Humanitar və sosial elmlər faküLTƏSİ



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə10/18
tarix24.12.2023
ölçüsü1,39 Mb.
#192275
1   ...   6   7   8   9   10   11   12   13   ...   18
Muxtəsənova Nigar

qorxu

fobiya
və 
həyəcan
yaşamaqdadır. Ən çox da bundan əziyyət çəkənlər uşaqlar, şagirdlər və 
tələbələrdir. Mütəxəssislər problemin mahiyyətini araşdırmaqla yanaşı, onun 
aradan qaldırılma yollarını da üzə çıxarmağa çalışırlar. Lakin önəmli məqamı 
gözdən qaçırırlar; bilmədiyiniz hər nəysə onunla mübarizə aparmaq daha çətindir, 
hətta həmən-həmən imkansızdır. Problemin kökünü anlamadan onu sadəcə bir 
müddətlik aradan qaldırmaq mümkün ola bilər. Mövzunun aktuallığını qoruyan 


32 
məhz bu anlayışlara fərqli prizmadan baxışların mövcudluğudur, çünki müxtəlif 
yanaşmalar müxtəlif həll yollarının tapılmasına vəsilə olur.
Hazırki yazıda biz problemi psixoanaliz və neyrolinqvistik proqramlaşdırma 
aspektindən dəyərləndirməyə cəhd edəcəyik; psixoanaliz nöqteyi-nəzərindən, 
problemin mahiyyətini anlaya bilmək və neyrolinqvistik proqramlaşdırma nöqteyi-
nəzərindən isə problemin aradan qaldırılması yollarını göstərmək üçün.
Z.Freyd qorxudan danışarkən 
real
və 
nevrotik qorxunu
fərqləndirir [64,s. 
456]. Günümüzdə artan nevrotik qorxudur.Bu haqda bir az sonra.Hələlik real 
qorxunun nə olduğunu anlamağa çalışaq.Real qorxunu izah edərkən, Z.Freyd yazır 
ki, “onun haqqında deyəcəyik ki, o, özlüyündə xarici təhlükənin, başqa sözlə, 
gözlənilən xəsarətin qavranılmasına reaksiyadır, qaçmaq refleksi ilə əlaqədardır və 
onu özünümühafizə instinktinin ifadəsi kimi nəzərdən keçirə bilərik” [64, s.251]. 
Qeyd etməliyik ki, qorxu təməl baza emosiyalardan biri olmaqla, həyatımızda 
önəmli rola malikdir. Z.Freydin fikrincə, qorxunun hansı obyektlər qarşısında və 
hansı şəraitdə əmələ gəlməsi xarici aləm qarşısında öz qüvvələrimizi duymaqdan 
və bizim biliklərimizdən asılıdır[64, s.456 ]. O, öz kitabında izah etməyə çalışır ki, 
“təhdidedici təhlükə qarşısında yeganə məqsədəuyğun davranış, təhdidin 
kəmiyyətilə müqayisədə öz qüvvələrinin sakitcə qiymətləndirilməsi və daha sonra 
qərar qəbulu ola bilərdi, hansı ki, uğurlu sonluğa böyük ümid verir: qaçmaq, yaxud 
müdafiə olunmaq, hətta bəlkə də, hücum etmək. Lakin bu zaman qorxuya ümumən 
yer qalmır” [64, s.251 ]. Müəllif tərəfindənbelə bir nəticə çıxarılır ki, təhlükəyə 
qarşı reaksiya qorxu affekti ilə müdafiə əməlinin qarışığından ibarətdir. 
Düşüncəsini inkişaf etdirərək, o, 
qorxuya hazırlığı
(müasir psixoloji ədəbiyyatda 
həyəcanlılıq 
kimi 
xarakterizə 
olunur) 
və 
qorxunun 
inkişafını
fərqləndirməklə,birincini 
məqsədəuyğun, 
ikincini 
isə 
qeyri-
məqsədəuyğun sayır. Əgər biz qorxuruqsa qaçırıq və bu halda məqsədəuyğun olan 
həyəcanlılıq deyil, qaçışdır. 
Qorxu rasional, fobiya isə irrasional sayılır [28, s. 416].Fobiyalar insanın 
gündəlik həyatına mütəmadi təsir göstərməklə, onun davranışını dözülməz şəkildə 


33 
dəyişdirə bilir. Məsələn neyrolinqvistik proqramlaşdırmaya aid kitablardan birində 
qeyd edilir ki, “fobiya – insan həyatı üçün çox zaman təhlükəli olan hər hansı 
gözlənilməz, güclü, kəskin stimula orqanizmin cavab reaksiyası kimi qısa zaman 
kəsiyində yaranan qüvvətli xofun ani şüursuz ümumiləşdirilməsi nümunəsidir”.... 
“qorxu isə – xofun ümumiləşdirilməsi prosesidir, hansı ki, zəngin xarici hadisələrin 
müşayiəti olmadan baş verir, kifayət qədər uzun çəkir (bir neçə dəqiqədən bir neçə 
saata qədər) və çox zaman insanın daxili gerçəkliyində şüurlu şəkildə cərəyan 
edir”[50, s.330-331]. 
Başqa sözlə, fobiyanın yaranması üçün əgər xarici gözlənilməz hadisə 
gərəksə, qorxunun yaranması üçün insanın təfəkkürü və təxəyyülü yetərlidir. 
Yadda saxlamalıyıq ki, fobiyalar və qorxular qazanılma strategiyalarına görə 
fərqlənsələr də, simptomları (Vizual
xatırlama
– Kinestetika_ ) eynidir.
Qorxularla fobiyalar arasında əlaqəni qurduqdan sonra, onlarla mübarizə 
aparma yollarını da tapmaq asanlaşır. Bu haqda daha sonra. Burada qeyd etməyi 
vacib sayırıq ki, həyəcan anlayışını da unutmadıq. Psixoanalizdə həyəcan 
“eqo”nun funksiyası sayılır və real, nevrotik və əxlaqi həyəcan olaraq təsnif 
olunur[15, s. 350 s].
R.Bendler isə, fobiya və həyəcanı qorxunun iki ana qrupu kimi xarakterizə 
edir [13, s. 238 ].Onun fikrincə, fobiya birdən, həyəcan isə tədricən, mərhələli 
şəkildə yaranır.
Hər necə olursa olsun, problemin kökündə “xof”un olduğu qənaətini 
çıxarmış oluruq. Və əslində, bu məqamda nə üçün uşaqlar və yeniyetmələrdə 
qorxu, fobiya və həyəcan hallarının artdığını daha yaxşı anlamış oluruq. Belə ki, 
müasir məktəblərin əksəriyyəti uşaq və yeniyetmələr, o cümlədən, erkən gənclər 
üçün “xof” şəraiti yaradır. Nəticədə uşaqlarımız, yeniyetmələrimiz və erkən 
gənclərimiz onlar üçün yaradılmış şəraitə qorxu, fobiya və həyəcan şəklində 
reaksiya verirlər. Deməli, əslində problemi biz özümüz yaratmış oluruq.
Deyilənlərdən belə nəticə çıxara bilərik ki, təbii və süni qorxular vardır. 
Təbii qorxular insanların təhlükəyə qarşı müqavimət göstərə bilməsi üçün 
anadangəlmə olan təməl emosiyalardır. Lakin süni qorxular cəmiyyətdə insanların 


34 
buna hazırlığı olmadan bu və ya digər şəkildə və formada qəsdən yaradılan 
emosiyalardır[5,s. 128] 
Yadda saxlamalıyıq ki, baş verənlər şüursuzluq səviyyəsində baş verir və bu, 
o deməkdir ki, onlara qarşı qoymaq heç də asan deyildir. S.Biddalf öz kitabında 
yazır ki, “davamlı qorxu və davamlı tənhalıq stress hormonlarının uşaq 
orqanizminə atılmasının səbəbi olacaq, belə ki, onların təbiəti deyir: Burada nəsə 
heç də doğru deyil. Uzun müddət davam edirsə, stresslər bilinən mənfi nəticələrə 
təkan verirlər. Onlar uşağın tamşəkilli fiziki və psixi inkişafını pozur. Stressli 
uşaqlar böyümürlər. Yalnız sevinc, gülüş və sakitlik qələbə çalanda, böyümə və 
inkişaf yenidən bərpa olunur” [12, s.118]. 
Bəzən avtobusda uşağın davamlı ağlamasına baxmayaraq, ananın “müasir 
görüşlərə” görə onu qucağına almaması səhnəsini gördükdə, həmin anaya sadəcə 
hayqırmaq istəyirsən ki, məhz bu anda uşağınızın bədənində kortizolun səviyyəsi 
kəskin artmaqdadır ki, bu da stress səviyyəsinin göstəricisidir. Həmin anda uşağa 
qorxudan azad olmaq üçün lazım olan sadəcə ananın onu qucaqlamasıdır. Lakin 
ana etdiyinin doğru olduğuna əmin olmaqla, şüursuzluq səviyyəsində “xof” 
şəraitinin toxumlarını əkməkdədir. Başqa sözlə, psixoloqlar təhsildə “xof”un 
aradan qaldırılması üçün təklif edir:[12, s.129] 

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin