Humanitar və sosial elmlər faküLTƏSİ



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə8/18
tarix24.12.2023
ölçüsü1,39 Mb.
#192275
1   ...   4   5   6   7   8   9   10   11   ...   18
Muxtəsənova Nigar

 
 


25 
 
Şəkil 8. Emosional hallar və şəxsiyyət komponentləriarasındakı əlaqələrin 
məzmunu. 
Hazırda müasir psixologiyada tələbə şəxsiyyətinin formalaşması ilə 
emosiyaların qarşılıqlı asılılığı mövzusunda aparılan tədqiqatların əsas hissəsi 
tələbələrin emosional intellektinə təsir göstərən amillərin psixoloji təhlilinə 
əsaslanır. 
Eİ və ya EQ (Emotional intellegence and Emotional quotient)- emosional intellekt 
olaraq bilinən və uşaqların IQ-(İntellegence quotient) yəni, zehni qabiliyyətlərini 
formalaşdıran xüsusiyyətlərdən daha vacib olduğunu vurğulayanemosional 
xüsusiyyətlərimizi 
anlaya 
bilmək 
vəemosiyalarımızı 
idarə edə bilmək 
bacarığımızdır. 
İlk olaraq 1990-cı ildə Harvard Universitetinin psixoloqu Peter Solovey və 
New Hampshire Universitetinin psixoloqu Con Mayer tərəfindən istifadə 
edilmişdir. Lakin, emosional intellektin nəzəri və praktik problemləri sistemli 
şəkildə Daniel Qoleman tərəfindən öyrənilmiş və öz tədqiqatlarının yekununu 
1995-ci ildə
“Emotional İntellegence”
adlı kitabında əks etdirmişdir [72, s.12]. 
Daniel Qolemana görə emosional intellekt: “Özünü hərəkətə keçirə bilmək
maneələrə baxmayaraq məqsədinə doğru atılan yola davam edə bilmə, 
instinktlərini idarə edərək həzz duyğusunu gecikdirə bilən, ruh halını nizama sala 
bilmək, yaşadığı stressin düşünməsinə mane olmasına icazə verməmək, özünü 
başqalarının yerinə qoya bilmək və ümid etmək” dir [72s.14]. 
D.Qolemana görə emosional intellekt aşağıdakı 5 bacarığı özündə birləşdirir: 

Öz emosiyalarını dərk etmək və anlaya bilmək 

Emosiyalarını idarə edə bilmək 

Şəxsi motivasiya 

Empatiya 

Sosial bacarıqlar 
EQ inkişaf etdirmək mümkündürmü və ya mümkünsə əgər, bunun üçün bir 
insanda vacib olan hansı intellektual keyfiyyətlərin inkişafına diqqət yetirilməlidir, 


26 
tipli suallar bu tətdqiqat işi ilə məşğul olan şəxsləri hər zaman maraqlandırmışdır. 
Əgər, İQ inkişaf etdirilə bilərsə demək ki, biz EQ bacarığının da inkişafından 
danışa bilərik. Lakin, psixoloji nəzəriyyələr bu barədə fərqli yanaşmalarla çıxış 
etmişdir.
Emosional intellekt nəzəriyyələrinin ən məşhuru ilə əməkdaşlıq edən ən 
böyük faktor ehtimaldır ki, bu nəzəriyyə İQ-nü bəyənmir, amma emosional 
intellekti inkişaf etdirməyin mümkünlüyünü güman edir. Bunlardan xüsusi şəkildə 
özünə yer edən nəzəriyyə kimi skeptsizmi göstərmək mümkündür. Hərçəndki, 
skeptsizmə dair bəzi sübutlar vardır ki, insanlar emosional intellekti inkişaf etdirə 
bilər. Qərb Tədqiqat Universitetində yerləşən Weatherhead İdarəçilik Məktəbində 
aparılan bir tədqiqata görə, tələbələr öz emosional intellektinin səlahiyyətlərinə 
başqa bir koqnitiv bacarıq əlavə etməklə, onlar öz bacarıqlarının inkişafı üçün 
spesifik səlahiyyət seçir və inkişaf etdirir, fərdiləşdirlmiş öyrənmə planını 
gücləndirməklə bu səlahiyyətləri həyata keçirir. 
Tələbələrin obyektiv qiymətləndirməsi bu proqramla başlayır, məzuniyyət 
sonrası və illər sonrasında iş fəaliyyətində izlənilərək, güman edilir ki, əgər ki bu 
problemlerin doğru ünvanı tapılarsa o zaman emosional intellekti inkişaf etdirmək 
olar. 
Bu müxtəlif modellərin variantlarının inkişafı ilə müəyyən edilmişdir ki, Eİ 
özünə-hesabat vermə, formal qiymətləndirmə, öz bacarıqlarının istifadəsi və ya 
testləşdirlməsi ilə emosiyaları müəyyən etmək, digər qruplar və ya özünü inkişaf 
yolu ilə ölçülə bilər. Bütün bu dediklərimizi aşağıdakı kimi qruplaşdıra bilərik: 

Özünə-hesabat vermək 
1.
Öz emosiyalarını bilmək 

Özünü-idarə 
2.
Öz emosiyalarını idarə etmək 
3.
Özünü motivasiya 

Sosial-hesabat vermək 
4.
Başqalarının emosiyalarını tanımaq və anlamaq 

Əlaqələri idarə etmək
 


27 
5.
Başqalarının emosiyalarını idarə etmək 
Weatherhead İdarəçilik Məktəbində aparılan tədqiqatların nəticəsində 
məlum oldu ki, EQ-nün bu dörd ünsürü inkişaf prosesində düzgün yerləşdirilməklə 
təşkilatçılar öz işçilərinin emosional intellektini artıra bilər. Bu isə onları daha da 
ruhlandırdı [73, s.24] 
Ümumilikdə, emosional intellektin mahiyyətinin anlaşılması və bu barədə 
tədqiqatları ilə məşhur olan psixoloqların fikirləri kifayət qədər çoxdur. Emosional 
intellektin 
bütün 
nəzəri 
problemlərini 
aşağıdakı 
cədvəldə 
qruplaşdırmışıq.[6,s.126](şəkil 9) 

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin