Humanitar və sosial elmlər faküLTƏSİ



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə12/18
tarix24.12.2023
ölçüsü1,39 Mb.
#192275
1   ...   8   9   10   11   12   13   14   15   ...   18
Muxtəsənova Nigar

Frustrasiya.
Frustrasiya latın sözü olub, aldanma, nahaq gözləmə, əhval 
pozğunluğu mənasını verir. Frustrasiyanın daha geniş yayılmış iki tərifdən istifadə 
olunur: 
Birincisi, frustrasiya - hansısa maneə səbəbindən artıq aktivləşmiş tələbatın 
ödənilməsinin qeyri-mümkünlüyü kimi; 
İkincisi, tələbatın ödənilməsini blokadaya alan əks amillər nəticəsində 
meydana gələn psixi vəziyyət kimi müəyyən olunur. 
Hər iki halda frustrasiya situativ hadisələrə aid edilir. Lakin, bəzən 
frustrasiyaya şəxsiyyətin az və ya çox dərəcədə davamlı xassəsi, stress 
situasiyyasına onun uyğunlaşmağa qadir olmaması kimi başa düşülür.Bəzi 
müəlliflər isə hesab edirlər ki, frustrasiyanı situasiya ilə eyniləşdirmək daha 
ağlabatandır. Situasiya adı altında isə təkcə xarici şəraitin deyil, həm də daxili 
proseslərin başa düşülməsini məqbul sayırlar. Bu halda frustrasiya ən müxtəlif 
nəzəriyyələr çərçivəsindəistifadə edilmək üçün daha maksimal açıq anlayış 
olur.Psixoanaliz üçün frustrasiya sifəti ilə məsələn, “id”in blokadasına, sahə 
nəzəriyyəsi üçün daxili və xarici maneələrin münaqişəsinə biheviorist nəzəriyyə 
üçün fəaliyyətin istənilən yanılmasına baxmaq olar.Bütün hallarda frustrasiya 
anlayışında yalnız iki mühüm cəhət özünü büruzə verir.Əvvəla situasiya bilavasitə 


39 
şəxsiyyətə sosial təsiri özündə ehtiva etməlidir.İkincisi isə zamana görə nisbətən 
davamlı olmalıdır. 
Frustrasiya həmişə aqressiyaya aparır.Aqressiya isə yalnız frustrasiya 
nəticəsində təzahür edir. Belə yanaşma olduqca ciddidir və onu tənqiddən xilas 
etmir.Son dövrlərdə daha çox qəbul edilən nöqteyi-nəzərə görə aqressiya 
frustrasiyanın yalnız mümkün nəticələrindən biridir. 
Depressiya.Psixiatrlardan biri depressiyanı tamamilə normal reaksiya 
adlandırmışdır o şərtlə ki depressiya bizim gündəlik işlərimizə maneəçilik törətmir. 
Lakin, bu reaksiya normal olsa da onu sağlam hal adlandırmaq olmaz. 
Futuroloqlar XXI əsri artıq depressiya əsri adlandırırlar. Depressiyadan nə 
yüksək gəlirlər, nə stabil iqtisadiyyat, nə də həyat rifahlığı qoruya bilməz. 
Depressiya həm inkişaf etmiş, həm də inkişafda olan ölkələrdə geniş yayılıb. 
Depressiya patoloji aşağı əhval-ruhiyyə (qipotimiya) özünü neqativ, 
pessimistik qiymətləndirmə ilə əhatə edən reallığa öz vəziyyətilə öz gələcəyini
xarakterizə edən psixi pozuntudur. Əhval-ruhiyyənin depressiv dəyişilməsi 
koqnitiv proseslərin dəyişilməsi ilə yanaşı motor ləngimə ilə, fəaliyyətinə 
təhriklərin azalması ilə, somatoveqetativ disfunksiyalarla müşayət olunur. 
Depressiv somatika sosial adaptasiya və həyatının keyfiyyətinə neqativ təsir 
göstərir. 
Depressiya psixoloji təcrübədə rast gəlinən ən geniş yayılmış pozuntulardan 
biridir. Yaranma səbəblərinə müvafiq olaraq depressiya psixoloji cəhətdən aydın 
(adekvat), müəyyən həyat səbəbləri ilə əmələ gələn (reaktiv depressiya) və qeyri-
adekvat həyat şəraiti ilə bağlı olmayan, yəni ekzogen faktorlarla bağlı deyil 
(endogen depressiyalar). Endogen depressiyalar çox vaxt maniakal-depressiv 
psixoz hallarında rast gəlinir və onun iki forması var – bipolyar (maniakal fazalarla 
əvəz olunan) və monopolyar (yalnız depressiv fazalarla keçir).
İngilis-amerikan ədəbiyyatında depressiyaları ilkin və təkrar yaranan 
depressiyalara bölürlər. Təkrar yaranan depressiyalar müxtəlif somatik xəstəliklər, 


40 
orqanik faktorlarla və tibbi müalicə daxil olmaqla bağlı olur. Bəzi müəlliflər 
depressiyanı sadə (monomorf) və mürəkkəb (polimorf) depressiyalara ayırırlar. Bu 
təsnifat terapiya üçün vacib proqnostik məna daşıyır. 
Depressiyanın simptomları: 
1.
Özünü kədərli, dəyərsiz, ümidsiz, çarəsiz hiss etmək; 
2.
Boşluq duyğusunun olması, daxili harmoniyanın itirilməsi; 
3.
Qərar vermə çətinliyi, qərarsızlıq və qeyri-stabillik; 
4.
Hafizə və diqqət pozğunluğu; 
5.
Öncədən zövq alınan iş və fəaliyyətdən belə zövq ala bilməmək; 
6.
Hər yerdə əsassız yerə problemlərinin olduğunu düşünmək; 
7.
Digər insanlardan uzaqlaşmaq, təkliyə çəkilmə istəyinin olması;
8.
Enerji azlığı, bədbinlik, süstlük, yorğunluq hissi və tez qıcıqlanma; 
9.
Yuxunun pozulmsı; 
10.
İştahsızlıq və ya əksinə çox yemək; 
11.
Gələcəyə qarşı ifrat ümidsizlik. 
Qorxu. Qorxu bir çox insanların dəhşətli hesab etdiyi emosiyadır. 1971-ci 
ildə Kerrol İzard müxtəlif ölkələrin (ABŞ, İngiultərə, Almaniya, İsveçrə, Fransa, 
Yunanıstan və Yaponiya ) nümayəndələrinin emosiyalara münasibətlərini 
öyrənmişdir. Sorğu iştirakçılarına “Hansı emosiyalardan siz daha çox 
qorxursunuz?” sualına cavab olaraq qorxu emosiyasını qeyd etmişdilər. 
Doğrudanmı qorxu bu dərəcədə dəhşət doğurur?
Qorxu müxtəlif situasiyalarda meydana çıxa bilər, lakin bu intuisiyaların 
hamısı ümumi xarakterə malik olacaq: belə situasiyalarıinsan rahatlığının və 
sağlamlığının təhlükə altında qalması kimi qavrayır.İntensiv xarakterli qorxu 
emosiyası insan yaddaşında çox dəqiq və aydın iz qoyur.Biz uşaq olarkən çox 
qorxduğumuz hadisələri asanlıqla xatırlayırıq, özü də elə təmiz və aydın ki, elə bil 
dünən baş verib.Qorxu emosiyasına aydınlıq gətirmək üçün qorxu və həyəcan 


41 
arasındakı oxşar və fərqli cəhətlərə baxmaq vacibdir. Bəzi mütəxəsislərin fikrincə 
onlar ancaq kəmiyyətcə, digərlərinə görə isə onlar pirinsipcə, yəni həm öz 
mexanizimlərinə, həm də realizasiya üsullarına görə fərqlənirlər. 
Həyəcan qorxu anınadək olan mərhələlərdən biridir. Belə ki, situasiyanın 
təhlükəliliyinin qavranılması və qiymətləndrilməsi həyəcan hissinin meydana 
çıxmasını şərtləndirir. Yaranmış həyəcan isə sonradan güclənərək qorxu 
emosiyasına keçə bilər. Lakin bir cəhətə diqqət yetirmək lazımdır ki, həyəcanın 
qorxuya keçməsi üçün insan nəinki situasiyanı təhlükəli qiymətləndirməli, həm də 
təhlükənin aradan qaldrılmasının mümkünsüzlüyünü dərk etməlidir. Bu prosesin 
son mərhələsi vahimə halıdır ki, bu zaman insan təhlükə mənbəyinə tabe olur və ya 
demək olar ki, mübarizəni (qaçma reaksiyası) dayandırır. 
Beləliklə, qorxunun mərhələli sxemi.(şəkil 10) 
Şəkil 10.Qorxunun mərhələli sxemi 
Kerrol İzzarda görə əsas və müstəqli emosiya qorxudur, həyəcan isə bir neçə 
emosiyaların kombinasiyası kimi çıxış edir.Emosiyaların tədqiqi ilə məşğul olan 
alimlərin əksəriyyəti həyəcanı qeyri-müəyyən, naməlum siqnala reaksiya kimi, 
qorxunu isə konkret təhlükə siqnalı kimi nəzərdən keçirirlər. Y.V.Şerbatıx hesab 
edir ki, qorxu ilə həyəcan arasında həm mənşə, həm də psixi göstəricilər
Qorxunun mərhələli sxemi
Həyəcan
Qorxu
Vahimə


42 
baxımından fərqlər mövcuddur.Belə ki, həyəcan daha çox təhlükə anından xeyli 
əvvəl meydana çıxır, qorxu isə məhz təhlükə anında və ya ondan çox az əvvəl 
yaranır. Bir qayda olaraq. Qorxu mənbəyi insan tərəfindən dərk olunur, tamamilə 
konkret xarakter daşıyır (qəzəbli it, qarşıdakı imtahan), həyəcanın mənbəyi isə 
adətən dərk olunmur və məntiqi izahata uyğun gəlmir. Həyəcan daha çox 
orqanizimdə ümumi oyanma yaradır, qorxu isə fəaliyyəti tormozlaşdırır, 
parasimpatik sistemi aktivləşdirir. 
Belə hesab edilir ki, qorxu sağ (emosional) yarımkürədə lokallaşır, həyəcan 
isə beynin sol əqli tərəfi ilə müəyyənləşir. Nəhayət həyəcan sosial şərtlənmiş 
xarakter daşıyır, qorxunun əsasında isə bioloji instinktlər durur.Qorxunun bu cür 
müstəqil emosiya kimi nəzərdən keçirilməsi tədqiqatçılara qorxunu koqnitiv 
proseslərlə, davranış aktı ilə və digər emosiyalarla qarşılıqlı əlaqəsini təhlil etmək 
imkanı verir. 

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin