Kurikulum haqqında ümumi məlumat



Yüklə 71,57 Kb.
səhifə1/24
tarix25.12.2023
ölçüsü71,57 Kb.
#197241
  1   2   3   4   5   6   7   8   9   ...   24
utke 1-43


  1. Kurikulum haqqında ümumi məlumat

İlk dəfə kurikulum anlayışı ABŞ-da 1876-cı ildən başlayaraq formalaşmış və termin kimi işlənmiş, 1918-ciildən isə tətbiq olunmağa başlamışdır. Kurikulum latın sözü olub,”elm”,”kurs”,”istiqamət”,”qaçış”,”yol” mənasını daşıyır.


Azərbaycan pedaqoji fikrində isə bu belə qəbul olunmuşdur: "Kurikulum təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli təşkilinə, məqsədyönlü və ardıcıl həyata keçirilməsinə imkan yaradan konseptual sənəddir" .
kurikulumlar mahiyyət etibarilə iki mühüm cəhəti əhatə edir. Əvvəla, təhsil sahəsində olan fəaliyyətlər (müəllim, şagird fəaliyyətləri nəzərdə tutulur) əhatə olunur. İkincisi, kurikulum konseptual xarakter daşıyır. Təhsil kurikulumları cəmiyyətin tələbatına uyğunluq baxımından təklifyönümlü və tələbyönümlü olur.
2006-cı ildə "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)" hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş, 2010-cu ildə “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)” adı ilə təkmilləşdirilmişdir.
Kurikulum islahatları Azərbaycan hökuməti ilə Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyası arasında bağlanmış ilk Kredit Sazişi əsasında başlayıb. 15 iyun 1999-cu il tarixdə "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı" təsdiq olunmuşdur.
Təhsil sahəsində İslahat Proqramı 1999-2013-cü illəri əhatə edir. Təhsil islahatları üç mərhələdə aparılmışdır. 1999-2003-cü illəri əhatə edən birinci mərhələ öyrədici-innovativ və ya araşdırma, 2004-2007-ci illəri əhatə edən ikinci mərhələ hazırlıq, 2008-2013-cü illəri əhatə edən üçüncü mərhələ tətbiqetmə adlnır.
Olkəmizdə əvvəllər mövcud olan təhsil sistemində müəllim sinifdə avtoritar tətbiq edərək ev tapşırıqlaını yoxlayıb, dərsi soruşurdu, ardınca yeni dərsi izah edirdi, qiymətləndirmə aparıb dərsi tamamlayırdı. Ancaq bu rejim artıq müasir təhsil sisteminə və şagirdlərin təlabatına tam cavab vermir. Çünki yeni nəsil daha çox araşdırma apararaq nəyisə öyrənməyə çalışır. Əgər şagird öyrəndiyi düsturu tətbiq edə bilirsə,deməli şagird öz biliyini bacarığa çevirə bilib. Şagird öz biliyini tətbiq etməklə yalnız bacarığa yiyələnmir, həmçinin şagird vərdiş, dəyər, keyfiyyət kimi kompetensiyaları da özündə formalaşdırmış olur. Deməli, Kurikulum təhsilin son məqsədini,bu məqsədə çatmaq üçün yolları, bu yolların səmərəliliyini yoxlamaq üçün üsulları özündə birləşdirən,bir sözlə,təhsil prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli və məqsədyönlü təşkilinə imkan yaradan konseptual sənəddir.




  1. Yüklə 71,57 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin