Gömrük hüquq münasibətlərinin subyektləri mühazirə mətnində və kitabda var



Yüklə 0,55 Mb.
tarix13.04.2023
ölçüsü0,55 Mb.
#97500
növüMühazirə
2ci mühazirə


2ci mühazirə
Gömrük hüquq münasibətlərinin subyektləri mühazirə mətnində və kitabda var.
Gömrük nəzarəti haqqında
Gömrük nəzarəti gömrük qanunvericiliyinə riayət olunmasını təmin etmək məqsədilə gömrük orqanları tərəfindən həyata keçirilən tədbirlərdir. Bu o deməkdir ki malları və nəqliyyat vasitələrini gömrük sərhədindən keçirən şəxslərin bunu qanunauyğun həyata keçirməsidir. Gömrük nəzarətinin formaları Gömrük Məcəlləsi ilə dəqiq müəyyən edilmişdir. Gömrük nəzarətinin xüsusiyyətləri aşağıdakılardır.

  1. Gömrük orqanlarının müstəsna səlahiyyətindədir.

  2. Gömrük Məcəlləsində nəzərdə tutulan nəzarət formalarından birini və ya bir neçəsini seçməklə həyata keçirilə bilər.

  3. Gömrük qanunvericiliyindəki qaydalara əməl olunmasını təmin etmək məqsədi güdür.

Mallar və nəqliyyat vasitələri gömrük postlarına daxil olduğu andan gömrük nəzarəti başlayır. Gömrük rejimlərinin biri seçildiyi anda yəni sərbəst dövriyyə buraxıldığı anda gömrük nəzarəti bitir. Gömrük nəzarətində 2 tərəf olur. Biri nəzarət edən tərəf digəri nəzarət olunan tərəfdir. Nəzarət olunan tərəf xarici iqtisadi fəaliyyət iştirakçılarıdır. Gömrük nəzarətinin prinsipləri aşağıdakılardır.

  1. Qanunçuluq Yəni gömrük nəzarəti qanuna müvafiq şəkildə həyata keçirilir.

  2. Operativlik

  3. Xarici ölkələrin gömrük orqanları ilə əməkdaşlıq

  4. Risklərin idarə olunması Risk dedikdə gömrük qanunvericiliyinin tələblərinə riayət edilməməsi ehtimalıdır. Risklər 2 cür olur açıq aşkar və potensial Açıq aşkar risk dedikdə gömrük orqanlarında məlumat var ki həmin şəxsin gömrük qanunvericiliyini pozma ehtimalı var. Potensial risk dedikdə hələ əmələ gəlməyib amma yaranması üçün bütün əsaslar var. Risk faktorunu müəyyənləşdirmək üçün gömrük orqanları bu şərtlərə baxmalıdır. 1. Daşınmanın qeyri adi marşurtu var ya yoxdu 2. Elə bil mənşə ölkəsi göstərilib ki həmin ölkə bu məhsulun istehsalı ilə məşğul olan zavodlarla məşhur deyildir. 3. Malların gömrük sərhədinə şübhəli vaxtlarda yəni gecə saatlarında daxil olmasıdır. 4. Malı daşıyan şəxsin əvvəllər gömrük qanunvericiliyini pozma faktının olmasıdır. Risk faktorları müəyyənləşdirmək üçün gömrük orqanları GM 15-ci maddəsinə baxırlar. Orada göstərilib ki risklərin idarə olunması nə üçün vacibdir hansı yollarla həyata keçirilir risklərin idarə olunmasında gömrük orqanlarının hansı vəzifələri vardır. Risklərin idarə olunması üçün gömrük orqanları dəhlizlər yaradır. Dəhlizlər barədə gələn dərslərdə məlumatlar olacaq. Risklərin idarə olunması sistemində Dövlət Gömrük Komitəsinin kollegiyasının 2015-ci il müəyyən etdiyi qaydalarda öz əksini tapıb.

Gömrük nəzarətinin obyektləri haqqında
Obyektlər mallar, nəqliyyat vasitələri, sənədlərdir. Hər bir obyektin özünün meyarları vardır. Mallara tətbiq olunan qaydalar nəqliyyat vasitələrinə tətbiq olunmur. Gömrük sərhədindən keçirilmə qaydasına görə müxtəlif nəzarət vasitələri var. Yəni su yolu ilə bağlı nəzarət vasitələri hava yoluna tətbiq oluna bilməz. Hüquqi və ya fiziki şəxs olmasına görə fərqli nəzarət vasitələri var. Gömrük nəzarəti birtərəfli, ikitərəfli və müştərək həyata keçirilir.
Gömrük nəzarətinin formaları GM 92-ci maddəsində müəyyən edilmişdir.

  1. Malların və nəqliyyat vasitələrinin yoxlanması

  2. Audit mala aid olan sənədlərin yoxlanmasıdırr.

  3. Şəxsi yoxlama müstəsna hallarda həyata keçirilir.

  4. Sənədlərin yoxlanması

  5. Şəxslərin sorğu sual edilməsi

  6. Keşikçəkmə yəni patrul GM və Nazirlər kabinetinin 2014-cü il qərarında öz əksini tapıb.

  7. Gömrük müşahidəsinin aparılması

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin