F. Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə8/13
tarix13.07.2022
ölçüsü0,82 Mb.
#62743
1   ...   5   6   7   8   9   10   11   12   13
Jul Vern Haqqinda

III oxucu: Jül Vernin məşhur əsərlərindən biri də “İyirmi min 
lyö su altında” romanıdır. Bu əsərin qəhrəmanı kapitan Nemo 
(latın dilində “Heç kəs” deməkdir) da digər romanların 
qəhrəmanları kimi, dərin biliklərə malik, möhkəm iradəli, 
azadlıqsevər, insanpərvər bir adamdır. Bütün roman boyu bu 
sirli 
qəhrəmanın 
kimliyini müəyyən etmək mümkün 
olmamışdır. Ancaq yazıçının başqa bir əsərində – yuxarıda 
haqqında bəhs edilən “Sirli ada” romanının son fəsillərində onun 
şəxsiyyətinə aydınlıq gətirilmişdir. Məlum olmuş ki, bu 
mənşəcə hindistanlı olan şahzadə Dakkar (onun əsil adı belədir) 
– Avropada hərtərəfli təhsil almış çox istedadlı, hətta dahi 
adamdır. Təhsilini başa vurub vətənə qayıdan şahzadə burada 
ingilis ağalığına qarşı üsyan qaldırmış və həmin üsyana başçılıq 
etmişdir. Üsyançılar məğlubiyyətə uğramış, şahzadə Dakkarın 
silahdaşları və bütün ailə üzvləri həlak olmuşdur. Dünyada baş 
verən şərdən yaxa qurtarmaq məqsədilə, azadlığın və 
müstəqilliyin mənasını dərk edə bilməyən insanlara dərin nifrət 
hissi bəsləyən Dakkar nəhəng gəmi hazırlamış və okeanda, su 
altında özünə sığınacaq tapmışdır. Dünya okeanının və sualtı 
aləmin sirlərinin, fauna və florasının tədqiqi ilə məşğul olan bu 
dahi alim elm sahəsində böyük nailiyyətlər əldə etmiş, hətta 
dövrünün elmi nailiyyətlərini xeyli qabaqlamışdır. İşıqlı 
dünyanın qayda-qanunlarına etiraz edən, ümumiyyətlə, 
bəşəriyyətdən üz çevirən bu böyük alim insanlar arasına 


14 
qayıtmaqdan boyun qaçırmışdır. Azadlıq aşiqi olan bu insan 
dara düşən, müstəqillik uğrunda mübarizə aparan adamları darda 
qoymamış, imkan düşən kimi onlara yardım əlini uzatmışdır. 
IV oxucu: “İyirmi min lyö su altında” romanında kapitan 
Nemonun ən yaxşı insani keyfiyyətləri göstərilmişdir. Romanın 
əvvəlində aydın olur ki, dünya okeanlarında indiyə qədər elmə 
naməlum nəhəng bir varlıq üzmüş, bu məxluq ona hücum edən 
balina ovçularını, hətta nəhəng gəmiləri belə məhv etmiş,
yavaş-yavaş onun adı ətrafında əfsanələr yaranmağa başlamış, 
ən cəsarətli dənizçiləri belə vahiməyə salmışdır. Onu görənlər 
“müəmmalı canlını” çox nəhəg yırtıcı balinaya, kitə və bunlara 
bənzər hansısa varlığa oxşatmışlar. Nəhayət, cəsarətli adamlar 
tapılmış və onlar “Avraam Linkoln” gəmisi ilə həmin sirli 
məxluqun axtarışına çıxmışlar. Təcrübəli dənizçilərin daxil 
olduğu gəmi heyətinə görkəmli təbiətşünas alim Pyer Aronaks, 
onun nökəri Konsel və balina ovçusu Ned Lend də qoşulmuşdur. 
“Nautilus” la qarşılaşan “Avraam Linkoln” gəmisi məğlubiyyətə 
uğramış, adları çəkilən qəhrəmanlardan başqa bütün gəmi heyəti 
həlak olmuşdur. Təsadüf nəticəsində sağ qalan bu qəhrəmanları 
“Nautilus” un kapitanı Nemo xilas etmiş və onlar qeyri-adi 
gəmidə əsir kimi yaşamaq məcburiyətində qalmışlar. Dəniz və 
okeanlarda yaşayan canlılar haqqında ciddi tədqiqatlar aparan 
Aronaks heç də özünü burada əsir kimi hesab etməmişdir. 
“Naitilus” da səyahət edən alimə öz tədqiqatlarını davam 
etdirmək üçün göydəndüşmə imkanlar yaranmış və eyni 
zamanda, təsadüfən düşdüyü gəminin kapitanının da böyük elmi 
tədqiqatlar aparması onun ürəyindən olmuşdur. 
V oxucu: Romandakı hadisələr Pyer Aronaksın dilindən 
danışılmışdır. Kapitan Nemonun müəmmalı həyatı onu narahat 
etsə də, elmi qabiliyyəti və yüksək insani keyfiyyətləri 
Aronaksda ona qarşı rəğbət hissi yaratmışdır. İnsanlardan 
küsməsinə, bəşəriyyətə qarşı barışmaz mövqedə dayanmasına 


15 
baxmayaraq, kapitan Nemo alicənab adamdır, böyük elmi 
kəşflər edib, ən görkəmli alimlərin belə, nail ola bilmədiyi elmi 
zirvələri fəth etmişdir. Onun yaratdığı gəmi qeyri-adi qüvvəyə 
və imkanlara malikdir. Həmin gəmi ilə dünya ətrafında səyahət 
etmək, onun köməyi ilə dəniz və okeanlarda yaşayan bütün canlı 
aləmin sirli həyatını öyrənmək mümkün olmuşdur. Bu aləm isə 
həddən artıq əsrarəngiz və zəngindir. Kapitan Nemo gəminin 
sayəsində su altında qalan, ancaq müəyyən kitablarda haqqında 
məlumat verilən əfsanəvi Atlantidanı aşkar etmişdir. Geniş 
müşahidə qabiliyyətinə və obyektivlik hissinə malik olan 
Aronaks kapitan Nemonun bütün xidmətlərini görmüş və 
düzgün qiymətləndirmişdir. 
Kapitan Nemo həm də böyük var-dövlət sahibidir. O, müxtəlif 
dövrlərdə qəzaya uğramış gəmilərdəki xəzinələri ələ keçirsə də, 
onları öz elmi ixtiraları üçün və ehtiyacı olan insanlara 
xərcləmişdir. 
Jül Vernin yaşadığı dövrdən xeyli zaman ötsə də, onun “İyirmi 
min lyö su altında” romanında təsvir etdiyi bizim yaşadığımız 
planetin sualtı dünyası, bir elə də dəyişməmişdir. Yerüstü 
dünyadan fərqli olaraq, sualtı aləm daha gec dəyişir. Bu gün elm 
və texnika kifayət qədər inkişaf etmiş, Jül Vernin elmi-fantastik 
formada, fərziyyələr əsasında Aya səyahət etmək fikri artıq 
çoxdan reallaşıb və mövcud elmi-texniki tərəqqi bir çox mənada 
Jül Vernin fantastikasını üstələmişdir. 
Onu da qeyd etmək lazımdır ki, Jül Vernin elmi-fantastik 
romanları çox gözəl bədii əsərlər olmaqla yanaşı, özlərində 
hədsiz qiymətli elmi fikirlər, fərziyyələr, hətta elmi kəşf 
səciyyəli məlumatlarla zəngindir. Dünyanın bir çox görkəmli 
alimləri gənclik və yeniyetmə yaşlarında həmin romanları bədii 
əsər kimi ləzzətlə oxumasalar da, sonralar o əsərlərdə ifadə 
olunan çoxsaylı ideyalar onların böyük elmi kəşflər etməsinə 
səbəb olmuşdur. 


16 
Kitabxanada keçirilən maraqlı tədbirlərdən biri də “yazıçının 

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin