F. Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə11/13
tarix13.07.2022
ölçüsü0,82 Mb.
#62743
1   ...   5   6   7   8   9   10   11   12   13
Jul Vern Haqqinda

II aparıcı: Jül Vern ədəbiyyatda elmi-fantastika janrının ən 
görkəmli nümayəndələrindən biridir. Ona dünya şöhrəti gətirmiş 
əsərlərindən “Yerin mərkəzinə səyahət”, (1864), “Kapitan 
Qrantın uşaqları” (1867), “20000 lyö su altında” (1870), “80 gün 
dünya ətrafında” (1873) misal göstərmək olar. Kosmik və sualtı 
gəmilərin hələ ixtira olunmadığı bir dövrdə əsərlərində bir qayda 
olaraq kosmosa uçuş, Yerin dərinliklərinə səyahət və bu səpkili 
macəraları qələmə almışdır. Elə buna görə də Ayın yerdən 
görünməyən hissəsindəki kraterlərdən birinə onun adı 
verilmişdir. Bu krater Arzular dənizinin yanında yerləşir. 
I aparıcı: Jül Vern ümumilikdə 66 romanın ( bunlardan üçü – 
“Keşiş” (1991), “Robinzon dayı” (1991) və əfsanəvi “Paris XX 
əsrdə” (1994) ölümündən sonra nəşr edilmişdir), 20-dən artıq 
povest və hekayənin, 30-dan artıq pyes bir neçə elmi və sənədli 
işin müəllifidir.
Jül Vern özünün “Sen-Mişel I”, “Sen Mişel II” və “Sen-Mişel 
III” gəmilərində səyahətlərə çıxmış, 1859-cu ildə İngiltərə və 
Şotlandiyaya, 1861-ci ildə Skandinaviyaya səfər etmişdir.
1878-ci ildə “Sen-Mişel III” gəmisi ilə Aralıq dənizi boyunca 
böyük səyahətə çıxmış, Lissabon, Cəbəllütariq və Əlcəzairdə 
olmuşdur. 1879-cu ildə həmin gəmi ilə yenidən İngiltərə və
Şotlandiyada olmuşdur. 1881-ci ildə Niderland, Almaniya və 
Danimarkaya səfər etmişdir. 1884-cü ildə son böyük səyahətinə 
çıxmış, “Sen-Mişel III” gəmisi ilə Əlcəzairdə, Malta, İtaliya və 
digər Aralıq dənizi ölkələrində olmuşdur. Bu səfərlərin bir çoxu 
sonradan onun bir sıra məşhur əsərlərinin süjet xəttini təşkil 
etmişdir: “Üzən şəhər” (1870), “Qara Hindistan” (1877), “Yaşıl 
şüa” (1882), “Lotereya bileti” (1886) və s. 


19 
II aparıcı: Jül Vern YUNESKO-nun Index Translationum adlı 
bütün dövrlərin ən çox tərcümə edilmiş müəllifləri siyahısında 
ikinci yerdə qərarlaşmışdır. Bir çox əsərlərinin motivləri 
əsasında filmlər çəkilmişdir. Jül Vern, Hüqo Vernbak və Herbert 
Uellslə birgə elmi-fantastika janrının atası sayılır.
1892-ci ildə yazıçı Fəxri legion ordeninə layiq görülmüşdür. 
Ömrünün sonlarına yaxın kor olsa da, yaradıcılığını davam 
etdirmişdi. 
O, 1905-ci il martın 24-də Amiens şəhərində şəkər 
xəstəliyindən vəfat etmiş və evinin yaxınlığında dəfn edilmişdir. 
Özündən sonra müxtəlif bilik sahələrini əhatə edən 20 mindən 
çox dəftərdən ibarət kartoteka qoymuşdur. Jül Vernin məzarı 
üzərində “Ölümsüzlüyə və əbədi gəncliyə doğru” sözləri 
yazılmış abidə ucaldılmışdır.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin