Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Hipovolemik şok zamanı təxirəsalınmaz yardımın əsas vəzifəsi nədən ibarətdir?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə4/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   2   3   4   5   6   7   8   9   ...   252
13) Hipovolemik şok zamanı təxirəsalınmaz yardımın əsas vəzifəsi nədən ibarətdir?
A) Qanəvəzedicilərin köçürülməsi 
B) Ürəyin yığılma fəaliyyətinin stimulyasiyası 
C) Sirkulyasiya edən qanın həcminin bərpası 
D) Dehidratasiya 
E) Damar büzücü preparatların vena daxilinə yeridilməsi 
Hipovolemik şok massiv qanitirmələr zamanı, mikrosirkulyasiyanın pozulması, toxumalarda qan 
dövranının azalması, toxuma hipoksiyası nəticəsində yaranır. Bu baxımdan ilk növbədə dövriyyədə 
olan qan defisitinin bərpası (yəni xəstəyə eyni qrupdan olan qan, plazma, qanəvəzedicilər və s. 
köçürülməsi) yerinə yetirilməlidir.
Ədəbiyyat: «Справочнык врача скорой и неотложной помощи».«Феникс» 2001.Стр102-103. 
14) Anafilaktik şok zamanı aşağıdakılardan hansı ilk növbədə yerinə yetirilməlidir?
A) Əzələ daxilinə pipolfen məhlulu (2,5 %-2-4ml) yeridilir 
B) Xəstəni intubasiya edirlər 
C) Dərmanın yeridilməsi dayandırılır, dərman yeridilən yerdən yuxarıda jqut qoyulur 
D) Dərman yeridilən yerə adrenalin məhlulu (0,1%-0,5ml, d/a) vurulur 
E) Vena daxilinə steroid hormonlar yeridilir 
Anafilaktik şokun daha da dərinləşməməsi üçün ilk növbədə buna səbəb olan dərman preparatının 
yeridilməsi dayandırılır, jqut isə allergenin yayılmasına mane olur. Sadalanan digər variantlardakı 
tədbirlər isə dərhal sonar yerinə yetirilir.
Ədəbiyyat: «Справочнык врача скорой и неотложной помощи». «Феникс» 2001.Стр105 
15) Yoğun bağırsağın selikli qişasının endoskopik müayinəsi necə adlanır?
A) Kolonoskopiya 
B) Duodenoskopiya 
C) Ezofaqoskopiya 
D) Qastroskopiya 
E) Sistoskopiya 
“Kolon” latın dilində yoğun bağırsaq, “skope”-baxıram deməkdir. Latın dilinən tərcüməyə 
əsaslanaraq kolonoskopiya yoğun bağırsağın selikli qişasının endoskopik müayinəsi deməkdir. 
“Endo”-daxili deməkdir. 
Ədəbiyyat: C.N.Hacıyev. R.Y..Əliyev. Xəstələrə qulluq . Səh.217. “Təhsil” Bakı 1998. 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin