Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Anafilaktik şok zamanı təxirəsalınmaz yardım harada göstərilməlidir?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə14/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   10   11   12   13   14   15   16   17   ...   252
53) Anafilaktik şok zamanı təxirəsalınmaz yardım harada göstərilməlidir?
A) Palatada 
B) Hadisə baş verdiyi yerdə 
C) Prosedur otağında 
D) Qəbul şöbəsində 
E) Təcili yardım maşınında 
Anafilaktik şok sürətlə baş verən allergik reaksiyadır.Bu zaman təxirəsalınmaz yardım dərhal hadisə 
baş verən yerdə başlanmalıdır. Dərhal allergenin orqanizmə daxil olma yolları kəsilməlidir. (Əgər 
arı sancıbsa onun iynəsi pinsetlə çıxarılmalıdır, iynə vurulan yerdən proksimal hissədə turna 
qoyulmalıdır). 
Ədəbiyyat: Г.П.Матвейков «Справочник терапевта». Минск «Беларусь». Səh. 736 
54) Xardal yaxmasının dəri üzərində qalma müddəti nə qədərdir?
A) 10 – 15 dəqiqə 
B) 3 – 5 dəqiqə 
C) 15 – 20 dəqiqə 
D) 20 – 30 dəqiqə 
E) 20 – 25 dəqiqə 
Əgər xardal yaxması birbaşa dərinin üzərinə qoyularsa 10-15 dəqiqəyə hiperemiya əmələ gəlir, bu 
müddətdən artıq qaldıqda dəridə yanıq əmələ gələ bilər. Yanığın qarşısını almaq üçün xardal 
yaxmasını vaxtından artıq saxlamaq olmaz. 
Ədəbiyyat: C.H. Hacıyev, R.Y. Əliyev. Xəstələrə qulluq. Səh. 115. “Təhsil”, Bakı 1998 
55) Sifon imaləsi üçün neçə litr su götürülməlidir?
A) 5 – 7 l 
B) 4 – 6 l 
C) 6 – 8 l 
D) 1- 2 l 


E) 10 – 12 l 
Sifon imaləsi əsasən ağızdan qəbul edilmiş zəhərli maddələri kənar etmək üçün istifadə edilir, 
zəhərli maddələri tamamilə kənar etmək üçün bağırsaq yaxşı yuyulmalıdaır, bunun üçün sifon 
imaləsi zamanı digər imalələrdən fərqli olraq daha çox - 10-12 l su götürülür. 
Ədəbiyyat: C.N.Hacıyev; R.Y. Əliyev. Xəstələrə qulluq. Səh.206. “Təhsil” Bakı 1998 
56) Spastik qəbizlik zamanı təmizləyici imalənin temperaturu necə dərəcə olmalıdır?
A) 38° – 40° 
B) 30° - 32° 
C) 15° – 20° 
D) 20° – 25° 
E) 45° - 50° 
Spasitik qəbizliyə səbəb adından məlum olduğu kimi bağırsaqların spazmıdır, spazm aradan 
qaldırmaq üçün temperaturu 40 dərəcədən artıq, 38 dərəcədən aşağı olmayan su götürülür. 
Ədəbiyyat: C.H. Hacıyev, R.Y. Əliyev. Xəstələrə qulluq. Səh.203“Təhsil”, Bakı 1998 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin