Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Alimentar yolla orqanizmə daxil olan zəhərli maddələri çıxarmaq üçün hansı imalədən



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə5/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   2   3   4   5   6   7   8   9   ...   252
16) Alimentar yolla orqanizmə daxil olan zəhərli maddələri çıxarmaq üçün hansı imalədən 
isitfadə olunur?


A) Sifon 
B) Təmizləyici 
C) Dərman 
D) Yağlı 
E) Qidalandırıcı 
Ağızdan qəbul edilmiş zəhərli maddələri bağırsaqdan sürətlə kənar etmək üçün sifon imaləsindən 
istifadə olunur. Sifon imaləsi üçün 10-12 litr 38 dərəcədə qızdırılmış su götürülür.Bu miqdarda su 
orqanizmə daxil olmuş zəhərli maddələrin tam təmizlənməsini təmin edir. 
Ədəbiyyat: C.N.Hacıyev. R.Y.Əliyev . Xəstələrə qulluq . Səh.203 “Təhsil” Bakı 1998 
17) Mədə qanaxması zamanı istifadə olunan preparatlar hansılardır?
A) Fentanil, relanium 
B) Aspirin, prednizolon 
C) Aminokapron turşusu, jelatinol 
D) Heparin, dibazol 
E) Dimedrol, kordiamin 
Aminokapron turşusu adətən qanaxmalar zamanı ümumi təsirli hemostatik vasitə kimi, jelatinol isə 
hipovolemiya və hemorragik şokla mübarizə üçün plazma əvəzedici məhlul kimi istifadə edilir. 
Ədəbiyyat: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр. 353 
18) 1 ml – də neçə vahid insulin vardır?
A) 30 vahid 
B) 10 vahid 
C) 20 vahid 
D) 25 vahid 
E) 40 vahid 
İnsulinin dozaları vahidlə göstərilir. Şüşədəki 5 ml – də 200 vahid, başqa sözlə 1 ml- də 40 vahid 
insulin vardır. İnsulini birqramlıq şprisə yığarkən yadda saxlamaq lazımdır ki, şprisin hər bölgüsü 4 
vahid insulin deməkdir. 
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı “. Səh.159 “Çıraq “2008. 
19) Tibbi bankaları hansı nahiyəyə qoymaq olmaz?
A) Döş qəfəsinin aşağı hissəsinə 
B) Onurğaya 
C) Döş qəfəsinin yan tərəflərinə 
D) Kürəkaltı nahiyəyə 
E) Onurğa ətrafı nahiyəyə 
Bankalar əzələ və dərialtı piy qatı yaxşı inkişaf etmiş, sümük hündürlükləri olmayan nahiyələrə 
qoyulur. Onurğaya banka qoyulduqda banka onurğa beyni mayesinin hərəkətinə mənfi təsir 
etdiyindən bu nahiyəyə banka qoymaq məqsədə uyğun deyil. 
Ədəbiyyat: C.N. Hacıyev. R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.113. “Təhsil”. Bakı 1998 



Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin