F. Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə2/13
tarix13.07.2022
ölçüsü0,82 Mb.
#62743
1   2   3   4   5   6   7   8   9   ...   13
Jul Vern Haqqinda

Tərtibçidən 
Böyük roman ustası Jül Vernin dünya ədəbiyyatı tarixində 
müstəsna yeri var. Fransız ədəbiyyatının ən görkəmli 
nümayəndələrindən biri olan yazıçı XIX əsrin ikinci yarısında 
yaşamış dünya ədəbiyyatı xəzinəsinə bir-birindən qiymətli 
romanlar bəxş etmişdir. Öz dövründə onun qədər böyük təsir 
gücünə malik ikinci bir yazıçı tapmaq çətindir. Yüzə qədər 
roman müəllifi olan Jül Vernin əsərlərində dünyanın bütün 
qitələrindən bəhs edilmişdir. 
Dünyada heç bir yazıçı, yeniyetmə və gənclik yaşlarında olan 
insana, fransız yazıçısı Jül Vern qədər əziz ola bilməz. Uşaqlar 
onun “80 min kilometr su altı ilə”, “Kapitan Qrantın uşaqları” 
romanlarını çox böyük maraqla oxuyurlar. Çox nəhəng bir 
yaradıcılıq irsi qoyub gedən Jül Vern dünya ədəbiyyatında 
fantastika və macəra janrlarının banisidir. Doğrudur, ondan 
əvvəl də bu janrlarda əsərlər mövcud idi. Lakin onların heç biri 
təsir gücü və populyarlığı ilə Jül Vernlə müqayisə oluna bilməz. 
Bu qeyri-adi insan öz əsərlərində o qədər elmi-texniki yeniliklər 
kəşf etmişdi ki, onların çoxu yalnız bir çox illərdən sonra 
həqiqətən də 
kəşf 
olundu. Simsiz teleqraf, elektrik 
hərəkətediciləri, hətta metropoliten də əslində bu böyük 
yazıçının təxəyyülünün məhsuludur. 
Onun romanlarında uşaq qəlbini titrədən qorxulu məqamlar, 
həyəcanlı hadisələr bol-boldur. Ancaq son nəticədə həmişə 
ədalət, xeyirxahlıq və alicənablıq qalib gəlmişdir. Doğrudur, bu 
gün televiziya, videofilmlər və kompüter dünyası Jül Vern kimi 
böyük dühaların oxucularını xeyli azaldıb. Ancaq hələ də soyuq 
otaqlarda “yorğanı boğazına kimi” çəkib Jül Vernin “Yerdən 
Aya”, “Dünya hökmranları”, “Dünya ətrafında 80 gün” və
başqa saysız romanlarını nəfəs dərmədən vərəqləyə-vərəqləyə 
oxuyan yeniyetmələr var və həmişə də olacaq. 




Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin