Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Yataq yaralarının yaranmaması üçün ağır xəstələrin vəziyyətini neçə saatdan bir



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə7/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   2   3   4   5   6   7   8   9   10   ...   252
24) Yataq yaralarının yaranmaması üçün ağır xəstələrin vəziyyətini neçə saatdan bir 
dəyişmək lazımdır?
A) 2,5 
B) 3 
C) 1 
D) 1,5 
E) 2 
Ağır xəstə eyni vəziyyətdə uzun müddət yatdıqda mikrosirkulyasiya pozulur, dəri, dərialtı və digər 
yumşaq toxumalarda nekroz əmələ gəlir. Bu hal baş verməsin deyə hər 2 saatdan bir xəstəni 
müxtəlif böyrü üstə çevirərək müəyyən müddət bu vəziyyətdə saxlamaq lazımdır. 
Ədəbiyyat: C.N. Hacıyev. R .Y. Əlyev. Xəstələrə qulluq. Səh.63 “Təhsil” Bakı 1998. 
25) Aşağıdakılardan hansı obyektiv metoda aid deyil?
A) Anamnez (sorğu) 
B) Baxış 
C) Auskultasiya 
D) Palpasiya 
E) Perkussiya 
Anamnez (sorğu) subyektiv müayinə metodu sayılır. Sadalanan qalan müayinə metodları isə 
obyektiv metodlardır.
Ədəbiyyat: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр. 150 
26) Bayılma zamanı istifadə olunan dərmanlar hansılardır?
A) Strofantin, eufillin 
B) Prednizolon, poliqlükin 
C) Vikasol, qlükoza 
D) Analgin, fentanil 
E) Kordiamin, mezaton 
Kordiamin mərkəzi sinir sistemini stimulyasiya edir, damar hərəki mərkəzin oyanmasına səbəb 
olur, mezaton damar büzücü preparat olub, qan təzyiqinin artmasına səbəb olur. Bayılma kəskin 
damar çatmamazlığı olduğundan bu preparatların istifadəsi daha məqsədəuyğundur.
Ədəbiyyat: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр. 321 
27) Endemik urun profilaktikası üçün hansı məhsulları yodlaşdırırlar?
A) Süd məhsulları 
B) Bitki yağları 
C) Ət məhsulları 
D) Qənd, konfet 
E) Xörək duzu 
Xörək duzu digər məhsullardan fərqli olaraq hər gün qida rasionuna daxil edilir, ona görə endemik 
urun profilaktikasında 1qr duza 10 qr kalium yodid əlavə edilmiş yodlaşdırılmış duzdan istifadə 
olunur. 


Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” .Səh. 117. “Çıraq” 2008 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin