F. Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə7/13
tarix13.07.2022
ölçüsü0,82 Mb.
#62743
1   2   3   4   5   6   7   8   9   10   ...   13
Jul Vern Haqqinda

II oxucu: Jül Vern Avropada sənaye çevrilişinin hökm sürdüyü 
keçid dövründə yaşamışdır. O, ahıl yaşlarında olanda 
avtomobildə gəzmiş, kinoya baxmış, mətbuatda aeroplanların 
(ilk təyyarələrin) uçuşları haqqında məlumatlar oxumuşdur. 
Artıq bəşəriyyətin, elmin möcüzələrinə və böyük nailiyyətlərinə 
inanmağa başlamışdır. Əmək fəaliyyətinə hələ gənc yaşlarından 
başlayan J.Vern bir müddət (1851-1856) teatr direktorunun 
katibi, sonra isə maliyyə agenti (1856-1864) vəzifələrində 
çalışmışdır. 
Görkəmli yazıçı 60-dan artıq elmi-fantastik və sosial-satirik 
romanlar, povest və hekayələr, eləcə də coğrafiyaya və coğrafi 
tədqiqatlar tarixinə həsr edilmiş elmi əsərlər yazmışdır. Onun 
roman və povestləri elmi məlumatlarla zəngin olsa da, bu əsərlər 
macəra üslubunda yazılmış, daha çox o dövrün romantik 
üslubuna uyğun gərgin dramatik süjetə, yaddaqalan obrazlar 
sisteminə malik olmuş və qeyri-adi şəraitlərdə baş verən 
hadisələrin təsvirinə həsr edilmişdir ki, bu da həmin əsərlərin 
maraqla oxumasına səbəb olmuşdur. J.Vern bir-birinin ardınca 
“Yerin mərkəzinə səyahət” “Yerdən Aya qədər”, “Ayın 
ətrafında”, “Kapitan Hatterasın səyahətləri və macəraları”, 
“Kapitan Qrantın uşaqları”, “İyirmi min lyö su altında”,
“Səksən gün ərzində dünya ətrafında”, “Sehrli ada”, “On beş 
yaşlı kapitan”, “Fateh-Robur”, “Üzən ada”, “Dünyanın hakimi”, 
“Barsak ekspedisiyasının qeyri-adi macəraları” və s. kimi 
romanlarını yazıb çap etdirmişdir. 
Yazıçının bütün bu əsərləri bizim yaşadığımız planetin və 
kainatın sirlərindən xəbər verən müxtəlif elmlərin cazibədar 
romantikasına həsr edilmişdir. Buraya həm böyük elmi kəşflər 
etməyə can atan görkəmli alimlər, həm cəmiyyətdən təcrid 
olunmuş rəhmsiz quldurlar, həm iddiasız sadə adamlar, safqəlbli 


13 
gənclər, 
dövrünün ədalətsizliklərindən küsən insanlar, 
haqsızlıqlara, istismara qarşı vuruşan vətənpərvərlər daxil idi. 
Jül Vern özü demokrat və respublikaçı olmuş, utopik 
sosialistlərə rəğbət bəsləmiş, 1871-ci il Paris Kommunasında 
fəal iştirak etmişdir. Sonralar o, elmin müəyyən adamların, varlı 
təbəqələrin mənafeyinə xidmət etməsinin əleyhinə çıxmış, bütün 
yaradıcılığında səfillərin, əzilənlərin, imkansız kütlənin tərəfini 
saxlamışdır. 

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin