Uşaqların tipik problem sindromlarının müəyyənləşdirilməsi



Yüklə 26,85 Kb.
səhifə1/3
tarix22.12.2023
ölçüsü26,85 Kb.
#189786
  1   2   3
Mövzu 15. Uşaqların tipik problem sindromlarının müəyyənləşdirilməsi



Uşaqların tipik problem sindromlarının müəyyənləşdirilməsi

Uşaqlarla işləyən professinallar qeyd edirlər ki, psixopatologiyalar uşaqlarda az rast gəlinir. Belə ki, inkişaf, emosional və davranış pozuntuları 14-23% uşaqlarda, psixi pozuntuların kəskin formaları isə 8-10% uşaqlarda müşahidə olunur. Çatışmazlıqlardan çox şəxsin güclü tərəflərinə olan diqqətin artması ilə əlaqədar sosial işçilər və sosial işin təhsili sahəsində çalışan insanlar tibbi modeldən imtina edir və DSM-IV klassifikasiyasından istifadə edirlər. Lakin, uşaqlarla işləyən hər kəs mütləq uyğunlaşmaqda problem yaşayan və problematik davranışlarının qiymətləndirilməsinə əsaslanan müdaxilələrdən bəhrələnən insanlarla rastalaşacaqlar. Qiymətləndirməni həyata keçirmək və bunun əsasında müdaxilə planını hazırlamaq üçün sosial işçilərin uşaqların problemli davranışlarının xüsusi kateqoriyaları barədə biliklərə malik olması vacibdir.


Uşaqların problemləri aşağıdakı kimi təsnifləşdirilir:


Sosial problemlər
Tək olmağa üstünlük verir
Özünə qapalıdır
Çox qaşqabaqlıdır
Az enerjilidir
Xoşbəxt deyil
Çox asılıdır
Özündən yaşca balacalarla oynamağa üstünlük verir


Diqqət və ya düşüncə problemləri
Diqqətini toplaya bilmir
Sakit otura bilmir
Düşünmədən hərəkət edir
Diqqətini toplamaq üçün əsəbləşir
Məktəbdə zəif nəticələr göstərir
Deyilən fikri tam anlamır


Xəta (qəbahət) və ya aqressiya
Problemli uşaqların ətrafında dolanır
Yalan danışır və aldadır (dələduzluq)
Çox mübahisə edir
Xəsisdir
Diqqət tələb edir
Digərlərinin əşyalarını xarab edir
Evdə və məktəbdə itaətsizlik nümayiş etdirir
Tərs və kaprizlidir
Çox danışır
Hirslidir (öfkeli)


Təlaş və depressiya
Yalnızdır
Çoxlu qorxuları və narahatlıqları var
Mükəmməl olmağa ehtiyac duyur
Sevilmədiyini düşünür
Hirslidir
Qəmgin və dilxordur

Tədqiqatlar göstərir ki, uşaqların problemərlinin artmsına bir çox faktorlar təsir edir. Buna misal olaraq uşaqların zorakılığa məruz qalmasını, valideynlərlə kifyət qədər zaman keçirə bilməməsini, valideynlərin uşaqlarını lazımı qədər monitorinq etməməsi, hər iki valideynin işləməsi, ailənin təkvalidynli olması, icmada uşağın adaptiv sosial və emosional bacarıqları öyrənməsi üçün uyğun resursların olmaması. Qeyd edilən faktorlar hələ də mövcud olduğuna görə uşaqların problemlərinin artması qaçılmazdır.





Yüklə 26,85 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin