Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə1/12
tarix03.02.2017
ölçüsü1,44 Mb.
#7381
  1   2   3   4   5   6   7   8   9   ...   12


 
 
Azad Yazarlar Ocağının kitabxanası 
 
 
 
 
 
Əminə PAKRƏVAN 
 
 
 
 
 
 
 
 
ABBAS MĠRZƏ  
VƏ  
AZƏRBAYCAN 
 
 
 
 
 
 
FARSCADAN ÇEVĠRƏN:  
GÜNTAY CAVANġĠR 
 
 
 
Emineh Pakravan 
Abbas Mirzə 
Editions Buchet/Chastet (Paris) 1973 
 
 
 
QANUN - 2010 
 


 
Az 2
 
 
REDAKTOR:
 
ĠLAHƏ UCARUH
 
 
Çapa hazırlayan:
 
Rasim QARACA
 
 
Əminə Pakrəvan. Abbas Mirzə və Azərbaycan.
 
Bakı, Qanun, 2010, 336 səh.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
“Abbas  Mirzə  və  Azərbaycan”  adlı  bu  kitab  görkəmli  Azərbaycan 
sərkərdəsi,  Qacarlı  şahzadə  Abbas  Mirzənin  həyatı  və  mübarizəsi  haqqındadır. 
XIX  əsrin  əvvəllərində  İran-Rus  müharibələrinin  nəticəsi  olaraq  Azərbaycanın 
ikiyə  parçalanması,  Gülüstan  sülh  müqaviləsinə  gətirən  hadisələr  elmi  qaynaqlara 
əsaslanaraq  geniş  şəkildə  bu  monoqrafıyada  öz  əksini  tapıb.  Günümüzün  bir  çox 
suallarına  cavab  verən  bu  qiymətli  əsər  Azərbaycan  dilində  ilk  dəfədir  nəşr  olunur. 
Kitabın geniş oxucu kütləsinin marağına səbəb olacağı şübhəsizdir.
 
 
Q  1300013005    Sifarişli 
     AB 022051 
 
Az2
 
©QANUN, 2010  
© Ə.Pakrəvan
 


 
ĠÇĠNDƏKĠLƏR:
 
 
 
Ön söz (tərcüməçidən)
 
Yazar haqqında
 
Ağaməhəmməd Xanın iqtidara gəlişi
 
Abbas Mirzənin çocuqluğu
 
Fətəlinin iqtidara gəlişi. Giriş
 
Fətəli Şah səltənətinin ilk illərində Qacar sarayının durumu
 
Savaşlar bölümü. Giriş
 
On il davam edən savaşların başlaması
 
Sisyanovun öldürülməsi
 
Fransa-Qacariyyə münasibətləri. Giriş
 
Fransa-Qacariyyə münasibətləri
 
Savaşların davamına giriş
 
On il sürən savaşlar
 
Reformist Abbas Mirzə. Giriş
 
Reformist Abbas Mirzə
 
Böyük sınaq. Giriş
 
Böyük sınaq
 
İrəvanın işğalı və Azərbaycandan ayrılması
 
Rus ordusunun Təbrizi işğal etməsi
 
Türkmənçay müqaviləsi
 
Savaşlar və siyasi oyunlar. Giriş
 
Savaşlar və siyasi oyunlar
 
Qriboyedovun öldürülməsi
 
Xorasan olaylarına giriş
 
Xorasan olayları
 
Naib-üs Səltənə Abbas Qacar Vəliəhd-Şahrud
 
Qaynaqlar 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
ÖN SÖZ 
 
Əziz oxucu! 
Güney  Azərbaycanda  fars  şovinistlərinin  türkləri  soysuzlaşdırma  planları 
haqda  bilginiz  vardır.  Azərbaycan  tarixini  və  görkəmli  şəxsiyyətlərini  İran 
mərkəzli  bir  yanaşma  ilə  fars  kimliyinə,  fars  tarixinə  aid  etməyə  çalışırlar.  Bütün 
dövlət imkanları da  fars zehniyyəti  mərkəzli sistemin  əlində  olduğu üçün bu işdə 
başarılı  olmuşlar.  Azərbaycanda  oyanışın  və  milli  kimliyin  yüksəldiyi  bir  vaxtda 
tarixi  gerçəklərin  olduğu  kimi  dərk  edilməsinə  ciddi  ehtiyac  vardır.  Tərcümə 
etdiyim  “Abbas  Mirzə  və  Azərbaycan”  adlı  kitabın  bu  ehtiyacı  bərtərəf  etməkdə 
çox  təsirli  olacağına  inanıram.  Yaxın  tariximizin  bilinməsi  baxımından  kitabda 
gerçəkdən  geniş  bilgilər  var.  İlk  dəfə  olaraq  XIX  əsrdə  Azərbaycan  Ordusunun 
qurulması  və  ilk  dəfə  olaraq  da  Qacar  Şahzadəsi  Abbas  Mirzənin  başçılığı  ilə 
Azərbaycanın  bütövlüyü  uğrunda  silahlı  savaşın  təfərrüatı  haqqında  geniş  bilgi 
əldə edəcəksiniz. 
Şahzadə,  Şərqdə  ilk  siyasi  şəxsiyyət  olaraq  sekular  bir  dövlət  qurmaq 
istəmiş,  bu  səbəbdən  də  fars  millətçiliyi  mərkəzli  şiə  mollalarının  etirazına  tuş 
olmuşdur.  Buna  qarşılıq  olaraq  Abbas  Mirzə  Azərbaycan  mərkəzli  din  projesini 
gəlişdirməyi  düşünmüşdür.  Bu  istiqamətdə  özəlliklə  də  Rusiya  imperatoru  I 
Pyotrun  reformlarından  da  təsirlənmiş,  onun  saqqal  inqilabını  Azərbaycanda 
gerçəkləşdirmək niyyətində bulunmuşdur. Bu işini ilk öncə Azərbaycan ordusunun 
əsgərləri üzərində  tətbiq etmiş, hər kəsin avropalılar kimi  saqqalını qırxmağı  əmr 
etmişdi. Şahzadənin bu əməli din xadimərinin çox ciddi etirazına səbəb olmuşdur. 
Çünki axundlara görə saqqal qırxmaq dini adət-ənənələrə uyğun gəlmirdi. 
Şahzadə, Qacariyyə və Azərbaycan Ordusunda xidmət edən Fransanın hərbi 
mütəxəssis  və  mühəndisləri  vasitəsi  ilə  1789-cu  il  Böyük  Fransa  inqilabının 
modern tələbləri ilə tanış olmuş, dərindən təsirlənmişdir. Bu səbəbdən də paytaxtı 
Təbrizə köçürmək, həm türk dilini Qacar imperatorluğunun rəsmi dövlət dili olaraq 
elan  etmək,  həm  də  XIX  əsr  şərtlərinə  görə  sekular  bir  dövlət  qurmaq  istəmişdir. 
Bunun  üçün  Azərbaycanın  hərbi,  mədəni  və  iqtisadi  həyatının  modernləşməsi 
istiqamətində  bir  çox  reformlar  gerçəkləşdirmişdir.  Ancaq  Abbas  Mirzənin 
islahatlarını  durdurmaq  üçün  din  xadimlərinin  təlqini  ilə  atası  Fətəli  şah  onu 
Azərbaycandan  uzaqlaşdırmaq  zorunda  qalmışdır.  Xorasanda  vəfat  edən  Abbas 
Mirzə son nəfəsində “Azərbaycan, Azərbaycan” deyə gözlərini yummuşdur. 
Kitabda XIX əsr dünyanın böyük dövlətlərinin Orta Doğu və Mərkəzi Asiya 
ilə  bağlı  planları,  Şahzadənin  diplomatik  və  hərbi  manevraları  haqqında  hərtərəfli 
bilgi  vardır.  Bu  bilgilər  XIX  əsrin  birinci  yarısında  Qacariyyədə  xidmət  edən 
Fransa,  İngiltərə,  Rusiya  kimi  xarici  dövlətlərin  təmsilçilərinin  rəsmi 
məktublarından  və  şəxsi  xatirələrindən  alınmışdır.  Ən  önəmli  olan  da  budur  ki,  o 
zamankı  savaşlar  farsların  və  rusların  uydurduqları  kimi  İran-Rusiya  arasında 
deyil,  Qacariyyə-Rusiya  arasında  baş  vermişdir.  Bu  savaşın  baş  ifaçıları  isə 


 
Azərbaycan  ordusu  ilə  Rusiya  ordusu  olmuşdur.  Daha  ayrıntılı  bilgi  üçün  kitabı 
diqqətlə  oxumaq  lazımdır.  Tərcümədə  bəlkə  bugünkü  alışılmış  Azərbaycan 
türkcəsindən  bir  az  fərqli  üsluba  rastlana  bilərsiniz.  Bunlar  şüurlu  şəkildə 
edilmişdir. Kitabda dərinləşdirilmiş və öz kökü üstündə doğura-doğura biləcək ana 
dilimizin imkanlarından geniş şəkildə faydalanmağa çalışılmışdır. 
Güntay CavanĢir 
Finlandiya 10.02.2007 
Guntay_1@yahoo.com. 
 
YAZAR HAQQINDA 
 
Əminə  Pakrəvan  3  oktyabr  1880-ci  ildə  İstanbulda  dünyaya  göz  açmışdır. 
Atası  Həsənxan  Qacarların  diplomatı  idi  və  20  il  Qacarların  İstanbuldakı  Böyük 
Elçilik görəvini yapmışdır. Əminə Pakrəvanın anası Alis fun Heartfeld Avstriyalı 
bir xanım idi.  Həsənxan 1893-cü ildə  Parisdə  vəfat  edir və  Əminə  xanımın ailəsi 
öncə Avstriyada Hersfeld ailəsinin yaşadığı yaxın bir kilsəyə yerləşir. Gənc ana iki 
qızı Fatma və Əminə ilə on il kilsədə qalır. Alis xanım qızlarının tərbiyəsi ilə özü 
məşğul  olmağa  başlayır.  Laybax  və  Lubliyana  kitabxanalarından  əmanət  aldığı 
kitablar  vasitəsi  ilə  qızlarında  kitab  oxuma  alışqanlığı  yaratmağa  çalışır.  Əminə, 
türkcə  və  farscanın  yanı  sıra  fransız,  ingilis  və  alman  dillərini  yaxşıca  öyrənir. 
İtalyan dilini də danışma səviyyəsində deyil, oxuma düzeyində bilmiş olur. 
Bir neçə il sonra Alis təkrar İstanbula dönür. 1910-cu ildə Əminə bir Qacar 
diplomatı  ilə  evlənir.  Gənc  ailə  bir  il  Qacarların  başkəndi  Tehranda  yaşayır.  İlk 
çocuqları  da  Tehranda  dünyaya  gəlir.  Sonra  da  Əminənin  əri  Misirin  başkəndinə 
diplomat  olaraq  göndərilir.  On  il  Qahirədə  yaşayırlar.  Əminənin  əri  fanatik  bir 
islamçı olduğu üçün xanımının sosial olaylara qatqıda bulunmasını önləyir. Ərinin 
fanatik  davranışlarına  dözə  bilməyib  ondan  ayrılan  Əminə  çocuqları  ilə  bərabər 
Belçikaya yerləşir. 
1933-cü  ildə  Əminə  Pakrəvan  Pəhləvilər  tərəfindən  rəsmən  “İran” 
adlandırılmış ölkəyə  köçür.  Qacar dövləti haqqında  bir neçə  kitabın  müəllifi olan 
Əminə  Pakrəvan,  Tehran  Universitetində  fransız  dili  və  ədəbiyyatı  üzrə 
öyrətmənlik  etməyə  başlayır.  1936-cı  ildə  qızının  vəfatına  baxmayaraq, 
araşdırmaçılıq və yazarlıq çalışmalarında davam edir. 1951-ci ildə “Tarixsiz əmir” 
adlı  kitabı  “Rivarol”  ödülü  qazanır.  1958-ci  ildə  xərçəng  xəstəliyindən  həyatını 
itirir.  Əminə  Pakrəvanın  ən  önəmli  əsərləri  bunlardır:  “Tarixsiz  əmir”,  “Qəzvin, 
unudulmuş  başkənd”,  “Əski  Tehran”,  “Dördüncü  nəsl”,  “Abbas  Mirzə  və 
Azərbaycan”, “Ağaməhəmməd Xan Qacar”. 
 
 
 
 


 
AĞAMƏHƏMMƏD XANIN ĠQTĠDARA GƏLĠġĠ 
 
1722-ci  ildə  Türküstan  xanlıqlarının  hücumu  qarşısında  çöküş  sürəcini 
yaşayan Səfəvi dövlətinin həyatına son verildi. Səfəvi dövlətinin varisliyini Avşar 
türk  boyundan  yüksələn  Nadir  adında  bir  cəngavər  üstləndi.  İkinci  Təhmasib 
Səfəvinin  xidmətində  olan  Nadir,  Avşar  türk  soyundan  idi.  Təhmasibi  devirib  və 
ölkənin  yönətimini  ələ  keçirdi.  Nadir  Azərbaycanın  Muğan  bölgəsində  başına 
şahlıq tacı qoydu. Hindistanı fəth etdikdən sonra da dünyaca ünlü bir türk padşahı 
kimi tanındı. 
Yenilikçi  və  savaş  taktikasının  uzmanı  olan  Nadir  şah  Dehlini  fəth  etdi. 
Nadir  şah  dində  reformlara  başladı,  bu  reformların  qurbanı  oldu  və  öz  yaxınları 
olaraq bilinən fanatik Şiə yanlıları tərəfindən öldürüldü. 
Nadir  şahın  qətlindən  sonra  Lor  soyundan  olan  Kərim  xan  Zənd,  Avşar 
İmperatorluğunun  bir  qismində  dövlət  qurdu  və  29  il  iqtidarda  bulundu.  1799-cu 
ildə  ölən  Kərim  xan  Zəndin  varisləri  iqtidarı  öz  aralarında  paylaşdılar. 
Ağaməhəmməd  Xan  Qacar  bütün  rəqiblərini  və  Zəndiyələrin  son  padşahı  olan 
Lütfəli  Xan  Zəndi  də  yenərək  qalib  oldu.  1797-ci  ildə  Qarabağ  savaşında 
öldürüldü.  Ağaməhəmməd  Xanın  övladı  olmadığı  üçün  qardaşı  oğlu  Fətəli  Xanı 
(çocuqluğunda  ona  Baba  Xan  deyilirdi)  öz  varisi  olaraq  duyurmuşdu.  Fətəli  bu 
mirasın qorunması üçün ən uyğun şəxs kimi görünürdü. 
 
ABBAS MĠRZƏNĠN ÇOCUQLUĞU
1
 
 
Ağaməhəmməd  Xan  çox  ehtiyatlı  hökmdar  idi.  Öz  yerinə  canişin  təyin 
etməsinə  rəğmən,  daima  bu  gənc  adamın  hökmdara  qarşı  erkən  baş  qaldırıb, 
iqtidarı  ələ  keçirməsindən  ehtiyat  edirdi.  Bu  üzdən  də  padşahın  casusları  Şirazda 
yaşayan  Fətəli  Xanın  həyatı  və  davranışları  ilə  ilgili  sürəkli  bilgi  verirdilər. 
Ağaməhəmməd Xan Qacar sonsuz, övladsız olduğu üçün qardaşı oğlu Baba Xanın 
(Fətəli Xanın) iki oğlunu öz yanında saxlayırdı. Baba Xanın ayrı-ayrı qadınlardan 
iki  oğlu  var  idi.  Bu  iki  övladın  arasında  sadəcə,  bir  neçə  həftə  yaş  fərqi  var  idi. 
Birinci  oğlan  Məhəmmədəli,  soyu  bəlirsiz  olan  Xeyvəli  bir  qadından  idi.  Qacar 
yasasına  görə  Məhəmmədəlinin  padşah  olması  mümkün  deyildi.  Çünkü
*
  bütün 
siyasi  davranışlarında  Çingiz  Xanı  örnək  alan  Ağaməhəmməd  Xan  ölkə 
yönətimində  və  dövlətin  yazqısı  baxımından  da  Çingiz  Xanın  yasalarını 
                                                           
1
 Bu mövzu üzərinə Fətəli Şah və ailəsi haqqında anılarını yazan Fətəli Şahın kiçik övladlarından birisi 
olan  şahzadə  Əhmədmirzə  Əzod-üd  Dövlənin  xatirələrindən  yararlanılmışdır.  “Tarix-i  Əzodi”  olaraq 
bilinən  bu  əsər  1870-ci  ildə  Bəmbəi  şəhərində  yayımlandı.  O  dönəmlərdə  bu  kitabın  Qacariyyə 
ərazisində  yayımlanması  yasaq  idi.  Ancaq  bütün  yasaqlara  baxmayaraq  əlyazma  şəklində 
yayımlanmışdı. 
*
  Quzey  Azərbaycanda  “çünkü”  deyil,  “çünki”  olaraq  yazılmaqdadır. Bu da dilimizin ahəng  qanununa 
uyğun deyildir. Bu səbəbdən ən uyğun və doğru  olan variant tərcih edilmişdir. (G.C.) 


 
uyqulamaqda  idi.  “Qacar  Yasası”na  görə  vəliəhdin  sadəcə,  atası  deyil,  anası  da 
Qacar  soyundan  olmalı  idi.  Məhəmmədəlinin  atası  Qacar  soylu  olmadığı  üçün 
vəliəhd olma şansı yox idi. 
Baba  Xanın  ikinci  oğlu  Abbas  Mirzə  idi.  Abbas  Mirzənin  anası  Qacar 
soyunun  Dollu  boyundan  idi.  Dollu  boyu  Ağaməhəmməd  Xanın  iqtidara 
yüksəlməsinə  yardım  etmişdi.  Ağaməhəmməd  Xan  Qacar,  bu  soydan  olan  Asiya 
xanımı  qardaşı  oğlu  Baba  Xanla  evləndirmişdi.  İmperatorluq  mirasını  bu  qadının 
doğuracağı  çocuğa  buraxmaq  istəyirdi.  Toy  günü  padşah  özü  gəlinin  dəvəsinin 
cilovunu  çəkmişdi.  Qacar  törəsinə  görə  gəlin  gəldiyi  evin  ocağının  daşını  öpməli 
idi. Bütün bu mərasim boyu padşah gəlinə yoldaşlıq etmişdi. 
Bəzi  rəvayətlərə  görə  Ağaməhəmməd  Xan  Qacar,  Dollu  Asiyanı,  hətta 
mövcud  vəliəhd  Baba  Xanın  anasından  da  daha  artıq  dəyərləndirirmiş.  Zəif 
bünyəsi olan Dollu Asiya, Baba Xana iki oğul doğduqdan sonra vəfat etmişdir. 
Asiyanın  doğduğu  ilk  çocuq  Abbas  Mirzə  idi.  Abbas  Mirzə  hələ  südəmər 
çocuqkən  Ağaməhəmməd  Xanın  iradəsi  üzərinə  fərzi  vəliəhd  olaraq  duyurulmuş 
və ta çocuq yaşlarından Naib-ül Səltənə (səltənətin varisi) kimi tanınmışdır. 
Abbas Mirzə dörd yaşında ikən bilinməz bir xəstəliyə yaxalanır. Bu xəstəlik 
onun  vücudunu  çox  etkiləyir.  Çocuğun  müalicəsi  üçün  Ağaməhəmməd  Xan 
ölkənin ən ünlü həkimlərini saraya çağırtdırır. Belə anlaşılır ki, həkimlərin müalicə 
edə bilmədikləri bu bilinməz xəstəlik  Abbas Mirzənin  yetkinlik çağında öz-özünə 
sağalmışdır. Ya da Qaspar Druvilin (Gaspard Drouville) dediyi kimi Abbas Mirzə 
ağır  idmanlar  və  bədən  eyitimi  yoluyla  bu  xəstəliyi  yenməyi  başarmışdır.  14-25 
yaşları arasında Şahzadə onu tanıyan bütün çevrəsini cismən güclü olan bir insan 
kimi  etkiləmişdi.  Bu  yaşlarında  çəkilmiş  rəsmlər  də  onun  yaraşıqlı,  görüntülü  və 
güclü olduğunu göstərməkdədir. Ancaq 30 yaşından sonra əski xəstəliyi təkrar baş 
qaldırmağa  başlayır.  İngilis  cərrah  Karmek,  Abbas  Mirzənin  sümük  (kəmik) 
xəstəliyinə yaxalandığını sezmişdir. 
Abbas  Mirzə  yeddi  yaşından  etibarən  süvarilik,  ox  atma,  qılınc  və  güləş 
kimi bir çox savaş fənlərini öyrənməyə başlamışdı. Yeni təsis edilmiş Tehran, ağ 
torpaqdan  yapılmış  qala  divarları  ilə  səciyyələnirdi.  Abbas  Mirzə  və  qardaşları 
səkkiz  yaşlarına  qədər  Tehrandan  başqa  bir  şəhər  görməmişdilər.  Hər  kəs  belə 
düşünürdü  ki,  Ağaməhəmməd  Xan  Qacar  tərəfindən  tərcih  edilən  Abbas  Mirzə, 
özündən  bir  neçə  həftə  böyük  olan  ögey  qardaşı  Məhəmmədəli  (Dövlət  Şahı)  ilə 
iqtidar  və  vəliəhdlik  uğrunda  savaşacaqdır.  Hər  iki  şahzadənin  həm  açıq,  həm  də 
gizlin  dostları  var  idi.  Məhəmmədəlinin  yandaşları  Abbas  Mirzənin  xəstəliyini 
daima  anımsataraq  Ağaməhəmməd  Xan  Qacarı  etkiləyib,  onu  Abbas  Mirzə 
haqqında  verdiyi  Naib-ül  Səltənəlik  qərarından  vaz  keçirməyə  çalışırdılar. 
Məhəmmədəli,  Abbas  Mirzə  qədər  yaraşıqlı  və  etkiləyici  olmasa  da  özbək 
anasından  iri  sümükləri  irs  olaraq  daşıyırdı.  Məhəmmədəli  beş  yaşında  süvariliyi 
öyrənmiş,  təkbaşına  at  üstündə  oturub  dövr  edirdi.  Beş  yaşında  ikən  işlərini 
gərəyincə yapmayan bəzi xidmətçiləri padşahsayağı cəzalandırmışdı. 


 
1797-ci ilin baharında Ağaməhəmməd Xan Gürcüstana hücum etmək üçün 
hazırlıq işlərinə başladı. İmperatriça Yekaterina yenicə ölmüşdü və Ağaməhəmməd 
Xan  düşünürdü  ki,  onun  varisi  olan  Birinci  Pavel  Qafqazlarla  ciddi 
ilgilənməkdədir.  Bu  üzdən  də  Ağaməhəmməd  Xana  görə  Qarabağ  xanlarının 
dərsini  vermə  zamanı  gəlmişdi.  Ağaməhəmməd  Xan,  Qarabağ  və  Xəzəryanı 
xanlıqları  özünə  tabe  edib,  vergi  almaq  fikrində  idi.  Bu  xanlıqlar  aşağıdakılardı: 
Dərbənd, Quba, Şirvan, Gəncə, Bakı, Qarabağ. 
Ağaməhəmməd  Xan  casusları  vasitəsi  ilə  Gürcüstanda  hökm  sürən 
Baqratiyon  Şahzadələrindən  birisi  ilə  gizlincə  ilişki  qurmuş,  onu  Gürcüstanın 
elbayı (valisi) edəcəyi haqda vədlərdə bulunmuşdu. 
Qarabağ  xanları  arasında  İbrahim  Xəlil  Xan  özünü  bağımsız  bir  ölkənin 
sultanı  kimi  aparırdı.  Qacarlara  qarşı  için-için  nifrət  etməsinə  baxmayaraq, 
məcburən və siyasət icabı qızlarından biri olan Ağabacı xanımı Baba Xana vermək 
zorunda  qalmışdı.  Fətəli ilə  Ağabacı arasında  evlilik çox  maraqlı olmuşdur.  Özəl 
bir  şahlıq  tərzi  ilə  Qarabağdan  Tehrana  gəlin  gətirilən  Ağabacı  xanım  bəy 
tərəfindən sevilməmişdir. Ağabacı xanım sonuna qədər bakirə qalsa da Baba Xanı 
gerçək bir sevgi ilə sevdiyi söylənilir. Bu xanım sonralar Qacar dövləti ilə Qarabağ 
xanlığı arasında münasibətlərin yaxşılaşması üçün çox işlər görmüşdü. 
Ağaməhəmməd Xan Şuşanı ələ keçirmək istəyirdi, çünkü bu üs (qərargah)  
vasitəsi ilə rusların bulunduğu Dərbəndi rahatca ələ keçirib, dəniz tərəfindən daima 
təhdid  edilən  Bakını  da  kontrol  altına  ala  bilərdi.  Əgər  yay  fəslində  savaş 
Ağaməhəmməd  Xanın  istəyi  və  planları  doğrultusunda  yürüsə  idi,  qış  fəslini 
Qarabağda  keçirməyi  düşünürdü.  Bu  səbəbdən  də  Abbas  Mirzəni  də  özü  ilə 
bərabər  apardı.  Çünkü  onu  yanında  bulundurmaqdan  xoşlanırdı.  Digər  tərəfdən, 
ona  savaş  fənləri  və  tekniklərini  öyrətmək  istəyirdi.  Naib-ül  Səltənə  Abbas 
Mirzədən  başqa  Məhəmmədqulu  Mirzə  adında  digər  bir  şahzadə  də  bu  səfərdə 
Ağaməhəmməd  Xana  eşlik  edirdi.  Ağaməhəmməd  Xanın  savaş  yoldaşı  və  yaxın 
əqrəbası  olan  Pirqulu  Xan,  Padşah  tərəfindən  bu  çocuqları  qorumaq  üçün 
görəvləndirilmişdi. 
Həyatında  ilk  kəz  olaraq  Abbas  Mirzə  Azərbaycana  ziyarət  edir  və  bu 
ölkənin  sevimli  baharının  heyranı  olurdu.  Sanki  gizlin  bir  güc  Abbas  Mirzənin 
yazqı  və  taleyinin  Azərbaycana  əbədiyyən  bağlandığını  onun  könül  qulağına 
pıçıldayırdı.  Beləcə,  Abbas  Mirzənin  Azərbaycan  sevdası  macərası  bu  torpağı 
çocuqluq  yaşlarında  qarış-qarış  gəzərək  başlayacaq  və  bütün  ruhunu,  vücudunu 
saracaqdı. Tehranda heç bir zaman çay görməyən Abbas Mirzə qarların əriməsi ilə 
çılğınca axan Araz çayının heyranı olmuşdu.  Sonralar ruslarla savaşarkən məğlub 
olan  Abbas  Mirzə  içini  və  dərdini  batılı  danışmanlarına  açacaqdı  ki,  nədən 
sevdiyim  Araz  çayı  yurdumun  bölünmüşlüyünün  rəmzi  olmalıdır?!  Arax  çayına 
olan  Abbas  Mirzənin  heyranlığı  ömrünün  sonuna  qədər  onu  tərk  etmədi.  Bəlkə 
bunun  yurdsevərlik  duyğusunun  ötəsində  başqa  bir  səbəbi  də  ola  bilər,  bəlkə  də 
Araz çayı Abbas Mirzənin həyatında gördüyü ilk böyük çay olaraq onun çocuqluq 


 
xatirələri  də  qaynayıb  qarışmış  və  fərdi  həyatındakı  dəyərlərin  bir  parçasına 
dönüşmüşdür.  Bəlkə  də  Araz  çayı  onun  iç  dünyasını  dış  dünyası  ilə  və  doğa 
gözəllikləri ilə bağlayan bir rəmzə çevrilmişdir. Bəlli və bəlirsiz səbəblərdən dolayı 
Araz çayı Abbas Mirzə üçün çox önəmli olmuşdur. Qacarlar ərazisində çox çaylar 
vardı, yalnız Abbas Mirzə üçün çay deyildiyində ancaq Araz xatırlanırdı. 
Ağaməhəmməd Xana xəbər gəldi ki, Qarabağın kiçik xanları İbrahim Xəlil 
Cavanşirə  qarşı  birləşmiş  və  onu  fərara  zorlamışlar.  Ağaməhəmməd  Xan  fürsəti 
qaçırmadan  bərk  asa  və  çox  sürətli  bir  əməliyyatla  Şuşanı  almaq  üçün  ordunu 
hərəkətə  keçirdi.  Ağaməhəmməd  Xan  Şuşanın  gözəlliyi  qarşısında  heyran 
qalmışdı. Şuşa o zaman Qacar imperatorluğunun başkəndi Tehrandan daha böyük 
və şəhər mədəniyyəti baxımından daha irəli düzeydə idi. Bütün ordu mənsubları da 
dağların  qoynunda  və  ormanlıqda  yerləşən  bu  şəhərin  gözəlliyinə  heyran 
olmuşdular. 
1747-ci  ildə  Avşar  imperatorluğunun  Sultanı  Nadir  Şah  öldürüldükdən 
sonra Avşar ordusuna mənsub olan Pənah Xan adında bir tümənbaşı sərkərdəliyini 
etdiyi ordusu ilə Qarabağa  gəldi və Şuşa  şəhərinin  yaxınlığında  yurd  saldı. Pənah 
Xan  Şuşanın  qorunması  və  gəlişməsi  üçün  çox  özən  göstərdi.  Beləliklə,  Şuşa 
Qafqazların  ən  böyük  ticarət  şəhəri  halına  gəldi.  Bu  üzdən  Şuşaya  Pənahabad  da 
deyirdilər. İbrahim Xəlil Cavanşir bu şəkildə mədəni bir şəhərin varisi olmuşdur. 
Ağaməhəmməd  Xanın  Şuşaya  vardığı  üçüncü  günün  sabahında  xəbər 
yayıldı  ki,  şah  qətl  edilmişdir!  Həmən  Şuşanı  kaos  sarmağa  başladı.  Şaha  sadiq 
olan bəzi xidmətçilər  şaşqınlıqdan özlərini itirmiş və  nə  yapacaqlarını bilmirdilər. 
Bu  arada  Pirqulu  Xan  böyük  zəhmətlərə  qatlaşaraq  bir  neçə  mahir  süvari  savaşçı 
tapıb iki şahzadəni Tehrana göndərməyi başardı. Talış dağlarında şahzadələr üçün 
ciddi təhlükələr ola bilərdi. Çünkü bu iki şahzadə Qacar sülaləsinə düşmən olanlar 
üçün  çox  uyğun  rəhinə  (girov)  sayılırdı.  Ağaməhəmməd  Xan  Qacarın  cənazəsi 
öldürüldüyü  yerdə  ortalıqda  qalmışdı.  Yalnız  özü  ilə  bərabər  daşıdığı  və  yatdığı 
yerlərdə barındırdığı cavahirat yoxa çıxmışdı. 
 
FƏTƏLĠNĠN ĠQTĠDARA GƏLĠġĠ 
 
GĠRĠġ 
 
Şirazda əmisinin ölümündən xəbərdar olan Baba Xan həmən özünü başkənd 
Tehrana  çatdırdı.  Ağaməhəmməd  Xanın  yaşlı  və  təcrübəli  başvəziri  Etimad-üd 
Dövlənin  yardımı  və  bəsirətli  planları  ilə  əmisinin  şahlıq  mirasına  sahib  çıxdı. 
Etimad-üd Dövlə öncə  Zəndiyə xanidanının  vəziri olmuşdur. Onlara  xəyanət edib 
və  Ağaməhəmməd  Xanın  tərəfinə  keçmişdi.  Etimad-üd  Dövlə  əmr  etmişdi  ki, 
padşahın  varisi  Baba  Xan  başkəndə  çatmayınca  Tehranın  darvazaları  heç  kimə 
açılmasın. Bu şəkildə Baba Xan Tehrana varana qədər mərkəzdə çıxa biləcək hər 
türlü  qarğaşa  (iğtişaş)  və  kaosu  önləyə  bilmişdi.  Etimad-üd  Dövlənin  planları 

10 
 
hesabına  həm  bəzi  xanlıqların,  həm  də  bəzi  Zəndiyyə  şahzadələrinin  Qacar 
dövlətini devirmə planları baş tutmamış, hamısı məğlub edilib öldürülmüşdü. 
Fətəli şahın rastlandığı ilk təhlükə Nadir şah soyundan olan Nadir Mirzənin 
tərəfdarı olan Avşar elləri onu İkinci Nadir olaraq tanıyırdılar. Fətəli Şah anlaşma 
yolu  ilə  məsələni  savaşsız  həll  etmək  istəyirdi.  Ancaq  bəzi  saray  danışmanlarının 
təhriki  ilə  Fətəli  Şah  tutum  və  mövqe  dəyişdirdi.  Nadir  Şahın  soyundan  olan  və 
padşahlıq iddiasında bulunan son Avşar sultanı da məhv edildi. Ancaq Fətəli şahı 
daha  çox  rahatsız  edən  öz  qardaşı  Hüseynqulu  Xan  idi  ki,  Kiçik  Xan  ləqəbi  ilə 
tanınırdı.  Hüseynqulu  Xan  da  varislik  iddiasında  idi.  Məğlub  edilən  Hüseynqulu 
Xanın gözlərini kor edib buraxdılar. 
Fətəli  Şahın  səltənətinin  ilk  illərində  Fransa  və  İngiltərə  ona  yaxınlaşmağa 
başlamışdı.  Bu  illərdə  İngiltərə  Hindistanı  istilasına  uğratma  prosesini  başa 
çatdırmaqda idi. Hindistanda fəaliyyət göstərən bir ingilis ticarət kompanisi həm də 
siyasi  işlərlə  məşğul  olurdu.  Birinci  Napoleon  Bonapart  Rusiya  ilə  bir  yerdə 
Hindistanı  işğal  etmək  üçün  Birinci  Çar  Pavellə  gizlincə  anlaşmışdı.  Bu  gizlin 
anlaşmadan İngiltərə  xəbərdar olmuşdu.  Tehran dərbarı öncə  yarırəsmi bir ingilis 
elçisini  qəbul  etdi.  Mehdi  Xan  adlı  bu  yarımelçi  Ağaməhəmməd  Xanın  ölümü 
münasibəti  ilə  başsağlığı  verməyi  bəhanə  edərək,  əslində  durumu  öyrənməklə 
görəvləndirilmişdi. Həm başsağlığı vermək, həm də Fətəli Şahı başına tac qoyması 
münasibəti  ilə  İngiltərəni  təmsilən  xoş  diləklərini  padşaha  çatdırmaq  üçün 
gəlmişdi.  1801-ci  ildə  ingilis  albayı  Molkolm  öz  elçilik  görəvinə  başlayacaqdı. 
Hind ordusuna mənsub olan bu gənc albay (polkovnik) 1798-1805-ci illəri arasında 
Hindistanın  hakimi  olan  Lord  Velzli  tərəfindən  himayə  olunurdu.  Molkolm  öz 
görəvi  boyunca  biri  siyasi  və  digəri  ticari  olmaq  üzrə  Qacariyyə  ilə  iki  müqavilə 
bağlamağa nail oldu. 

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin