Humanitar və sosial elmlər faküLTƏSİ



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə4/18
tarix24.12.2023
ölçüsü1,39 Mb.
#192275
1   2   3   4   5   6   7   8   9   ...   18
Muxtəsənova Nigar

Tədqiqat işinin obyekti.
Tədqiqatın obyekti ali məktəblərdə təhsil alan 
tələbələrdə psixo-emosional halların təzahürüdür. 
Tədqiqat işinin predmeti.
Tədqiqat işinin predmetipsixo-emosional halların 
tələbə şəxsiyyətinin formalaşmasına təsirinin psixoloji xüsusiyyətləri, onu 
şərtləndirən amillərin xarakteri və istiqaməti, ona təsir göstərən məsələlərin 
öyrənilməsidir. 



Tədqiqat işinin məqsədi.
Faktlar göstərir ki, təlim prosesində tələbənin 
mütəmadi 
fəallığı 
və adekvat özünü ifadəetmə qabiliyyəti bilavasitə 
özünənəzarətin formalaşması zamanı gerçəkləşir. Tələbələrin özünənəzarət 
imkanlarının aşağı olması onların stress situasiyalarına davamlılığını azaldır, təlim 
fəaliyyətinin optimal təşkilinə maneəçilik yaradır. Tədqiqat işinin məqsədi 
emosional 
halların 
tələbə 
şəxsiyyətinin 
formalaşmasına 
təsirinin 
müəyyənləşdirilməsi, psixoloji texnologiyaların köməyi ilə tələbələrin emosional 
vəziyyətinin sabitləşməsinə təsirinin öyrənilməsidir. 
Tədqiqat işinin vəzifələri.
Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün 
aşağıdakı konkret vəzifələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur: 
1. Elmi ədəbiyyatda problemə nəzəri yanaşmaları təhlil etmək . 
2. Tələbələrdə emosional vəziyyətin təzahür xüsusiyyətlərini araşdırmaq. 
3. Tələbəşəxsiyyətinin formalaşması prosesinə onun psixo-emosional vəziyyətinin 
təsirinin xüsusiyyətlərini və qanunauyğunluqlarını aşkar etmək. 
4. 
Tələbəşəxsiyyəti 
ilə 
emosional 
qeyri-sabitliyin 
meydana çıxması 
arasındakıəlaqəni öyrənmək. 
Tədqiqat işinin fərziyyəsi.
Tədqiqatda belə bir fərziyyə irəli sürülür ki, əgər 
tələbə fərdi-psixoloji xüsusiyyətlərinə görə emosional baxımdan zəifdirsə, peşəyə 
hazırlıq dövründə üzləşdiyi müxtəlif xarakterli situasiyalar onun emosional halında 
asanlıqla dəyişmələr yaradaraq, onun davranışına təsir göstərməkdədir.
Tədqiqat işindəəsas fərziyyə ilə yanaşı bir neçə əlavə fərziyyədə irəli 
sürülmüşdür : 
1.Emosional qeyri-sabitlik tələbə şəxsiyyətinin formalaşmasına neqativ təsir 
göstərir;



2. Tələbə şəxsiyyətinin emosional sabitliyinin yüksək səviyyəsi müəyyən 
korreksiya proqramının köməyi ilə formalaşdırıla bilər (NLP və s.);

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin