F. Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə9/13
tarix13.07.2022
ölçüsü0,82 Mb.
#62743
1   ...   5   6   7   8   9   10   11   12   13
Jul Vern Haqqinda

əsərinin təhlili”dir. Jül Vernin “Arxipelaq alovlanır” romanını 
təhlil etmək üçün iştirakçılar səhnəyə dəvət olunur. 
I iştirakçı: Elmi-fantastik romanları ilə bütün dünyada məşhur 
olan fransız yazıçısı Jül Vernin “Arxipelaq alovlanır” romanı – 
XIX əsrin 20-ci illərində yunan vətənpərvərlərinin azadlıq 
uğrundakı mübarizələrinə, onların Yunanıstanın istiqlaliyyəti 
naminə göstərdikləri qəhrəmanlığa həsr olunmuşdur. Bu əsər Jül 
Vernin ən yaxşı tarixi romanlarından biri kimi 1884-cü ildə 
Parisdə çap olunmuşdur. 
Məlumdur ki, Jül Vern həmişə öz elmi-fantastik və tarixi 
romanlarında təsvir etdiyi ölkələrin, xalqların həyatı haqqında 
maraqlı məlumat verməyi də unutmur. Asılı və ya müstəmləkə 
vəziyyətində olan ölkələr, öz azadlığı və istiqlaliyyəti uğrunda 
işğalçılara qarşı mübarizə aparan xalqlar haqqında danışanda Jül 
Vern milli-azadlıq hərəkatına rəğbətini, zülmkarlara qarşı 
nifrətini gizlətməmiş, bütün varlığı ilə azadlıq carçısı olan, xalq 
işi uğrunda mətanətlə vuruşub qəhrəmanlıqlar göstərən surətləri 
xüsusi məharətlə təsvir etmişdir. “Arxipelaq alovlanır” əsərində 
də müəllifin yunan xalqının tarixi qəhrəmanlıq mübarizəsinə 
demokratik mövqedən yanaşdığı və Osmanlı imperiyasının 
Balkanlardakı siyasəti əleyhinə olduğu aydın hiss olunur. 
II iştirakçı: Romanda təsvir olunan hadisələr Yunanıstandakı 
azadlıq müharibələrinin, demək olar ki, son mərhələsi ilə 
bağlıdır və təxminən birillik dövrü əhatə etmişdir (1827-ci ilin 
oktyabrından 1828-ci ilin sentyabrına qədər). Jül Vern bu dövrü 
məhz ona görə seçmişdir ki, Yunanıstanın istiqlaliyyəti 
uğrundakı vuruşmaların ən maraqlı, ən dramatik lövhələrini 
qələmə alsın və hadisələrin inkişafının yüksək zirvəsini göstərə 
bilsin. Müəllif bu məqsədinə nail olmuşdur. Onun yaratdığı əsas 
və ikinci dərəcəli (həm tarixi şəxsiyyətlər, həm də müəllifin 
uydurduğu) surətlər arasındakı mürəkkəb və gərgin konflikt 


17 
tarixi hadisələrin əsas istiqamətinə uyğun olmaqla bərabər
obrazların xarakterinin açılmasına imkan vermişdir. 
Kitabxanalarda Jül Vernin 190 illik yubileyi ilə əlaqədar 
olaraq, keçirilməli maraqlı tədbirlərdən biri də “ədəbi-bədii 

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin