Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Sidikdə qanın olması necə adlanır?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə2/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   2   3   4   5   6   7   8   9   ...   252
5) Sidikdə qanın olması necə adlanır?
A) Albuminurieya 
B) Hematuriya 
C) Nikturiya 
D) Qlükozuriya 
E) Piuriya 
Sidikdə qanın olması hematuriya adlanır və 3 növü var: qan sidik aktının əvvəlində olur, sonunda 
olur və total hematuriya, yəni sidik başdan-başa qana boyanır. 
Ədəbiyyat: C.N. Hacıyev, R.Y. Əliyev. Xəstələrə qulluq. Səh. 224 “Təhsil” Bakı1998 
6) Qazçıxarıcı borunu bağırsaqda maksimum nə qədər saxlamaq olar?
A) 30 dəqiqə 
B) 3 saat 
C) 1 saat 
D) 45 dəqiqə 
E) 1,5 saat 
Qazçıxarıcı borudan qarın boşluğu əməliyyatlarından sonra, körpə uşaqlarda isə köp olan zaman 
istifadə olunur. Qazçıxarıcı borunu bağırsaqda 1 saatdan çox saxlamaq olmaz, çünki bağırsağın 
divarı zədələnə bilər. 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” Səh.27” “Çıraq” 2008. 
7) Onikibarmaq bağırsaq xorasında ağrılar nə vaxt müşahidə edilir?
A) Qida qəbulu zamanı 
B) Qida qəbulundan 15-30 dəq. sonra 
C) Qida qəbulundan dərhal sonra 
D) Gecə və acqarına 
E) Qida qəbulundan 2-3 saat sonar 
Mədə boş olduqda turş mühitli mədə şirəsi 12 barmaq bağırsağa keçir, orada olan xoranı 
qıcıqlandırır və ağrıya səbəb olur. 
Ədəbiyyat: :N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” Səh.147 “Çıraq” 2008 
8) Tənəffüsün olması necə təyin edilir?
A) Ağız boşluğuna nəzarət etməklə 
B) Xəstənin ağzına güzgü yaxınlaşdırmaqla 
C) Xəstənin rənginə nəzarət etməklə 
D) Ətrafların hərəkətlərinə nəzarət etməklə 


E) Döş qəfəsinin hərəkətinə nəzarət, tənəffüs küylərinə qulaq asmaqla 
Tənəffüs zamanı (nəfəs alma və nəfəs vermə) qabırğaarası əzələlər yığılıb-açıldığı üçün döş qəfəsi 
hərəkətli olur və fonendoskopla qulaq asdıqda tənəffüs küyləri asan eşidilir.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” Səh. 5 “Çıraq” 2008 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin