Humanitar və sosial elmlər faküLTƏSİ



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə7/18
tarix24.12.2023
ölçüsü1,39 Mb.
#192275
1   2   3   4   5   6   7   8   9   10   ...   18
Muxtəsənova Nigar

Cədvəl 1.1) 
 
 
 
 
 
 
 
 


18 
 
Emosional hal 
 
Adrenalin 
Noradrenalin 
Həyəcanlılıq 
miqdarı yüksəlir 
miqdarı yüksəlir 
Qorxu halı 
miqdarı yüksəlir 
enir, ifrazı azalır 
Məyusluq halı 
enir, ifrazı azalır 
yüksəlir 
Ağlarkən yaranan hal 
enir, ifrazı azalır 
enir 
 
 
Cədvəl 2.1
Adrenalin və noradrenalinin müxtəlif neqativ emosiyalar zamanı 
qarşılıqlı əlaqəsi 
Bu bölmədə psixoemosional hal və emosional vəziyyət anlayışlarının 
psixoloji mahiyyəti açıqlandı, problemə əsas yanaşmalar müqayisəli təhlil olundu. 
Aparılan təhillərdə həm klassik, həm də müasir psixologiya elmində emosiyalar 
haqqındakı mənbələrə istinad edilmişdir. 
1.2. Problemin psixoloji ədəbiyyatda qoyuluşu 
Bu bölmədə XX əsrdə emosiyalar haqqında əldə edilmiş yeni faktlar 
əsasında problemin məzmunu təzahür xüsusiyyətləri təhlil olunur. Burada 
psixoemosional hallar bir sıra istiqamətdə qruplaşdırılır və funksiyaları şərh 
olunur: emosiya təəssüratlar oyadır (S.L.Rubinşteyn, Q.Ş. Şinqarov); emosiya 


19 
münasibətləri istiqamətləndirir (P.M.Yakobson, V.N.Myasişev); emosiya əks 
etdirməni funksiyalaşdırır (V.K.Vilyunas,Y.M.Vekker). Belə müəyyən edilir ki, 
emosiyaların ümumi psixoloji konsepsiyasında insan psixikası üçün əsas olan amil 
- insanın bütün psixi hallarını ictimai təcrübədə öyrənmə və onun mədənitarixi 
determinantlarının, eləcə fərdin böyüdüyü sosial mühitin mədəni səviyyəsinin 
nəzərə alınması mühüm əhəmiyyət kəsb edir.(şəkil 6 ) 
Şəkil 6. Emosiyaların psixoloji ədəbiyyatda qoyuluşu. 
İnsan çevrəsində baş verənləri həm duyur, həm də qavrayır. O, eyni zamanda 
dərk etdiklərinə müəyyən münasibət bəsləyir. İnsan mexaniki çalışan robot deyil, o 
sevinir, kədərlənir, pıçıltı ilə sevirəm deyir. Deməli, hisslər insanın münasibətlər 
sistemi iləsıx əlaqəlidir. Münasibət isə şüurla bağlıdır, mühüm psixi faktdır. Elmi 
psixologiyada cisim və hadisələrə bəslənilən münasibətlərin beyində əks 
etdirilməsindən ibarət olan psixi fəaliyyət hiss adlanır. 
Bu baxımdan, hisslərin insanın dərk etdiyi cisim və hadisələrə, başqa 
adamlara, həmçinin özünün rəftar və davranışına, fikir və arzusuna bəslədiyi 
münasibəti ifadə edən psixi proses olduğu başa düşülür. [10,s.336] 


20 
Azərbaycan dilində «hiss» termini müxtəlif mənalarda işlədilir. Belə 
ki,«hiss» dedikdə, duymaq, qavramaq, hiss etmək, dərk etmək anlayışları başa 
düşülür. Buna görə də adi həyatda dərk etmə mənasında istifadə etdiyimiz «hiss» 
anlayışı ilə münasibətləri ifadə edən «hiss» anlayışını bir-birindən fərqləndirmək 
vacib məsələlərdəndir.
Psixoloqlar «hiss» anlayışı ilə «emosiya» anlayışı arasında oxşar və fərqli 
cəhətlərin olduğunu iddia edir. 
Emosiya (latınca «emoverre» həyəcan keçirmək deməkdir) insanın üzvü 
tələbatları və onların tənzimlənməsi ilə əlaqədardır. Emosiya canlı varlıqların, 
vəziyyətini və xarici təsirlərinin bioloji əhəmiyyətini müəyyənləşdirmək təlabatı ilə 
sıx bağlıdır. Hiss və emosiyalar həm də insan davranışını tənzimləyən psixi 
fəaliyyət formasıdır.
İnsan hafizəsi bir çox hallarda seçici xarakter daşıyır. Hafizənin bu önəmli 
xassəsi onun bütün növlərində öz əksini tapır. Müasir psixologiyada hisslərlə 
hafizənin 
qovşağında önəmli bir fenomen–emosional hafizə fenomeni 
yaranmışdır.[10,s.337] 
Tədqiqatçılar iddia edir ki, hisslərin idrak fəaliyyətində rolu təkcə qavrayış 
və hafizə prosesləri ilə məhdudlaşmır. Bu o deməkdir ki, təfəkkür, təxəyyül və nitq 
kimi idrak prosesləri hisslərlə vəhdətdə cərəyan edir.
Təfəkkür və hiss bir-birindən ayrılmazdır. Onların vəhdətdə inkişaf 
etdirilməsi müasir Azərbaycan məktəbi üçün başlıcaməsələlərdəndir. Yeni təhsil 
konsepsiyasına əsasən, şagirdin təfəkkürünün inkişaf etdirilməsi əsas məqsəd kimi 
qarşıya qoyulmalıdır. Teoder Lipmana görə, şagird təfəkkürünün fəallaşdırılması, 
onun inkişafı hiss və emosiyalardan təcrid olunmuş halda deyil,əksinə, onunla 
vəhdətdə həyata keçirilməlidir.
“Emosiya nədir” sualı elmdə müxtəlif şəkildə araşdırılmışdır. Amerikalı 
psixoloq Uilyam Ceyms emosiyanı hiss etməyə “cəhd” adlandırır,[27, s.275] 


21 
,rusiyalı psixoloq P.K.Anoxin isə iddia edir ki, emosiyalar orqanizmin fizioloji 
vəziyyətidir,onlar parlaq subyektiv ifadəyə malikdir. [33, s.74 
Rusiyalı digər psixoloq R.S.Nemova görə isə emosiyalar orqanizmin ümumi 
vəziyyətinin [49,s.445]. 
Tədqiqatçıların şərhlərini ümumiləşdirərək belə bir nəticəyə gəlmək olar: 
əksər hallarda emosiyalar insanın münasibətləri, keçirdiyi yaşantılar kimi anlaşılır. 
Z.M.Abolin emosional yaşantıların dinamik parametrlərini xüsusilə 
vurğulayır [16,s.47].Onun fikrincə, emosional yaşantıların dinamik parametrləri bir 
neçə yerə bölünür:

müddət ; 

fasiləsizlik; 

sürət; 

diskretlik ; 

periodikik və s. (şəkil 7). 
Şəkil 7. Emosional yaşantıların zaman parametrləri (Z.M.Abolinə görə) 


22 
Emosiyaların tədqiqinə dair aparılan bir çox tədqiqatlarda emosiyaların 
ekspressiv komponentinin araşdırılmasına böyük əhəmiyyət verilir. 
Psixoloqların fikrincə, emosiyaların əsas ifadə vasitələri nitq, mimika, 
pantomimika, jestlər, vokalizasiyadır. Mimik ifadələr 6 əsas kateqoriyadan 
ibarətdir: 
1.
Sevgi, sevinc, xoşbəxtlik; 
2.
Heyrət; 
3.
Qorxu; 
4.
Qətiyyət, qəzəb, kin; 
5.
İkrah ; 
6.
Nifrət 
Emosiyaların funksiyaları məsələlərinin tədqiqinəbəzi tədqiqatlarda yer 
verilir. 
Belə ki, rus alimi V.K.Vilyunas emosiyaların aşağıdakı funksiyalarını 
müəyyənləşdirmişdir : [22, s.9] 
1.
Emosiyaların qiymətləndirmə funksiyası; 
2.
Emosiyaların təhriketmə funksiyası; 


23 
3.
Emosiyaların tənzimetmə funksiyası ; 
4.
Emosiyaların möhkəmləndirmə funksiyası; 
5.
Emosiyaların evristik funksiyası. 
Rus psixoloqu S.L.Rubinşteyn emosiyaların inkişaf mərhələlərini aşağıdakı 
kimi müəyyənləşdirir: 
1.
Emosiyaların elementar hiss etmə mərhələsi; 
2.
Emosiyaların müxtəif şəkildə olan predmet hissləri; 
3.
Ümumi dünyagörüşünə aid hissləri. 
Rus tədqiqatçısı B.İ.Dodonovun emosiyalar haqqında təsnifatı çox
maraqlıdır. Təsnifatın əsasını tələbatlar və məqsədlər təşkil edir .[31,s.72] 
Pol 
Ekman 

ilkin-təməl 
emosiyanın- 
qəzəb, 
qorxu, 
ikrah, 
təəccüb,kədər,sevincin olduğunu qeyd edir [71 ,s.77].
R.Pultçik emosiyaların təbiəti ilə əlaqədar maraqlı bir təsnifat 
müəyyənləşdirmişdir. O, emosiyaları cütləşdirərək təsvir edir, cütləndirdiyi 
emosiyaları isə müəyyən hərəkətlə əlaqələndirir. 
1.
Qəzəb- qorxu; 
2.
Bəyənmə - ikrah; 
3.
Sevinc - məyusluq; 
4.
Gözləmə- təəccüb . 
Psixoloq K.İzard isə təməl emosiyaların 6 deyil, daha çox: 10 olduğunu iddia 
edir: qəzəb, ikrah, nifrət, dərd-iztirab, qorxu, günah, maraq, sevinc, utanma, 
təəccüb [35,s.55]. 
Bu bölmədə XX əsrdə emosiyalar haqqında əldə edilmiş yeni faktlar 
əsasında problemin məzmunu təhlil olundu. 


24 
1.3 Tələbə şəxsiyyətinin formalaşması ilə emosiyaların qarşılıqlı asılılığı 
Bu bölmədə gənclik dövrünün psixoloji xüsusiyyətlərikompleks şəkildə 
araşdırılmışdır. Təlim prosesində tələbə şəxsiyyətininformalaşması prosesini 
səciyyələndirərkən“Mən-konsepsiya”nın roluna aydınlıqgətirmək üçün bu sahədə 
bir neçə istiqamət üzrə araşdırmalar aparılmışdır:birincisi – psixoemosional halın 
özünüdərklə 
əlaqəsi (İ.S.Kon, A.N.Leontyev,V.S.Merlin, V.N.Myasişev, 
V.B.Olşanskiy, 
A.B.Petrovski, 
İ.İ.Çesnokova, 
S.Q.Yakobson), 
ikincisi 
ontogenezdə şəxsiyyətin inkişafının qanunauyğunluqları(B.Q. Ananyev, L.İ. 
Bojoviç, L.S. Vıqotski, Y.M.Orlov, D.İ.Feldşteyn, D.B. Elkonin). 
Tələbələrin 
emosional 
halı 
onun 
“Mən-konsepsiya”sının 
emosional 
məzmunundanəhəmiyyətli dərəcədə asılı olur. Bunu nəzərə alaraq belə bir 
qənaətəgələ bilərik ki, hələ yeniyetməlik yaşında, “Mən-konsepsiya”nın 
formalaşdığıdövrdə onların emosional sahəsinin sağlamlığının qayğısına qalmaq 
lazımdır.Bundan başqa, təhlillər bizə belə bir qənaətə gəlməyə imkan verir ki, 
özünüdərkinmahiyyəti özünüanlama yolu ilə açılır. Bu isə öz növbəsində 
pozitiv,emosional baxımdan sağlam “Mən-konsepsiya”nın inkişaf etdirilməsinin 
psixolojişərtlərindəndir (şəkil 8). 

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin