Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Qanın ümumi analizində nəyi müəyyən etmək olmur?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə8/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   4   5   6   7   8   9   10   11   ...   252
28) Qanın ümumi analizində nəyi müəyyən etmək olmur?
A) Hemoqlobini 
B) Hormonları 
C) Leykositləri 
D) Eritrositlərin çökmə sürətini 
E) Eritrositləri 
Hormonları müəyyən etmək üçün qanın biokimyəvi analizi aparılır, bunun üçün venadan 20 ml qan 
götürülür. Sadalanan digər amilləri müəyyən etmək üçün isə qanın ümumi analizi aparılır və bu 
zaman barmağın ucundan bir neçə damcı qan götürülür. 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 27 “Çıraq” 2008 
29) UYT (ultra yüksək tezlikli) cərəyan ilə müalicə zamanı xəstə nə hiss edir?
A) Sancma 
B) Vibrasiya 
C) Yüngül istilik 
D) Tirtrətmə 
E) Qarışqa gəzintisi 
UYT (ultra yüksək tezlikli) cərəyan ilə müalicə zamanı toxumalarda endogen istilik əmələ gəlir, bu 
da xəstədə yüngül istilik hissi yaradır. 
Ədəbiyyat: Y.İ. Pasınkov. Umumi fizioterapiya. Səh.112 “Maarif” Bakı 1980 
30) Plevral punksiya hansı nahiyədə aparılır?
A) Döş qəfəsi, arxa qoltuqaltı xətt, VI-VII qabırğaarası nahiyə 
B) Döş qəfəsi, ön qoltuqaltı xətt, VII-VIII qabırğaarası nahiyə 
C) Döş qəfəsi, ön qoltuqaltı xətt, V-VI qabırğaarası nahiyə 
D) Döş qəfəsi, arxa qoltuqaltı xətt, VII-VIII qabırğaarası nahiyə 
E) Döş qəfəsi, orta qoltuqaltı xətt, VI-VII qabırğaarası nahiyə 
Plevra boşluğuna maye adətən aşağı paylarda yığılmağa başlayır. Arxa qoltuqaltı xətt üzrə VII-VIII 
qabırğaarası nahiyə punksiya daha təhlükəsiz və rahat sayılır.
Ədəbiyyat: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр. 94-95 
31) Masaj qaydalarına uyğun gəlməyən nədir?
A) 1 çarpayı üçün 8m x2 sahə ayrılmalıdır 
B) Ventilyasiyalı olmalıdır 
C) Hava quru olmalıdır 
D) Masaj otağının hərarəti +35° – 37° olmalıdır 
E) İşıqlı olmalıdır 
Masaj hərarəti 20 dərəcədən az olmayan, işıqlı, yaxşı ventilyasiyası olan otaqda aparılmalıdır. +35° 
– 37° variantında göstərilmiş temperaturlarda massaj etmək massaj qaydalarına uyğun deyil. 


Ədəbiyyat: Y.İ.Pasınkov. Ümumi fizioterapiya. Səh.278 “Maarif” Bakı 2008 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin