İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə90/93
tarix21.10.2023
ölçüsü2,4 Mb.
#159373
1   ...   85   86   87   88   89   90   91   92   93
İSLAMDA-ŞİƏLİK

ON
 
İKİNCİ
 
İMAM
 
Həzrət İmam Məhdi (ə);
(əksər hallarda İmam Əsr və 
Sahibbəzzəman ləqəbləri ilə qeyd olunur). O həzrət on 
birinci imamın oğludur və adı Peyğəmbərin adı ilə 
eynidir. 255, yaxud 256-cı hicri ilində Sammirrada 
doğulmuş, atasının şəhid olduğu 260-cı ilə qədər onun 
himayəsində yaşamış və camaatdan gizli saxlanmışdır. 
İmamın xüsusi şiələrindən bir neçə nəfərindən başqa heç 
kim onunla görüşə bilməmişdi.
Atasının şəhadətindən sonra o həzrətin imaməti 
başlandı və Allahın əmri ilə qeybə çəkildi; xüsusi 
naiblərdən başqa bir kimsə ilə görüşməmişdir; yalnız 
müstəsna şəraitlərdə bəzi şəxslər üçün zahir olmuşdur.
2
XÜSUSİ
 
NAİBLƏR
 
O həzrət bir müddət atasının və babasının 
səhabələrindən olan, onların etibarlı və əmanətdar şəxs 
hesab etdikləri Osman ibni Səid Əmrini öz naibi seçdi və 
onun vasitəsilə şiələrin suallarına cavab verdi. Osman ibni 
1 Ricali Kəşşi, Ricali Tusi, Fehresti Tusi və s. rical kitablarına 
müraciət et. 
2 Biharul-ənvar, 51-ci cild, səh. 342 və 343-366; Əl-qeybət 
(Məhəmməd ibni Həsən Tusi, 2-ci çap) səh-214-243; İsbatul-
hudad, 6-cı cild, səh 6-7. 


254 
Səiddən sonra onun oğlu Məhəmməd ibni Osman imamın 
naibi seçildi, onun da vəfatından sonra Əbül Qasim 
Hüseyn ibni Ruh Nobəxti imamın xüsusi naibi oldu. 
Onun vəfatından sonra da Əli ibni Məhəmməd Səmri 
imamın tərəfindən naib oldu. 
Əli ibni Məhəmməd Səmrinin vəfatına bir neçə gün 
qalmış (o 329-cu ildə vəfat etmişdi) həzrətin tərəfindən bir 
imzalı kağız verildi. Onda Əli ibni Məhəmməd Səmriyə 
çatdırılmışdı ki, altı günə qədər dünyadan gedəcək və 
ondan sonra xüsusi naiblik qapısı bağlanaraq böyük 
qeybət dövrü başlanacaqdır. Allahın o həzrətin zühuruna 
izn verəcəyi günə qədər bu qeybət dövrü davam 
edəcəkdir.
1
Bu imzalı kağızın əsasında İmam Zaman (ə)-ın qeybət 
dövrü iki yerə bölünür: 

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin