Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Yağlı məhlulun hansı üsulla yeridilməsi yağ emboliyasına səbəb olur?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə13/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   9   10   11   12   13   14   15   16   ...   252
49) Yağlı məhlulun hansı üsulla yeridilməsi yağ emboliyasına səbəb olur?
A) Dəriiçi 
B) Venadaxili 
C) Daxilə qəbulu 
D) Əzələdaxili 
E) Dərialtı 
Yağlı məhlulun səhvən venaya yeridilməsi zamanı yağ emboliyası baş verir. Bu zaman qəflətən 
ürək nahiyəsində ağrı, boğulma, dərinin göyərməsi olur. 
Ədəbiyyat: C.N.Hacıyev. R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.160 “Təhsil” Bakı1998 
50) Havanın məhlulla birgə yeridilməsi hava emboliyasına səbəb ola bilər. Nöqtələrin yerinə 
uyğun cavabı seçin.
A) Bronx daxili 
B) Dəri içi 
C) Dəri alt;na 
D) Vena daxili 
E) Əzələ daxili 
Şprisdən və ya qanköçürmə sistemindən havanın venaya keçməsi nəticəsində hava emboliyası baş 
verir. 
Ədəbiyyat: C.N.Hacıyev. R.Y. Əliyev. Xəstələrə qulluq. Səh. 160 “Təhsil” Bakı 1998 
51) Əzələdaxili inyeksiya üçün iynənin uzunluğu necə mm olmalıdır?
A) 60 mm 
B) 50 mm 
C) 80 – 90 mm 
D) 40 mm 
E) 30 mm 
Əzələ daxilinə inyeksiya edilən zaman iynə yaxşı inkişaf etmiş dərialtı piy qatından keçib əzələyə 
çatmalıdır, ona görə də bu inyeksiya zamanı uzunluğu böyük olan iynə götürülür. Əgər dərman 
bundan qısa iynə ilə yeridilərsə sorulması çətinləşər, bu da infiltrasiya, absess kimi ağırlaşmalara 
səbəb olar. 


Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 49 “Çıraq” 2008 
52) Mədənin yuyulmasına göstəriş hansıdır?
A) Xroniki kolit 
B) Xroniki enterit 
C) Kəskin xolesistit 
D) Kəskin kolit 
E) Kəskin qastrit 
Kəskin qastritə səbəb zəhərli maddələrin, yararsız qidanın mədəyə düşməsidir. Xəstəyə yardım 
etmək üçün mədəyə düşmüş yararsız maddələr tez bir zamanda oradan çıxarılmalıdır, bunun üçün 
ən yaxşı üsul mədənin yuyulmasıdır. Mədəni adətən zondla yuyurlar, əgər zond salmaq mümkün 
deyilsə xəstəyə çoxlu miqdarda su içirir və qusmağa məcbur edirlər. 
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.59 “Çıraq” 2008 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin