Humanitar və sosial elmlər faküLTƏSİ



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə16/18
tarix24.12.2023
ölçüsü1,39 Mb.
#192275
1   ...   10   11   12   13   14   15   16   17   18
Muxtəsənova Nigar

Üçüncü seriya
. Psixoloji qanunlara görə, insanın psixikası, xüsusən emosional 
vəziyyəti haqqında faktlar əldə etmək, həmin faktlara əsaslanaraq nəticələrin şərhini 
vermək etibarsızdır. Bunun üçün dəlillər təkrar yoxlanılmalı, nəticələrin korrelyasiyası 
aparılmalıdır. Bunu nəzərə alaraq həm I, həm də III kurs tələbələrində 
özünəmünasibəti öyrəndik. S.R.Panteleyevin problemlə bağlı işlənmiş metodikasını 
(ÖMT) tətbiq etdik . 
I kurs tələbələrinin özünəmünasibətinin ifadə olunma dərəcəsi 
Cədvəl 2.5. 
I Kurs (60 nəfər) 
Şkalalar 
aşağı 
nəfər 
orta 
nəfər 
yüksək 
nəfər 
1. Qapalılıq 
17 
31 
12 
2. Özünəinam 
15 
34 
11
3. Özünərəhbərlik 
23 
21 
16 
4.Əks olunmuş özünəmünasibət 
34 
16 
10 
5.Özünüqiymətləndirmə 
29 
19 
12 
6. Özünüqəbuletmə 
23 
23 
14 
7.Özünəbağlılıq 
18 
24 
18 
8.Daxili münaqişəlilik 
34 
20 

9. Özünüittiham 
21 
20 
19 


55 
I kurs tələbələrinin 60 nəfərdən 34 nəfəri (56,6%) müxtəlif şkalalar üzrə yük-
sək nəticələr göstərmişlər. Yüksək nəticələrin göstərildiyi şkalalar: daxili 
münaqişəlilik- 34 nəfər, özünəinam- 12 nəfər, özünəbağlılıq- 18 nəfər, özünərəhbərlik 
-16 nəfər olmuşdur. Tələbələrin 31 nəfərində “qapalılıq” ortasəviyyədə aşkar 
edilmişdir. Bu faktor şəxsiyyətin mühafizə davranışının əksi, onu əhatə edən 
insanlarla qarşılıqlı münasi-bətlərin ümumi qəbul edilmiş normalarına müvafiq 
olmaq istəyidir. İnsan öz-özü ilə açıq münasibətlərdən uzaq olmağa meyillidir. 
Buna səbəb, ya refleksiya vərdişlərinin kifayət etməməsi, özünü səthi görmək, ya 
da dərk olunmuş özünü açmamaq, şəxsi problemlərin mövcud olduğunu boynuna 
almamaq istəyi ola bilər.
Öz “Mən”inə ünvanlanmış “özünüittiham” mənfi emosiyaların ifadə 
olunmasını səciyyələndirir. Bu çatışmazlıqları özündə görənlərdə, bütün 
səhvlərində və uğursuzluqlarında ancaq özünü günahlandırmağa hazır olan 
şəxslərdə müşahidə etmək olar. Problem vəziyyətləri, ünsiyyət sahəsində 
münaqişələr artıq formalaşmış psixoloji mühafizələri aktuallaşdırır. Onların 
arasında özünün “Mən”inin tənbeh, ittiham dominantdır. Özünüittihama yönüm 
daxili gərginliyin yüksək səviyyədə olması, əsas tələbatların ödənilə bilməməsini 
ilə müşayiət edilir. “Daxili münaqişəlilik” daxili münaqişələrin, şübhələrin, özü ilə 
razılaşmamanın mövcudluğunu, özünütəhlil və refleksiya meyllərinin ifadə 
olunduğunu müəyyən edir.
Yüksək qiymətlər özünə münasibətdə neqativ fonun üstünlük təşkil etdiyi tələ-
bələrə xasdır. Belə adam özünün “Mən”i üzərində daim nəzarət vəziyyətindədir. 
Özünün daxili aləmində baş verən hər şeyi dərindən qiymətləndirməyə cəhd edir. 
İnkişaf etmiş refleksiya özünüöyrənməyə keçir ki, bu da özündə ittihama məruz 
qalmış keyfiyyət və xassələrin tapılmasına gətirib çıxarır. Belə tələbə özünə qarşı 
yüksək tələblərlə fərqlənir. Bu isə bir çox halda “real-Mən”lə “ideal-Mən” 
arasındakı, iddialar səviyyəsi ilə faktiki nailiyyətlər arasındakı münaqişəyə, özünün 
az əhəmiyyətə malik olduğunun qəbul edilməsinə gətirib çıxarır. Öz 
nailiyyətlərinin və uğursuzluqlarının həqiqi mənbəyi kimi əsasən özünü görür.


56 
Mövcud vəziyyətə münasibətdə dəyişmək istəyinin dərəcəsini “özünəbağlılıq” 
aşkaredir. Yüksək qiymətlər “Mən-konsepsiya”nın yüksəkliyini, öz keyfiyyətlərini 
dəyişməz vəziyyətdə qoruyub saxlamaq meylini, özünə qarşı tələbkarlığı, ən 
əsası,özünüqiymətləndirməni əks etdirir. Özünüdəyərləndirmənin və ideala 
nailolmanın müvafiq səviyyədə olmaması özünüinkişaf və özünütəkmilləşdirmə 
imkanlarının həyata keçirilməsinə mane olur. Həmçinin, şəxsi həyacanlılığın 
yüksək səviyyəsi, ətraf aləmin təhlükə kimi qəbul edilməsi də özünütəqdimata 
mane olan amildir.
Aşağı göstəricilər aşağıdakı şkalalar üzrə təmsil olunmuşlar: özünüqiymət-
ləndirmə - 29 nəfər, özünüqəbuletmə - 23 nəfər, özünərəhbərlik - 23 nəfər, 
özünüittiham - 21 nəfər, özünəinam - 15. Aşağı qiymətlər öz imkanlarına 
inamsızlıqla, öz qabiliyyətlərinə şübhə ilə yanaşmaqla bağlı olan fikirləri əks 
etdirir. Tələbə öz qərarlarına etibar etmir, tez-tez özünün çətinlikləri və maneələri 
dəf etmək, qarşıya qoyulmuş məqsədə nail olmaq qabiliyyətini şübhə altına alır. 
Deməli, bir qislim (48 %) tələbələrdə insanlarla əlaqədənqaçma, öz problemlərinə 
dərindən qapanma, daxili gərginlik halları olur. 
III Kurs tələbələrinin özünəmünasibətinin ifadə olunma dərəcəsi 
Cədvəl 2.6. 
III Kurs (96) 
Şkalalar 
Aşağı 
nəfər 
Orta 
nəfər 
Yüksək
nəfər 
1. Qapalılıq 
24 
24 
12 
2. Özünəinam 
23 
22 
15 
3. Özünərəhbərlik 
22 
26 
12 
4.Əks olunmuş özünəmünasibət 
24 
22 
14 
5. Özünüqiymətləndirmə 
26 
23 
11 
6. Özünüqəbuletmə 
27 
22 
11 
7.Özünəbağlılıq 
24 
24 
12 
8.Daxili münaqişəlilik 
25 
23 
12 
9. Özünüittiham 
23 
24 
13 
Əgər I kursda əldə etdiyimiz göstəricilərdə müxtəlif şkalalar üzrə bir-birindən 
fərqli nəticələr aşkar edilmişdilərsə, III kursda bu göstərişilər bir-birinə daha yaxın-


57 
dır. Məsələn, “özünüqəbuletmə” -27, “özünüqiymətləndirmə” -26, “Daxili münaqi-
şəlilik” -25 və s. Bu onu göstərir ki, 3 il ərzində aldıqları təhsilin eyni səviyyəsi on-
ların peşə hazırlığındakı bilik və bacarıqlarında oxşar təsəvvürlər yaradır. Fərdi xü-
susiyyətləri, maraqları, dərketmə fəallığı kimi sahələrdə fərqli olsa belə, görünür 
ki, təhsil mühitinin yaradıcı olmaması tələbələrə öz imkanlarını kifayət qədər 
reallaşdırmağa imkan vermir.
Şəxsiyyətin fəallığının əsas mənbəyi, nəticələri və nailiyyətləri, öz 
şəxsiyyətinin inkişafının mənbəyi haqqında təsəvvürlərini “özünərəhbərlik” əks 
etdirir. Ya öz “Mən”inin, ya da ki, xarici vəziyyətlərin dominantlığını vurğulayır. 
Aşağı qiymətlər subyektin, özünün “Mən”inin xarici vəziyyətlərə və hadisələrə 
tabe olduğuna inamını təsvir edir. Bu zaman özünütənzimləmə mexanizmləri zəifləmiş 
olurlar. Məqsədə çatmağın yolunda xarici və daxili maneələrin dəf edilməsi üçün 
iradi nəzarət kifayət deyildir. İnsan baş verənlərin başlıca mənbəyi kimi xarici 
vəziyyətləri qəbul edir. Özü ilə bağlı səbəblər ya inkar olunur, ya da, şüursuzluğa 
sıxışdırılır. Bu zaman şəxsi “Mən”ə mü-nasibətdə təəssüratlar daxili gərginliklə 
müşayiət olunur.
Aydın olur ki, tətbiq etdiyimiz bu iki test metodikalarının nəticələri bir-biinə 
yaxındır. Həm I, həm də III kurs tələbələrində onların şəxsiyyətinə: fəaliyyət moti-
vinə, ustanovkaya, özünüqiymətləndirməyə, oriyentasiyaya, mənəvi dəyərlərə, 
gözləmələrə təsir göstərə biləcək emosional hallar yaşanır. Bu baxımdan 
metodikanın tətbiqi nəticələrinin emosional-qiymətləndirici məzmunu aşağıdakı 
xüsusiyyətlərlə səciyyələnir: 
- tələbələrdə özünəhörmət və özünüqiymətləndirmənin aşağı səviyyəsi;
- özünün fiziki göstəricilərindən narazılıq, öz qabiliyyətlərinə şübhə, öz 
imkan-larından qane olmamaq; 
-davranışda emosional baxımdan qeyri-sabitlik (həyəcan, çılğınlıq, impulsivlik); 
- zəif, kifayət etməyən özününəzarətlə və zəif özünütənzimləmə ilə, ictimai 
bəyənilmə motivasiyasının üstünlük təşkil etməsilə, özünün müstəqil olmayan, 
qətiyyətsiz və inamsız kimi səciyyələndirilməsilə, münaqişə davranışına meyllə 
ifadə olunur. Tədqiqatın nəticələrini müqayisə edərək, I kursda “qapalılıq”, “daxili 


58 
münaqi-şəlilik”,“özünəbağlılıq” şkaları üzrə, üçüncü kursda isə “özünüqiymət” və 
“özünüqəbul” şkalaları üzrə oxşar nəticələri (aşağı özünüqiymətlə, özünə inamsız-
lıqla səciyyələnən aşağı göstəricilər) qeyd etmək lazımdır. “Daxili münaqişəlilik” 
şkalası üzrə göstəricilər I kursda daha çox olmaqla özünəmünasibətdə neqativ 
fonun üstünlük təşkil etməsində ifadə olunur. 
Tələbə şəxsiyyətinin potensial inkişaf səviyyəsinin öyrənilməsi üzrə 
nəticələrin təhlili zamanı əldə edilən göstəricilər, bütövlükdə tələbə şəxsiyyətinin 
xarakteristikasının dərin olmayan özünüdərketmə səviyyəsi, inkişaf etməmiş 
özünüanlama ilə səciyyələndiyini müəyyən etməyə imkan verdi. Tələbələrin əksər 
hissəsi özünə pozitiv münasibətə, kifayət dərəcədə özünəinama malik deyildir ki, 
bu da pozitiv “Mən-konsepsiya”nın inkişafına mane olur. Bu zaman, tələbələrin 
özü 
haqqındakı 
təsəvvürlərinin 
məzmununun 
dəyişməsi, 
inkişafın 
özünəməxsusluğu, gəncliyin yaş xüsusiyyətləri təsir göstərir. 
Beləliklə, biz görürük ki, həyəcanlı tələbələrə aşağı özünüqiymətləndirmə və 
neqativ özünəhörmət xasdır. Onlarda özünə və öz qüvvəsinə inam zəifdir. Özlərini 
tənha hiss edir, insanlara inanmır, etibar etmirlər. Nəticədə tələbə böhran vəziyyəti 
ilə üzləşir. Şəxsiyyətin bir sıra komponentləri, xüsusilə fəaliyyət və ünsiyyətin in-
kişafında yayınma və ləngimələr baş verir.
2.3 Tələbələrin emosional vəziyyətini tənzimləyən psixoloji texnologiyalar 
Psixoterapevtik metodlar qorxunun korreksiyasında aparıcı vasitə kimi geniş 
tətbiq olunur. Qorxunu aradan qaldırmaq, onunla mübarizə aparmaq üçün bir çox 
psixoterapevtik üsullar vardır ki, biz də onlardan bəziləri haqqında danışmaq 
istərdik. Özünütəlqin psixoterapevtik metod kimi hələ qədimlərdən məlumdur. Bu 
cür metod Qədim Şərqin mədəni adətlərində, müxtəlif fəlsəfi və dini sistemlərində, 
yoqa təlimlərində geniş tətbiq olunurdu və həmçinin də bir sıra magiya 
mərasimlərinin tərkib hissəsi idi. Özünütəlqin psixi və vegetativ proseslərə, 
həmçinin iradi-şüuri baxımdan tənzimlənə bilməyən proseslərə də təsir etmə 
imkanına malikdir.


59 
Keçən əsrin 30-cu illərində alman həkimi İ.Şults Qərbin tibbi təcrübəsi ilə 
şərqin bir sıra tibbi təlim texnikalarını (yoqa sistemi) birləşdirməyə cəhd etdi. 
Nəticədə o, psixoterapiya sahəsində autogen məşq adlanan xüsusi cərəyan yaratdı. 
Şultsa görə autogen məşq iki pilləlidir: ilk və ali. 
İlkin mərhələ özündə 6 məşqi birləşdirir. Onların köməyilə şüuri nəzarətə 
tabe olmayan proseslərə irad olaraq təsir etməni öyrətmək olar. Autogen məşqin bu 
mərhələəsinin nəticəsi kimi əl-ayaqlarda ağırlıq və istilik hissi yaratmaq, ürək 
fəaliyyəti və tənəffüsün ritmini tənzimləmək, günəş kələfi sahəsində istilik və alın 
hissəsində sərinlik hissi yaratmaq qabiliyyəti çıxış edir. Autogen məşqin ali 
pilləsində isə müəyyən fikir və təsəvvürlər üzərində dərin konsentrasiya edə bilmə 
qabiliyyəti öyrədilir ki, məhz burada da bu mərhələ raca-yoqa ilə yaxınlaşır. 
Ekstremal situasiya düşən insanların qorxularının öhdəsindən gəlmək üçün autogen 
məşqin tətbiqinin yükəsk effektivliyinə aid bir misalla tanış olaq: Alman həkimi 
Şultsun tələbəsi Lindeman rezin qayıqla Atlantik okeanını keçir. O, xatirələrində 
yazır: “Autogen məşq mənim ağrı hissimi və qorxumu yüngülləşdirdi, mənə 
hallüsinasiyalarla və digər çətinliklərlə mübarizə aparmaqda kömək etdi” . 
Seksoloji praktika sahəsində də özünütəlqinin tədqiqində yaxşı nəticələr 
müşahidə olunur. Mütəxəsislər göstərirlər ki, özünütəlqinin təsiri altında nəinki 
arzuolunmaz emosional komponentləri (narahat gözləmə, inamsızlıq, qorxu və s.) 
aradan qaldırmaq mümkündür, həm də müsbət emosional həvəs və funksional 
dəyişilmə (kişilərdə eyakulyasiyanı tezləşdirmək və ya gecikdirmək və s.) 
yaratmağı öyrənirlər.Lakin, autogen məşqlə ilişib qalmış və beyindən çıxmayan 
qorxuları müalicə etməklə məşğul olan psixoterapevtlər qeyd edirlər ki, bu 
metodun tətbiqi zamanı fobiyaların bütöv növləri üzrə müalicə müvəffəqiyyətli 
alınmır. Autogen məşqin köməyilə klaustrfobiyanı (nədənsə xəstələnmək qorxusu) 
və başqalarını əhımiyyətli dərəcədə zəiflətmək olar. Ancaq, klaustrofobiya kimi 
qorxu növü autogen məşqlə çətin müalicə olunur. Bu isə onu göstərir ki, autogen 
məşqin yüngül və ya tezəcə yaranmaqda olan qorxular zamanı tətbiqi xüsusi effekt 
verir. 


60 
Neyrolinqvistik proqramlaşdırma (NLP) texnikası XX əsrin 70-ci illərinin
əvvəllərində Amerika alimləri C.Qrinder və R.Bendler tərəfindən işlənib 
hazırlanmışdır. NLP öz əsasını aşağıdakı mənbələrdən götürür: 
1)
Milton Erikson, Virciniya Satir (ailə psixoterapiyası), Friç Perls (geştalt 
terapiya) kimi alimlərin təcrübələrinin təhlili və öyrənilməsi; 
2)
Yarımkürələrarası assimetriya- informasiyanın işlənilməsində sağ və sol 
yarımkürədən fərqlər haqqında müasir məlumatlar; Beystonun “əqlin 
ekologiyası”na həsr olunmuş işlər; 
3)
Xomskinin transformasiyalı qrammatikası; 
4)
Rasselin mətiqi tiplər nəzəriyyəsi ; XX əsrin 50-60-ci illərində süni və təbii 
intellekt arasındakı sərhəddi aradan qaldıran kibernetik tədqiqatlar. 
Məhz bu mənbələrə əsaslanaraq NLP-nin müəllifləri psixoterapiya sahəsində 
yeni bir cərəyan yarada bildilər.NLP-nin əsas fərziyyələri bunlardır: 
1)
İnsan beyni müxtəlif proqramlar yığımına malik kompyuter kimidir. Genetik 
proqramlaşdırmadan əlavə, stressli vəziyyətlərin,özünü proqramlaşdırmanın, 
ətrafdakı insanların təsirinin gücləndrilməsi yolu ilə formalaşan davranış və 
fəaliyyət steriotipləri “proqramı” da var; 
2)
Proqramların əksəriyyəti dərk olunmur və nitqdə aşkarlanmır, lakin nitq 
strukturlarının dərinliklərində ifadə olunur; 
3)
Bütün davranış stereotipləri keçmişə malik olduqları kimi, yəqin ki, lazımı 
adaptiv 
funksiyaya 
malikdirlər. 
Belə 
ki, 
insanın 
yeniyə 
“proqramlaşdrılması” (özünüproqramlaşdırma) mümkündür; 
4)
NLP diqqəti pasiyentin yenidən “köklənməsinə” və onunla qarşılıqlı 
münasibətlərin effektiv texnologiyasına yönəldir. Bu cür “texniki” 
orientasiya insani dəyərlərə ehtiyatla yanaşma və “zərər yetirmə” prinsipini 
birləşdirir. 
NLP-də ən çox rast gəlinən terminlərdən biri “lövbər”dir. “Lövbər”- 
keçmişdə insanın həyatında baş verən vacib hadisə ilə bir və ya bir neçə dəfə 


61 
uzlaşan və bu və ya digər psixfizioloji hal yaradan şərti qıcıqlandırıcıdır. 
Təsadüfən eşidilən mahnı, söhbət zamanı tələffüz edilmiş ad və ya şəxsi albomdan 
tapılmış fotoşəkil belə “lövbər” rolunu oynaya bilər. Şərti olaraq “lövbər”i a) 
mənfi və müsbət, b) görmə, eşitmə və təmaslı “lövbər”kimi növlərə bölmək 
olar.Güclü qorxu ilə müşayət olunan möhkəm emosional sarsıntı zamanı ondan 
əvvəl gələn siqnal avtomatik olaraq lövbər olacaq və müvafiq yaşantı yaradacaq. 
Məsələn: əgər insan liftə girən zaman ürəyi ağrıdı və özünü pis hiss etdisə, bu 
zaman böyük ehtimalla klaustrafobiya meydana çıxır. Ancaq “müsbət lövbər”lər 
də mövcuddur. Hər bir insanın həyatında çox güclü müsbət emosiyalar (sevinc, 
özünəinam, cəsarət, rahatlıq və s.) keçirdiyi anlar olur və NLP-nin köməyilə 
“müsbət lövbər”lərin köməyilə qorxu və həyəcanın öhdəsindən gəlmək, onları öz 
keçmişindən çıxarıb atmaq üçün insana lazımı resurslar vernək mümkündür. 
Məsələn: tələbə sabah imatahan verməlidir. Öz biliklərinə əmin olmadığı üçün 
qorxur. Onun inamsızlığı ilk növbədə ona cavab verməyə mane olacaq, ikincisi isə 
imtahan götürən şəxsdə tələbənin semestr ərzində pis oxuması haqqında təsəvvür 
yaranacaq. Bu zaman qorxu və inamsızlıq imatahandan uğurla çıxma şansını aşağı 
salır. Belə ki, hər bir insan həyatında özünəinam hissini az yaşamayıb: əgər nə 
vaxtsa onun yaşamış olduğu özünəinamı götürüb imatahan prosesinə ötürə bilsək, 
yəqin ki, qorxunu azaltmaq olar. 
Şerbatıxın fikrincə NLP sahəsində mütəxəsis olmasa, qorxan şəxsin özü bəzi 
texnikalardan istifadə edə bilər. 
Qorxunun ən müasir tədqiqçilərindən olan K.İzard qorxu ilə mübarizə üçün 
emosiyaların qarşılıqlı tənzimlənməsi texnikası irəli sürür. İstənilən emosiya kimi 
qorxu da digər bir emosiyanın təsiri altında zəifləyə və hətta geri çəkilə bilər. 
İzarda görə burada qəzəb xüsusi qeyd edilməlidir. Birinci fəsildə qeyd olunmuş 
Culiya misalında oğru ona hücum edərkən o hirslənmişdi və bu qəzəb ən azından 
hücum vaxtı onu qorxusuz etmişdir. Qorxuya nəzarət etməyi öyrənmək üçün 
qorxuya mane olan emosiyaları ifadə etmə və yaşama qabiliyytini məşq etdirmək 
lazımdır. 


62 
Qorxunun korreksiyası ilə bağlı ən müasir metodlarından biri də N.D.Linde 
tərəfindən işlənilmiş emosional obrazlı terapiyadır. Bu metodika qorxuynu doğuran 
həqiqi səsbələri tez bir müddətdə müəyyənləşdirməyə və onu korreksiya ettməyə 
imkan verir. Metodikanın mahiyyəti aşağıdakı kimidir və o özünə aşağıdakıları 
daxil edir: 1) ilkin söhbət zamanı hansı emosional vəziyyətin göstərilən problemin 
(qorxu) “nüvəsi” olması müəyyənləşdrilir; 2) klientə bu hissi fiziki (yəni öz 
bədədnində) olaraq necə yaşamasını ətraflı təsvir etmək təklif olunur; 3) klient bu 
hissi xıəyali obraz kimi təqdim edir; 4) problem situasiya ko ntekstində obrazın 
tətbiqi həyata keçirilir; 5) terapevt öz fərziyyəsini dəqiqləşdirir və klientə obraza 
təsir etmənin konkret üsullarını məsləhət görür ki, bu da əsas problemin həlli kimi 
çıxış edir; 6) klient bu üsulları tətbiq edir və obraz, eləcə də onunla əlaqəli olan 
patogen hiss pozitivləşərək dəyişilir; 7) dəyişilmənin nəticələri yoxlanılır və 
möhkəmlənir. 
Obrazla işləyən Linde həm obrazın kliyentin problemi kontekstindəı 
psixoloji baxımdan təhlilini, həm də bu problemin korreksiyası üçün obraza fikrən 
təsiri nəzərdə tutur. Bu metod çərçivəsində daha tez nəticələr əldə etməyə imkan 
verən, obrazın dəyişilməsinə xidmət edən müxtəlif üsullar mövcuddur. Əslində 
Linde otuza yaxın üsul göstərir. Lakin gəlin, 11 ən əhəmiyyətli üsula diqqət 
yetirək: 
1)
Seyr etmə-obrazın şüuruz psixoloji korreksiyayaq gətirib çıxaran bu və ya 
digər mənfi keyfiyyətinə diqqətin cəmləşdrilməsi; 
2)
Fikri iş-bu üsul özünə obrazla əlaqəli olan istənilən işi daxil edir ki, bu da 
fərdin problemini adekvat həll etməyə imkan verir; 
3)
Dialoq-obrazla (onun adından) danışıq obrazın ifadə etdiyi psixoloji 
məzmunu aşkara çıxarmaq məqsədilə həyata keçrirlir; 
4)
Ziddiyyətlərin qarşılıqlı təsiri-obrazların qarşlıqlı təsiri nəzərdə tutulur; 
5)
Əvəz edilmə-məhz mənfi obrazın fikrən müsbətlə əvəzlənməsi; 
6)
Hissin ifadə edilməsi – boğulmuşhissin azad olunma prosessi (nəzarət 
olunan katarsis); 


63 
7)
Obrazların taleyinin öyrənilməsi-obrazın yaranma və sonrakı inkişaf 
tarixinin fikrən öyrənilməsi; 
8)
Müstəqil xəyal qurma-klientin mövzu üzrə obrazda əks olunan müstəqil 
fantaziyalar yığımı spontan olaraq tamamlanma və ya insayta qədər 
dəstəklənir və həvəsəndrilir; 
9)
Şəxsiyyətin tərəfləri arasında yeni münasibətlərin qurulması-şəxsiyyətin 
əvvəllər qəbul olunmayan tərəflərinin onun obrazı tərəfindən qəbul 
olunması və onunla digər lazımı münasibətlərinin qurulması; 
10)
Neqativ enerjinin konverisyası-əvvəllər neqativ hissin yaranmasına 
sərf olunan pozitiv enerjiyə fikrən qayıdış; 
11)
Paradoksal həll metodu-fərdə bu və ya digər işi və ya hissi 
(pozitiv)qadağan edən obraza icazə (məsələn: əgər həbsxana obrazı fərdi 
azadlıqdan məhrum edirsə, onda həbsxanaya azadlıq vermək lazımdır ki, 
bu da əslində klient azad edir). 
Linde EOT-nın köməyilə fobiyanın meydana çıxma modelləri və onların 
korreksiyasının geniş və hərtərəfli təhlilini verib. O, fobiyaların meydana 
çıxmasının 7 modelini göstərir: 1) Zədə modeli; 2) V.Frank modeli; 3) valideyinin 
əmr-göstəriş modeli; 4) gizli suisid modeli; 5) “əks istək”modeli; 6) isterik 
fobiyalar; 7) valideyin həyəcanı modeli (asılılıq). 
Gəlin buradan yalnız bir model və onun korreksiyasına aid misalla tanış olaq: 
məsələn: zədə modeli. Əksəriyyət fobiyalar psixoloji zədə səbəbindən yaranır. 
Fobiyalara zədələyici situasiyanın xarakterinə və təsir dərəcəsinə görə fərqlənirlər. 
Zədənin əsas nəticəsi –qurban mövqeyi subyektin şüuraltısında fiksə olunur.
Terapevtin əsas məqsədi isə kliyentə qurban mövqeyindən çıxmağa və ilişib 
qalmış emosiyalardan azad olmağa kömək etməkdən ibarətdir.Beləliklə, Linde 
zədə modelinə müvafiq misal gətirir və onun korreksiya yollarını bizə təqdim edir: 
“Qız birinci sinifdə oxuyarkən ünsiyyətcil idi və parta yoldaşı ilə 
çoxdanışırdı. Buna görə müəllimə onu sinifdən çıxarır və o bütün dərs müddəti


64 
qapı arxasında gözləməli olur. Dərsdən sonra müəllimə qızı tibb ət idi. yanına 
aparır və soruşur: “Biz çox danışan qızlarla neyləyirik?” O isə sakitcə cavab verir: 
“Onların dillərini kəsirik.”. Bu qızızn bir daha dərsdə söhbət etməməsi üçün 
kifayət idi. Bundan başqa o, digər insanlarla söhbət qabiliyyətindən məhrum olub. 
O daha çox susur və qulaq asırdı. Onun dərslərə cavab verməsində də mətinliklər 
yaranıb. Tələbə olduqda isə seminarlarda çıxış etməkdən, məruzələr deməkdən 
çəkinib. O həm də ailədə də öz hisslərini bölüşə bilmirdi, buna görə də hamı ona öz 
problemini danışır, lakin qulaq asmırdılar”. 
Linde həqiqəti müəyyənləşdirdikdən sonra qızdan soruşur: “Sən həmin 
müəlllimə və tibb bacısına neylərdin?” O deyir: “Onların dillərini çıxarıb bir-birinə 
bağlayardım, sonra isə tavandan asardım”. Linde deyir: “Bunnu elə indi et”. O 
yuxarı baxaraq bu səhnəni təxəyyülündə canlandırıb ağladı, daha sonra isə güldü. 
Bir az keçdikdən sonra isə o deyir ki, tamamilə razı qalıb və onları azad edə bilər. 
Bundan sonra qız onlardan qorxmadı və müstəqil söhbət etmək qabiliyətini əldə 
etdi. 
Bu metodun ən əsas müsbət cəhəti ondan ibarətdir ki, psixoterapiyanın 
nəticəsi burada və indi prinsipinə əsaslanır. Qorxu obrazı ilə uğurlu işin yekunu 
olaraq tezbir zamanda qorxu aradan qalxır ki, bu da onun psixosomatik 
əlamətlərinin itməsində, xəyli obrazların yoxlanılmasında , daha sonra adi həyatda 
öz təsdiqini tapır.


65 
NƏTİCƏ 
Tədqiqatda aparılmış təhlillər əsasında aşağıdakı nəticələr əldə edilmişdir:
-Elmi ədəbiyyatda emosional sahənin ayrı-ayrı komponentlərinin formalaşması və 
inkişafı məsələlərinə fəaliyyətin emosional tənzimlənməsi, qarşılıqlı münasibətlər, 
özünüqiymətləndirmənin 
formalaşması, 
emosional 
sahənin 
korreksiyası 
kontekstində xüsusi diqqət yetirilir.
-Tələbə yaşı emosional reaksiyaların və emosional vəziyyətlərin yüksək dərəcədə 
differensiasiyası, habelə özününəzarət və özünütənzimləmənin səviyyəsinin 
yüksəlməsi ilə səciyyələnir. Bu yaşın ümumi xüsusiyyətləri kimi əhval-ruhiyyənin, 
qarşısı alınmayan şənlikdən ruh düşkünlüyünə qədər, dəyişkənliyi və bir-birini 
əvəz edərək meydana çıxan bir sıra əksqütblü keyfiyyətlərinin uzlaşması 
xarakterikdir. Bunlara xüsusi senzitivliklə müşayiət olunan keyfiyyətlər: digərləri 
tərəfindən 
özünün xarici görünüşünün, qabiliyyətlərinin, bacarıqlarının 
qiymətləndirilməsinə münasibət özünəinam, ətrafındakılara münasibətdə tənqidilik 
xasdır.
- Tələbələrin psixoemosional vəziyyəti onlarda şəxsiyyətin formalaşması prosesi 
ilə birbaşa əlaqədə olub fəaliyyət motivinə, ustanovkaya, şəxsiyyətlərarası 
münasibətlərə, özünü və başqalarını qiymətləndirməyə, qrupdakı ünsiyyətinə, 
nəhayət təlim uğurlarına səbəb ola biləcək əqli fəallığına bilavasitə təsir göstərir. 
Tələbənin tədris prosesində yaşadığı psixoemosional hallar onun fəaliyyətini də 
motivləşdirmək xüsusiyyətinə malikdir.
-Aydın oldu ki, tələbələrdə neqativ psixoemosional halların olmasının başlıca 
səbəbi onlarda bu və digər səbəblərdən yaranan özünəəminsizlik, qorxu və 
natamamlıq hissləridir. Bunlara əlverişsiz tədris mühitindəki pedaqoji 


66 
situasiyaların, sosial şəbəbkələrin neqativ təsirləri də əlavə olunduqda, onlarda 
emosional gərginlik daha da artır.
-Yüksək həyəcanlı tələbələr aşağı özünüqiymələndirməyəvə qeyri-sabit özü-
nüqiymətə malikdirlər. Bununla yanaşı, onlar həyat fəaliyyətinə təhlükəli vəziyyət-
ləri geniş diapazonda qavramağa, ətrafda baş verənlərə olduqca gərgin, aşkar ifadə 
edilmiş həyəcanla reaksiya verməyə meyillidirlər. 
-Psixoemosional sahəsi zəif olan, həyacan, qorxu, stress hallarını tez-tez ya-şayan 
tələbələr özünəinamsızdırlar. Onların intellekt göstəriciləri ilə emosional vəziy-yətin 
korrelyasiyası alınmır. Belə ki, əksəriyyətində intellekt göstəriciləri yüksək olsa da 
(akademik qiymətlər nəzərdə tutulur), bu tələbələrin naməlum olanlar, eləcə də 
yeni situasiyalar qarşısında keçirdikləri qorxu və həyacan hissi ona gətirib çıxarır 
ki, verilmiş tapşırıqların həllində az təşəbbüs göstərirlər. Əhatəsindəkilərin diqqətini 
özünə cəlb etməməyi üstün tutur, özlərini nümunəvi aparır, tələbləri dəqiq yerinə 
yetirməyə çalışır, intizamı pozmurlar. Bir sözlə, onlar təvazökar və utancaqdırlar. 
- Psixoemosional gərginliklər tələbələrin davranışında da müşahidə olunur. Hə-
yəcanın eyni səviyyəsi tələbələrdə fərqli təzahür edir. Onlardan bəziləri fəal 
davranış nümayiş etdirsələr də, digərləri passivdirlər.
-Psixoemosional gərginliklərin təsir göstərdiyi digər şəxsiyyət göstəricisi üzrə 
onlarda aşkar etdiyimiz daxili münaqişəlilikdir. Bu münaqişə, bir qayda olaraq, 
sanki həmin tələbələrin qarşılıqlı münasibətlərinə də “köçürülür”. Məsələn, qrup 
sosiometriyasındakı aşağı nəticələr, qrupda lider kimi qəbul olunmamaq onların 
həmyaşıdları və müəllimlərlə qarşılıqlı münasibətlərinin xarakteri haqqında dolayısı ilə 
məlumat verir. 
-Həyəcanın yüksək təzahürü tələbələrdə bu və ya digər pedaqoji situasiyaya uy-ğun 
süni emosional uyğunlaşmanı sübut edirdi. Bu həyəcan səviyyəsinə malik olan 
tələbələr özlərinə zəif, bacarıqsız fərd kimi münasibət bəsləyirlər. Onların həyəcanı 
özlərinə və başqalarına münasibətlərində laqeydlik və biganəliklə ifadə olunur. 
-Həyəcanlı tələbələr bir qayda olaraq qrupda hamı tərəfindən qəbul edilmir, la-kin 
təcrid də olunmurlar. Bu tələbələr az populyar olanların sırasına daxildirlər, çünki 


67 
əksər hallarda onlar özlərinə arxayın olmadıqlarından məsuliyyətli tapşırıqların 
öhdəsindən yaxşı gələbilmir, qrupun maraqları üçün fədakarlıq etməyə hazır 
olmurlar. Bununla yanaşı, ünsiyyətə az maraq göstərir, yaxud, əksinə, həddən artıq 
ünsiyyətcil, zəhlətökən, qəzəbli olurlar. Onların populyar olmamalarının digər 
səbəbi sabit xarakter, iradə və dözümlülük göstərə bilməmələridir. Belə tələblər, 
əlbəttə ki, şəxsiyyətlərarası qarşılıqlı münasibətlərdə lider ola bilmirlər. 
- Həyəcanlı tələbələrin təşəbbüskar olmaması, həm də yaşıdların onlar üzərində do-
minant olmalarına gətirib çıxarır. Özünə arxayın olmayan, həyəcanlı tələbələrin hə-
mişə şübhəli olması, başqalarından ehtiyat etməsi, onlardan həmlə, istehza, 
sıxışdırılma gözləməsi, daxilə istiqamətlənmiş aqressiya və frustrasiya yaradır. 
Ümumilikdə isə onlarda psixoloji mühafizə reaksiyaları kompleksləşərək 
möhkəmlənir. Bu halda şəxsiyyətdə daxili münaqişələr meydana gəlir, özünüifadə 
və özünütəsdiq imkanlarının məhdudlaşması səbəbindən özünəqapanma güclənir. 
Qeyd edilən psixo-emosionalvəziyyət “təhlükə” mənbəyi hesab etdiyi şəxslər, o 
cümlədən, ali məktəb mühitində həmyaşıd və müəllimlərlə ünsiyyətdən imtinaya, 
onlardan uzaq olmaq meylində öz əksini tapır. Bu cür tələbələr bir qayda olaraq, 
tənha, özünəqapanan və az fəaldırlar. Bu, adətən, təlim müvəffəqiyyətində də 
özünü göstərir.
- Əlverişli psixoloji texnologiyaların köməyi ilə tələbələrin emosional və- 
ziyyətinin yaxşılaşdırılması mümkündür. Bu prossdə sistemlilik, nəzəriyyənin və 
praktikanın vəhdəti, təhsilin humanistləşdirilməsi prinsipləri gözlənildikdə, 
tələbələrdə “Mən-konsepsiya” və şəxsiyyətin pozitiv tamlığının qorunub 
saxlanılması, fərdi potensialın reallaşdırılmasına yönəlmiş fəal, dərkolunan 
fəaliyyətin təşkili təmin olunduqda, onların emosional vəziyyəti: həyacan, 
frustrasiya, qorxu, utancaqlıq, aqressiya, ümumiyyətlə, emosional gərginlik və s. 
qarşısı əhəmiyyətli dərəcədə alınır.
Tədqiqatda əldə edilmiş nəticələr əsasında aşağıdakı təkliflər verilir: 
Bu gün Azərbaycanda insanların əksəriyyəti 

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin