İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə85/93
tarix21.10.2023
ölçüsü2,4 Mb.
#159373
1   ...   81   82   83   84   85   86   87   88   ...   93
İSLAMDA-ŞİƏLİK

BEŞİNCİ
 
İMAM
 
İmam Məhəmməd ibni Əli (Baqir) (ə)
. Ərəb dilində 
“baqir” kəlməsi yaran deməkdir və bu da Peyğəmbər 
tərəfindən o həzrətə verilən ləqəbdir.
1
O, dördüncü 
imamın oğludur, 57-ci hicri ilində dünyaya gəlmişdir. 
Kərbəla hadisəsində onun dörd-beş yaşı vardı və özü də 
orada idi. Atasından sonra Allahın əmri və əvvəlki 
imamların təqdim etməsi ilə imamətə nail oldu və 114-cü 
(yaxud 117)-ci ildə vəfat etdi. Bəzi şiə rəvayətlərinə əsasən 
əməvi xəlifəsi Hişamın qardaşı oğlu İbrahim ibni Vəlid 
ibni Əbdül Məlik tərəfindən zəhərləndirildi.
2
Beşinci imamın dövründə Bəni-üməyyənin zülmləri 
günbəgün artaraq islam ölkələrinin müxtəlif yerlərində 
inqilaba və müharibələrə səbəb olurdu. Bəni-üməyyə 
sülaləsinin içərisində də dərin ixtilaflar yaranmağa 
başlamışdı. Bu kimi çətinliklər xilafət məqamlarını məşğul 
etdiyindən onlar Əhli-beytə toxunmurdular. 
Digər tərəfdən də Kərbəla faciəsinin baş verməsi və 
dördüncü imamın təmsil etdiyi Əhli-beytin məzlumiyyəti 
müsəlmanları Əhli-beytə daha artıq rəğbətləndirirdi. Bu 
amillər birləşərək camaatın, xüsusilə şiələrin sel kimi 
axışaraq Mədinəyə gəlmələrinə və beşinci imamın 
hüzurunda olmalarına səbəb oldu; islami həqiqətlərin və 
1 “İrşad” (Şeyx Müfid), səh-246; “Fusulul-mühimmə”, səh-
193; “Mənaqib” (İbni Şəhraşub), 4-cü cild, səh-197. 
2 “Üsuli Kafi”, 1-ci cild, səh-469; “İrşad” (Şeyx Müfid), səh-
245; “Fusulul-mühimmə”, səh-202-203; “Tarixi Yəqubi”, 3-cü 
cild, səh-63; “Təzkirətul-xəvass”, səh-340. “Dəlailul-imamət”, 
səh-94; “Mənaqib” (İbni Şəhraşub), 4-cü cild, səh-210. 


241 
Əhli-beyt maarifinin yayılmasında o həzrət üçün 
imamlardan heç birinə nəsib olmayan yaxşı imkanlar 
yarandı. Bu müddəanın şahidi beşinci imamdan nəql 
olunan saysız-hesabsız hədislər, eləcə də o həzrətin 
məktəbində müxtəlif islam elmləri sahəsində şiə aləmində 
yaranan böyük elm şəxsiyyətlərdir; rical kitablarında 
onların adları qeyd olunmuşdur.
1

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin