F. Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə3/13
tarix13.07.2022
ölçüsü0,82 Mb.
#62743
1   2   3   4   5   6   7   8   9   ...   13
Jul Vern Haqqinda

Həyat və yaradıcılığı 
Böyük fransız yazıçısı Jül Vern 1828-ci il fevralın 8-də 
Fransanın qərbində, Nant şəhərində anadan olmuşdur.
Elmi-fantastik roman janrının yaradıcılarından biri olan Jül Vern 
ədəbi fəaliyyətə 1849-cu ildən fantastik roman və hekayələrlə 
deyil, şeirlə başlamışdır. Onun 1863-cü ildə 35 yaşında yazdığı 
“Beş həftə hava şarında” adlı romanı öz müəllifinə böyük şöhrət 
qazandırmaqla yanaşı, yazıçının adını Fransa sərhədlərindən 
çox-çox uzaqlarda məşhur etmişdir. Çapdan çıxandan dərhal 
sonra bu əsər bir çox dünya dillərinə tərcümə edilmişdir. 
Jül Vern çoxsaylı elmi-fantastik, ictimai-satirik, macəra, 
roman və povestin, “Kapitan Qrantın uşaqları” (1867-1868), 
“80000 kilometr su altı ilə” (1869-70), “80 günlük dünya 
səyahəti” (1872), “Gizli ada” (1875), “On beş yaşlı kapitan” 
(1878), “Üzən ada” (1895) və başqa əsərlərin müəllifidir. Jül 
Vernin romanlarında dünyanın bütün qitələrindən, oradakı 
müxtəlif ölkə və xalqlardan, böyüklü-kiçikli şəhərlərdən bəhs 
edilmişdir. 
Fransız yazıçısının ən çox maraqlandığı və ən çox oxuduğu 
əsərlər – dünya səyyahlarının əsərləri (səyahətnamələri) idi. Bax 
elə buna görə də Jül Vern heç vaxt görmədiyi, səyahət etmədiyi 
ölkələri, xalqları, şəhər və dənizləri elə dəqiq, elə inandırıcı və 
elə təfsilatlı təsvir etmişdir ki, oxucu inana bilməmişdir ki, o, 
təsvir etdiyi yerlərdə olmayıb, o yerləri görməyib. Məsələn,
Jül Vern özünün “Klodius Bombarnak” (1892) əsərində 
Azərbaycanı, Gəncə, Bakı, Xəzər dənizini və respublikamızın 
başqa yerlərinin elə gözəl və dəqiq təsvirini vermiş ki, adam 
həmin təsvirlərin qiyabi olmasına, Fransadan kənara çıxmadan 
təsvir edilməsinə heç cür inana bilməmişdir. Jül Vern 
yaradıcılığının ən önəmli cəhəti Yer və Kainatın sirlərini açmağa 
səy göstərən elmi romantikanın son dərəcə güclü olması 



amilidir. Onun qəhrəmanları təmənnasız alimlər, milli zülm və 
müstəmləkəçiliyə qarşı etiraz edən humanistlərdir. Jül Vern 
cəmiyyətin aşağı təbəqəsinin maraqlarına, arzu və istəklərinə 
üstünlük vermiş, yeri gələndə zəhmətkeş insanların müdafiəsinə 
də qalxmışdı. O, elmi nailiyyətlərdən varlıların xeyrinə istifadə 
olunmasının əleyhinə çıxmış və əsərlərində bu ideyanı təlqin 
etməyə çalışmışdı. 
Onun yaradıcılığı bir çox görkəmli alim, ixtiraçı və səyyahın 
(D.Mendeleyev, K.Siolkovski, F.Nansen) elmi axtarışlarına 
güclü təsir göstərmişdir. Yazıçının əsərləri zaman-zaman dünya 
dillərinə, o cümlədən Azərbaycan dilinə tərcümə edilmiş və indi 
də edilməkdədir. O, yüzə qədər romanın müəllifidir. 
Müəllifin “80 günlük dünya səyahəti” adlı macəra romanı ən 
çox tanınan və oxunan əsərlərindəndir. Romanda cərəyan edən 
hadisələr və əsərin əsas qayəsi haqda Jül Vern romanın çap 
olunmasından xeyli əvvəl “Magasin pittoresque”də (Mənzərə 
jurnalı) hələ 1870-ci ildə məqalə dərc etmişdir. Məqalədə fransız 
yazıçısı sübut etmiş ki, 80 gün ərzində dünyanı səyahət edib 
qurtarmaq olar. Məqalədəki hesablamalar ingilis mətbuatında da 
(“Morning Chronicli”) dərc edilmişdir. Jurnalın əməkdaşı cavan 
və güclü ingilis centlmeni 80 gündə dünyanı səyahət etməyin 
mümkünlüyü haqda yoldaşları ilə mübahisə etmiş, mərc gəlmiş 
və səyahəti vaxtında başa vurmaqla mərci udmuşdur. Səyahətdə 
gənc ingilis bütün növ nəqliyyat vasitələrindən, qayıq, yelkənli 
qayıq, xizək, gəmi, fil, at, araba və başqalarından istifadə 
etməklə səyahəti vaxtında başa vurmuşdur.
Jül Vernin qeyri-adi səyahətlər seriyasından olan “Yerdən aya 
qədər” romanı isə 1865-ci ildə yazılmışdır. Əsərdə yazıçı
isə yumorla bəşəriyyətin ən qədim arzu və istəklərindən
olan elmi-texniki inkişaf və onun tətbiqi, qısa müddətdə
böyük-böyük məsafələrin qət edilməsi, Yer planetindən başqa 
planetlərə – Aya, Marsa, Yupiterə və Veneraya səyahətin 



mümkünlüyünün 
təmin 
edilməsi 
kimi 
problemlərə 
toxunmuşdur. Maraqlıdır ki, Jül Vernin o dövrdə özünün sevimli 
fantastik janrında peyğəmbərcəsinə irəli sürdüyü, təsvir etdiyi 
bəzi ideyalar sonralar gerçəkləşmiş və həyata keçmişdir: aya 
səyahət baş tutmuş, səsdən iti gedən təyyarələr ixtira olunmuş, 
şar balonlarla uzun məsafələri qət etmək mümkün olmuş, 
qitələrarası ballistik raketlər hazırlanmışdır və s. 
Jül Vern “Kapitan Qrantın uşaqları” romanını 1867-68-ci 
illərdə yazmışdı. Bu romanda, bütövlükdə mütərəqqi yazıçının 
yaradıcılığında 
fransızların 
fədakarlığı, 
qəhrəmanlığı, 
humanistliyi mövzusu aparıcı yer tutmuşdur. Bir fransız 
ailəsinin başçısı kapitan Qrantı tapıb onun həyatını xilas
etmək, onu ailəsinə qaytarmaq üçün “Dunkan” gəmi ilə
heyəti haralara getməmiş, Yer kürəsinin hansı regionunda 
axtarışlar aparmamışdır! Maraqlıdır ki, gəmidəki fədakar 
insanlar – Eduard Qlenarvan, Mak-Nabs, kapitan Con-Manqls, 
Paqanel, kapitan Qrantın dözümlü və cəsarətli uşaqları və 
başqaları böyük ruh yüksəkliyi və inamla kapitan Qrantı 
axtarmış və onun tapılacağına ümid bəsləmişdilər. 
“Kapitan Qrantın uşaqları” romanında paralel olaraq Cənubi 
Amerika ölkələrinin, Yeni Zelandiya və dünyanın başqa 
regionlarının gözəl və təkrarsız təbiətindən, insanlarından, 
müxtəlif sosial təbəqələrdən , taleləri üzlərinə gülməyən yoxsul, 
bədbəxt və nakam insanlardan söhbət açılmışdır. Bu, paralel, 
gərgin atmosfer yaratmaqdan ötrü yazıçı tərəfindən tapılmış 
uğurlu bir üsuldur. “Kapitan Qrantın uşaqları” romanını 
Azərbaycan dilinə Cabbar Məcnunbəyov tərcümə etmişdir. 
Jül Vern dünya gənclərinin sevimli yazıçısı olub və indi də 
sevimli olaraq qalmaqdadır. Fransız, eləcə də dünya yazıçıları 
arasında Jül Vern ən çox tərcümə olunan sənətkardır. Öz 
dövründə onun qədər böyük təsir gücünə malik olan ikinci bir 
yazıçı tapmaq qeyri-mümkündür. 



XIX əsrin axırları-XX əsrin əvvəllərində yazıb-yaratmış 
fransız yazıçısı Reyman Rusel, Jül Vern yaradıcılığına, 
yazıçının şəxsiyyətinə pərəstiş edən, onun əsərlərindən gen-bol 
bəhrələnən yazıçılardan biridir. Jül Vernin özü də ədəbi 
fəaliyyətində başqa yazıçılardan bəhrələnməmiş deyildir. Belə 
ki, o lap gənc yaşlarından Aleksandr Düma (ata) ilə dostlaşmış, 
onun fantastik və macəra ruhlu əsərlərinin təsir dairəsindən axıra 
qədər çıxa bilməmişdir. 
Bu il görkəmli yazıçının anadan olmasının 190 ili tamam olur. 
Bu münasibətlə respublikanın mədəniyyət müəssisələrində, 
həmçinin kitabxanalarda yubiley tədbirlərinin keçirilməsi 
nəzərdə tutulmuşdur. F.Köçərli adına Respublika Uşaq 
Kitabxanasında da yazıçının yubileyi ilə bağlı tədbirlərin 
keçirilməsi nəzərdə tutulmuşdur. Yazıçının yaradıcılığını 
oxuculara daha yaxından tanıtmaq məqsədilə onun kitablarından 
ibarət sərgi təşkil olunur. Sərgi aşağıdakı başlıqlardan biri ilə 
qurula bilər: “Jül Vern – 190”, “Hər dövrdə sevilərək oxunan 

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin