F. Köçərli adına Respublika Uşaq Kitabxanası


gecə”dir. “Hər dövrdə sevilərək oxunan yazıçı”



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə10/13
tarix13.07.2022
ölçüsü0,82 Mb.
#62743
1   ...   5   6   7   8   9   10   11   12   13
Jul Vern Haqqinda

gecə”dir. “Hər dövrdə sevilərək oxunan yazıçı” adlı
ədəbi-bədii gecəyə fransız yazıçısının tədqiqatçılarını, 
ədəbiyyatşünasları, maarifçiləri, jurnalistləri, oxucuları, 
məktəbliləri dəvət etmək olar. Qonaqlar ədibin şəkilləri, 
müxtəlif adda əsər başlıqları yazılmış, çərçivələrlə bəzədilmiş 
zalda öz yerlərini tutduqdan sonra gecənin aparıcıları səhnəyə 
daxil olur. 
I aparıcı: Salam hörmətli qonaqlar, əziz dostlar. Bu il dahi 
fransız yazıçısı Jül Vernin 190 illiyidir. Bu münasibətlə sizləri 
xoş gördük. 
Jül Vern varlı bir vəkil ailəsində anadan olmuşdur. O, 12 
yaşında ikən bir gəmiyə minib evdən qaçmağa cəhd etmiş, lakin 
atası buna mane olmuşdur. Bundan sonra o, yalnız xəyal 
dünyasına səyahət edəcəyinə ailəsinə söz vermişdir. Jül Vern 
dəniz və macəraya olan sevgisini qardaşı Paulla da paylaşmışdı 
və Paul sonunda bir dəniz mühəndisi olmuşdur. Yazıçı internat 
məktəbi dövründə qısa hekayələr və şeirlər yazmağa başlamış, 
sonra isə o, 1846-cı ildə atasının işini davam etdirə bilmək üçün 
hüquq ixtisasını oxumağa Parisə getmişdi. Jül Vern hüquqda 
oxuduğu illər ərzində ədəbiyyata olan həvəsinin daha böyük 
olduğunun fərqinə varmışdır. O, yazıçılığa musiqiçi Jean Louis 
Aristide Hiqnard ilə birlikdə teatr oyunları yazaraq başlamışdı.
İlk teatr əsəri 12 iyun, 1850-ci ildə səhnəyə qoyulmuşdu. Daha 
sonralar komediyalar, operettalar yazmış, yazıçının qısa 
hekayələri o vaxt Parisdə çıxan “Musee des familles” adlı 
jurnalda nəşr olunmuşdur. Amerikalı yazıçı Edqar Allan Poenin 
əsərlərini oxuduqdan sonra onun böyük bir pərəstişkarına 
çevrilmişdir. Bundan başqa dünyanı gəzmiş olan Fransız 


18 
səyyahı Jak Araqo ilə dost olmuşdur. Bu dostluq ona Parisdən 
daha geniş və dünya haqqında yazılar yazması üçün ilham 
vermişdir. 

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin