Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Şəkərli diabet zamanı qanda nə müşahidə edilir?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə6/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   2   3   4   5   6   7   8   9   ...   252
20) Şəkərli diabet zamanı qanda nə müşahidə edilir?
A) Hiperbilirubinemiya 
B) Hiperqlikemiya 
C) Hipoproteinemiya 
D) Hiperproteinemiya 
E) Hipoqlikemiya 
“Hiper” latınca çox, “emiya” qan deməkdir, “qlik” şəkilçisi isə şəkər sözünü bildirir. Şəkərli diabet 
zamanı insulin hormonu çatışmadığına görə qlükoza qlikogenə cevrilə bilmir və nəticədə qanda 
hiperqlikemiya olur. 
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilı “Tibb bacısının məlumat kitabı” .Səh. 158 “Çıraq” 2008. 
21) Şəkərli diabet xəstəliyinin ağırlaşması nə ola bilər?
A) Metabolik alkaloz 
B) Ürək çatışmazlığı 
C) Hiperqlikemik koma 
D) Metabolik asidoz 
E) Hipertonik kriz 
Şəkərli diabet zamanı turşu-qələvi müvazinəti turşu tərəfə pozulur, ketoasidoz olur,keton 
cisimcikləri MSS-nə (mərkəzi sinir sisteminə) toksik təsir edir, nəticədə xəstə hiperqlikemik 
komaya düşür. 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.159 “Çıraq” 2008 
22) Hiperqlikemik koma zamanı xəstənin nəfəsində hansı iy hiss olunur?
A) Alkoqol iyi 
B) Ammonyak iyi 
C) Heç nə hiss olunmur 
D) Aseton iyi 
E) Lax yumurta iyi 
Şəkərli diabet zamanı qanda və sidikdə çoxlu miqdarda aseton cisimcikləri əmələ gəlir, nəticədə 
xəstədə asetonuriya olur və nəfəsindən kəskin aseton qoxusu gəlir. 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.159 “Cıraq” 2008. 
23) Dərman maddələrinin vena daxilinə yeridilməsinin əsas üstünlüyü nədən ibarətdir?
A) Təxirəsalınmaz yardım zamanı effektin tez əldə edilməsi 
B) Qaraciyərin baryer rolunun kənarda qalması 
C) Müxtəlif dərman preparatlarının yeridilə bilməsi 
D) Asan olması 
E) Allegik reaksiyanın olmaması 
Orqanizmə yeridilmə yollarından asılı olmayaraq bütün dərman preparatları toxumalara qan 
vasitəsilə təsir göstərir. Dərman maddəsinin venadaxilinə yeridilməsi birbaşa toxumalara çatdığı 
üçün daha tez təsir göstərir. 
Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 182-186. “Maarif” 1974 



Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin