Uşaqların tipik problem sindromlarının müəyyənləşdirilməsi


Faktorların çoxluğunun nəzərə alınmasının vacibliyi



Yüklə 26,85 Kb.
səhifə3/3
tarix22.12.2023
ölçüsü26,85 Kb.
#189786
1   2   3
Mövzu 15. Uşaqların tipik problem sindromlarının müəyyənləşdirilməsi

Faktorların çoxluğunun nəzərə alınmasının vacibliyi
Bioloji, psixoloji, sosial və ətraf mühit faktorları arasındakı qarşılıqlı əlaqənin mürəkkəb olması uşaqlıq dövründə psixi pozuntuların səbələrini və müəyyənedici faktorlarını aydınlaşdırmağı çətinləşdirir. Əlbəttə ki, sosial işdə uzun müddətdir ki, psixososial qiymətləndirmə tətbiq edilir. Son zamanlar “bio-”-nun “psixososial” sozünə əlavə edilməsi anadangəlmə faktorların (genetik və ya qazanılmış) vacibliyini göstərir. Belə ki, bu faktorlar insanın problemlə mübarizəsinə təsir edir. Uşaqlıq dövründə yaşanmış neqativ təcrübənin beyinə təsir etməsi həm də bioloji faktorların inkişafda olan uşaq üçün vacib olmasını şərtləndirir.
Uşağın özünün ailə, məktəb, dövlət sistemlərinə birbaşa təsir edən agentin olmasını lk dəfə Bronfenbrenner (1979) irəli sürmüşdür. Bu fikir digər tədqiqatçılar tərəfindən körpə-ana qarşılıqlı əlaqəsi baxımından hərtərəfli araşdırılmışdır və uşaqlar və onların fiziki, sosial və mədəni kontekstləri arasındakı qarşılıqlı təsiri vurğulayan məqalələr çap edilmişdir. Və artıq aparılan araşdırmalar sosial münasibətlərin birtəfəli deyil kompleks bir anlayış olduğunu vurğulayır.
Məsələn, çox aktiv, kəskin reaksiyalı və diqqəti zəif olan uşaq həlim bir ana tərəfindən övladlığa götürülərsə, ana uşağı sakitləşdirməkdə çətinlik çəkəcəyinə görə onu “hiper” olduğunu düşünər. Lakin, bioloji və ya övladlığa götürülən olmasından asılı olmayaraq valideyn və uşağın temperamentlərinin fərqli olması valideyn və uşağın “bir-birinə ataptasiya oluna bilməməsi” deyil, onlar arasında “uyğunluğun” olmaması anlayışını təsdiq edir. Germain və Gitterman (987) deyirlər ki, nə sosial xidmət göstyərilən insan nə də onun ətraf mühiti tam olaraq başa düşülə bilməz. Bu sadəcə onların qarşılıqlı əlaqədə olduqları zaman mümkün olur.
Mədəni faktorların əhəmiyyəti
Sosial işçi kliyentlə işlədiyi zaman rol gözləntilərindən, hissləri ifadə etmək şəklıindən və sosial mübadilə formaları baxımından həm özlərinin mədəni inanclarını, həm də kliyentin mədəniyyətlərinə əsaslanan inanclarını anlamalıdırlar. Məsələn ailədə “kişi” kimi böyüdülən uşaq əgər özünə və ya bacısına qarşı atılmış sözə görə birinci dava çıxardıbsa, o buna görə tənqid edilməməlidir, çünki ona öyrədilib ki, “özünü müdafiə et və heç kimə səni və ailəni təhqir etməyə icazə vermə”. Bu uşağı “aqressiv” adlandırmaq düzgün olmaz. Bu situasiyada məktəb sosial işçisi uşağın şəxsiyyətinə toxunmadan məktəb ərazisində dalaşmağın düzgün olmadığını izah etməlidr. Müxtəlif mədəniyyətlərdə uşağın yolverilə bilən və ya yolverilməz davranışı ilə bağlı fikirlər müxtəlifdir. Bundan əlavə, müxtəlif mədəniyyətlərdə sosial və ya psixi dəstək formalarını qəbul etməyə ətrafdakıların münasibətləri fərqlənir və bu məsələyə sosial işçi çox həssaslıqla yanaşmalıdır. Uşağın “problemli davranışı” ilə bağlı valideynlə müzakirə aparan zaman sosial işçi həssas olmalıdır ona görə ki, bu müzakirə əslində valideyn üçün onun verdiyi tərbiyənin keyfiyyəti hətta ailənin şərəf və ləyaqəti ilə bağlı məsələ kimi qiymətləndirilə bilər.
İmmiqrant ailələrindən olan uşaq və yeniyetmələr adətən iki fərqli dəyər və normalar arasındakı konfliktin içərisində olurlar. Belə ki bir dəst normaları və dəyərləri evdə, digər dəst norma və dəyərləri isə məktəb və icma mühitində nümayiş etdirməlidirlər. Belə halda məktəb sosial işçisi və immiqrantlarla işləyən digər qurum nümayəndələri daha diqqətli olmalıdırlar. 21-ci əsrin ikinci onilliyində sosial iş təcrübəsində ailələr və uşaqlara əhəmiyyətli təsiri olan sosial mühit tam olaraq nəzərə alınmalıdır. Bundan əlavə sosial işçilər uşaqların öz həyat şərtlərinə verdikləri bioloji və emosional reaksiyalara diqqət yetirməlidirlər.
Uşaqlarla sosial iş təcrübəsinin əsas məqamlarından biri problemin həll edilməsi üçün müdaxilə metodunun seçilməsi zamanı bütün təsiredici faktorlar diqqət mərkəzində olmalı və problemli uşağın daxili və xarici ehtiyaclarına adaptasiya edilməlidir.


Yüklə 26,85 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin