Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23. 01. 2001-ci il tarixli əmri ilə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə4/19
tarix21.04.2017
ölçüsü1,29 Mb.
#15201
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   19

Nəsrəddin Tusi (1201-1274) Yerin fəzada vəziyyətini gostərmiş  və dərəcə torunu tərtib etmişdir. Astronomiya və 

coğrafiyaya aid qiymətli mulahizələr irəli surmuşdur. Tusinin Təbriz yaxınlığındakı rəsədxanası uzun illər ali tədris 

mərkəzi  kimi  fəaliyyət  gostərmişdir.  M.N.Tusi  triqonometriyanın  əsasını  qoymuşdur.  Onun  olkə  iqtisadiyyatına, 

idarəetməyə, şəhər təsərrufatının təşkilinə aid qiymətli fikirləri olmuşdur.  

XV  əsrdə  yaşamış  ərəb  və  fars  dillərində  yazmış  Azərbaycan  alimi  Əbdurrəşid  İbn-Saleh  Bakuvini  (1402-

1473)  coğrafiyaya  aid  bir  sıra  qiymətli  əsərləri  bizə  gəlib  catmışdır.  Onun  «Abidələrin»  xulasəsi  və  qudrətli 

hokmdarın  mocuzələri  kitabı  akad. Z.M.Bunyadzadə  tərəfindən  ərəb dilindən rus  və  azərbaycan dillərinə  tərcumə 

edilmişdir.  Bu  kitabda  Yer  səthi  yeddi  iqlim  qurşağına  ayrılmış,  bu  qurşaqların  əhatə  etdiyi  olkələr,  şəhərlər,  iri 

yaşayış yerləri və tarixi abidələri haqqında muxtəlif məlumatlar verilmişdir.  

Bakı  haqqındakı  məsələlərə  geniş  yer  verilmiş,  muəllif  barədə  qiymətli  mulahizələr  yazılmışdır.  O,  Bakıda 

anadan olmuş və Qahirədə vəfat etmişdir.  

2.3 Normanların coğrafi kəşfləri  

Vikinqlər adlanan normanlar – «şimal adaları» muasir Danimarkada İsvecin cənubunda və Norvec sahillərində 

yaşamış  qədim  alman  tayfaları  olmuşlar.  Hələ  VIII  əsrdən  başlayaraq  norman  gəmiləri  Norvec,  Baltik,  Şimal, 

Barens  dənizlərində  və  Biskay  korfəzi  sahillərində  cəsarətlə  uzurdulər.  Onlar  hətta  Ağ,  Xəzər,  Aralıq  və  Qara 

dənizlərinə daxil olur, sahildəki kəndləri və şəhərləri viran edirdilər. Cay yuxarı qalxaraq gəmilərini surukləyib bir 

hovzədən  digərinə  kecirirdilər.  Baltik-Volqa  su  yolu  ilə  Xəzər  dənizinə  gəlib  cıxma  imkanlarını  nəzərə  alan 

gorkəmli  dəniz  səyahətcisi  Tur  Heyerdal  Qobustan  qayaları  uzərindəki  gəmi  rəsmində  normanların  izlərini 

axtarmışdır.  Normanlar  Britaniya  adalarını  zəbt  edib,  Normandiyada  mohkəmlənmiş  və  Fransanı  qorxu  altında 

saxlamış, Siciliyada Norman dovləti yaratmışlar. İki yuz il Avropanı qorxu altında saxlayan normanlar daha muhum 

olan  coğrafi  kəşflər  etmişlər.  Onlar  ilk  dəfə  İslandiyada  (860-cı  il),  Qrenladiyada  (982-ci  il)  və  nəhayət  şimali 

Amerikada (1000-ci il) olmuşlar. Ozu də Amerikanı ilk dəfə Leyf Erikson (Qrenlandiyanı kəşf edən Erik Raduanın 

(«Kurən Erik») oğlu) kəşf etmişdir. Lakin XIV əsrin ortalarından başlayaraq iqlimin soyuqlaşması və bir sıra digər 

səbəblər Qrenlandiyada olan koloniyaların sonməsinə gətirib cıxarmışdı.  

Deməli,  X.Kolumbdan  beş  əsr  əvvəl  normanların  Şimali  Amerikada  məskənlərinin  olması  bir  faktdır.  Həm  də 

normanlar  materikin  icərilərinə  –  Boyuk  gollər  rayonuna,  Missisipinin  yuxarı  axınlarına  qədər  gedib  cıxmışlar. 

Bunu  XI-XIII-əsrlərə  qədər  Qrenlandiya  sahillərində  movcud  olan  50  yaşayış  məskəni  və  12  kilsə  qalıqları  subut 

edirdi. Normanlar suiti, morjlar, ağ ayı, muşk okuzu və balıq ovu ilə məşğul olurdular. O zamanlar yaşıllar olkəsində 

(Qrenlandiya  belə  adlanır)  iqlim  xeyli  yumşaq  idi.  Cətin  inana  bilirsən  ki,  ilk  kolonistlər  Amerikada  əkinciliklə, 

atcılıq və qoyunculuqla məşğul olublar. Onlar hətta alma yetişdirirdilər. Təəccub olursan ki, Normanların belə 

cəsarətli kəşfləri alimlərin diqqətini cəlb etmədi və faktiki olaraq coğrafi təsəvvurlərin sonrakı inkişafına hec bir 

təsir gostərə bilmədi.  



2.4 Orta əsr Rusiyasında coğrafi biliklər  

Artıq  XII  əsrdə  Kiyev  Rusiyasının  salnaməcisi  olmuş  Nester  tərəfindən  qələmə  alınan  «İqor  polku  haqqında 

dastandan» gorunur ki, o dovrdə rusların coğrafi anlayışları xeyli geniş olmuşdur. Bu da onların Avropa və Asiyanın 

qovşağında  yerləşməsi  ilə  bağlı  idi.  Salnamədə  Baltik  dənizindən  Karpata,  Qafqaza,  Qara  və  Xəzər  dənizlərinə 

qədər  uzanan  geniş  Rusiya  duzənliyinin  təsviri  verilirdi.  Burada  məskunlaşan  Slavyan  xalqlarının  coğrafiyası, 

təsərrufat sahələrində məşğuliyyəti və eləcə də «Varyaqlardan yunanlara» və Volqadan Xəzərə gedən qədim Rusiya 

ticarət yolları haqqında ətraflı danışılırdı.  

Hələ  o  zamanlardan  Volqa  və  Orta  Asiya,  Hindistan  və  Ərəbistan,  Qərbi  Avropa,  Atlantika  və  Aralıq  dənizi 

sahilləri, Boyuk Britaniya və Skandinaviyanın cənubu, Afrika və Kicik Asiyanın dəniz sahilləri ruslara artıq məlum 

idi.  


Şərqi  Avropada  yayılmış  slavyan  xalqları  (slovenlər,  dreqoviclər,  drevlyanlar,  kriviclər,  vyaticilər  və  b.)  oz 

aralarında  və  qonşuları  ilə  əlaqələrində  yeni  ərazilərin  mənimsənilməsində  hərəkət  vasitəsi  kimi  caylardan  geniş 

istifadə edirdilər. Xususilə Volqa, Dnepr, Qərbi Dvina və onların qolları yayda gəmilər və sallarla, qışda isə xizəklə 

hərəkət  etmək  ucun  istifadə  olunurdu.  Bu  cayların  yuxarı  axınları  İlmen  golu  və  Valday  yuksəkliyində  biri-birinə 

xeyli  Yaxınlaşdığına  gorə  gəmiləri  bir  caydan  surukləyib  digərlərinə  kecirməyi  asanlaşdırırdı.  Belə  ki,  cayların 

mənbələrinin  biri-birinə  yaxınlaşan  yerlərində  voloklar-surukləmələr  yaradılırdı,  yəni  gəmilər  girdə  ağacların  ustu 

ilə  suruşdurulərək  bir  cay  sistemindən  digərlərinə  kecilirdi.  Vışnıy-Volocok,  Volokalamsk  və  b.  şəhərlər  həmin 

surukləmə yerlərində salınmışlar.  

Sonralar yeni ərazilərin – Avropa Şimalının, Sibir və Uzaq Şərqin mənimsənilməsində, qədim ticarət yollarının 

salınmasında ruslar belə usullardan geniş istifadə etmişdilər.  

Eramızın VI-XI əsrlərində Şərqi Avropanın ərazisində əhalinin uc istiqamətdə kutləvi yerdəyişməsi baş verir: 

bu axınlardan biri aşağı Dunay və Balkanlar istiqamətində; ikincisi şimal və şimal şərq – Belorusiya və Volqa-Oka 

cayarası istiqamətinə; ucuncusu cənub col rayonlarına yonəlmişdir.  

Slavyanların  məskunlaşması  bu  yerlərin  toponimikasında  da  oz  əksini  tapmişdır.  Belə  ki,  onlar  yeni 

məskunlaşdıqları  ərazilərdə  olan  kicik  caylara  slavyan  adları  verirdilər.  İri  caylar  isə  daha  qədim  xalqların  onlara 

verdiyi kohnə adlarını saxlayırdılar. Belə toponimlərə Şərqi Avropanın hər yerində rast gəlinir.  

Cənub  col  zonasının  mənimsənilməsində  peceneqlər  və  qıpcaqların  rolu  boyuk  olmuşdur.  Azov  sahilləri  və 

Aşağı  Volqada  məskunlaşan  kocəri  peceneq  və  qıpcaq  tayfaları  VII  əsrdə  Xəzər  xaqanlığının  təsiri  altında 

parcalandı.  Onların  bir  hissəsi  Bessarabiyaya,  aşağı  Dunaya  kocub  getdilər.  Digərləri  isə  Orta  Volqa  və  Kamaya 

gələrək  burada  yerli  uqro-fin  tayfaları  ilə  birləşib  X  əsrdə  Volqa-Kama  Bulqariyasını  yaratdılar.  Bu  dovlət  birliyi 

turkdilli  dovlət  idi,  onun  mərkəzi  hazırkı  Kazan  şəhəri  olmuşdur.  Eramızın  X  əsrinə  yaxın  Avrasiyanı  qədimdən 

movcud  olan  iki  boyuk  Rus  ticarət  yolları  kəsib  kecirdi  (şəkil  3).  Onlardan  biri  «Varyaqlardan  yunanlara»  gedən 

tarixi yol idi. Bu yol Baltik dənizindən Qərbi Dvina cayına oradan Dneprə kecirdi və bu cayla Pont dənizinə (Qara 

dənizə) və Yunanıstana gedib. İkinci istiqamətlə Qərbi Dvina cayından İlmen golunə və oradan gəmiləri surukləyib 

Valday  yuksəkliyindən  başlayan  Volqaya  (həm  də  Oka  qoluna)  kecirdilər  və  bu  cayla  Xvalın  (Xəzər)  dənizinə 

cıxırdılar. Bu yolla həm ruslar və həm də Volqa-Kama Bulqarları şərq olkələri ilə intensiv ticarət əlaqələri həyata 

kecirirdilər, elə Afanasi Nikitin də Hindistana bu yolla getmişdir.  

Baltik  dənizindən  Volqa  su  yoluna  həm  də  Neva  cayı,  Ladoqa  və  Oneqa  cay-gol  sistemi  ilə  cıxırdılar. 

Gostərilən bu boyuk ticarət yolları ilə şimaldan cənuba meşə materialları xəz-dəri, bal, kətan parca, mum, cənubdan 

isə bahalı ipək parca, silah, ikon, kitablar, meyvə və tərəvəz, şərab, ədviyyat və s. gətirilirdi.  

Vikinq mənşəli olan Rusiya knyazları xaricdəki qohumluq xətti ilə Avropa və xristian dininin tarixi mərkəzləri 

hesab  olunan  Roma,  Quds  və  Konstantinopolla  daimi  əlaqələr  saxlayırdılar.  Ozu  də  belə  səyahətlər  zamanı 

getdikləri yollar və olkələr haqqında salnamələr («Xojdenie») yazılması ilə muşaiyət olunmalı idi. Belə ki, Rusiyada 

qəbul  olunmuş  dovlət  qaydalarına  gorə  səfirlər,  numayəndələr  xaricdən  qayıtdıqdan  sonra  mutləq  ezamiyyət 

hesabatı verməli idilər. Belə hesabatlarda olduqları olkələr, onların şəhərləri, əhalisinin adət-ənənəsi və s. haqqında 

mufəssəl  məlumatlar  verilirdi.  Məsələn,  1389-cu  ildə  Konstantinopola  yola  duşən  moskvalı  Pimeninin  və 

Florensiyada  olmuş  (XV  əsrin  30-cu  illərində)  mitropolit  İsidorun  apardıqları  yol  qeydləri  qiymətli  coğrafi 

məlumatlarla zəngin idi. Beləliklə, bu qaydalarla Rusiya ozu ucun orta əsr Avropasını kəşf edirdi.  

Tver  taciri  Afanasi  Nikitin  1466-1472-ci  illərdə  Hindistanda  olmuş  ilk  rus  səyyahıdır  (şəkil  4).  Tverdə  olan 

Şirvanşah  tacirlərinə  qoşulan  A.Nikitin  Volqa  cayı  ilə  Həştərxana,  oradan  Xəzər  dənizi  Azərbaycana  (Şamaxı  və 

Bakı) və İrana gedir, Elbrus sıra dağlarını aşaraq İran korfəzi sahillərindəki Hormuz şəhərinə gəlir və oradan gəmi 

ilə Hindistana – Kambeyndən cənubi şərqdə yerləşən Cuala şəhərinə gedir.  

O,  Portuqaliyalı  Vasko  da  Qamadan  30  il  əvvəl  Hindistanın  qərb  sahillərini  başdan-başa  gəzmiş,  Dekan 

yaylasının  lap  icərilərinə  doğru  girmiş  və  bu  olkə  haqqında  doğru  durust  məlumat  verən  ilk  avropalı  olmuşdur. 

Vətəninə  qayıtmağa  can  atan  Afanasi  Nikitin  Hindistanın  Dabulu  limanından  yola  duşur,  Hind  okeanı  ilə  hətta 

Afrika  sahillərinə  gedib  cıxır  və  sonradan  Hormuzə  qayıdır.  Oradan  isə  quru  yolla  Maskat,  Şiraz,  Təbriz  və  Şərqi 

Anadoludan  kecərək  Trabzona  və  Qara  dəniz  vasitəsilə  Kafa  (Feodesiya)  şəhərinə  gəlib  cıxır.  Burada  butun  qışı 

ozunun  yol  qeydləri  uzərində  işləyərək  «Uc  dəniz  arxasına  səyahət»  əsərinin  əlyazmasını  tamamlayır.  Oradan 

Moskva tacirlərinə qoşularaq Rusiyaya  yola duşən  Afanasi  Nikitin Smolensk  yaxınlığında xəstələnir və vəfat edir. 

Yol yoldaşları onun əlyazmasını Moskvaya catdırırlar və bununla da Afanasi Nikitinin Hindistana səfəri haqqında 

xəbər  yayılır.  Beləliklə,  Afanasi  Nikitin  uc  qitədə  –  Avropa,  Asiya  və  Afrikada  olmuş  və  uc  dəniz  –  Xəzər 

(Xvalınski), Ərəbistan (Hind) və Qara (İstanbul) dənizləri arxasına, səyahət etmişdir.  

Rusiya  tədricən  oz  ərazilərini  şimala  Pomoryeyə  və  Şərqə–Sibirə  doğru  genişləndirirdi.  Əhalinin  qədimdən 

məskunlaşdığı  şimal-şərqi  Rusiya  ərazilərindəki  caylar  uzərində  və  kecid  məntəqələrində  coxlu  şəhərlər  salınırdı. 

On  ikinci  əsrdə  belə  şəhər  toplusuna:  Kiyev,  Pereyaslav,  Cerniqov,  Rostov-Suzdal,  Polotsk-Smolensk,  Qalisiya-

Volın  və  Ryazan  torpaqlarında  daha  cox  rast  gəlinirdi.  Bu  dovrdə  Rusiya  torpaqlarında  268-ə  qədər  şəhər 

yaranmışdır.  Monqol  hucumlarından  Rusiyanın  şəhərləri,  kənd  təsərrufatı  və  sənətkarlığı  qismən  zərər  cəkdi. 

Xususilə, cənub col zonasında kənd təsərrufatı fəaliyyəti demək olar ki, tamamilə dayandırılmışdır. Okadan cənubda 

orta Dneprdən orta Volqaya qədər uzanan və hec kim yaşamayan belə geniş ərazilər «Vəhşi col» adlanırdı. Bununla 

belə,  məhz  Qızıl  Ordanın  himayəsi  altında  Rusiyada  ticarət  və  yollar  inkişaf  etdirildi  və  İvan  Kalitə  (Moskva 

Knyazı) kimi pul toplayan tacirlər peyda olurdu. Rusiyanı Qafqaz və Orta Asiya ilə birləşdirən qədim ticarət yolları 

turk  tacirlərinin  koməyi  ilə  dircəlməyə  başlayır.  XIII  əsrin  ikinci  yarısından  başlayaraq  Baltik  və  Qara  dənizləri 



birləşdirən  və  Polşa  və  Qalisiya-Volın  torpaqlarından  kecən  Visla-Qərbi-Buq-Dnestr  xarici  ticarət  yollarının 

əhəmiyyəti artdı.  

Sibirin  oyrənilməsində  xidmət  adamlarının  (drujinniklər)  hazırladıqları  hesabatlar  boyuk  rol  oynamışdır. 

«Boyuk  xəritənin  təsviri  kitabı»  adı  ilə  1627-ci  ildə  cap  olunan  kitabda  Rusiyanın  butun  cayları,  yolları  şəhərləri 

ətraflı təsvir edilmişdir.  

Novqorodun  xidmət  adamları  XI  əsrdə  Pecora  cayı  ilə  yuxarı  qalxaraq  onun  Şuqor  qoluna,  oradan  isə  Şimali 

Uralı  kecərək  Ob  cayi  sisteminə  aid  olan  Sosva  cayına  kecirdilər.  Uralın  o  tərəfindəki  Ob  cayının  voqunlar 

(mansılar) yaşayan aşağı axınlarındakı ərazilər xəz-dərili heyvanlarla zəngin idi.  

Moskva voyevodaları 1438-ci ildə Orta Uraldan Tavya cayına oradan isə İrtışa cıxdılar və Sibiri mənimsəməyə 

başladılar.  «Sibir»  sozu  artıq  burada  geniş  yayılmış  ad  kimi  səslənirdi.  L.Qumilyova  gorə  «Sibir»  adına  iki  turk 

xanının: Sibi-xan və Şibi-xan» titullarında rast gəlinir». İlk dəfə 1375-ci ildə Qərbi Avropa xəritələrində peyda olan 

«Sebur» butun ehtimallara gorə musəlman mənbələrindən goturulmuşdur.  

Artıq  XV  əsrdə  yazılan  hesabatlarda,  tərtib  olunan  Moskva  xəritələrində  Şimali  və  Orta  Uralın,  Avropa 

şimalının, Qərbi Sibirin boyuk hissəsinin torpaqları, cayları, əhalisinin məşğuliyyəti, yaşayış yerləri haqqında geniş 

məlumatlar toplanmışdır. XII-XIII əsrlərdə rus pomorları xəz dərili heyvanlar və suitilərini ovlamaq məqsədilə Qara 

dəniz sahilləri ilə Şərq istiqamətində hərəkət edərək Yamal yarımadası və Ob qubasına cıxırlar. Obun qolu olan Taz 

cayı ilə yuxarı qalxan ovcular burada bir sıra ticarət məntəqələri salırlar və yerli xantı və mansılarla alver edirlər Taz 

cayının  Yeniseyə  yaxınlaşan  yuxarı  hissəsində  yerli  əhali  ilə  rus  tacirlərinin  xəz  dəri  alveri  etdikləri  məşhur 

Manqaziya  yerləşirdi.  Buradan  Yeniseyə  və  «Boyuk  cay»  adlanan  Lenaya  kecid  movcud  idi.  Ruslar  burada 

Manqazeya  (Turuxansk)  ostroqunu  (mohkəmləndirilmiş  qala)  yaradırlar  və  sonrakı  əsrlərdə  Sibir  və  Uzaq  Şərqə 

hərəkət etmək ucun  yolustu coxlu belə ostroqlar salırlar. Bu ostroqların coxu («Yeniseysk, Tomsk, Tobolsk  və s.) 

sonralar  iri  şəhərlərə  cevrilmişdir.  Erkən  orta  əsrdə  (b.e.  VII  əsrdə)  Şimali  Qafqazın  şərqində,  Aşağı  Volqada 

murəkkəb etnik tərkibli guclu Xəzər xaqanlığı yaranır. Onun təsiri daha geniş ərazilərə – Uraldan Karpat dağlarına 

qədər uzanan Şərqi Avropada yayılmışdır. Xaqanlığın ozəyini Aşağı Volqa və orada xaqanlığın paytaxtı İtil şəhəri 

təşkil  edirdi  (şəkil  5).  Əldə  olunmuş  tarixi  mənbələrə  gorə,  olkə  ərazisi  az  yağıntı  alır,  cayları  balıqla  boldur  və 

munbit  torpaqları  vardır.  Tarlaları,  uzum  və  meyvə  bağları  cay  suları  ilə  suvarılır.  Aşağı  Donda  qara  uzum 

novlərinin  və  qırmızı  şərab  istehsalının  yayılması  bu  olkənin  Qafqaz  Albaniyası  ilə  sıx  əlaqələrinin  olduğunu 

gostərirdi. Onun İtil, Semiqaraqoru, Sarkel, Bələncər, Səməndər və s. adlı şəhər və qalaları vardır.  

Volqa, Don, Kuban Terek caylarının və cayarası ərazilərin ilk kəşf olunma tarixi məhz Xəzər dovlətinin taleyi 

ilə bağlı olmuşdur.  



2.5 Marko Polo və onun «Kitabı» haqqında  

XIII  əsrin  ortalarından  etibarən  avropalıların  coğrafi  təfəkkur  dairəsi  genişlənməyə  başlamışdı.  Bəzi  Avropa 

tacirləri Şərqlə ticarətə can atırdılar. Buna  misal olaraq İtaliya  səyyahı  və  yazıcısı Marko Polonun  mənsub olduğu 

Venesiya  tacirlərinin  Polo  ailəsini  gostərmək  olar.  Atasını  və  əmisini  muşayiət  edən  Marko  1271-ci  ildə  Aralıq 

dənizi  sahillərindəki  Akka  şəhərindən  yola  duşərək  Hormuzə  gəlir  və  oradan  karvanla  Mərkəzi  Asiyanın 

səhralarından və dağlarından kecərək uzun aylar yol getdikdən sonra 1275-ci ildə Şimali Cinə gəlib cıxır (şəkil 6). 

Marko Polo Mərkəzi Asiya vilayətində və Cin kimi boyuk dovlətdə olmuş ilk avropalı hesab olunur. Onun ailəsi tam 

17  il  bu  qədim  diyarın  muxtəlif  əyalətlərini  gəzmiş,  onun  boyuk  xanı  olmuş  Xubilayın  (Cingiz  xanın  nəvəsi) 

hormətini  qazanmış,  ticarətlə  məşğul  olmuşdur.  Geriyə  daha  təhlukəsiz  hesab  olunan  dəniz  yolu  ilə  qayıtmişdır. 

Marko  Polonun  14  gəmidən  ibarət  donanması  1292-ci  ildə  Zeytun  (hazırkı  Tyancjou)  limanından  yola  cıxır.  Hər 

yerdə  Asiyanın  şərq  və  cənub  sahillərinə  yaxın  uzərək  Hind-Cinin  və  Şri-Lankanın  yanından  kecib  Hormuzə 

gəlirlər. Yalnız 1295-ci ildə Polonun ailəsi boyuk varidatla Venesiyaya qayıdır. Onun səyahət təfərruatları 1298-ci 

ildə  «Marko  Polonun  kitabı»  adı  altında  nəşr  olunmuşdur.  Bu  kitab  Markonun  gəzdiyi  olkələrin  coğrafiyası, 

etnoqrafiyası,  tarixi  haqqında  qiymətli  mənbədir.  Kitab  avropalıların  bilik  dairəsini  əsaslı  surətdə  genişləndirdi, 

ordan-burdan  eşitdikləri  olkələr  haqqında  mufəssəl  məlumat  verdi.  Marko  Polonun  –  yerdən  cıxarılan,  yeyiləsi 

olmayan,  lakin  yana  bilən  qara  daşların  (komurun)  hasilatı  haqqında  verdiyi  məlumatlara  ilk  zamanlar  hətta  inana 

bilmirdilər. Onun kitabında Azərbaycan, Rusiya, tarixi İpək yolu və s. haqqında da ətraflı məlumatlar verilirdi.  

Geniş fikirli coğraflar Marko Polonun kitabından  ən etibarlı mənbə  kimi istifadə edərək şərqin adları cəkilən 

yeni-yeni  olkə  və  şəhərləri  tərtib  etdikləri  xəritələrdə  gostərirdilər.  İlk  dəfə  1375-ci  ildə  duzəldilmiş  dunyanın 

atlasında Polonun məlumatlarında geniş istifadə olunmuşdur.  

Marko  Polonun  muxtəlif  avropa  dillərinə  tərcumə  olunan  kitabı  XIV-XVI  əsrlərin  dəniz  səyyahlarına,  o 

cumlədən  X.Kolumba  dərin  təsir  gostərmişdir.  Sonralar  nəinki  tacirlər,  həm  də  xristian  dininin  təbliğatcıları  – 

missionerlər  də  Şərq  olkələrinə  səyahətlərində  coğrafi  məlumatlar  toplamağa  calışırdılar.  Onların  sırasında  Papa 

səfirliyi ilə birgə 1289-1330-cu illərdə Cinə səyahət etmiş C.Montekorvinonun adını cəkmək olar.  

Beləliklə, ortaəsrli Avropada zəif də olsa coğrafi fikirlər yaranmışdır. Bununla belə, o zaman coğrafiya yenə də 

mustəqil  elm  kimi  deyil,  tətbiqi  elm  kimi  başa  duşulurdu.  Əvvəlki  kimi  coğrafi  fikirlər  fəlsəfəyə,  astronomiyaya, 

tarixə aid əsərlərin icərisində şərh edilirdi.  

Şərq  olkələrinin  səyyahları  xeyli  məlumatlar  toplasalar  da,  bu  materialları  umumiləşdirib  sistemə  salmaq  və 

nəzəri cəhətdən təhlil etmək tam şəkildə mumkun olmamışdır.  

2.6 Boyuk İpək Yolu  

Qədim zamanlardan başlayaraq fəaliyyət gostərən «Boyuk İpək yolu» Marko Polonun adı ilə sıx bağlı olmuşdur 

və o, həmin yolla Cinə gedib cıxmışdır. Boyuk İpək yolu – qədimdən Avrasiyanın qərb və şərqini birləşdirən ticarət-


karvan  yolları  şəbəkəsinə  deyilirdi.  E.ə.  II  əsrdən  yaranaraq  XVI  əsrdə  qədər  fəaliyyət  gostərən  bu  yol  Orta 

Asiyadan  kecərək  Cini,  On  Asiya  və  Aralıq  dənizi  olkələri  ilə  birləşdirirdi.  Bu  yolla  muxtəlif  istiqamətlərdə  ipək 

parcalar, ədviyyat, xalca, silah, zinət malları, pambıq, və s. daşınırdı.  

Şaxəli  şəkildə  şərqdən  qərbə  uzanan  tarixi  İpək  yolu  Sakit  okeanın  Cin  sahillərində  yerləşən  Sinan 

şəhərlərindən başlayaraq Lancjoudan kecib Dunxuana  uzanırdı (şəkil 7). Dunxuan boyuk və şanlı mənasında olub 

e.ə.  111-ci  ildə  Cinin  xan  sulalələri  tərəfindən  olkənin  qərbində  mohkəmləndirilmiş  qala  kimi  bina  edilmişdir. 

Gorunduyu kimi sonralar bu şəhər həm Cinin qərbi ilə şərqini əlaqələndirir və həm də tarixi Boyuk İpək Yolunun 

başlanğıcına cevrilir.  

Boyuk  İpək  Yolu  Cin  kimi  qədim  və  qudrətli  bir  olkədən  başlasa  da  bu  dovlətin  ozu  hec  də  həmişə  ticarətə 

boyuk  həvəs  gostərmirdi.  Xan  sulalələri  olkəni  qapalı  saxlamağa,  onun  ipək,  saxsı  qablar  və  s.  məhsullarının 

hazırlanması sirlərini qorumağa calışırdılar. Tacirlər isə o zaman qiymətli ipəyi muxtəlif yollarla əldə edə bilirdilər.  

Dunxuandan  iki  yerə  hacalanan  Boyuk  İpək  Yolunun  şimal  qolu  Turfan  cokəkliyindən  və  Alay  vadisindən 

kecərək  Orta  Asiyanın  iri  mərkəzləri  olan  Səmərqənd  və  Buxara  şəhərlərinə  daxil  olur  və  oradan  isə  qərbə 

istiqamətlənərək Mərv şəhərində əsas yolla birləşirdi.  

İpək  Yolunun  təsiri  altında  baramacılıq  ucun  əlverişli  təbii  şəraiti  olan  Orta  Asiya  vadiləri  iri  ipək 

istehsalcılarına  cevrilirdilər.  Burada  istehsal  olunan  keyfiyyətli  ipəklər  nəinki  Avropaya,  həm  də  Səmərqənd-Sır-

Dərya vadisi Muqocari dağları istiqamətində Volqa (İtil) su yolu vasitəsilə Rusiyaya gondərilirdi. Məhz ipək ticarəti 

nəticəsində şimali Qafqaza, Don cayına, Krıma və Balkanlara qədər uzanan yollar gedirdi.  

Boyuk İpək Yolunun Dunxuandan ayrılan cənub qolu Təklə-Məkan səhrasının kənarı ilə Xotana, Yarkəndə və 

Pamir dağlarının vadilərindən kecərək Mərv şəhərində əsas yola cıxırdı. İpək Yolunun bu iki istiqamətinin Yarkənd-

Kaşqar arasında birindən digərinə kecid var idi. Bundan başqa, İpək Yolunun uzərindəki Bəlx şəhərindən cənuba-

Hindistana boyuk bir qol ayrılırdı.  

Mərv  şəhərində  birləşərək  qərbə  uzanan  İpək  Yolu  Nisa-Ekbatan-Knesifon-Bağdad-Nsibin  və  Aralıq  dənizi 

sahilində yerləşən Suriyanın Antioxiya limanına gəlib cıxırdı. Oradan isə dəniz yolu ilə Venesiya, Genuya və Qərbi 

Avropaya gedirdi.  

İpək  Yolu  ilə  aparılan,  ticarəti  əldə  saxlamaq  uğrunda  hələ  lap  qədimlərdən  Roma  və  Parfiya  imperiyası 

arasında qızğın mubarizə getmişdir. Ərəb xilafəti yaranana qədər bu ticarət yolu əsasən İran və Soqdiana tacirlərinin 

əlində  olmuşdur.  Karvan  yolları  ilə  Orta  Asiyadan,  Azərbaycandan,  Cindən  coxlu  vasitəcilərlə  Avropaya  ipək 

parcalar, metal əşyaları, saxsı qablar, zərgərlik məmulatları aparılırdı. Cinə dəvə karvanları ilə qiymətli daşlar, şuşə 

məmulatları, ətir və s. gətirilirdi.  

İpək Yolunun boyuk hissəsini oz nəzarətində saxlayan monqol-turk xanlarının yanına Avropadan coxlu elcilər 

gəlirdi. Bu elcilərin gəldikləri və qayıtdıqları yollar uzərində yerləşən olkələr, şəhərlər, xalqlar, o cumlədən Şamaxı, 

Təbriz,  Xəzər  dənizi  və  s.  haqqında  coxlu  biliklər  toplanır,  xəritə  təsvirləri  verilirdi.  Deməli,  uzun  tarixi  kəsim 

daxilində fəaliyyət gostərən Boyuk İpək Yolu coğrafiyanın tarixində də dərin izlər qoymuşdur.  

İpək Yolunu Azərbaycanla ərazilərini əlaqələndirən şəxsi yol Ekbatandan Təbrizə, Xəzər sahilindən isə Ərəş, 

Şirvan  və  Bərdəyə  gedirdi.  Şimal  istiqamətində  gedən  İpək  Yolunun  bir  qolu  Dərbəndə  və  Volqaya  cıxırdı. 

Bərdədən Tiflis və Batumi istiqamətində qərbə cıxan qolu da var idi.  

Bərdə  və  Ərəş  mahallarından  başlayan  İpək  Yolunun  muhum  bir  istiqaməti  Araz  boyunca  Naxcıvana  və 

Culfaya qədər uzanırdı, oradan isə Təbrizə və Yenə də Qərbə yonəlirdi. Culfada iri ipək anbarları yaradılmışdır və 

buraya Azərbaycanın hər yerindən xam ipək gətirilirdi.  

Butun bu geniş şaxəli İpək  yollarının  koməyi  və  həmcinin  əlverişli təbii şəraiti nəticəsində  Azərbaycan uzun 

illər dunyanın iri ipək istehsalcısı və ticarəti mərkəzi rolunu oynamışdır.  

Boyuk  İpək  Yolunun  qovşağında  yerləşən  Təbriz  şəhəri  o  zamanlar  Asiya-Avropa  ticarətini  tənzimləyirdi. 

Təbrizdən kecən ticarət karvanları Azərbaycanı Trabzon, Bursa, Hələb, Beyrut, Dəməşq və s. kimi o dovrun ticarət 

mərkəzləri ilə əlaqələndirirdi.  

Asiya  və  Avropa  tacirləri  və  onların  gətirdikləri  malların  tez-tez  gorunduyu  bu  ticarət  mərkəzində  Qərb 

olkələrindən  gələn  tacirlər  muxtəlif  Şərq  mallarını,  xususən  Hindistan  ədviyyatlarını,  nadir  boyaları,  qiymətli  daş-

qaşı, xam ipəyi və ipək parcaları alırdılar.  

Bu ticarət yolu ilə avropalıların ən cox alıb apardıqları Azərbaycan və İran ipəyi idi. Avropaya aparılan yuksək 

keyfiyyətli  xam  ipəyin  əsas  alıcıları  isə  İtaliya  tacirləri,  xususən  venesiyalılar  idi.  Bu  da  səbəbsiz  deyildi.



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin