissədən qərbə yol axtarır. X.Kolumb daha sonra Honduras Nikaraqua, Kosta-

Rika və Panama sahilboyu uzərək cənub-şərqə gedib Daryen korfəzinə cıxır.  

Kolumbun  hələ  sonuncu  səyahəti  başa  catmamış,  1497-ci  ildə  İspan  dovləti  tərəfindən  yeni  torpaqların 

mənimsənilməsinə  icazə  verilir  və  buraya  avropalıların  –  konkistadorların  boyuk  axını  başlayır.  Tarixcilərin  qeyd 

etdiyi kimi, «onlar buraya əllərində xac və urəklərində qızıla olan hərisliklə gəlirdilər».  

Mərkəzi Amerikanın kəşfi və mənimsənilməsi ildırım surətlə baş verdi. Bir-birinin ardınca qərbə İspan və daha 

sonra isə Portuqal gəmiləri gedirdi.  

Varlı  İspan  gəmi  sahibləri  1499-1500-cu  illərdə  Ameriqo  Vespuccinin  iştirakı  ilə  cənubi  Amerikaya  dord 

ekspedisiya təşkil edirlər. Onlar 700-800 mil uzunluğunda sahilləri oyrənirlər və Amazon cayının ağzını kəşf edirlər.  

1500-cu  ildə  Hindistana  yollanan  portuqaliyalı  Pedro  Kabralın  gəmilərini  fırtına  Braziliya  sahillərinə  atır, 

buranı  o  Santa-Krus  adası  adlandırır.  Sonralar  Portuqaliya  tacirləri  buraya  boyaq  ağacı  (Braziliya)  ucun  uzməyə 

başlayırlar.  

Kolumbun birinci ekspedisiyasının nəticələri məlum olan kimi İngiltərə Con Kabotun başcılığı ilə 1497-ci ildə 

Hindistana  dəniz  yolu  acmaq  ucun  qərbə  gəmilər  gondərir.  Kabot  Kolumbdan  əvvəl  Şimali  Amerika  materikində 

(ehtimal  ki,  bu  yerlər  Nyufaundlend  adası  və  Labrador  yarımadası  imiş)  olmuşdur.  Beləliklə,  məlum  olur  ki, 

normanlardan  sonra  Şimali  Amerikanı  həqiqi  kəşf  edən  Kabot  olmuşdur.  1498-ci  ildə  olan  ikinci  səfərində  Kabot 


Nyufaundlenddən başlayaraq Floridaya qədər uzanan Şimali Amerika sahillərini tədqiq edir. Kolumb kimi Kabot da 

gorduyu  yerləri  Şərqi  Asiyanın  –  Cin  sahilləri  hesab  edir.  Dunyada  ən  zəngin  balıqcılıq  rayonlarından  biri  olan 

Boyuk Nyufaundlend dayazlığını da Kabot kəşf etmişdir.  

1513-cu  ildə  Vasko  Nunyes  Balboa  ilk  dəfə  Panama  bərzəxini  kəsib  kecir  və  ispanların  coxdan  axtardıqları 

cənub dənizini (Sakit okeanı) kəşf edir.  

Ernan  Kortes  1519-1521-ci  illərdə  asteklər  dovlətini  (muasir  Meksika  ərazisində)  talan  edir,  Yukandakı 

yuksək inkişaf etmiş maya xalqını əsarət altına alır, coxlu qızıl və cavahirat əldə edir.  

Kortesin  yuruşləri  nəticəsində  İspaniya  Amerikada  ilk  boyuk  ərazi  ələ  kecirir  və  Mərkəzi  Amerikanın  şimal 

hissəsi işğal olunub İspaniya dovlətinə birləşdirilir.  



Fransisko  Pisarro  qardaşları  1524-1537-ci  illərdə  digər  konkistadorlarla  birlikdə  (Almaqro  Diyeqo  və  b.) 

Cənubi Amerikanın (Peru və Cili) qərb sahillərini kəşf edirlər və inklərin guclu imperiyasını tuturlar.  

İspaniya  konkistadorları  tarixdə  gorunməmiş  vəhşiliklərlə  yerli  xalqları  qırırdılar,  onların  mədəniyyətini 

dağıdırdılar və boyuk acgozluklə sərvətlərini qarət edirdilər.  

Fransanın  Yeni  Dunyaya  təşkil  etdiyi  ekspedisiyalar  Şimali  Amerikanın  okeanı  sahillərini  oyrənir,  Hudzon 

cayını kəşf edir və buradan qərbə kecid yolu axtarırlar. 1554-cu ildə fransız səyyahı Jak Kartye həmin dəniz kecidini 

axtararkən  Nyufaundlendi  və  Muqəddəs  Lavrentiya  korfəzini  tədqiq  edir.  Bir  ildən  sonra  o  Muqəddəs  Lavrentiya 

cayı  ilə  yuxarı  –  hazırkı  Monreal  şəhəri  olan  yerə  kockunlər  gətirmiş  və  1541-ci  ildə  Kvebekin  bunovrəsini 

qoymuşdur.  

Beləliklə, XVI əsrin ortalarına Şimali Amerikanın qərbdə 400, şərqdə 600 şm.e. qədər olan sahilləri avropalılara artıq 

bəlli idi; onlar Cənubi Amerikanın ətrafına fırlanmış və Amazon cayı ilə qərbdən şərqə kecmişlər. İspaniya konkistadorları 

Meksikanı,  Mərkəzi  Amerikanı,  Perunu,  Cilini  tutmuşlar,  La-Plata,  Orinoko,  Kolorado,  Maqdalen,  Missuri  cayları 

hovzələrinə  daxil  olmuşlar.  İngilislər  və  fransızlar  isə  Şimalı  Amerikanın  şərq,  orta  və  şimal  hissələrini  tədqiq  etməyə 

başlamışlar.  

Boyuk  coğrafi  kəşflərin  əsasını  qoyan  Xristofor  Kolumb  omrunun  axırına  kimi  (1506-cı  ildə  vəfat  edib)  elə 

bilirdi  ki,  Hindistana  qərbdən  yol  acmışdır.  Oyrəndiyi  əraziləri  o  Vest-İndiya,  yerli  əhalini  isə  indular 

adlandırmışdır.  Kolumb  hələ  də  bilmirdi  ki,  «Yeni  Dunyanı»  Asiyadan  boyuk  okean  ayırır  və  kəşf  etdiyi  coğrafi 

adalar hec də Asiya adaları deyildir.  

Lakin bir az sonra Kolumbun muasirləri və davamcıları bu adlar toplusunun arxasında avropalılara indiyə qədər 

məlum  olmayan  nəhəng  materikin  ilkin  cizgilərini  gorurlər.  Ədalət  naminə  qeyd  etməliyik  ki,  bu  yeni  materik 

Kolumbun adını daşımalı idi. Lakin  Amerika  adını alır. Butun qitələrdən təkcə  biri real adamın şərəfinə  Amerika 

adlandırılmışdır. Bu adam Ameriqo Vespucci idi.  

Coğrafiya tarixciləri arasında Ameriqo Vespuccinin (1451-1512) səyahətləri haqqında muxtəlif fikirlər vardır. 

Durust  məlumatlara  gorə  o,  1501-1502-ci  illərdə  portuqaliyalıların  ekspedisiyalarında  iştirak  etmiş,  Cənubi 

Amerikada  ekvator  uzərində  olmuş,  Braziliya  sahillərinin  bir  hissəsini  xəritəyə  kocurmuşdur.  Əlbətdə,  bir  dəniz 

səyyahı  kimi  onun  xidmətləri  yuxarıda  deyilənlərlə  kifayətlənə  bilərdi.  Bəs  belə  bir  halda  necə  olmuşdur  ki,  Yeni 

Dunya Ameriqo Vespuccinin adı ilə adlandırılmışdır. Ona əbədi şohrət gətirən işlər tamamilə başqa yonlu olmuşdur.  

Vespucciyə  qədər  hec  kim  yeni  kəşf  olunmuş  torpaqların  7  min  km.  uzunluğunda  olan  sahil  xəttlərinin 

muşahidəsini aparmamışdır. Ona gorə də Atlantikanın o tayında kəşf olunan torpaqların Asiya olmadığı fikrinə ilk 

dəfə Kolumb yox, məhz Vespucci gəlmişdir. O yazırdı ki, bu olkələri Yeni Dunya adlandırmaq lazımdır. Bu dunya 

haqqında  bizim  nəsillərin  indiyə  qədər  hec  bir  təsəvvurləri  olmamışdır.  Və  o  həlledici  dəlil  gətirir:  artıq  coxdan 

muəyyən edilib ki,  Asiya  şimal  yarım kurəsində  yerləşir və ekvator  materik  xəttini  hec bir  yerdə kəsmir. Halbuki, 

yeni kəşf olunan torpaqlar təkcə ekvatora yox, həm də cənub tropikindən də cənuba uzanırdı.  

Ameriqo Vespucciyə şohrət qazandıran digər səbəb onun Avropaya gondərdiyi məktublar olmuşdur. O zaman 

yeni  coğrafi  kəşflərə  Avropa  oxucuları  boyuk  maraq  gostərirdilər,  lakin  belə  məlumatlar  cox  az  verilirdi:  dəniz 

səyyahlarının hesabatları nadir hallarda cap olunurdu, məzmunu quru olurdu və ehtiyatla yazılırdı. Belə ki, İspaniya 

hokuməti  Kolumbun  və  digər  səyyahların  kəşfləri  haqqında  olan  məlumatların  capına  qadağa  qoymuşdu.  Belə  bir 

məlumat qıtlığı şəraitində kəşf olunan torpaqların təbii mənzərəsi, orada yaşayan əhalinin məişəti haqqında ilk dəfə 

Ameriqo  Vespucci  tərəfindən  yazılmış  cox  səmimi  və  maraqlı  məktublar  Avropada  surətlə  yayılmağa  başlayır. 

Onun gondərdiyi xəritə və məktubları əldə edən alman coğrafiyaşunası Martin Valdzemuller ozunun 1507-ci ildə 

yazdığı «Kosmoqrafiyaya giriş» kitabında ilk dəfə «Amerika» adını cəkir.  

İlk dəfə bu ad Ameriqo Vespuccinin oyrəndiyi olkələrə (Venesuela, Braziliya və butovlukdə cənubi Amerika) 

şamil edilirdi. Sonralar Herard Merkador 1538-ci ildə ilk dəfə Amerika adını materikin şimal hissəsinə də şamil 

etmişdir  və  beləliklə  də  bu  ad  başqa  coğrafiyaşunaslar  tərəfindən  təkrar  olunmuş,  qlobus  və  xəritələrdə  yazılıb 

əbədiləşdirilmişdir.  

Qaldı  ki,  Hindistana  dəniz  yoluna,  onun  Acılmasında  portuqaliyalılar  ispanları  qabaqlayırlar,  Kolumbun 

kəşfləri Hindistana təcili olaraq yenidən yol axtarışının başlanmasına təkan verir.  

1497-ci ildə kral Manuel Vasko da Qamanın  (1469-1524) başcılığı altında Hindistana  ekspedisiya gondərir. 

Afrika sahillərindəki əks səmt kuləkləri və cərəyanlarından yan kecmək ucun onun gəmiləri əvvəlcə qərbə donərək 

sahildən xeyli aralı uzməyə başlayır və yalnız sonra şərqə istiqamət goturərək sahilə yaxınlaşır. Bu yol uzaq olsa da, 

yelkənli gəmilərin Lissabondan Umid Burnuna qədər tez və rahat uzə bildiyi yol idi. Nəhayət, onun gəmiləri Umid 

burnunu dolanaraq Hind okeanına cıxır.  Afrikanın şərq sahili boyu uzərək Mozambik  adalarına  gəlir  və  burada  o 

qızğın  ticarət  edən  ərəb  tacirlərini  gorur.  Şimal  istiqamətində  uzən  Vasko  da  Qama  Malinda  limanına  gəlib  catır. 

Burada portuqaliyalılar yerli hokmdarların koməyi ilə ən mahir ərəb losmanı və kartoqrafı hesab olunan Əhməd İbn-



Məcidi ozlərinə bələdci gotururlər. Vasko da Qama onun koməyi və musson-səmt (may ayı) kuləklərindən istifadə 

edərək  1498-ci  ildə  Hindistan  sahillərinə  gəlib  catır.  O,  yerli  tacirlərlə  alver  edərək,  ədviyyat,  qızıl  və  bahalı  daş-

qaşla oz gəmilərini yukləyir və yenə də musson kuləklərindən istifadə edərək geriyə – Afrika sahillərinə və oradan 

isə 1499-cu ildə Portuqaliyaya qayıdır. Beləliklə, Vasko da Qama Afrika ətrafına cənubdan dolanaraq dəniz yolu ilə 

Hindistana gəlmiş ilk avropalı hesab olunur. Bu təkcə Portuqaliya tarixində deyil, dunya ticarəti tarixində də onəmli 

bir  hadisə  idi.  Həmin  vaxtdan  başlayaraq  Suveyş  kanalı  (1869)  acılanadək,  Avropa  ilə  Hindistan  və  Cin  arasında 

ticarət  əvvəlki  kimi  Aralıq  dənizi  ilə  yox,  Atlantik  okeanı  –  Umid  Burnu  yanından  kecən  dəniz  yolu  ilə  aparıldı. 

Yeni  acılan  bu  dəniz  yolu  tarixi  İpək  yolunun  da  tənəzzulunə  səbəb  oldu.  Sosial-siyasi  baxımdan  isə  Hindistanın 

talan və işğalının başlanğıcını qoydu.  

Vasko  da  Qama  1502-ci  ildə  top-tufənglə  yenidən  Hindistana  gəlir.  Kəlkədə  şəhərini  dağıdır  və  boyuk  var-

dovlətlə  vətənə  qayıdır.  Bu  ekspedisiya  təkcə  Hindistanın  yox,  həm  də  Hind-Cin  və  İndoneziyanın  zəbt  və  talan 

olunması ilə nəticələnir. Portuqaliyalılar sonralar Pekinə  və Yaponiyanın Kyusuyu adasına qədər gedib cıxırlar və 

bu olkələrlə ticarət əlaqələrinin əsasını qoyurlar.  

Belə  bir  vəziyyətdə  Amerikanı  kəşf  etdikdən  sonra  orada  acı  bibərdən  başqa  hec  nə  tapa  bilməyən  ispanlar 

durub  gozləyə  bilməzdilər  ki,  Hindistan  ədviyyatının  ticarəti  təkcə  portuqaliyalıların  əlində  olsun.  Bu  da  oz 

novbəsində İspaniyanın hakim dairələrini ədviyyat olkələrinə (Moluk adaları) qərb dəniz yolunun inadla axtarışına 

vadar edir.  


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin