Humanitar və sosial elmlər faküLTƏSİ


Tədqiqatın işlənmə səviyyəsi



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə3/18
tarix24.12.2023
ölçüsü1,39 Mb.
#192275
1   2   3   4   5   6   7   8   9   ...   18
Muxtəsənova Nigar

 
Tədqiqatın işlənmə səviyyəsi.
Emosional hallar haqqında psixologiyada aparılan 
araşdırmalar çoxsahəlidir. Bu tədqiqatlarda emosiyaların mahiyyəti, onların başvermə 
səbəbləri, təzahür xüsusiyyətləri, psixikaya təsiri və s.məsələləraraşdırılır. Bir sıra 
tədqiqatçılar 
V.Vundt, 
S.L.Rubinşteyn, 
L.S.Vıqotski, 
K.İzard,A.N.Leontyev, 
V.K.Vilyunas, R.Reykovski, U.Kennon, P.K.Anoxin, İ.P.Pavlov və b. öz yanaşmasında 
emosiyaların təbiətini, yaranma şəraitini, fizioloji və neyropsixoloji mexanizmlərini araş- 
dırmışlar. Bir sıra tədqiqatçılar isə - V.K.Vilyunas, P.V.Simonov, K.İzard, U. Mak-
Dauqoll,P.M.Yakobson, B.U.Dodonov emosiyaların funksiyalarını, S.L.Rubinşteyn, 
P.M.Yakobson, A.N.Leontyev, V.K.Vilyunas, L.M.Abolin və b. emosiya və fəaliyyətin 
qarşılılqı əlaqəsinin tədqiqinə, Y.Reykovkiy, L.S.Vıqotski emosiyalar və idrak 
proseslərinin əlaqəsini, K.Q.Yunq, B.S.Merlin emosional inkişafın fərdi-tipoloji 



xüsusiyyətlərdən asılılığını tədqiq etmişdilər. Ali məktəb tələbələrinin şəxsiyyətinin 
emosional və kommunikativ keyfiyyətlərinin tədqiq edilməsi bağlı B.İ.Dodonov, 
İ.A.Zimnyaya, V.Kennon, E.M.Konoz, L.E.Liliyental, A.Z.Minəhmədova, N.İ.Nayenko, 
O.V.Ovçinnikova və b.-nın tədqiqatları diqqəti daha çox cəlb edir. Qeyd edək ki
respublikamızda müxtəlif dövrlərdə aparılmış tədqiqat işləri problemin ayrı-ayrı 
tərəflərinin öyrənilməsinə yönəlmişdir. Bir sıra ixtisaslar üzrə tələbələrin peşə baxımından 
mühüm keyfiyyətləri, şəxsiyyətinin yaradıcı keyfiyyətləri, yaş xüsusiyyətlərinə görə 
emosional halların təzahürü professorlar Ə.S.Bayramov, Ə.Ə.Əlizadə, M.Ə.Həmzəyev, 
Ə.Ə.Qədirov, Ə.T.Baxşəliyev, B.H.Əliyev, fəlsəfə doktorları K.R.Əliyeva, S.İ.Seyidov, 
R.İ.Əliyev, E.İ.Şəfiyeva, S.M.Məcidova, R.V.Cabbarov, M.H.Mustafayev, C.Q.Aliyev, 
L.Ş.Əmrahlı, N.T.Rzayeva, Ş.Y.Abdullayeva, S.N.Əliyeva b. tərəfindən öyrənilmişdir.
Qeyd edilənlərlə yanaşı L.M.Qurbanovanın ”Tələbə gənclərin şəxsiyyətlərinin 
strukturunda cinsi fərqlərin xüsusiyyətləri”, L.A.Əliyevanın “Tələbələrin ailə həyatına 
hazırlanmasının psixoloji xüsusiyyətləri”, K.S.Salamovanın “Tələbələrin birgə 
fəaliyyətində ünsiyyətin psixoloji xüsusiyyətləri”, V.İ.Vəliyevanın “Müasir şəraitdə tələbə-
gənclərdə sərvət meyllərinin transformasiyasının psixologiyası”, L.S.Mürsəlbəyovanın 
“Emosional stress şəraitində tələbələrin idrak fəaliyyətinin psixofizioloji xüsusiyyətləri”, 
G.N. Həsənovanın“Tələbələrin özünüreallaşdırmasında demoqrafik amillərin neqativ 
təsirlərinin 
aradan qaldırılması”, M.S.Əliyevin “Tələbələrdə özünənəzarətin 
formalaşmasının psixoloji xüsusiyyətləri”,
A.Ş. Haciyevanın “Psixo-emosional 
halların tələbə şəxsiyyətinin formalaşmasina təsiri”
ilə bağlı tədqiqat işləri problemin 
öyrənilməsində böyük əhəmiyyətə malikdir. 

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin