Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Duodenal zondlama zamanı neçə porsiya öd götürülür?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə3/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   2   3   4   5   6   7   8   9   ...   252
9) Duodenal zondlama zamanı neçə porsiya öd götürülür?
A) 3 
B) 4 
C) 2 
D) 1 
E) 5 
Duodenal zondsalma zamanı 3 porsiya öd götürülür: A- porsiyası 12 barmaq bağırsaqdan götürülür
açıq-sarı rəngdə olur; B porsiyası öd kisəsindən götürülür, tünd zeytun rəngdə olur; S porsiyası 
qaraciyər ödü olub, öd axacaqlarından götürülür, daha şəffafdır və sarı-qızılı rəngdədir. 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”.Səh.36 “Çıraq” 2008. 
10) Aşağıdakılardan hansı instrumental müayinəyə aid deyil?
A) Palpasiya 
B) EXQ (exokardioqrafiya) 
C) Ultrasəs müayinəsi 
D) EKQ (elektrokardioqrafiya) 
E) Kompyuter tomoqrafiyası 
Palpasiya sözü latın dilindən tərcümədə “əlləmək” deməkdir, bu zaman müayinə yalnız əllə 
aparıldığı üçün bu müayinə instrumental müayinə hesab edilə bilməz. 
Ədəbiyyat: С.А. Мухина, И.И. Тарновская. Общий уход за больными. Стр. 24 «Медицина» 
Москва 1989 
11) Qızdırmanın I dövründə sadalananlardan hansını tətbiq etmək olar?
A) Yaş bürümə 
B) Ilıq vanna 
C) Sərin vanna 
D) Soyuq kompress 
E) İsitqac 
Qızdırmanın I dövründə periferik damarlarda spazma olur, bu zaman xəstə üşüyür, titrəyir. Ona 
görə bu dövrdə xəstənin ayaqlarına isitqac qoyulur. 
Ədəbiyyat: C.N.Hacıyev. R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 105 “Təhsil” Bakı 1998 
12) Əzələdaxili inyeksiya hansı bucaq altında aparılır?
A) 30° 
B) 60° 
C) 75° 


D) 90° 
E) 45° 
90°-li bucaq altında inyeksiya aparıldıqda iynə yaxşı inkişaf etmiş dərialtı piy toxumasından keçib 
dərində yerləşmiş əzələ qatına çatır. Əks halda yeridilən dərman əzələyə çatmaz, sorulması pozular 
və bu da müxtəlif ağırlaşmalara - absesə, infiltrasiyaya səbəb olar.
Ədəbiyyat: C.N.Hacıyev. R.Y.Əliyev. Xəstələrə qulluq .Səh.152 “Təhsil” Bakı 1998. 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin