Humanitar və sosial elmlər faküLTƏSİ



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə13/18
tarix24.12.2023
ölçüsü1,39 Mb.
#192275
1   ...   10   11   12   13   14   15   16   17   18
Muxtəsənova Nigar

Attraksiya
.
Attraksiya şəxsiyyətlərarası qavrayışın komponenti kimi onda 
emosional fon və ya onun emosional komponentini təşkil etməklə üzvü surətdə 
ünsiyyətin strukturuna daxil olur. Attraksiya bir tərəfədən bir insanın digərinə olan 
hissləri kimi, digər tərəfdən münasibəti kmi, digər tərəfdən isə insanın başqasına 
verdiyi qiymət kimi nəzərdən keçirilir. Yəni attraksiyaya birinci halda emosional 
hadisə kimi, ikinci halda sosial yönəliş kimi, üçüncü halda isə şəxsiyyətlərası 
qavrayışın komponenti kimi baxılır. 
Attraksiyanın mahiyyəti ilə bağlı qeyd olunan ilk məqamı nəzərdən 
keçirək.Əgər attraksiya emosiya kimi nəzədən keçirilisə, onda ümumi 
psixologiyanın problemi olur və ümumipsixoloji aspektdə nəzərdən 
keçirilməlidir.Emosional münasibətləri sosial psixoloji tədqiqatın predmeti kimi 
araşdırmış rus psixoloqu L.Y.Qozmanın düzgün olaraq qeyd etdiyi kimi bu halda 
digər emosiyalarla müqayisədə attraksiyanın spesifikliyi ondan ibarət olur ki, o 
özünün predmeti başqa insan olan emosiya kimi çıxış edir [25, s.13]. 


43 
Attraksiyanın ünsiyyətin və şəxsiyyətlərarası qavrayışın emosional 
komponenti kimi müəyyən edilməsi attraksiyanın spesifik emosiya kimi təyin 
edilməsi ilə bağlı təriflə praktik olaraq üst-üstə düşür[25, s.16]. 
Attraksiya anlayışı şəxsiyyətlərarası cəlbediciliklə sıx surətdə əlaqədardır. 
Amerika tədqiaqatçıları (Huston, Levinger) şəxsiyyətlərarası münasibətlərin 
yaxınlığının əsasında duran bir qrup kateqoriyalar ayırırlar. Şəxsiyyətlərarası 
münasibətlər zaman-zaman bir neçə mərhələdən keçir: tanışlıq, yaxınlıq, yoldaşlıq 
və dostluq münasibətləri. İstər emosional münasibətlərin stabilləşməsi, istərsə də 
kəsilməsi attraksiyanı doğuran amillərlə müyyən olunur. Beləliklə, attraksiya 
emosional komponentin üstünlük təşkil etdiyi özünəməxsus sosial yönəlişdir. 
Şəxsiyyətlərarası attraksiya mürəkkəb fenomen olub müxtəlif amillərin
təsiri ilə şərtlənir. Burada ilk növbədə qarşıya belə bir sual çıxır: “Niyə 
digərlərindən fərqli olaraq bəzi adamlar bizə daha cəlbedici görünür?” Hansı 
amillərin təsiri ilə bağlılıq hissləri yaranır və möhkəmlənir? İlk təəssüratdan 
kiməsə yaxınlıq, doğmalıq hissi hansı şəraitdə və necə yaranır? Obyektin özündə 
elə xüsusiyyətlər varmı ki, digər parametrlərdən (məkan, zaman, şərait və s.) asılı 
olmadan onu başqaları üçün cəlbedici, cazibədar etsin?Əlbəttə, bu suallar ilk 
baxışda bəsit görünə bilər. Əslində isə həmin suallara cavab vermək çətindir. 
Məlumdur ki, ünsiyyətin elə ilk mərhələsində tərəflərə daha çox təsir edən 
və həm də müşahidəyə müyəssər olan xarakteristikalar içərisində fiziki cəlbedicilik 
mühüm rol oynayır. İnsanların xeyli hissəsi hesab edir ki, onlar ünsiyyət 
tərəfədaşlarının zahiri görkəminə böyük əhəmiyyət vermirlər. Lakin insan 
haqqında təəssüratların formalaşmasında fiziki cəlbediciliyin rolunu nəzərə 
almamaq olmaz. Emprik yolla sübut olunmuşdur ki, əslində zahiri sima böyük 
əhəmiyyət kəsb edir. 
Tədqiqatlar göstərir ki, xarici görkəm dörd yaşından başlayaraq oğlan və 
qızların həmyaşıdlar arasında daha yüksək populiyarlığa malik olmasını təmin edir. 
(K.Dion)Şəxsiyyətlərarası attraksiyada fiziki cəlbediciliyin dominant mövqeyinin 


44 
izahı ilə bağlı hipotezlərdən biri də ayrı-ayrı zahiri xarakteristikaları və ya fiziki 
cəlbedicilik səviyyələrini bütövlükdə müəyyən xarakter əlamətləri ilə əlaqələndirən 
streotiplərin olması 
istiqamətində irəli sürülən hipotezdir.Bu hipotezin 
doğruluğunu yoxlamaq istiqamətində də xeyli tədqiqatlar aparmışdır.ABŞ-ın 
Missuri ştatında M.Klifford və E.Xotfild cəlbedici olan və cəlbedici olmayan 
uşaqlar haqqında eyni informasiya verməklə onların şəkillərini müəllimlərə təqdim 
etmişlər.Müəllimlər cəlbedici uşaqlarıdaha ağıllı və təlimdə daha müvəffəqiyyətli 
uşaqlar kimi qavramışlar. 
Göründüyü kimi, attraksiya ilə fiziki cəlbedicilik arasında əlaqə ilk baxışda 
göründüyü kimi o qədər də sadə deyil. Bu səbəbdəndir ki, bu istiqamətdə aparılan 
tədqiqatlaradan əldə olunan nəticələr də bəzən ziddiyyyət təşkil edir.Davranışın 
verbal və qeyri-verbal xüsusiyyətləri də insanın attraktivliyini xeyli dərəcədə 
artırır. Məsələn, təbəssüm, səsin tempi, bədənin konstitusional tipi, davranış tərzi 
və s. bu qəbildən olan amillərə aid edilə bilər. Bu istiqamətdə aparılan tədqiqatlar 
cəlbedici imic yaradılması ilə bağlı xüsusi bir sahənin yaradılmasına səbəb 
olmuşdur. Hazırda bu psixoloqlar tərəfindən perspektivli sahə kimi 
qiymətləndrilir.Attraksiyanın detrminantları ilə əlaqədar bir cəhət də diqqəti 
cəlbetmək məqsədəuyğundur. Psixoloqlar emosional münasibətlər zaman-zaman 
inkişaf edən və qannunauyğun olaraq bir mərhələdən digərinə keçən proses kimi 
baxır. İlk simpatiyadan ehtiraslı sevgiyədək müxtəlif səviyyəli dərinliyə və 
mürəkkəbliyə malik emosional münasibətlərin qanunauyğunluqaları müzakirə 
oluna bilər. L.Y.Qozman qeyd edir ki, attraksiyanın zaman keçdikcə bu və ya digər 
determinantları dəyişir, onlardan hansısa ön plana, hansısa arxa plana keçir.Müasir 
dövrdə attraksiya problemi bir çox səbəblərdən aktual və əhəmiyyətlidir. Bu, ilk 
növbədə, sosial-demoqrafik problemlərin həlli baxımından olduqca böyük 
əhəmiyyət kəsb edir[25, s.17]. 
Son illərdə respublikamızda ailə institutlarının inkişafında nəzərə çarpacaq 
neqativ tendensiyalar müşahidə edilməlidir.Belə ki, boşanmaların sayı artır, özünə 


45 
həyat yoldaşı seçə bilmnəyən, tək yaşayanlar da kifayət qədərdir.Ailənin əsasını 
təşkil edən emosional münasibətlər öyrənilməli və təhlil edilməlir. 
2.2. Tələbə şəxsiyyətinə təsir göstərən psixo-emosional hallar 
Tələbə şəxsiyyətinin formalaşmasına təsir göstərən bu və digər emosional 
halların onlarda hansı səviyyədə təzahür etdiyini, tələbələrin hansı emosional 
halların təsirlərinə daha çox məruz qaldıqlarını və buna açıq olduqlarını, hansı 
emosional halların təsirlərinin aradan qaldırılması və ya qarşısının alınmasını daha 
çox istədiklərini aydınlaşdırmaq üçün Azərbaycan Dövlət Pedaqoji Universitetində 
eksperiment keçirdik. Tədqiqata Azərbaycan Dövlət Pedaqoji Universitetinin 
Filologiya fakültələsində təhsil alan 120 nəfər I-III kurs tələbəsi cəlb olundu. İlk 
mərhələdə tələbələrlə apardığımız empirik araşdırmalar: müşahidə, müsahibə, 
söhbət, sorğu, testləşdirmə və fəaliyyət məhsullarının təhlili əsasında ilkin 
məlumatlar topladıq.
Bununla yanaşı, biz əvvəlcədən eksperimental və kontrol qrupları da 
müəyyənləşdirdik. Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya 
fakültələsinin 60 nəfər (30 oğlan, 30 qız) olmaqla I və III kurs tələbələrindən 2 
eksperimental və 2 kontrol qrup seçdik (cəmi 120 nəfər). 
Psixo-emosionla hallar müasir psixologiyanın önəmli əhəmiyyət kəsb edən 
problemlərindən biridir. Tədqiqat işi gənclik yaşı dövründə psixo-emosional 
halların tədqiqini ehtiva edir.
Tədqiqat işinin metodikası bir neçə metod, üsul və vasitələrdən ibarətdir.
Tədqiqatın 
əsas 
məqsadi 
emosional 
halların 
tələbəşəxsiyyətinin 
formalaşmasına təsirinin müəyyənləşdirilməsi, psixoloji texnologiyaların köməyi 
ilə tələbələrin emosional vəziyyətinin sabitləşməsinə təsirinin öyrənilməsidir. 
Buzaman 
gənclik 
yaşında 
psixo-emosional 
halların 
təzahürü 
problemininhərtərəflivəkompleksşəkildətədqiqedilməsinəzərdətutulmuşdur. 
Tədqiqat 
işinə 
dair 
metodikanınhazırlanması, 
hərşeydənəvvəl, 


46 
tədqiqedilənprobleminspesifikxüsusiyyətlərini, 
yənitədqiqatınadekvatmodelinivəbaşlıcatələblərininəzərəalmağızəruriedir. 
Bununlaəlaqədarolaraq, 
probleminkonkrettədqiqatmetodikasıonunaşağıdakıvəzifələrininyerinəyetirilməsinə
yönəlmişdir: 
1. Elmi ədəbiyyatda problemə yanaşmaları təhlil etmək . 
2. Tələbələrdə emosional vəziyyətin təzahür xüsusiyyətlərini nəzərdən keçirilmək. 
3. Tələbəşəxsiyyətinin formalaşması prosesinə onun psixo-emosional vəziyyətinin 
təsirinin xüsusiyyətlərini və qanunauyğunluqlarını aşkar etmək. 
4. 
Tələbəşəxsiyyəti 
ilə 
emosional 
qeyri-sabitliyin 
meydana çıxması 
arasındakıəlaqəni öyrənmək. 
Qarşıya qoyulmuş həmin vəzifələr müxtəlif metodların tətbiqi ilə həyata 
keçirilmişdir. Tədqiqat prosesində müşahidə, müsahibə, söhbət, sorğu, testləşdirmə 
və fəaliyyət məhsullarının təhlilipsixoloji tədqiqat metodlarından istifadə 
edilmişdir. Həmin tədqiqat Azərbaycan Dövlət Pedaqoji Universitetində həyata 
keçirilmişdir.
Tədqiqat yalnız bir yaş səviyyəsini: gənclik yaşını (17-25 yaş) əhatə 
etmişdir. Tədqiqat zamanı rəyi soruşulan gənc tələbələrin sayı 120 nəfərdən ibarət 
olmuşdur. 
Tədqiqata 
Azərbaycan 
Dövlət 
Pedaqoji 
Universitetinin 
filologiya 
fakültələsində təhsil alan 120 nəfər I-III kurs tələbəsi cəlb olundu. Bununla yanaşı, 
biz əvvəlcədən eksperimental və kontrol qrupları da müəyyənləşdirdik. 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültələsinin 60 nəfər (30 
oğlan, 30 qız) olmaqla I və III kurs tələbələrindən 2 eksperimental və 2 kontrol 
qrup seçdik (cəmi 120 nəfər). 
Metodikanın tətbiqində yerli şərait, etnik zəmin və xüsusiyyətlər dəqiq 


47 
surətdə nəzərə alınmışdır. 
Tədqiqata başlamazdan əvvəl «tədqiqata hazırlıq mərhələsi» aparılmışdır. 
Həmin mərhələnin əsas məqsədi aşağıdakılardan ibarətdir: 
a) tərtib olunmuş metodika gənclik yaşında psixo-emosional halların təzahür 
xüsusiyyətlərini aşkar etməyə imkan verirmi; yəni metodikanın sınaqdan 
çıxarılması; 
b) hazırlanmış metodik üsul və materiallar seçilmiş tələbələrin bilik və yaş 
səviyyəsinə uyğun gəlirmi? 
c) tədqiqat metodikası qarşıya qoyulmuş tədqiqat vəzifələrinə adekvatdırmı? 
Bununla 
bərabər, 
hazırlıq mərhələsində tədqiqat obyekti kimi 
seçilmiştələbələrlə zəruri yaxınlaşma və ünsiyyət şəraiti yaradılmışdır. Eləcə də 
hazırlıq mərhələsində əldə edilən məlumat və faktorlar əsasında tələbə qruplarının 
təşkili imkanları aşkar edilmişdir. Bütün bunlarla yanaşı hazırlıq mərhələsində 
müşahidə metodundan geniş istifadə olunmuşdur. 
Biz rus psixoloqlarına istinad edərək müşahidədən tədqiqatın aparılması 
zamanı əsas üsullardan biri kimi istifadə etmişik. İnformasiya toplamaq üsulu kimi, 
müşahidə paralel olaraq şagirdlər arasında aparılmışdır. 
Tədqiqat prosesində ilkin informasiya toplamağın həm əsas, həm də əlavə 
metodu olan müşahidənin bir neçə növündən istifadə etmişik. 
Bundan başqa, tədqiqat prosesində strukturlaşdırılmış və sistematik 
müşahidə növlərindən istifadə emişik. Daha dəqiq desək, eksperimental tədqiqatda 
strukturlaşdırılmış (nəzarət olunan) sistematik müşahidədən istifadə olunmuşdur. 
Şübhəsiz ki, müşahidə materiallarının sadəcə olaraq nəzərdən keçirilməsi 
əksər hallarda «kifayət qədər dərin xarakter daşımır», hadisələrin geniş planda 
təhlili və şərhinə çevrilmir. 
Bunu nəzərə alaraq, biz obyektiv surətdə təsbit edilmiş faktların təhlilinə 
informasiya toplamağın əsas metodlarından biri kimi xüsusi əhəmiyyət vermişik. 
Bu məqsədlə müşahidə yolu ilə müəyyənləşdirdiyimiz empirik faktların 
mahiyyətinin ətraflı aydınlaşdırılmasına, başqa sözlə, obyektiv surətdə təsbit 
edilmiş faktın nəinki tarixi, həm də yaranma şəraitini öyrənməyə çalışmışıq. 


48 
Beləliklə də, müşahidə əslində empirik surətdə müəyyənləşdirilmiş faktın 
öyrənilməsi kimi davam etdirilmişdir. 
Müşahidə prosesində tələbələrin davranış və rəftarlarının yalnız zahiri 
cəhətlərinə diqqət yetirilməmiş, yəni onların hərəkətlərinin, hər hansı əşya və ya 
obyektlərlə gördüyü işlərin, söz və ifadələrinin zahiri cəhətləri əks etdirilməmiş, 
həm də onların əsasında duran psixi proses və halətlər, daxili motivasiya 
aşkarlanmış, xüsusən də şagirdlərin özlərinə, öz yoldaşlarına, gördüyü işlərə 
münasibətlərinin xarakterinə xüsusi fikir verilmişdir. 
Müşahidə nadir hallarda informasiya toplamağın əsas metodu kimi çıxış 
edir. O, adətən digər metodlarla yanaşı tətbiq olunur və spesifik məqsədlərə xidmət 
edir. Tədqiqatın yalnız bir hissəsini təşkil edən müşahidə zəruri surətdə bütün 
tədiqatın məqsədlərinə tabe olur.
Tədqiqat zamanı müşahidənin nəticələrini müxtəlif üsullar ilə: sorğu, test 
metodları ilə yoxlamışıq. 
Tədqiqata başlamazdan əvvəl, yoxlama (nümunə) tədqiqatı aparılmışdır, bu 
zaman bəzi metod və üsulların düzgün seçilmədiyi aşkar olunmuş, sınanılan 
şəxslərlə keçirilən sınaq sorğularından sonra bu üsullar tədqiqat metodikasından 
çıxarılmışdır. İlkin prosesdə, yəni tədqiqatın II mərhələsində götürülmüş metod və 
üsullardan tədqiqatın III mərhələsində yalnız 3 metod saxlanılmış və bu metodlar 
tədqiqatın həyata keçirilməsində tətbiq olunmuşdur. 
Aşağıda tələbə qruplarında keçirilmiş tədqiqatın seriyalar üzrə metodikası 
verilir. 

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin