İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə86/93
tarix21.10.2023
ölçüsü2,4 Mb.
#159373
1   ...   82   83   84   85   86   87   88   89   ...   93
İSLAMDA-ŞİƏLİK

ALTINCI
 
İMAM
 
Altıncı imam 
Cəfər ibni Məhəmməd Sadiq beşinci 
imamın oğludur
və 83-cü hicri ilində dünyaya gəlmiş, 
148-ci ildə (şiə rəvayətlərinə əsasən) Abbasi xəlifəsi 
Mənsur tərəfindən hazırlanan sui-qəsd nəticəsində 
zəhərləndirilərək şəhid edilmişdir.
2
Altıncı imamın dövründə islam ölkələrində baş verən 
qiyamlar, 
xüsusilə 
“müsvəddə” 
(qara 
paltarlılar) 
qrupunun Bəni-üməyyə sülaləsini xilafətdən salmaq üçün 
başlanan və bu sülalənin xilafətdən salınması ilə 
nəticələnən qanlı müharibələr nəticəsində münasib şərait 
yarandı; beşinci imam bu dövrlərə təsadüf edən 20 illik 
imaməti dövründə islam həqiqətlərini və Əhli-beyt 
maarifini 
inkişaf 
etdirib 
yaymaqda 
yüksək 
1 “İrşad” (Şeyx Müfid), səh-245-253; “Ricali Kəşşi” 
(Məhəmməd ibni Ömər ibni Əbdül-əziz Kəşşi); “Ricali Tusi” 
((Məhəmməd ibni Həsən ibni Tusi), “Fehrestu Tusi” və sair 
kitablara baxa bilərsiniz. 
2 Üsuli-kafi, 1-ci cild, səh-472; Dəlailul-imamət, səh-111; 
İrşad (Mufid) səh-254; Tarixi Yəqubi, 3-cü cild, səh-119; Fusulul-
mühimmə, səh-212; Mənaqibi ibni Şəhraşub, 4-cü cild, səh-280) 


242 
müvəffəqiyyətlər əldə edə bildi. Altıncı imamın dövründə 
də dini təlimlərin yayılması üçün daha münasib mühit və 
imkanlar yarandı. 
O həzrət Bəni-üməyyə xilafətinin axırları və Abbasi 
xilafətinin əvvəllərinə təsadüf edən imaməti dövründə 
yaranan fürsətdən istifadə edərək dini təlimləri yaydı, 
müxtəlif əqli və nəqli elmlərdə Zürarə, Məhəmməd ibni 
Müslim, Mömini Taq, Hişam ibni Həkəm, Əban ibni 
Təğlib, Hişam ibni Salim, Həriz, Hişam Kəlbi Nəsabə, 
Cabir ibni Həyyan Sufi kimi bir çox elmi şəxsiyyətlər 
yetişdirdi. Hətta sünnülərin rical alimlərindən çoxu, o 
cümlədən Süfyan Suri, Əbu Hənifə (Hənəfi məzhəbinin 
rəisi), Qazi Səkuni və Qazi Əbul Buxtəri və sairləri o 
həzrətin şagirdi olması ilə iftixar edirdilər. (Qeyd olunub 
ki, altıncı imamın təlim və dərslərində 4 min nəfər 
mühəddis və alim iştirak edirdi.)
1
İmam Baqir və imam Sadiqdən (ə) nəql olunan hədislər 
Peyğəmbərdən (s) və yerdə qalan on imamdan çatan 
hədislərin məcmusundan artıqdır. 
Lakin o həzrət ömrünün son vaxtlarında Abbasi 
xəlifəsi Mənsur tərəfindən ciddi nəzarət altında idi. Xəlifə 
onun üçün bir çox məhdudiyyətlər qoymuşdu. O, Əli (ə)-
ın nəslindən olan seyyidlərə vəhşicəsinə işgəncələr verir, 
dözülməz əzab-əziyyətlər və qətlləri rəva görürdü. Bəni-
üməyyənin o qədər daşürəkli və amansız olmasına 
baxmayaraq, Abbasilərdən baş verən işlər onlarda 
görünməmişdi. Mənsurun əmri ilə Ələvi şiələrini dəstə-
1 İrşad (Mufid) səh-254; Fusulul-mühimmə, səh-204; 
Mənaqibi ibni Şəhraşub, 4-cü cild, səh-247. 


243 
dəstə tutub dərin qaranlıq zindanlarda işgəncə və əzab-
əziyyətlə öldürürdülər. Bəzilərinin boynunu vurur, 
bəzilərini diri-diri torpağa basdırır, bəzilərini isə tikilən 
binaların divarları arasında qoyaraq üstündən hörgü 
hörürdülər.
1
Mənsur imam Sadiq (ə)-ın Mədinədən onun yanına 
çağırılması barədə əmr verdi (altıncı imam bundan əvvəl 
də Abbasi xəlifəsi Səffahın əmri ilə İraqa çağırılmışdı və 
ondan da qabaq əməvi xəlifəsi Hişamın əmri ilə atası ilə 
birlikdə Dəməşqə aparılmışdı.) 
Bir müddət imamı nəzarət altında saxladılar və 
dəfələrlə onu öldürmək üçün tədbirlər töküb hörmətsizlik 
göstərdilər. Nəhayət Mənsur onun Mədinəyə qayıtmasına 
icazə verdi. İmam Mədinəyə qayıdıb ömrünün qalanını da 
təqiyyə şəraitində və nisbətən guşəneşinliklə keçirdi və 
nəhayət Mənsurun planı əsasında zəhərləndirilib şəhid 
edildi. 
Mənsur altıncı imamın şəhadət xəbərini eşitdikdə 
Mədinə valisinə yazdı ki, onun yaxın adamlarına 
başsağlığı versin, imamın evinə gedib o həzrətin 
vəsiyyətnaməsini alsın, oxusun və həmin vəsiyyətdə 
imamın canişini kimi təyin olunan adamı elə oradaca 
boynunu vursun. Əlbəttə, Mənsur bu göstərişi verməklə 
imamətin kökünü kəsmək və şiəliyin çırağını söndürmək 
istəyirdi. Lakin onun məkirli planlarının əksinə olaraq, 
Mədinə valisi vəsiyyətnaməni gördükdə imamın beş 
nəfəri canişin kimi təyin etdiyini gördü: “Xəlifənin özü, 
Mədinənin valisi, o həzrətin böyük oğlu Əbdüllah Əftəh, 
1 Fusulul-mühimmə, səh-212; Dəlailul-imamət, səh-111. 


244 
kiçik oğlu Musa və Həmidə. Bununla da Mənsurun 
tədbiri alt-üst oldu.
1

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin