Humanitar və sosial elmlər faküLTƏSİ


Tədqiqat işinin elmi yeniliyi



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə6/18
tarix24.12.2023
ölçüsü1,39 Mb.
#192275
1   2   3   4   5   6   7   8   9   ...   18
Muxtəsənova Nigar

Tədqiqat işinin elmi yeniliyi.
Dissertasiya işində tələbələrin fərdi inkişafını 
və formalaşmasını müəyyən edən psixoloji amillər sistemi açıqlanmışdır.Bu 
dissertasiya işində tələbələrin emosional inkişaf səviyyəsinin təlim-tərbiyə 
prosesində oynadığı pozitiv rola aydınlıq gətirilmiş və onun tətbiqinin yol və 
vasitələri göstərilmişdir. Tələbələrin “Mən”-konsepsiyasının və şəxsiyyətinin 
emosional sahəsinin, müxtəlif korreksiya proqramlarından, NLP üsullarından
istifadə edilməklə pozitiv inkişaf dinamikası müəyyənləşdirilmişdir. 
 
Tədqiqat işinin elmi-nəzəri əhəmiyyəti.
Dissertasiyada irəli sürülən elmi-
nəzəri fikirlər və müddəalar ümumi psixologiyanı yeni biliklərlə zənginləşdirir, 
tələbələrdə psixo-emosinal inkişafına mane olan amillərin aradan qaldırılması 
işinin təşkilində yeni elmi istiqamətlərin ortaya çıxmasına zəmin yaradır.
Tədqiqat işinin praktik əhəmiyyəti.
Tədqiqatda alınan nəticələr ali 
məktəblərin ümumi, sosial psixologiya üzrə fənlərin tədrisində, müxtəlif 
mərkəzlərdə, xəstəxanalarda çalışan mütəxəssislərin fəaliyyət sahələrində tətbiq 
oluna bilər. 
Tədqiqat işininstrukturu. 
Dissertasiya işi giriş, 2 fəsil, 6 yarımfəsil, nəticə, 
istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir. 



I FƏSİL.ŞƏXSİYYƏTİN FORMALAŞMASINA PSİXO-EMOSİONAL HALLARIN 
TƏSİRİNİN NƏZƏRİ-TARİXİ MƏSƏLƏLƏRİ VƏ ƏDƏBİYYATDA QOYULUŞU 
1.1
Emosiyaların tədqiqinin ümumi nəzəri-tarixi məslələri 
Bu bölmədə psixoemosional hal və emosional vəziyyət anlayışlarının 
psixoloji mahiyyəti açıqlanır, problemə əsas yanaşmalar müqayisəli şəkildə təhlil 
edilir, insan davranışına qarşılıqlı münasibətlərinə onun təsiri izah olunur. Aparılan 
təhlillərdə həm klassik, həm də müasir psixologiya elmində emosiyalar haqqındakı 
mənbələrə istinad edilir. Bu mənbələr əsasında emosiyaların təkamülü, emsiyaların 
təbiəti haqqında nəzəri təsəvvürlər, insanın emosiyaları və motivasiya sistemi, 
psixoloji funksiyaların həyata keçirilməsində emosiyaların tənzimləyici rolu 
emprik surətdə açıqlanır. Bir sıra tədqiqatçılar İ.F.Herbart, F.Dyufur, Ç.Darvin, 
V.Vundt, 
U.Ceyms, 
K.Q.Lanqe, 
U.Kennon, 
P.Barda, 
Z.Freyd, 
D.Rapaport,İ.Ueynbaum, P.Zayans, Adelman, C.Dyui, E.Klapared, L.Festinger,
D.Hebb, V.Vundt, T.Ribo, C.Düma, o cümlədən,İ.P.Pavlov və P.K.Anoxin, U. 
Mak-Dauqoll və b. apardıqları tədqiqatlarda emosiyalar haqqındakı faktlar 
ümumiləşdirilir. 
V.K.Vilyunas haqlı olaraq qeyd edirdi ki, elmdə bir çox şeylər birləşdrilərək 
“nəzəriyyə” adlandrılır, həqiqətdə isə bunlar müəyyən anlayışın öyrənilməsi üçün 
ayrı-ayrı fraqmentlərdən başqa bir şey deyildir[22,s.6].Bu məsələ emosiyaların 
öyrənilməsinə də aid edilə bilər. 
Elmdə inteqrasiya yarandıqdan psixologiya elmi tədricən daxilində olduğu 
fəlsəfə, ilahiyyat elmindən ayrıldıqdan sonra, filosof və təbiətşünas alimlərin 
emosiyaların təbiəti və mahiyyəti haqqında iki müxtəlif mövqeyi meydana çıxdı. 
İ.F.Herbart (1824-1825) və onun tərəfdarları təsdiq edirdilər ki, emosiyalar psixi 
hadisələrin nəticəsi kimi üzvi, təbii formada təzahür edir. İ.F.Herbarta görə, 
emosiyalar müxtəlif təəssüratların arasında əlaqə kimi meydana çıxır. Emosiya-
təəssüratlar arasında konfliktdir, psixi pozuntu kimi ifadə olunur. Affektiv hal kimi 
qeyri-ixtiyari vegetativ dəyişikliklər törədir.[33,s.66] 


10 
Digər mövqenin tərəfdarları sensualistlər, əksinə, iddia edirdilər ki, təbii 
reaksiyalar psixi hadisələrə təsir göstərir. Bu mövqenin tərəfdarı F.Dyufur (Dufour, 
1883) qeyd edirdi: “Mənə elə gəlir ki, mən kifayət qədər aydın izah etdim ki, 
bizim ehtiraslarımıza təbii meyilliliyimizin mənbəyi ruhumuzda, psixikamızda 
deyil.”[33, s.66] 
Bu 2 müxtəlif mövqe sonralar U.Ceyms və K.Q.Lanqenin emosiyalar 
haqqında Cems-Lanqe koqnitiv nəzəriyyəsində geniş inkişaf tapdı. 
Emosiyalar haqqında Çarlz Darvinin təkamül nəzəriyyəsi mövcuddur. 
Emosiyaların tədqiqinin nəzəri-tarixi məsələlərini araşdırarkən adı çəkilən 
nəzəriyyənin nəzərdən keçirilməsi önəmlidir. 
Çarlz Darvin 1872-ci ildə “İnsanlarda və heyvanlarda emosiyaların 
təzahürü” adlı kitabını nəşr etdirdi. Adı çəkilən əsərində Ç.Darvin emosiyaların 
inkişafının təkamül yolunu göstərdi və emosiyaların fiizoloji təzahürünün 
yaranması şərtlərini əsaslandırdı. Çarlz Darvinə görə, emosiyalar bir çox hallarda 
vacib və əhəmiyyətlidir, mühüm psixi proses kimi təzahür edir, bəzi hallarda isə 
müxtəlif məqsədyönlü reaksiyaların qalığı, son nəticəsi kimi meydana çıxır. 
Ç.Darvin qeyd edirdi ki, yaşamaq uğrunda mübarizə prosesində emosiyalar da 
mühüm dəyişikliklərə uğramışdır. Qəzəblənmiş insan qızarır, çətinliklə nəfəs alır 
və yumruqlarını düyünləyir, çünki qəzəb emosiyası ilkin meydana çıxma, ibtidai 
formada təzahür etmə tarixçəsində insanları münaqişə və əlbəyaxa formada 
cərəyan edən konfliktə aparırdı. Belə münaqişə forması isə əzələlərdən enerji, təbii 
olaraq, tənəffüs və qan dövranın inkişafını, sürətliliyini tələb edirdi. [26, s.201] 
Çarlz Darvinin emosiyaların təzahürü haqqında ideyaları digər 
nəzəriyyələrin meydana çıxmasında, yaranmasında təkanverici qüvvə oldu. 
Xüsusilə də, U.Ceyms və K.Q.Lanqe tərəfindən yaradılan emosiyaların Ceyms-
Lanqe “periferik” nəzəriyyəsi bu qəbildəndir. 
Vilhelm Vundtun emosiyalar haqqında “assosiativ nəzəriyyəsi” 
emosiyaların tədqiqində mühüm mərhələlərdən hesab olunur. 


11 
Vundtun 1880-ci ildə ortaya qoyduğu emosiyaların assosiativ nəzəriyyəsi və 
bu nəzəriyyədə verilən anlayışlar kifayət qədər eklektikdir. Bu nəzəriyyə bir 
tərəfdən İ.F.Herbartın emosiyalar haqqında mövqeyini dəstəkləyirdi. Belə ki, 
İ.F.Herbarta görə təəssüratlar hisslərə bir çox hallarda təsir göstərir. Digər tərəfdən 
V.Vundt belə hesab edirdi ki, emosiyalar ilk növbədə şəxsiyyətin daxili 
dəyişiklikliyidir. Belə daxili dəyişiklik hisslərin təəssüratlara vasitəsiz təsirlərilə 
xarakterizə olunur. 
V.Vundt təbii üzvi, vital (maddi) reaksiyaları hisslərin nəticəsi kimi 
nəzərdən keçirirdi. Məsələn: iyrənmək, nifrət mimikası (alt dodağın önə çıxması) o 
zaman meydana çıxır ki, insan ağzına xoşuna gəlməyən nə isə qoyur. 
Emosiyaların öyrənilməsi sahəsində önəmli rola malik U.Ceyms 
K.Q.Lanqenin “periferik” nəzəriyyəsini nəzərdən keçirək. 
Amerikalı psixoloq U.Ceyms (1884) emosiyaların “periferik” nəzəriyyəsini 
hazırlanmışdır. Bu nəzəriyyəyə görə, emosiyalar müəyyən fizioloji reaksiyalarla 
əlaqəlidir. O, yazırdı: “Adətən insanlar belə ifadələr işlədir, müəyyən emosiyaları 
ifadə edərkən obrazlı düşünür: Mən hər şeyimi itirdim, kədərliyəm və ağlayıram, 
biz meşədə ayı ilə rastlaşdıq, qorxduq və qaçmağa üz tutduq; mən düşmənə qarşı 
çox qəzəbliyəm, son həddəyəm və ona zərbə vururam. Əgər mənim hipotezamla 
razılaşsaq, hadisələrin sırası başqa cür olmalıydı. Məhz belə olmalı idi. İlkin ruhi 
vəziyyət asanlıqla ikinciyə dəyişilmir. Bu iki ruhi vəziyyət, emosional hal arasında 
fiziki əlaqə olmalıdır. Buna görə də bir çox hallarda rasional olaraq insanlar 
emosional halını belə ifadə edir: biz kədərliyik, buna görə də ağlayırıq; dəhşətə 
gəldim, affektə düşdüm, çünki digər birini döyürəm, fiziki olaraq zərbələr 
endirirəm, qorxuram, ona görə də əsirəm....” [27, s.275] 
U.Ceymsdən asılı olmayaraq ingilis psixoloqu K.Q.Lanqe 1895-ci ildə 
emosiyalar haqqında tədqiqat apardı. Öz nəzəriyyəsində K.Q.Lanqe aşağıdakı 
sxemi təklif edirdi: 


12 
1.
Hərəki innervasiyanın
1
zəifləməsi→ məyusuluq, xəyal qrıqlığı, ümidsizlik. 
(“Xəyallarım suya düşdü” (türk atalar sözü) ifadəsi burada yerinə düşür). 
2.
Hərəki innervasiyanın zəifləməsi+ büzüşmə→ kədər 
3.
Hərəki innervasiyanın zəifləməsi+ büzüşmə+əzələlərin iflici→ qorxu, fobiya 
4.
Hərəki innervasiyanın zəifləməsi+ koordinasiyanın pozulması→ xəcalət, 
utancaqlıq, həya. 
5.
Hərəki innervasiyanın artması → səbirsizlik. 
6.
Hərəki inervasiyanın artması+ qan dövranın sürətlənməsi→sevinc 
7.
Hərəki innervasiyanın artması+qan dövranın sürətlənməsi+koordinasiyanın 
pozulması→qəzəb 
Əgər Ceyms-Lanqenin nəzəriyyəsi ilə razılaşsaq, emosiyaların təzahürünü 
obrazlı şəkildə bu sxemlə göstərə bilərik: (şəkil 1) 
Şəkil 1.Ceyms-Lanqenin nəzəriyyəsinə görə emosiyaların təzahürü. 
Emosiyaların tədqiqində U.Kennon və P.Bardanın nəzəriyyəsinin öz yeri 
var.
U.Kennon öz nəzəriyyəsində fərqəndirdi: fizioloji reaksiyalar müxtəif 
emosiyaların nəticəsində meydana çıxır, onlar bir çox hallarda biri digərinə 
bənzəyir. Bu, birinci hadır. 2-ci halda isə demək mümkündür ki, bu fizioloji 
reaksiyalar tədricən, yavaş-yavaş təzahür edir. Lakin emosional təəssüratla dərhal 
təzahür edir, hətta fizioloji reaksiyaları qabaqlayır. 
U.Kennona görə, emosiyaların meydana çıxma etaplarının sxemi aşağıdakı 
kimidir:[37,s.131](şəkil 2) 
1
İnnervasiya latın sözüdür, anatomiya elmində bədənin və ya toxunmanın qeyri-bərabər 
elementlərlə təchizi kimi ifadə olunur. Burada hərəki nahiyələr kimi , hərəki fəallıq kimi nəzərdə 
tutulur. Tibb elmində insanın dermatomları, onurğa beyninin afferent sinirlərinin innervasiya 
mərhələləri kimi anlayışlar da istifadə olunur.
qıcıqlayıcı
fizioloji 
dəyişikliyin 
meydana çıxması
bu dəyişikliklər 
haqqında beyinə 
gedən siqnallar
emosiyalar, 
emosional 
təəssürat


13 
Şəkil 2.Emosiyaların meydana çıxma etapları (U.Kennona görə) 
Sonralar, U.Kennonun emosiyalar nəzəriyyəsi inkişaf tapdıqdan sonra, 
P.Bard (Bard, 1934) tədqiqatarla göstərdi ki, emosional təəsüratlar və fizioloji 
reaksiyalar eyni məzmunlu oxşardır, biri digəri ilə əlaqəlidir, onlar demək olar ki, 
eyni anda təzahür edir. 
P.Bard öz nəzəriyyəsini aşağıdakı sxemlə ifadə edir [33, s.73].(şəkil 3 və 
şəkil 4) 


14 
Şəkil 3.Emosiyaların meydana çıxması (P.Bard) 
və ya 
Şəkil 4.Emosiyaların meydana çıxması (P.Bard) 


15 
Emosiyaların tədqiqində psixoanalitik yanaşma da mövcuddur. Belə ki, 
Avstriya psixoloqu Ziqmund Freyd və onun ardıcıllarının bu sahədə tədqiqatları 
mövcuddur.
Bu faktı da qeyd edək ki, Z.Freyd və onun ardıclıları, bu zaman 
D.Rapaportun adını xüsusi qeyd etməliyik (Rapaport, 1960), yalnız neqativ 
emosiyaları nəzərdən keçirmişlər. Bu zaman konfliktə meyillilik zamanı meydana 
çıxan neqativ emosiyalar tədqiq olunmuşdur. Z.Freyd və onun ardıcılı D.Rapaport 
affektin 3 aspektini fərqləndirir[52,s.105].(şəkil 5) 
1.
İnstinktiv meylin energetik komponenti→affektin “yetişməsi”; 
2.
Affektin “işə düşməsi” ; 
3.
Meydana çıxan duyğular, emosiyalar, təəssüratlar. 
Şəkil 5.Z.Freyd və onun ardıcılı D.Rapaporta görə affektin 3 istiqaməti. 
Emosiyaların mexanizminin freydçi anlamı şüursuzluqla bağlıdır. Bir çox 
tədqiqatçılar tərəfindən emosiyaların Freydçi-psixoanaitik yanaşması tənqidə 
məruz qamışdır.(Holt, 1967 və b.) 


16 
Emosiyaların tədqiqində İ.Ueynbaum və onun modifikasiyası maraq 
doğurur. 
XX əsrin əvvəllərində İ.Ueynbaum belə bir mövqe ortaya qoydu: üz 
əzələləri ilə beyin sıx əlaqəlidir, üz əzələləri ilə sinir rabitələri, qan dövranı 
arasında sıx qarşılıqlı təsir mövcuddur. Buradan belə bir nəticəyə gəldik ki, üz 
əzələləri sinir rabitələrinə, qan dövranına tənzimedici təsir edir. Hətta vena və 
arteriyaya əks təsir göstərərək, beyinə qanın çatdrılmasında mühüm rola malikdir. 
Bu proses isə bilavasitə subyektiv təəssüratlarla müşayiət olunur. [33, s.74] 
Müasir dövrdə P.Zayans bu nəzəriyyəni bir qədər modifikasiya etdi. 
İ.Ueynbaumdan fərqli olaraq o , belə hesab edirdi ki, əzələlər arteriya qan 
dövranını deyil, venoz dövranını tənziməlyir. Bununla bağlı P.Zayansın 
tədqiqatları 
o, Adelmanla birgə aparmışdır.(Adelman, Zajons, 1989) 
İ.Ueynbaumun aşağıda verliən fikri maraq doğurur:”Beyin əslində 1,5 kq yağ və 
suyun qarışığıdır. İnsanın üz əzələləri tərpəndikcə, məsələn gülüş zamanı, beyin, 
necə deyərlər, ona “aldanır ”, həmin an serotonin istehsal edir. Hər şeyə, ota 
böcəyə gülün!” 
P.K.Anoxinin bioloji nəzəriyyəsi emosiyaların tədqiqində önəmli rola 
malikdir. Bu nəzəriyyədə emosiyalar təkamül prosesinin bioloji məhsulu kimi 
araşdırılır. P.K.Anoxinin fikrincə, emosiyalar canlı aləmin həyatında 
adaptasiyaedici faktor rolunu oynamışdır. Yaşamaq uğrunda mübarizədə 
emosiyalar 
canlıların 
həyata 
uyğunaşmasında 
mühüm 
rola 
malik 
olmuşdur.(P.K.Anoxin, 1949, 1968). 
Emosiyaların frustrasiya nəzəriyyəsi C.Dyui (Deway, 1895) tərəfindən 
yaradılmışdır. Yəni ilkin işləmə və tədqiqatlar ona məxsusdur. Bu nəzəriyyə 
neqativ emosiyaların meydana çıxma səbəbi kimi tələbatların ödənilməməsini, 
uğursuzluğunun nəticəsi kimi izah edir. Belə ki, qəmginlik, qəzəb, qəddarlıq, affekt 
qorxunun meydana çıxması məqsədə yönələrkən uğursuzluğa düşmə ilə 
əlaqədardır. C.Dyuinin fikirlərini E.Klapared (1928) davam etdirmiş və 


17 
emosiyaların tədqiqində ona yaxın mövqe tutmuşdur. Onun fikrincə, emosiyalar o 
zaman meydana çıxır ki, bu və ya digər səbəbdən adaptasiya zamanı çətinliklər 
yaranır. Əgər insan çətinliklərdən qaça bilirsə, qorxu hiss etmir.[33, s.75] 
Emosiyaların frustrasiya nəzəriyyəsinin inkişafına L.Festinqerin ideyaları da 
təsir göstərmişdir. L.Festingerin koqnitiv dissonans və koqnitiv konsonans 
anlayışları bu qəbildəndir(Festinger, 1962). 
Bir faktı da qeyd edək ki, emosiyaların tədqiqinin ümumi nəzəri-tarixi 
məsələlərini araşdırarkən S.Şexterin emosiyaların koqnitiv-fizioloji nəzəriyyəsi 
(1964), M.Arnoldun (1960), R.Lazarusun (1991) emosiyaların koqnitiv 
konsepsiyası, P.B.Simonovun emosiyaların informasiya nəzəriyyəsi[59,s.7], 
K.İzardın emosiyaların differensial nəzəriyyəsi [35,s.55], E.D.Xomskaya, 
N.Y.Batovun emosiyalar haqda tədqiqatları, daha doğrusu, emosional reaksiyaların 
meydana çıxmasının reflektor mexanizimləri haqqında tədqiqatları, H.Ayzenkin 
tələbəsi olan C.Qreyin emosiyaların anatomik-fizioloji nəzəriyyəsi diqqətimizi cəlb 
etdi. Bu nəzəriyyələri ümumiləşdirərək, belə bir qənaətə gəlmək olar: emosional 
reaksiyalar fizioloji mexanizmə malikdir.
Aşağıdakı cədvəl bu fikri sübuta yetirir. [33, s.94] (

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin