Humanitar və sosial elmlər faküLTƏSİ



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə2/18
tarix24.12.2023
ölçüsü1,39 Mb.
#192275
1   2   3   4   5   6   7   8   9   ...   18
Muxtəsənova Nigar

GİRİŞ 
 
Mövzunun aktuallığı. 
İnsan onu əhatə edən mühiti nə soyuqqanlı,nə də 
laqeyd müşahidəçi kimi qavramır,o, cansız maneken deyil. Qavranılan hadisələr 
xoş gəlib, gəlməməsi ilə əlaqədar rəğbət və ya nifrətə səbəb olur; ruh yüksəkliyi 
əmələ gəlir və ya iztirab hissi ilə nəticələnib onda müxtəlif təəssüratlar yaradır. 
Təəssürat beynin real aləmi inikas formalarından biridir. İnsan zəngin, rəngarəng 
təəssüratlara malikdir, mühit hadisələrinə və daxilindən gələn qıcıqlara biganə 
olmayıb, sevinə bilir və ya pərişan olur, şadlanır və ya qəzəblənir.
İnsan öz təəssüratları ilə insandır. Hazırda insanlar böyük təssürat böhranı, 
gərginlik içərisindədir. İnformasiya çoxluğu sinir sisteminə təsir edərək həyat 
tərzini mürəkkəbləşdirir. 
İnsanlar müxtəlif həyat tərzinə baxmayaraq, onlar topladığı informasiyanı 
xərscləməlidirlər, kiminləsə dərsləşmək, istəklərini bölüşdürmək həyatın 
zərurətindən irəli gəlir. Əks təqdirdə insan özünə qapanır. Təəssüratların kasadlığı
insanı həyatdan ayırır, bu isə bir çox hallarda əsəb-ruhi pozuntulara səbəb olur. 
Məhdud “azadlıq”, daimi məngənə, tədricən toplanan həll olunmamış narazılıq 
hissləri insanın ruhi vəziyyətinə təsir edir, onu xəstəliyə yönəldir. 
Filosoflar qeyd edirlər ki, dünyada ən böyük yol öz içimizdən başlayaraq 
özümüzə doğru getdiyimiz yoldur. Deyilənlər, psixo-emosional halların 
öyrənilməsinin vacibliyini gündəmə gətirir. Bu mənada təhsil sahəsi üçün
hazırlanan mütəxəssislərin - gənc tələbələrin dərin psixoloji hazırlığı diqqət 
mərkəzində dayanır.
Məlumdur ki, emosional halət istənilən yaş dövründə təzahür etməklə, fərqli 
mahiyyət daşıyır. Bu zaman gənclərin psixo-emosional vəziyyətinə həm 
subyektiv, həm də obyektiv amillər təsir göstərir. Obyektiv amillərə yaş, cins 
determinantları, sağlamlıq səviyyəsi, tədris yükünün çoxluğunu misal göstərmək 
mümkündür.Subyektiv 
amillərə 
isə 
motivasiya 
və 
uğur səviyyəsinin 



xüsusiyyətlərini, bilik səviyyəsi, yeni şəraitə adaptasiya olmaq qabliyyəti, 
psixofizioloji xüsusiyyətlər, şəxsi-xarakterik keyfiyyətləri, temperament tipini aid 
etmək olar. Faktlar göstərir ki, tələbələrdə emosional gərginliyinin dəf 
edilməsinin əsasən iki başlıca istiqaməti mövcuddur. Birincisi, tələbələrə 
özünütənzimləmə vərdişlərinin və üsullarının aşılanması və emosional gərginliyin 
dəf edilməsi üsullarının öyrədilməsi; ikinci istiqamət isə ali təhsil müəssisəsində 
təhsil prosesinin təşkili onun humanistləşdirilməsi, təlimin emosionallığının 
yüksəldilməsini özündə ehtiva edir. Bir məsələni də qeyd edək ki, insan amilinin 
öndə durduğu müasir dövrdə gənc nəslin, ahəngdar inkişaf etmiş, ictimai cəhətdən 
fəal olan, mənəvi zənginliyi, əxlaqi kamilliyi və fiziki gözəlliyi özündə birləşdirən 
bir şəxsiyyət kimi tərbiyə olunması vacib bir məsələ kimi qarşıda durur. Məhz 
buna görə də şəxsiyyət, şəxsiyyətin formalaşmasına təsir edən amillər diqqəti ilk
növbədə cəlb edən problemlərdəndir. Şəxsiyyətin formalaşmasına təsir edən 
amillərin psixoloji yönümdən araşdırılması əsas vəzifələrdən biridir. Psixoloq və 
pedaqoqların apardıqları çoxsaylı tədqiqatlara baxmayaraq problemin tam mənası 
ilə həll olunduğunu söyləmək olmaz. Ona görə də tədqiqatın mövzusunun “Psixo-
emosional halların tələbə şəxsiyyətinin 
formalaşmasina təsiri” kimi 
müəyyənləşdirilməsini daha məqsədəuyğun hesab etmişik.

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin