F. Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə6/13
tarix13.07.2022
ölçüsü0,82 Mb.
#62743
1   2   3   4   5   6   7   8   9   ...   13
Jul Vern Haqqinda

uşaqları” adlı səhnəcik təşkil olunur, sonra məktəblilər 
“Kapitan Qrantın uşaqları” filminə tamaşa edirlər. 
Jül Vernin anadan olmasının 190 illiyi münasibətilə 
kitabxanalarda “Jül Vern və onun qəhrəmanları” mövzusunda 
dəyirmi masa da keçirtmək olar. Belə tədbirlərə filologiya 
fakültəsində oxuyan tələbələri, ədəbiyyat müəllimlərini dəvət 
etmək çox faydalı olardı. Tədbirin keçiriləcəyi zalda yazıçının 
böyük portretinin asılması, kitabların sərgisinin təşkili vacibdir. 
Dəyirmi masanı kitabxanın müdiriyyəti və ya təcrübəli 
kitabxanaçılardan biri açaraq Jül Vernin həyat və yaradıcılığı 
haqqında qısa məlumat verir. Daha sonra tələbələr Jül Vernin 
yaradıcılığı ətrafında diskussiya, fikir mübadiləsi aparırlar. 
I oxucu: Dünya ədəbiyyatı tarixində elmi-fantastik romanın 
yaradıcısı və ədəbi ictimaiyyət arasında “yeni tipli roman” 
müəllifi sayılan J.Vern bu janrın ən böyük ustası hesab olunur. 
Elmi-fantastik ədəbi janrı XIX əsrin ikinci yarısında 
yaranmasına baxmayaraq, onun ilkin rüşeymləri hələ lap qədim 
dövrlərdə fantastika şəklində dünya ədəbiyyatında mövcud 
olmuşdur. Qədim Şərq, Antik yunan və Roma, Orta Əsrlər və 
İntibah dövrü, eləcə də yeni dövr Qərb ədəbiyyatında fantastika 
janrında xeyli qiymətli əsər yazılmışdır ki, bu da gələcəkdə
bədii ədəbiyyatda elmi-fantastik janrın yaranması üçün əsaslı
zəmin yaratmışdır. Fantastika formasında yazılmış əsərlər bir
qayda olaraq, bədii təxəyyül, fantaziya, nağıl-dastan-əfsanə 
ənənələrinə söykənmiş və bədii ifadə tərzinin bir formasını təşkil 
etmişdir. Bununla belə, bu tipli əsərlər dünya ədəbiyyatının 
formalaşmasında və bədii təfəkkürün inkişafında əhəmiyyətli rol 
oynamışdır. 
Elmi-fantastik ədəbi janrının yaranması, ilk növbədə 
professional elm sahələrinin inkişafı ilə əlaqədar olmuşdur. 
Avropada elmi-texniki tərəqqinin səviyyəsi yüksəldikcə, elmi 
kəşflərin də sayı artmağa başlamışdır. Məşhur Haus və 


12 
Faradeyin müasiri olan Jül Vern məhz elə bu dövrdə ilk
elmi-fantastik romanlarını yazmağa başlamışdır. 

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin