İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ


Kiçik qeybət (qeybəti-suğra)



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə91/93
tarix21.10.2023
ölçüsü2,4 Mb.
#159373
1   ...   85   86   87   88   89   90   91   92   93
İSLAMDA-ŞİƏLİK

1. Kiçik qeybət (qeybəti-suğra);
260-cı hicri ilindən 
başlayaraq, 329-cu ildə sona çatmış və təqribən 70 il 
davam etmişdir. 
2. Böyük qeybət (qeybəti-kubra).
329-cu ildən 
başlayaraq, Allahın istədiyi vaxta qədər davam edəcəkdir. 
Peyğəmbər (s) hamının qəbul etdiyi bir hədisdə buyurur: 
“Əgər dünyanın axırına bir gün qalmış olsa belə, Allah o 
günü (o qədər) uzadacaqdır ki, mənim övladlarımdan olan 
Məhdi zühur etsin və dünyanı zülm və haqsızlıqla dolduğu 
kimi, haqq-ədalətlə doldursun.” 
həzrət
Məhdinin
zühuru
barəsində
ümumi
bəhs:
1 Biharul-ənvar, 51-ci cild, səh. 360-361; Əl-qeybət (Şeyx 
Tusi) səh-242. 


255 
Nübuvvət və imamət bəhslərində qeyd etdik ki, bütün 
yaradılış növlərində mövcud olan ümumi hidayət qanunu 
əsasında insan növü də zərurətin hökmü ilə (nübüvvət və 
vəhy qüvvəsindən ibarət olan) bir qüvvəyə malikdir ki
onu, insaniyyətin kamalına və növünə məxsus olan 
xoşbəxtliyə doğru hidayət edir. Aydındır ki, əgər ictimai 
varlıq olan bir insan üçün bu kamal və xoşbəxtlik 
mümkün olmasaydı, bu qüvvə ilə təchiz olunmasının əsli 
mənasız və batil olacaqdı. Halbuki, yaradılışda batil bir 
şeyə yer yoxdur.
1
Başqa sözlə desək, insan yer üzündə məskunlaşdığı 
gündən etibarən həmişə (tam mənada) səadətlə yanaşı 
olan ictimai həyatın arzusunda olmuşdur və belə bir günə 
çatmaq ümidi ilə irəliyir. Əgər bu istəyin xaricdə 
gerçəkləşməsi mümkün olmasaydı heç vaxt onun 
daxilində belə bir arzu və ümid qoyulmazdı. Belə ki, əgər 
xarici aləmdə yemək olmasaydı, insanın batinində aclıq 
meyli olmazdı; xaricdə su olmasaydı insan susuzluq nə 
1 Əbu Cəfər (ə) buyurur: «Bizim qaimimiz zühur edəndə 
Allah-taala onun əlini bütün bəndələrin başı üzərinə qoyacaq, 
onun vasitəsilə onların ağıllarını cəm edəcək, əxlaqları da onun 
vasitsilə kamala yetəcəkdir.» (Biharul-ənvar 52-ci cild, səh. 328 
və 336. 
Əbu Əbdillah (ə) buyurur: «Elm 27 hərfdir. Peyğəmbərlərin 
gətirdikləri hamısı yalnız iki hərfdir. Camaat da indiyə qədər bu 
iki hərifdən başqa bir şey bilmirlər. Bizim Qaimimiz zühur edən 
zaman qalan 23 hərfi də çıxaracaqdır, onu camaat arasında 
yayacaqdır. Onlara iki hərf də əlavə edəcəkdir. (Biharul-ənvar 
52-ci cild, səh-336. 


256 
olduğunu bilməzdi; nəsil artırmaq mövcud olmasaydı 
insanın batinində cinsi təmayüllər də olmazdı. 
Buna görə də zərurətin (cəbri) hökmü ilə dünyanın 
gələcəyində elə bir gün olmalıdır ki, o gündə bəşər 
cəmiyyətində haqq-ədalət bərqərar olunsun, insanlar sülh 
şəraitində yaşasın, insan fərdləri kamal və fəzilətə qərq 
olsunlar. Əlbəttə belə bir vəziyyətin bərqərar olunması 
insanın öz əli ilə baş verəcəkdir və belə bir cəmiyyətin 
rəhbəri də bəşəriyyətin xilaskarı və rəvayətlərdə deyildiyi 
həzrət Məhdi olacaqdır. Dünyaya hakim olan məzhəb və 
dinlərdə, o cümlədən bütpərəstlik, yəhudilik, məsihilik, 
məcusilik və islamda da bəşəriyyətin xilaskarı olan bir 
şəxsin barəsində söhbət açılmış və onun zühuruna müjdə 
verilmişdir. İxtilaf sadəcə olaraq onun xarici nümunəsinin 
kim olmasındadır. Halbuki hamının qəbul etdiyi hədisə 
əsasən, Peyğəmbər (s) “Vədəsi verilən Məhdi mənim 
övladlarımdandır 
(mənim 
nəslimdəndir)” 
-deyə 
buyuraraq həmin məsələyə işarə edir. 

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin