Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə2/12
tarix03.02.2017
ölçüsü1,44 Mb.
#7381
1   2   3   4   5   6   7   8   9   ...   12

 
FƏTƏLĠ ġAH SƏLTƏNƏTĠNĠN 
ĠLK ĠLLƏRĠNDƏ QACAR SARAYININ DURUMU 
 
İnkar  etmək  olmaz  ki,  Fətəli  Şahın  səltənətinin  ilk  illərində  bir  tür  sənət 
renesansı kimi bir hadisə ortaya çıxmışdır. Şahın da gözəl binalar yaptırma həvəsi 
ifrat  şəkildə  mövcud  idi.  Bu  memari  əsərlər  Pəhləvi  dönəmində  özəlliklə  məhv 
edildilər  ki,  Qacarlardan  memari  miras  olaraq  bir  əsər  qalmasın.  Çünkü  Pəhləvi 
sülaləsi özünü Qacar düşmənçiliyi zəminində gəlişdirmişdi. Sonra da Pəhləvilərin 
bu  Qacar  düşmənçiliyi  tutumları  türklərə  qarşı  açıq  həqarət  şəklində  ortaya 
çıxacaqdı. Fətəli Şahın ilk yapdırdığı saray “Qacar Taxtı” idi. 
Fətəli  Şah  da  əmisi  Ağaməhəmməd  Xan  kimi  ovçuluğu  çox  sevir,  ov 
ovlamaqdan zövq alırdı. Fətəli Şah hara getsə idi yalnız olmazdı. Bəlli şəxslər hər 
zaman yanında olardı. 
Gürcüstan  məsələsi  Fətəli  şahı  daima  düşündürməkdə  idi.  Gürcüstan  bu 
coğrafiyada  iqtidara  gələn  bütün  dövlətlər  üçün  önəmli  olmuşdur.  Çünkü  bütün 

11 
 
dönəmlərdə  şahlar  Gürcüstanın  şərabına,  balına  və  gözəl  qızlarına  heyran 
olmuşlar
*
.  Rusiya  yandaşlığı  ilə  bilinən  Erkli
2  
öldükdən  sonra  onun  oğulları  və 
nəvələri Fətəli Şaha olumlu baxmağa başlamışdılar. Fətəli Şah da onlara hörmətlə 
yanaşırdı.  Şah  onlara  müttəfiq  kimi  baxırdı.  Çünkü  Baqratiyon  xanidanı  əskilərə 
dayanan soylu bir ailə idi. Fətəli Şah Gürcüstanı zorla və ya dostluq yolu ilə işğal 
etmək haqqında düşünürdü.  
1800-cü  ilin  baharında  Gürcüstan  şahzadələrinin  Xoya  gəlmələri 
qərarlaşdırılmışdı. Burada şahzadələr Rusiyanın Gürcüstana uyquladığı ağır şərtləri 
dilə gətirib, Fətəli Şahdan yardım istəyəcəklərdi. Ancaq Xorasandakı olaylar Fətəli 
Şahın Xoya gəlməsini əngəllədi. Xorasandakı qiyamları yatırmaq üçün bu bölgəyə 
getmək zorunda qaldı. Bu bölgədə Nadir Mirzə ilə Zaman  Xan  Abdali, Qacarlara 
qarşı ortaq hərəkət etmək istəyirdilər. Zaman Xan, Nadir Şahın ordusunda  böyük 
mənsəb sahibi olan Əhməd Xan Dəvəraninin nəvəsi idi. Nadir Şah öldükdən sonra 
Türküstanın,  Xorasanın  və  Hindistanın  bir  bölümünü  əlində  bulundurmaqda  idi. 
Fətəli  Şah  bu  önəmli  təhdid  ünsürünü  ortadan  qaldırmaqda  qərarlı  idi.  Fətəli  Şah 
insani  təbiətə  sahib  idi,  çünkü  həyatın  gözəlliklərinə  inanır  və  həyatdan  zövq 
almağı daima göz önündə bulundururdu. Yalnız bütün bu xarakterinə rəğmən, bəzi 
yaxın  adamlarını  uzaqlaşdırmağı  da  nəzərdən  qaçırmırdı.  Qacar  öldükdən  sonra 
Fətəli Şahın iqtidara gəlməsinə yardımçı olan Fars vilayətinin əski elbayı Etimad-
üd Dövlənin davranışları Fətəli Şahda şübhə oyatmışdı. Qacar sarayında və bir çox 
çevrələrdə  yayılmışdı  ki,  Fətəli Şah sadəcə, isim olaraq şahdır,  əslində  isə  ölkəni 
idarə edən Etimad-üd Dövlədir. Bu şayiənin yayılışına Etimad-üd Dövlə yardımçı 
olmuşdur.  Etimad-üd  Dövlə  sadəcə,  öz  yaxınlarını  saraya  yerləşdirməklə 
kifayətlənməmiş,  həm  də  müxtəlif  vilayətlərdə  də  öz  adamlarını  elbay  və  hərbçi 
olaraq  yerləşdirmiş,  ölkənin  ticarət  işlərini  də  ələ  keçirmişdi.  Etimad-üd  Dövlə 
Şahın ona  qarşı başlayan şübhələrindən xəbərsiz  deyildi.  O  da  iqtidara  gəlməsinə 
yardım  etdiyi  bu  gənc  padşahdan  xoşlanmırdı,  ancaq  iqtidarın  dəyişik 
mərkəzlərində  yerləşdirdiyi  adamlarına  güvəndiyi  üçün  qorxmurdu.  Uyğun  bir 
zamanı  bəkləyirdi  ki,  bir  devrilişlə  ölkənin  bütün  yönətimini  ələ  keçirsin.  Digər 
tərəfdən, Etimad-üd Dövlə İngiltərənin Hindistandakı tacirləri ilə də ticari və gizlin 
siyasi irtibat qurmuşdu. 
Fətəli Şah işrət məclisinə hər kəsi buraxmırdı. İşrət və şənlik məclisi türlü-
türlü gözəl qadınlarla dolu idi. Bu qadınların çoxu ilə cinsi ilişkidə bulunurdu. Bu 
qadınların  bir  çoxu  ona  şahzadələr  doğurmaları  nədəni  ilə  işrət  məclisindən 
uzaqlaşır və padşahın qadınları cərgəsinə qatılırdılar. Padşah, qadın düşgünlüyünü 
                                                           
*
Səfəvilər  dönəmində  də  başkənd  İsfahana  intiqal  etdikdən  sonra  Səfəvilər  sarayını  ən  çox  gürcü  və 
ermənilər, özəlliklə gürcü və erməni qadınların yaxınları öz təsirləri altına almışdı. (G.C.) 
2
 Bu  ad  Qacar  dönəmi  qaynaqlarda  müxtəlif  şəkildə  yazılmışdır.  Qacar  qaynaqlarında  yazılan  türlər: 
Erkele, Erkli, Erikli, Herakli, Herakliyus. 
 

12 
 
kimsə  görməsin  deyə  hər  kəsi  bu  məclisə  buraxmırdı.  Fətəli  Şahın  öz  ləzzət  və 
zövqlərini paylaşdığı kişi onun əmisi oğlu idi. Fətəli Şah çocuqluq arkadaşı olan bu 
əmisi oğlunu çox sevdiyi üçün öldürməmiş, amma gözlərini çıxarmışdı. Bu üzdən 
də onun işrət məclislərində bulunmasında bir sakınca görmürdü. Çünkü kor idi və 
sarayda olub bitənlər onu təhrik edib başqa xəyallara daldıramazdı. 
*** 
Səfəvilərin son şahı Şah Sultan Hüseyn zamanından bu  yana heç bir xarici 
ölkə  səfiri  dövlət  başçısı  ilə  görüşməmişdi.  Nə  Nadir  Şah  dönəmində,  nə  də 
Ağaməhəmməd  Xan  dönəmində.  1800-cü  ilin  yayında  albay  Molkolm  Buşəhrə 
varar-varmaz  Fətəli  Şahla  görüş  istəyində  bulunması  hər  kəsi  və  saray  adamlarını 
da şaşırtdı
*
.  Molkolm,  Hindistanın  hökmdarını  təmsilən    və  Hind  kompaniyasının 
elçisi  kimi  Şahla  görüşmək  istəyirdi.  Padşah  Xorasandakı  qiyamı  yatırmaq  üçün 
Tehrandan çıxdığına görə Molkolmun Şahla görüşü dekabr (aralıq) ayına ertələndi. 
1801-ci  ilin  yanvar  (ocaq)  ayında  Molkolm  vasitəsi  ilə  Qacariyyə  və  İngiltərə 
arasında anlaşmalar imzalandı. Molkolm bu xəbəri böyük bir zəfər olaraq mərkəzə 
duyurdu. Əslində bu anlaşma ilə İngiltərənin Qacariyyəyə ayağı açılırdı. Molkolm, 
Qacariyyədə  “İngiltərə  altunundan  daha  dəyərli  bir  şey  yoxdur”  fenomenini 
yaratdı.  Qacariyyə  tarixi  üzrə  uzman  (mütəxəssis)  olanlar  yazırlar  ki,  Molkolm 
Tehranda  olduğu  zaman  Abbas  Mirzə  Azərbaycanda  imiş.  Azərbaycanda  bəzi 
xanların  qiyamlarını  yatırmaqla  məşğulmuş.  Xorasanda  bulunan  Fətəli  Şah,  Con 
Molkolmu  qəbul  etmək  üçün  Abbas  Mirzənin  Tehrana  gəlməsini  istəyir.  Amedee 
Jauberin  “Persiya  səfəri”  adlı  kitabında  verdiyi  bilgilərə  görə  bu  zaman  çox  gənc 
olan  Abbas Mirzə bu  görüşmə sürəsincə Batıda olub-bitənlərlə daha çox ilgilənir. 
İngiltərənin Hindistandakı davranışları konusunda sorular sorurdu. Ona Moğulların 
son  qalıqları  olan  kiçik  dövlətləri  və  şahlıqları  necə  yendikləri  konusunda  bilgi 
vermələrini  istəyirdi.  Öz  dövləti  və  məmləkəti  haqda  qayğılı  olan  Abbas  Mirzə 
düşünürdü ki, İngiltərə bu qədər geniş miqyaslı imkanlarını Hidistanla sınırlı tuta 
bilməz. Gec-tez başqa ölkələrə də soxulmaq istəyəcək. İngiltərənin böyüməsini və 
texnoloji  tərəqqisini  gözləmləyən  Abbas  Mirzə  gələcəkdə  ölkəsinin  İngiltərə 
tərəfindən  işğal  ediləcəyindən  qorxurdu.  Bu  üzdən  də  Hindistan  və  İngiltərə 
haqqında sorular sorurdu. Batılı elçilərin yazdıqlarına görə Abbas Mirzə görüşdüyü 
bütün batılı heyətlərə sorular sorurmuş. 
Şahzadə Abbas Mirzə 1802-ci ildə atasının istəyi üzərinə öz əqrəbalarından 
olan Mirzə Məhəmməd Xan Dollunun qızı ilə evləndi. Ağaməhəmməd Xan Qacar 
tərəfindən  “Qacar  yasası”  olaraq  tətbiq  edilən  kurala  görə  Abbas  Mirzənin  bu 
qadınından  dünyaya  gələcək  olan  çocuğu  gələcəyin  vəliəhdi  olacaqdı.  Çünkü 
                                                           
*
Con Molkolm (sonralar Ser Con Molkolm olaraq məşhur oldu) demək olar ki, bütün xidmət dönəmini 
İngiltərənin  Hind  ordusunda  keçirdi.  Qacariyyədəki  məmuriyyətindən  başqa  ona  heç  bir  diplomatik 
görəv  verilməmişdi.  O,  Hindistandakı  işlərindən  dolayı  İngiltərə  krallığı  tərəfındən  sevilsə  də,  yalnız 
israfçılığından  və  çox  bədxərcliyindən  dolayı  tənqid  edildi.  (“Ser  Con  Molkolmun  yaşamı  və 
məktubları” Yazar: G. W., London, 1885) 

13 
 
Dollular Qacar soyunun boylarından biri idi. Abbas Mirzənin gənc eşi haqda ancaq 
bu qədər bilinməkdədir. Onun Dollu soyundan olması bəllidir. Bir də ana  mələkə 
öldükdən sonra İkinci Məhd-i Ülya (ulu qadın) ləqəbi ona verilmişdir. Ancaq Fətəli 
şahın anasına məxsus olan tam iqtidar və mütləq iradə sahibi olma kimi bir imkan 
ona qismət olmamışdır. 
*** 
Qış  fəsli  hər  tür  hərbi  əməliyyatı  durğun  duruma  gətirmişdi.  Hər  kəs  güc 
birikdirmək  üçün  ev-eşiyinə  gedirdi.  Ancaq  bahar  gələr-gəlməz  Şah,  ordunu 
düzənli vəziyyətə gətirirdi. Ya şəxsən özü ordunun komutanlığını üstələnirdi, ya da 
komutanlığı yetişkin şahzadələrdən birinə buraxırdı. Şahzadə Məhəmmədəli Mirzə 
və Abbas Mirzə ilk komutanlıq görəvini üstləndilər. Ən gənc  yaşlarında, yəni 14-
15  yaşlarında  savaş  atəşi  ilə  tanış  oldular.  Məhəmmədəli  Mirzə  atası  ilə  bərabər 
Xorasana  getdi.  Şah,  onun  savaşa  olan  həvəsini  görüb  təcrübəli  mənsəb 
sahiblərinin  nəzarəti  altında  daima  özbəklər  tərəfindən  hücuma  məruz  qalan 
ölkənin  Doğu  sınırlarını  qorumaqla  görəvləndirdi.  Məhəmmədəli  Mirzənin 
(Dövlər-Şahi)  tərəfdarları  ən  yaxın  zamanda  onun  Xorasanın  elbayı  olacağına 
inanır və buna görə onunla irtibatlarını genişlətməyə çalışırdılar. Ancaq Fətəli Şah 
onu mərkəzə çağırıb Qəzvinin elbayı elan etdi. 
Abbas  Mirzə  də  1799-cu  ildə  Azərbaycanda  ordunun  komutanlığını 
üstləndi.  Burada  Qacarlara  qarşı  baş  qaldıran  xanlarla  savaş  hazırlığına  başladı. 
Gənc  komutana  bir  neçə  öndə  gələn  Qacar  xanları  da  eşlik  edirdilər.  Bunların  ən 
önəmlisi  Əsədulla  Xan  Nuri  idi.  Tarixi  verilər  göstərir  ki,  bu  adam  Abbas  Mirzə 
üçün  30  minlik  ordu  təşkil  etməyi  bacarmışdı.  Hər  kəsin  üzərində  düşündüyü 
Abbas Mirzənin Azərbaycan əhalisi ilə olan münasibətləri idi. Vergilərdən bezmiş 
və yoxsullaşmış, kürdlərin silahlı basqınlarından cana gəlmiş Azərbaycan əhalisinə 
Abbas Mirzə özəl bir özən göstərir, onların durumlarının yaxşılaşması üçün bir çox 
işlər  görür,  fərmanlar  verirdi.  Bu  yazıq,  miskin,  yoxsul  insanlar  hərbçi  süvariləri 
gördüklərində  fərar  edirdilər.  Lakin  Abbas  Mirzənin  mehribanca  davranışlarını 
gördükdə  ona  fövqəl  insan  kimi  baxırdılar.  Abbas  Mirzənin  davranışına  güvənən 
və  onun  Azərbaycan  sevdasına  inanan  bu  yoxsul  insanlar  duz  çörəkləri  ilə, 
süfrələrindəki  olan-olmazları  ilə  Abbas  Mirzəyə  və  onun  Azərbaycan  Ordusuna 
yardımda bulunurdular. Beləcə, Abbas Mirzə  Azərbaycan əhalisi arasında hörmət 
qazanır, azərbaycanlıların sevimlisinə çevrilirdi. 
Azərbaycan  kəndlilərinin  yaşayışını  normal  hala  gətirmək  Abbas  Mirzənin 
fikrini məşğul edən birinci məsələ idi. Abbas Mirzəyə eşlik edən Qacar soylu yaşlı 
insanlar  onun  bu  yoxsul  insanlara  göstərdiyi  münasibəti  keçici  gənclik  hissiyatı 
kimi  dəyərləndirirdilər.  Azərbaycan  əhalisinin  bu  qədər  yoxsulluq  içində 
yaşamasından üzüntü duyan Şahzadəni anlamaqda zorluq çəkirdilər. 
Abbas  Mirzənin  ordusu  Təbrizin  kənarında  otraq  saldı.  Abbas  Mirzə,  Xoy 
və  civarında  hökm  sürən,  kəndliləri  talayan  və  Qacarlara  qarşı  dirənc  göstərən 
Cəfərqulu  Xan  Dənbəliyə  ixtar  göndərdi  ki,  qısa  zamanda  onun  hüzurunda 

14 
 
bulunsun.  Yoxsa  bütün  olacaqlardan  və  başına  gələcəklərdən  özü  sorumlu 
olacaqdır.  Dənbəli  Abbas  Mirzənin  bu  ixtarını  önəmsəmədiyi  üçün  Azərbaycan 
ordusu  Xoya  doğru  hərəkətə  başladı.  Ancaq  Xoya  çatdığında  xəbər  gəldi  ki, 
Dənbəli  ən  yaxşı  süvariləri  ilə  bərabər  şəhəri  tərk  etmiş  və  yoxa  çıxmışdır
3

Dənbəli  illərcə  ruslar  tərəfindən  Abbas  Mirzəyə  qarşı  dəstəkləndi.  Dənbəli, 
soyğunçu kürd qrupları ilə, o cümlədən Şəqaqilərlə, Sinkilərlə və Yəzidilərlə olan 
yaxşı münasibətindən dolayı öz bölgəsində önəmli biri kimi tanınırdı. Bu üzdən də 
Dənbəlini  təqib  etmək  çətin  iş  idi.  Bir  kərə  onu  bir  kürd  kəndində  mühasirəyə 
aldıqlarını  sandılar.  Ağır  itki  verərək  bu  kənd  ələ  keçirildi.  Ancaq  yenə  də 
Dənbəlidən xəbər yox idi. Gecənin qaranlığından yararlanaraq bu dəfə də qaçmağı 
başarmışdı. Əldə olan bilgilərə dayanaraq onu Urmu ovalığına qədər təqib etmişlər. 
Dənbəli,  Urmu  gölünə  tökülən  çayların  birinin  axarını  Abbas  Mirzənin  ordusuna 
tərəf  dəyişdirməyi  başarır.  Bu  plan  baş  tutsa  idi,  Abbas  Mirzənin  ordusu  yaranan 
bataqlıqda sürətli hərəkət imkanını itirib məğlub olacaqdı. Lakin Abbas Mirzənin 
manevrası  müvəffəqiyyətlə  sonuclandı  və  o  bataqlığa  Dənbəlinin  öz  ordusu 
yaxalandı. Dənbəli bu savaşda ordusu ilə bir yerdə yenik düşdü
4

 
SAVAġLAR BÖLÜMÜ 
 
GĠRĠġ 
 
Gürcüstan  Şahı  İkinci  Erkli  ölkəsini  avropalaşdırmaq  amacıyla  Rusiya  ilə 
birləşməyi  planlaşdırırdı.  1783-cü  ildə  bir  anlaşma  ilə  Gürcüstan  Rusiyaya  təslim 
oldu.  Bu  anlaşma  olmasaydı  belə  yenə  də  Doğuya  doğru  genişləməyi  öz  önəmli 
stratejisi  kimi  bəlirləyən  Rusiya  Gürcüstanı  işğal  edəcəkdi.  Çünkü  Gürcüstan 
Rusiyanın  Doğuya  və  Güneyə  doğru  genişləmə  yolunun  önünü  kəsmişdi.  İkinci 
Erklinin zamanında Gürcüstanda bu birləşməyə qarşı çıxan böyük bir qrup ortaya 
çıxdı. Onlar Qacariyyədən yardım umur və bu dövlətə yaxınlaşırdılar. Gürcüstanın 
əyan və əşraflarından oluşan bu qrup Mələkə Darucanın ətrafında birləşirdilər. Bir 
neçə şahzadə və şahzadə xanımlar bu qrupa qatıldılar, çünkü bu soy özlərini daha 
mədəni,  soylu  bilir  və  mədəniyyət  aləminə  yeni  girən  ruslara  barbar  kimi 
baxırdılar.  Gürcüstanda  bir  tərəfdən  vəliəhd  Qorgin
5
 kimi  adamlar  batı 
mədəniyyətinin  heyranı  olduqları  üçün  Rusiya  vasitəsi  ilə  Batıya  açılmaq 
istəyirdilər,  digər  tərəfdən  də  mələkə  Durucan  kimiləri  də  öz  bağımsızlıqlarından 
yanaydılar
6
.  Ağaməhəmməd  Xan,  Gürcüstanı  işğal  etdiyində  Erkli  yaşlı  və 
qocalmış birisi idi. Ağaməhəmməd Xanın Gürcüstana saldırısı zamanı İmperatriça 
                                                           
3
 Nasex-üt təvarix. 
4
 Eyni qaynaq. 
5
 Bu  ad  orijinal  mətndə  Georges  olaraq  yazılmış,  ancaq  Rövzət-üs  Səfa,  Nasex-üt  Təvarix  və  Abbas 
Mirzənin əlyazmalarında Qorgin olaraq keçməkdədir. 
6
 Maneveh Lişvili, “Gürcüstanın tarixi”. 

15 
 
Yekaterinadan  gürcülərə  yardım  gəlmədi.  Qısa  zaman  fərqliliyi  ilə  ortaya  çıxan 
Yekaterinanın, Ağaməhəmməd Xanın və Erklinin ölümləri bölgədəki dəngələri alt-
üst  etdi.  Hər  şeyin  yenidən  ayarlanma  zərurəti  ortaya  çıxdı.  Ancaq  Çar  Birinci 
Pavel,  Gürcüstanın  XII  şahı  Qorgin  və  onun  oğlu  Davud  da  siyasət  səhnəsindən 
çox tez kənarlaşdılar. Bu üzdən də Gürcüstan Mələkəsi Qacariyyə ilə  yaxınlaşma 
siyasətini təqib etməyə başladı. Şahzadə Aleksandr, Təhmurəs və onların bir neçə 
qardaşlarının  oğulları  Qarabağ  xanları  ilə  səmimi  münasibət  qurub,  heç  bir 
çətinliklə  qarşılaşmadan  Gürcüstandan  Qacariyyəyə  gəldilər.  Fətəli  Şah 
Gürcüstanın  bölgədəki  strateji  önəmini  düşünərək  Gürcüstan  heyəti  ilə  sıcaq 
davranılmasını əmr etdi. Digər tərəfdən, gürcü mənşəli olub, rus ordusunda eyitilən 
Sisyanovun davranışları Qacar dövlətini rahatsız etməkdə idi. Fəətli Şah, başvəzir 
Mirzə  Şəfiyə  əmr  etdi  ki,  Sisyanova  barışcıl,  ancaq  eyni  zamanda  bir  az  da 
təhdidcil bir məktub yazıb göndərsin. Məktubun mətni özət olaraq bu içərikdə idi: 
“Erklinin  övladlarını  rahat  buraxın  və  canişin  təyinetmə  məsələsinə  bizimlə  də 
məsləhətləşin.  Gürcüstanda  təkbaşınıza  davranma  kimi  bir  niyyətiniz  olsa, 
töküləcək qanlara görə Siz məsuliyyət daşıyacaqsınız”.
7
 
1803-cü il idi. Sisyanov bu məktuba cavab vermədi. Qısa bir sürədən sonra 
Gəncəyə  hücum  etdi.  Gəncəni  top  atəşinə  tutdu.  Bir  neçə  kiçik  xəyanətlər  istisna 
olmaqla  gəncəlilər  gerçəkdən  böyük  şücaət  və  qəhrəmanlıqla  Gəncəni 
qoruyurdular, lakin rus ordusunun hərbi üstünlüyü qarşısında məğlub oldular. Rus 
ordusu Gəncəyə girməyi başardı. Cavad Xanın siyasi həyatına Sisyanov son qoydu. 
Fətəli  Şah,  Sisyanovun  bu  hərəkəti  və  rus  ordusunun  güclü  topxana 
üstünlüyü qarşısında nə edəcəyi haqda düşünməyə, narahat olmağa başladı. Ağlına 
ilk  gələn  bu  oldu  ki,  ingilislərdən  savaş  texnolojisi  və  yardım  almaq  lazımdır. 
Ancaq  ingilislər  ən  azından  o  zaman  dilimində  Qacarları  heç  düşünmürdülər.  Bu 
üzdən  də  ilk  dəfə  olaraq  Napoleonla  ittifaqa  girmə  fikri  alternativsiz  plan  kimi 
ortaya çıxdı. 
 
ON ĠL SÜRƏN SAVAġLARIN BAġLAMASI 
 
1804-cü il Tehranın çevrəsində böyük bir ordu toplanmışdı. Bu dəfə sadəcə, 
bir  neçə  xanların  qiyamını  yatırmaq  söz  konusu  deyildi,  həm  də  xarici  düşmənə 
qarşı savaş hazırlığı gedirdi. Bu düşmənin güclü olduğu haqda bir çox söz-söhbət 
dolaşmaqda  idi.  Şah  bu  ordunun  komutanlığını  Abbas  Mirzəyə  həvalə  etdi.  O 
zaman  Fətəli  Şah  yüksək  səslə  danışaraq,  onu  taxt-tacın  varisi  elan  etdi.  Bunun 
səbəbi  sadəcə,  Ağaməhəmməd  Xan  tərəfindən  qoyulmuş  “Qacar  yasası”  deyildi. 
Abbas Mirzə öz ləyaqəti və başarıları ilə atasının güvənini və rəğbətini qazanmışdı.  
Azərbaycan  Qacar  dövləti  üçün  çox  böyük  əhəmiyyət  daşımaqda  idi. 
Azərbaycanda sevimli bir dövlət adamı olan Abbas Mirzə ilə hər kəs, o cümlədən 
                                                           
7
 Nasex-üt təvarix. 

16 
 
Fətəli  Şah  da  hesablaşmaq  zorunda  idi.  O  il  Abbas  Mirzə,  Novruz  Bayramı 
münasibəti ilə bölgələrdən gələn hədiyyələri padşaha sunmaqla görəvlənmişdi. Bu 
tür  törələr  və  törənlər  Doğu  ölkələrində  batılıların  anlaya  bilməyəcəkləri  qədər 
önəmlidir. Şah digər oğullarına da Abbas Mirzəyə ehtiram göstərmələrini əmr etdi. 
Ancaq  Abbas  Mirzəni  qısqanan  bəzi  şahzadələr  içərisindəki  həsədi  zorla  boğaraq 
Abbas Mirzə qarşısında boyun əyməyə məcbur oldular.  
Şah,  Abbas  Mirzənin  rəhbərliyi  altında  hazırlanmış  ordunu  yoxlayıb, 
paradını izlərkən böyük bir sevinc və  mutluluq içində  idi.  Rus ordusunun şöhrəti 
ilə  ilgili  duyduğu  söz-söhbətlər  bu  ordunu  gördükdən  sonra  artıq  onu  etkiləmirdi. 
Özəlliklə  Azərbaycan  ordusunun  komutanı  Abbas  Mirzənin,  atasına  və  ölkəsinə 
sədaqətlə bağlı olması Şah üçün ayrıca bir güvən qaynağı idi. 
Ordunun  Azərbaycana  doğru  hərəkəti  sırasında  yol  boyunca  on  minlərlə 
insan  Abbas  Mirzəni  uğurlayır,  ona  başarılı  olması  üçün  Tanrıdan  yardımçı 
olmasını  diləyirdilər.  Abbas  Mirzənin  Azərbaycanda  yayğınlaşan  sayqınlığı 
üzündən bu ordunun tam əksəriyyətini azərbaycanlılar təşkil etmişdi. Abbas Mirzə 
bu  dəfə  ayrı  bir  hisslə  Azərbaycana  gəlirdi.  Bu  dəfə  özünü  Azərbaycana  həsr 
etməyə hazırlaşırdı. Çünkü Sisyanovun Azərbaycanın göbəyi sayılan Gəncəni işğal 
etməsi onun qüruruna toxunmuşdu. Azərbaycana səfərində Abbas Mirzəyə 60 min 
nəfərlik  ordu  eşlik  edirdi.  Üç  gün  yol  getdikdən  sonra  Abbas  Mirzənin  ordusu 
Qəzvinin  darvazasına  çatdı.  Qəzvinin  elbayı  olan  Şahzadə  Məhəmməd  Mirzə 
içindəki  qısqanclığı  gizləyərək  Qəzvin  əhalisi  ilə  bir  yerdə  Abbas  Mirzənin 
istiqbalına  vardı.  Abbas  Mirzə  Təbrizə  həmən  çatmaq  istədiyi  üçün  zaman 
itirmədən Qəzvindən ayrıldı. 
Şah,  ordunun  dərhal  Arazı  keçib  ruslara  savaş  açmasını  istəyirdi.  Abbas 
Mirzə  də  atasının  bu  iradəsini  gerçəkləşdirməkdə  qərarlı  idi.  Yalnız  Abbas  Mirzə 
Təbrizdə  qısa  bir  sürəliyinə  qalmalı  idi,  çünkü  Azərbaycandan  onun  ordusuna 
qatılacaq minlərcə insan sıraya düzülmüşdü. Bu dəfə artıq Abbas Mirzə başqaları 
tərəfindən  kontrol  edilən  yeniyetmə  bir  gənc  deyildi.  O,  artıq  savaşlarda  təcrübə 
qazanmış  yetişkin  bir  hərbçi,  savaşçı  idi.  Abbas  Mirzə  Təbrizə  çatdıqdan  sonra 
bütün  səyyahların  xatirə  kitablarında  övülən  bu  şəhəri  gəzməyə,  dolaşmağa 
başladı. Səlcuqlar dönəmindən qalan qala divarları Abbas Mirzənin diqqətini cəlb 
edirdi.  Abbas  Mirzə  Təbrizdə  hər  gün  məşvərət  şurasını  öz  çadırında  toplayırdı. 
Arazın  o  tayından  gələn  bilgiləri,  xəbərləri  dəyərləndirirdilər.  Abbas  Mirzənin 
Təbriz  şəhərinə  diqqət  yetirməsi  və  şəhərin  abadlaşması  üçün  əmrlər  verməsi, 
özəlliklə tacirləri və bəzirganları sevindirməkdə idi. Hətta Abbas Mirzənin Təbrizə 
olan  bu  sevgisini  görən  bəzi  bəzirganlar  Təbrizin  ticarət  həyatı  haqqında 
Şahzadəyə bilgilər verir və bir zamanlar Ağdəniz bəzirganlarının Təbriz bazarında 
təmsilçiləri olduğunu söyləyirdilər. Yalnız bütün bunların hamısı Şah Abbas Səfəvi 
dönəmində yox edilmiş, İsfahana daşınmışdı. Digər tərəfdən, zəlzələlər də Təbrizin 
geri  qalmasına  səbəb  olmuşdu.  Bu  zəlzələlərin  birində  Göy  Məscidin  tağının 
ortadan  dəlindiyini  çəkinərək  söyləyirdilər.  Çəkinərək  söyləyirdilər,  çünkü  Göy 

17 
 
Məscid Sünni Qara Qoyunlular zamanında yapılmışdı. Hər kəs Abbas Mirzənin Şiə 
hissinin qəzəbinə tuş olmaqdan qorxurdu. Lakin Abbas Mirzə üçün şiə-sünni deyə 
bir problem heç olmadı və kimsə ondan bu haqda bir tərs davranışa tanıq olmadı. 
Bu  səfər  zamanı  Abbas  Mirzə  Azərbaycanın  Bəylərbəyi
8
 Əhməd  Müqəddəmlə 
tanış və dost olmağı bacardı. Yaşlanmış Bəylərbəyi Qacar dövlətinin qurulmasında 
əməyi  keçmiş,  bir  neçə  savaşa  da  qatılmışdı.  Abbas  Mirzə  Bəylərbəyinin  savaş 
təcrübəsindən,  bilgilərindən  yararlanmaq  istəyirdi.  Bəylərbəyi  silah  kolleksionunu 
Abbas  Mirzəyə  göstərdi.  Kolleksionda  gözəl  səliqəylə  yapılmış  türlü-türlü 
qılınclar,  yüngül atəşli silahlar var idi.
9
 Bəylərbəyi  ömrünün  sonuna  qədər  Abbas 
Mirzəyə xidmətdə bulundu. 
*** 
Baharın sonları idi və  Araz çayı hələ  də  daşqın suları ilə  axmaqda  idi.  İlk 
dəfə  bir  çocuq  olaraq  Araz  çayını  görən  Abbas  Mirzə  bu  dəfə  bir  sərkərdə,  bir 
komutan kimi onun sahilində dayanmış, çayı seyr edir, çocuqluğunu xatırlayırdı. 
Xüdafərin  körpüsünün  üstündən  ordu  Arazın  o  tayına  keçməyə  başladı. 
Ordu,  Qarabağın  Dadabəyli  adında  bir  bölgəsində  oturaq  saldı.  Savaş  meydanına 
yaxın  olan  bu  bölgədə  Abbas  Mirzə  ordunun  öndə  gələn  isimləri  ilə  bir  yerdə 
durum  dəyərləndirməsi  yapdı.  Casusların  rus  ordusu  ilə  ilgili  gətirdikləri  bilgiləri 
onlarla paylaşdı. 
General  Sisyanov  bölgədə  kiçik  xanları  bir-birinin  canına  salır,  onları  bir-
biriləri  ilə  savaşdıraraq  zəif  düşürürdü.  Sisyanovun  ən  önəmli  hədəflərindən  biri 
müsəlmanlar  və  xristianlar  arasında  düşmənçilik  yaratmaq  idi.  Bu  şəkildə 
erməniləri və gürcüləri özünə cəlb edə bilər deyə, düşünürdü. 
İrəvandan gələn xəbərlər heç də ürəkaçıcı deyildi. Hər kəs heyrət içində idi 
ki,  nədən  Şah  İrəvanın  hakimi  Məhəmməd  Xanı  görəvindən  almamışdır. 
Məhəmməd  Xanın  ruslarla  bərabər  çalışması  konusunda  Abbas  Mirzəyə  bilgilər 
gəlirdi.  Məhəmməd  Xan  rus  ordusunun  İrəvanın  ətrafında  yerləşməsinə  izn 
vermişdi. 
Gürcü  şahzadələr  Aleksandr  Mirzə  və  Tehmurəs  Abbas  Mirzəni  ziyarət 
etmək üçün Dadabəyliyə gəldilər. Bu arada Quba və Dərbənd xanı Şeyx Əli Xan, 
Lənkəran xanı Surxay Xan, Bakı xanı Hüseynqulu Xan və Talış xanı Mustafa Xan 
Abbas  Mirzəyə  xoşgörü  ilə  yanaşırdılar.  Eyni  zamanda  Xəzəryanı  xanlıqların 
gürcü  əyanlarının  qızları  ilə  evlilikləri  və  yaxşı  münasibətləri  səbəbi  ilə  gürcü 
şahzadələr  Azərbaycanda  rahat  dolaşa  bilirdilər.  Onların  can  güvənliklərindən 
xanlıqların orduları sorumlu idi
10

Abbas  Mirzə  Gəncə  konusunda  çox  əndişəli  idi.  Keçən  il  ruslar  tərəfindən 
topa  tutularaq  istilaya  uğramış  Gəncəni  geri  alma  haqqında  düşünüb  dururdu. 
                                                           
8
 Qacarlar dönəmində Bəylərbəyi bölgədən sorumlu yetkili şəxs idi. 
9
 Amedee Jauber, “Persiya səfəri”. 
10
 Gürcü araşdırmacı bayan Tamara Papaova “Erkli ailəsi”. 

18 
 
Lakin  Gəncəni  geri  almaq  asan  iş  deyildi.  Abbas  Mirzənin  casusları  Gəncə 
saxlusunda  (ordunun  barındığı  yer)  çoxlu  Rusiya  ordusunun  və  təchizatın  olduğu 
barədə  xəbərlər  gətirirdilər.  Bu  üzdən  də  Gəncəyə  nə  şəkildə  hücum  edəcəyi 
haqqında ordu kurmayları ilə məsləhətləşir, gələn xəbərləri dəyərləndirirdi. 
İrəvan  hakimi  Məhəmməd  Xanın  yanlış  yönləndirməsi  ilə  Azərbaycanın 
köçəriləri  Osmanlı  torpaqlarına  köç  edir,  mal-davarlarını  Azərbaycandan  çıxarıb 
Anadoluya  sövq  edirdilər.  Çünkü  İrəvan  hakimi  Məhəmməd  Xan  şayiə  yaymışdı 
ki,  ruslar  qalib  gələcək  və  sonra  da  onların  mal  davarlarını  əllərindən  alacaqdır. 
Məhəmməd  Xanın  bu  şayiəsinin  inandırıcı  olması  üçün  Qars  elbayı  da  ona 
yardımçı olmaqda idi. Çünkü o da bu var-dövlətin Anadoluya axışmasından yana 
idi. 
Abbas  Mirzə,  Mehdiqulu  Xan  Dollunu  Qars  elbayı  ilə  müzakirə  üçün 
görəvləndirdi.  Mehdiqulu  Xan  Dolluya  bu  səfərdə  600  silahlı  kişi  eşlik  edirdi. 
Mehdiqulu Xan Dollunun atlılarını görən Osmanlı ordusu həmən savaş durumuna 
gətirildi.  Mehdiqulu  Xanla  Qars  elbayı  (valisi)  olan  Osmanlı  paşası  türk  dilində 
danışıb,  anlaşırdılar.  Paşa  “Hər  iki  tərəfdə  müsəlman  Türk  deyilikmi”  deyə  sorur 
və  davam  edirdi  ki,  nədən  buraxmırsınız  buradan  ta  Ərzruma  qədər  uzanan 
otlaqlıqlardan köçərilər yararlansınlar? Ancaq Mehdiqulu Xanın “Bizim köçəriləri 
öz  torpaqlarınıza  çəkmə  fəaliyyətinizdən  vaz  keçin!”  uyarısı  gəldikdən  sonra 
Osmanlı  paşası  nəsihət  vermə  tutumunu  dəyişdirmək  zorunda  qaldı.  Osmanlı 
paşası bir Sünni fanatik olduğu üçün Şiələrə xoş görü ilə baxmırdı. 
Mehdiqulu  Xan  bir  çox  köçəriləri  Azərbaycana  geri  gətirtmək  üçün  Qars 
elbayı  ilə  anlaşdılar.  Mehdiquluxan  Dollunun  bir  çox  köçərilərlə  bərabər 
Azərbaycana  döndüyü  zaman  Sisyanov  öz  güclü  və  ehtiyatlı  ordusu  ilə  İrəvana 
doğru  hərəkət  etməyə  başlamışdı.  Sürüləri  Azərbaycana  gətirən  Mehdiqulu  Xan 
özünü  sürətlə  rus  ordusu  ilə  isti  savaşa  başlamış  olan  Abbas  Mirzəyə  çatdırmağa 
çalışırdı. 
Bu savaş çox amansız  bir savaşa  dönüşdü  və  yalnız  hər iki tərəfin  yorğun 
düşmələri ilə durduruldu. Sisyanov Üçkilsə
11
yə doğru geri çəkilmək zorunda qaldı. 
Ancaq  Sisyanov  ordusunu  geri  çəkərkən  daima  Abbas  Mirzənin  vur-qaççı  savaş 
qrupları  tərəfindən  hücumlara  məruz  qaldı.  Abbas  Mirzə  müntəzəm  savaşçıların 
yanı  sıra  Qarabağ  və  Qafqaz  meşələrində  və  dağlarında  savaşmaq  üçün  partizan 
qrupları  da  təşkil  etmişdi.  Partizanların  hücumlarının  yanı  sıra  Şahzadə  Abbas 
Mirzə  öz  ordusu  ilə  də  Sisyanovu  təqib  etməyə  başladı.  Şahzadənin  bu  təqibdən 
hədəfi  Sisyanovu  toparlanmasına  imkan  verməmək  idi.  Bu  şəkildə  Şahzadə 
Təbrizdən  gəlməkdə  olan  ordunun  da  ona  qatılması  ilə  Sisyanova  son  zərbəni 
endirib,  sonra  da  Gəncəni  ruslardan  geri  almanı  planlamışdı.  Ancaq  Abbas  Mirzə 
İrəvan  hakimi  Məhəmməd  Xanın  xəyanətindən  qorxduğu  üçün  ordunun  bir 
                                                           
11
 Bu ad bütün Qacar qaynaqlarında Üçkilsə olaraq keçməkdədir. 

19 
 
bölümünə  ona  nəzarət  etmək  üçün  İrəvanda  qalmasına  əmr  verdi.  Bu  üzdən  də 
yaşlı Mirzə Şəfi və bəylərbəyi Əhməd Müqəddəmənin İrəvanda qalmalarını istədi. 
Üçkilsənin  önündə  qızğın  savaş  başladı.  Sisyanov  topxanasına  atəş  əmri 
verdi.  Ancaq  Abbas  Mirzənin  cəbhənin  ön  sıralarında  savaşması  Azərbaycan 
ordusuna  böyük  ruh  yüksəkliyi  vermişdi.  Baş  komutanın  bu  şəkildə  savaşması 
Azərbaycan  ordusunda  ölümdən  qorxma  hissini  yox  etmişdi.  Şahsevən  və 
Xocavənd süvarilər bu savaşda elə bir cəsarət göstərdilər ki, bütün ölkədə dildən-
dilə  düşdü.  Abbas  Mirzə  ordusunun  ölümdən  qorxmamasını  görən  rus  ordusu 
qorxmağa  başlamış,  ruh  düşkünlüyünə  uğramışdı.  Sisyanov  ordusunu  üç  qismə 
ayırmışdı. Şahsevənlər üçüncü gün rus ordusunun topxanasını susdurmağı bacardı. 
Üçüncü  gün  üç  qismə  ayrılmış  rus  ordusunun  bir-biri  ilə  olan  irtibatları  kəsildi. 
Yalnız  süvarilərin  hücumu  hesabına  rus  topları  atəşinin  susdurulduğu  nəzərə 
alındığında  Abbas  Mirzənin  nə  qədər  doğru  taktika  izlədiyi  bəlli  olur.  Bu  qələbə 
Azərbaycanda o qədər heysiyyət  yaratdı ki,  hətta İrəvan  hakimi Məhəmməd Xanı 
belə  ümüdsüzlüyə  mübtəla  etdi.  İrəvan  hakimi  bu  dəfə  haqqında  yaranmış 
şübhələri  ortadan  qaldırmağa  çalışdı.  Bu  zəfər  münasibəti  ilə  Abbas  Mirzəyə 
çatması  üçün  Mirzə  Şəfiyə  hədiyyələr  gətirdi.  Rus  ordusu  ilə  irtibatı  kəsilməyə 
başlayan Məhəmməd Xan bu dəfə Abbas Mirzəyə yaxınlaşmağa başlamışdı. Abbas 
Mirzə  isə  onu  cəzalandırmaq  fikrində  deyildi.  Çünkü  belə  bir  işə  girişsə  idi, 
bölgədə  iç  savaş  çıxardı,  Sisyanov  isə  bundan  yararlana  bilərdi.  Ancaq  İrəvan 
hakiminin  bu  tərz  davranışından  istifadə  edən  Abbas  Mirzə  ordunu  İrəvanın 
yaxınlığındakı  Qarabulağa  yerləşdirməyə  başladı.  İrəvan  hakimi  Abbas  Mirzənin 
bu  hərəkətindən  narahat  olsa  da,  ancaq  edə  biləcəyi  bir  iş  yox  idi.  İrəvan  tam 
Abbas Mirzənin ordusunun mühasirəsinə keçdi. Bu sırada partizan savaşları hər iki 
tərəfdə  davam  edirdi.  Bu  əməliyyat  sırasında  gürcü  şahzadələr  Aleksandr  və 
Təhmurəs Abbas Mirzəyə yardım etdilər. 
Bu  savaş  zamanı  Abbas  Mirzə  acı  bir  gerçəyi  dərk  etməyə  başlamışdı. 
Abbas  Mirzə  hiss  edirdi  ki,  artıq  bu  biçim  savaşların  zamanı  keçmiş  və  onun 
ordusunda böyük texnoloji  əksikliklər var.  Abbas Mirzə texnoloji savaş haqqında 
öz bilgisizliyini də hiss edərək çox narahat olmağa başlamışdı. Sonrakı savaşlarda 
rahatca  qələbə  əldə  edə  bilməyəcəyi  haqda  əndişələnirdi.  Abbas  Mirzənin  ordusu 
modern hərbi imkanlardan məhrum idi, bu da Abbas Mirzənin dərin rahatsızlığına 
səbəb  olurdu.  Bu  qüsuru  Abbas  Mirzə  necə  ortadan  qaldıra  bilərdi?  Qərblə 
münasibətə  girməkdən  başqa  ikinci  alternativ  varmı?  deyə  düşünürdü.  İlk  dəfə 
rastlandığı və qalib olduğu savaş Abbas Mirzənin bütün düşüncəsini dəyişdirmişdi. 
O  öz  ordusunu  yeni  silahlarla  təchiz  etməyi  düşünürdü.  Artıq  klassik  türdə  hərb 
zamanının bitdiyini bu savaşda  anladı. Sisyanovun savaş taktikasını bəyənir, onun 
silah baxımından üstün olduğunu görürdü. Abbas Mirzə hiss edirdi ki, yeni savaş 
texnikası və taktikası haqqında heç bir bilgiyə sahib deyil. 
1804-cü ilin  yayında Fətəli Şah, Sultaniyyə ovalığında oturaq salmışdı. Bu 
ovalıq  çox  görünüşlü  və  sevimli  bir  məkan  idi.  Təbrizlə  Tehranı  bir-birinə 

20 
 
bağlayan yolun üstündə yerləşir. Sonralar ordu saxlusuna və barınağına çevrilən bu 
ovalıq öncələr Şahın dincəldiyi və əyləndiyi məkan kimi istifadə edilmişdir. Bəzi 
Qacar  üzrə  uzman  olanlar  da  belə  düşünürdülər  ki,  get-gedə  Azərbaycanda 
ünlüləşən,  sayqı  qazanan  Abbas  Mirzə  yavaş-yavaş  Fətəli  Şahın  qayğılanmasına 
səbəb  olduğu  üçün  Azərbaycana  daha  yaxın  bir  məkanda  yerləşmək  istəyirdi  ki, 
Abbas  Mirzənin  reformlarından  və  etdikləri  işlərindən  dərhal  xəbərdar  olsun. 
Sultaniyyə ovalığı moğullar zamanında böyük ticarət mərkəzi olan bir şəhər olmuş. 
Fətəli  Şah  yenə  də  bu  əski  böyük  ticarət  mərkəzi  olan  Sultaniyyəni  öz  keçmişinə 
qovuşdurmaq  istəyirdi,  lakin  olayların  axışı  buna  imkan  verməmişdir.  Bu  illər 
ərzində  Sultaniyyə  başkənd  kimi  olmuşdu.  Bir  çox  yabançı  elçilər  və  digər 
müsafirlər burada ağırlanırdılar. 
Fətəli  Şah,  Qafqaz  uğrunda  savaşların  çox  zor  olduğu  haqda  Abbas 
Mirzədən  gələn  bilgiləri  dəyərləndirməkdən  sonra  Xorasanda  İsmayıl  Xan 
Damğaninin  komandanlığında  olan  süvari  ordunun  Azərbaycana  gəlməsi,  Abbas 
Mirzəyə  qatılmasını  istədi.  Özü  də  saray  adamları,  əyanları  və  dövlət  ərkanı  ilə 
bərabər Qarabağa yola düşdü. 
Savaşlardan  yorğun  düşmüş  Abbas  Mirzənin  ordusu,  yardımçı  güc  onlara 
ulaşdıqdan və Şahın gəlişini duyduqdan sonra hərəkətləndi, həyəcana gəldi. Padşah 
Qarabağa varmadan öncə  Abbas Mirzə İrəvanın ətrafında  bulunan rus birliklərinə 
hücum  edib,  onları  tamami  ilə  bölgədən  uzaqlaşdırdı.  Şahın  çadırı  İrəvan  və 
Üçkilsə  arasında  uyğun  və  güvənli  bir  yerdə  quruldu.  Padşahın  bölgəyə  gəlişi 
durumu dəyişdirmişdi.  Bölgə xanları öz hədiyyələri ilə Şahın qəbuluna girmək və 
hörmətlərini  bildirmək  üçün  ad  yazdırır,  görüş  üçün  zaman  alırdılar.  Şahın 
görüşünə  gələn  önəmli  adamlardan  biri  də  Üçkilsədə  məşhur  erməni  din  adamı 
kimi  tanınan  Beterk  Daod  idi.  Beterk  Daod  bütün  ermənilərin  üzərində  mənəvi 
otoritəyə  sahib  idi.  Beterk,  çevrəsini  bürüyən  cahil  insanlara  rəğmən  oxumuş  və 
bilgili  bir  insan  idi.  Bir  çox  səfərlərdə  bulunmuş,  Avropada  olmuş  və  tarix 
konusunda bilgili sayılan birisi idi. Beterk yanındakı keşişlər heyəti ilə Fətəli Şahla 
görüşdü. Şah, Beterkdən Avropa ölkələri haqqında bilgilər alır, sorular sorurdu və 
bu da Peterkin çox xoşuna  gəlirdi.  Çünkü Şah onun hüzuruna  gələn kimsə  ilə  bu 
qədər  danışmamış,  kimsəni  bu  qədər  dəyərləndirməmişdi.  Fətəli  Şah,  özəlliklə 
Fransa  və  Napoleon  Bonopart  haqqında  daha  çox  sorular  sorurdu.  Çünkü  Con 
Malkolm  fransızları  yırtıcı  və  vəfasız  insanlar  olaraq  padşaha  tanıtmışdı.  Ancaq 
Napoleon Misiri fəth edə bilməsə belə, yenə də onun Avropadakı qələbələri və ünü 
Fətəli Şahı çox ilgiləndirirdi. Digər tərəfdən də ruslara qarşı bir Avropa ölkəsi ilə 
ittifaqa  girməkdən  yana  idi.  Beterkin  fransızlar  və  gənc  Napoleon  haqqında 

21 
 
anlatdıqları ilə uyğun gəlmirdi. Şah Fransa haqqında fərqli və olumlu bilgilər əldə 
edirdi
12
.  
Abbas  Mirzə  də  çox  diqqətlə  Peterkin  anlatdıqlarına  qulaq  asırdı.  Fətəli 
Şahın  diqqət  etmədiyi  və  ya  önəmsəmədiyi  bir  şey  də  Şahzadənin  diqqətindən 
yayınmırdı.  O  da  reform  məsələsi  idi.  Gənc  Şahzadə  Avropadakı  reformların 
mahiyyəti  ilə  ilgilənirdi.  Şahzadə,  Fransa  haqqında  daha  ayrıntılı  bilgilər  əldə 
etmək  üçün  sonradan  Peterki  qəbuluna  çağırmışdı.  Çünkü  Hindistan  əmirləri 
haqqında eşitdikləri xəbərlər də onun üçün maraqlı idi. Abbas Mirzə eşitmişdi ki, 
Hindistan  əmirləri  ordularını  modernizə  etmək  üçün  fransız  albaylarını  ölkələrinə 
dəvət  etmişlər.  Abbas  Mirzənin  oğlu  Cahangir  Mirzə  öz  xatirələrində  atasının 
ermənilərlə çox xoşgörülü davrandığını, onların inanclarına hörmət etdiyini yazır
13

1804-cü  ilin  yayı  çox  böyük  hadisələr  baş  vermədən  sona  çatdı.  Şahın 
Qarabağda bulunduğu müddətcə baxmayaraq ki, Abbas Mirzə komandan idi, ancaq 
atasının  güvənliyinin  tam  sağlanması  üçün  bir  əsgər  kimi  gecələr  postlara  baş 
çəkirdi. Qarabağın sərin və sehirli gecələrində bəzən də atası ilə həmsöhbət olmaq 
üçün fürsət arayır və ağlındakı gerçəkləşdirmək istədiyi reformlarla bağlı atasının 
nəbzini  yoxlamağı  başarırdı.  Çünkü  Tehranda  şahın  ətrafını  sarmış  din  adamları 
Abbas  Mirzənin  Batı  yönümlü  tutum  və  davranışını  eleştirməyə  başlamış  və 
kafirlər  kimi  davranması  konusunda  xoşa  gəlməyən  sözlər  söylədilər.  Hər  tür 
yeniliyə və dəyişimə qapalı olan Şah isə bu söyləntiləri dinləmiş, ancaq münasibət 
bildirməmişdi.  Din  xadimləri  və  Abbas  Mirzənin  rəqibi  olan  qardaşları  onun 
yenilik  çağırışından  hər  tür  davranışı  və  Batı  yönümlü  tutumu  ilə  bağlı  xoşa 
gəlməyən  mizahlar  düzəldib,  toplumun  içində  yayırdılar.  Onlar  Azərbaycandan 
başlayaraq  bütün  ölkəni  öz  otoritəsi  və  təsiri  altına  alan  Abbas  Mirzənin 
şəxsiyyətini  aşağılamağa  çalışırdılar.  Şah  ölkədə  mənəvi  otoritə  sahibi  olan  din 
adamları  ilə  hesablaşırdı.  Ancaq  Şah,  övladlarının  içində  ən  çox  Abbas  Mirzəyə 
güvənirdi.  Abbas  Mirzə  ağlındakı  planlar  barədə  dərin  bilgi  vermədən  atasının 
ölkədəki yeniləşmə məsələsinə necə baxdığını öyrənmək istəyirdi. 
Abbas  Mirzə  bəzən  də  bu  qaranlıq  və  səssiz  gecələrdə  uzaqlardan, 
Qarabağın kəndlərindən, örüşlərindən gələn  sehrli səslərə uzun-uzun qulaq asırdı. 
Hansısa  bir  çobanın  söylədiyi  nəğmə  və  ya  bir  kənd  evindən,  bir  tarladan  gələn 
şərqilərə  xüsusi  bir  zövqlə  qulaq  asırdı.  Hətta  gözətçilərinə  əmr  etmişdi  ki,  bir 
Qarabağlı çocuq uzaqlarda şərqi söylərkən yuxuda olsa belə onu oyatsınlar. Abbas 
Mirzə  ətrafındakıları  uzaqlaşdıraraq  bir  qayaya  söykənib  bu  sehrli  səslərə  qulaq 
asırdı. Şahzadə bu səslərdən etkilənərək çevrəsindəkilərə bir arzusunu söyləmişdi. 
O,  yardımçılarına  “Şuşanı  ələ  keçirib  orada  istiqrar  sağladıqdan  sonra  bir  musiqi 
                                                           
12
 Kont  Alfere  De  Gardan  atası  General  Gardanın  məmuriyyəti  ilə  ilgili  yazdığı  xatirələrində  deyir: 
“1804-cü ildə Peterk Şahla görüşdü. Bu adam General Bonapart haqqında Fətəli Şahda fərqli təsəvvür 
yaratdı. Bu üzdən də Şah Peterkdən çox təsirləndi.”. 
13
 Yeni tarix, Şahzadə Cahangir Mirzənin xatirələri. 

22 
 
ocağı qurmaq istəyirəm”,
14
 demişdi. Şahzadələrin ruh hallarına təsir edən bu səslər 
onda sənət haqqında fikir sahibi olma imkanı da yaradacaqdı. 
Baharda Qarabağa gələn Şah, yayı burada keçirib, payızda Abbas Mirzə ilə 
bərabər  başkəndə  döndü.  Bu  səfərdə  ən  böyük  qələbə  İrəvan  məsələsinin  həlli 
olmuşdur.  Rus  ordusu  İrəvanın  çevrəsindən  uzaqlaşdırılmış,  İrəvan  hakimi  də 
Padşaha  öz  vəfadarlığını  bildirmişdi.  Fətəli  Şah  başqa  xanların  ələşdirilmələrinə 
səbəb  olmasın  deyə,  İrəvan  hakimini  görəvindən  almağı  və  İrəvana  yeni  hakim 
təyinetmə işini ertələmişdi. Şah bu səfərdə Abbas Mirzənin verdiyi bilgilər işığında 
anladı  ki,  Rusiya  ilə  savaşmaq  rahat  deyil.  Bu  şəkildə  gedərsə,  Gürcüstanı  və  o 
bölgələri  saxlaya  bilməyəcəklər.  Bu  üzdən  də  Abbas  Mirzənin  “Batıdan  bir 
müttəfiq bulalım və bunun üçün ən uyğun olanı Fransadır, çünkü Fransa Rusiya ilə 
savaşa başlamış” görüşünə olumlu baxırdı.  Bu üzdən də Şah məktub yazaraq bir 
erməni vasitəsi ilə Fransanın İstanbulda yerləşən baş konsulluğuna göndərdi. Şahın 
Bonaparta  yaxınlaşma  düşüncəsi  ilə  eş  zamanda  Bonopart  da  Hindistana  girmək 
üçün bu coğrafiyada bir müttəfiq aramaqda idi. 
Abbas  Mirzə  öz  reformlarını  Azərbaycanda  gerçəkləşdirmək  üçün 
Azərbaycan ordusu komutanlığı ilə yetinməkdə idi. O, həm də bütün Azərbaycanın 
hakimi olma statusunu da atasından almaq istəyirdi. Bu statusu aldıqdan sonra ilk 
arzusu Təbrizi onarmaq idi. Şah oğlunun bu arzusundan xəbərdar idi. Abbas Mirzə 
İrəvanda  olduğu  qədər  Şahla  irtibat  qura  bilmirdi.  Bu  dönəmdə  20  yaşında  olan 
Abbas  Mirzə  artıq  yetişkin  sərkərdə,  diplomat  kimi  bir  xarakterə  sahib  idi. 
Saraydakı onunla  bağlı dedi-qoduları yaxından duyan Abbas Mirzə  atasının onun 
bu istəyi ilə razılaşmayacağı qənaətinə varmışdı. Sarayda hər kəsin özünə məxsus 
bilgi əldə etmə qaynağı var idi. Abbas Mirzə içini qorxu ilə dolduran bir məlumat 
əldə  etdi.  Abbas  Mirzəyə  xəbər  gəldi  ki,  Şah  İrəvana  yollanmaqda  olan  ordunun 
komandanlığını  özü  üstələnmək  niyyətindədir  və  Abbas  Mirzəni  də  vəzirlərlə 
bərabər  Tehranda  ölkənin  yönətiminə  buraxmaq  istəyir.  Abbas  Mirzə  anladı  ki, 
belə getsə o, Azərbaycandan həmişəlik ayrıla bilər. Azərbaycanla bağlı bütün arzu 
və  istəkləri  bərbad  olar.  Abbas  Mirzə  ömrü  boyunca  atasının  iradəsinə  qarşı 
çıxmadı.  Ancaq  anlayanda  ki,  atası  onun  üçün  Loristanda  bir  ovçuluq  əyləncəsi 
düzənləmiş  içini  iztirab  sarmağa  başladı.  Abbas  Mirzə  din  adamlarının  və 
rəqiblərinin atasını etkilədiklərini anlamışdı. Din xadimləri və rəqiblər anlamışdılar 
ki,  Abbas  Mirzə  məsələsini  həll  etmək  üçün  yalnız  bircə  yol  var.  O  da  Abbas 
Mirzənin  bir  şəkildə  Azərbaycandan  ayrılmasıdır.  Çünkü  Azərbaycandan  ayrılan 
Abbas  Mirzənin  bütün  reform  manevrləri  də  öz-özünə  ləğv  ediləcəkdir.  Abbas 
Mirzə üçün Azərbaycandan ayrılış ölüm kimi bir şey idi. Çünkü onu bu səviyyələrə 
gətirən  Azərbaycan  xalqı  olmuş  və  o  da  Azərbaycana  könüldən  bağlanmışdı. 
Azərbaycansız  bir  əyləncə  Abbas  Mirzə  üçün  anlamsız  idi.  Şahın  Abbas  Mirzəyə 
                                                           
14
 Şahzadə Cahangir Mirzə, “Yeni tarix”. 

23 
 
olan  məhəbbətində  və  sevgisində  bir  dəyişiklik  olmamışdı,  lakin  şah  sarayda  da 
nifaq və qarşıdurma istəmirdi. 
Qacar sarayının özəl bir süfrə mədəniyyəti var idi. Gözəl qadınlar Padşahın 
yemək  işləri  ilə  məşğul  olurdular.  Bu  qadınlar  böyük  yemək  sarayının  özəl 
xidmətçiləri  idilər.  Burada Padşah,  şahzadələr,  digər  şah  ailəsinə  mənsub  insanlar 
və bəzi məhrəm adamlar yemək yeyirdilər. Şahdan bir istəyi olan şahzadələr daima 
bu anı bəklərdilər ki, arzularını atalarına bildirsinlər
15

Bu şam yeməyinin birində Şah, Abbas Mirzənin çox dalğın və ruhən düşgün 
göründüyünü  hiss  etdi.  1805-ci  ilin  sevimli  bahar  günlərində  Abbas  Mirzənin 
ruhunu  saran  və  onu  yorğun  göstərən  bir  şey  var  idi.  Bu  durumu  həftələr  öncə 
sezmiş  olan  Şah,  sanki  bunun  səbəbini  bilirmiş  kimi  Abbas  Mirzənin  dalğınlığı 
haqda heç nə sormurdu. Lakin o gecə ən çox sevdiyi oğlunun bu qədər dalğınlığı 
onu bir ata olaraq etkiləməyə başlamışdı və nədən bu qədər dalğın olduğunu sordu. 
Abbas  Mirzə  sonsuz  bir  ədəb  və  ehtiramla  atasının  hüzurunda  göz  yaşları  ilə  bu 
sözləri söylədi: “Ata, məni Azərbaycandan ayırmayın lütfən. Məni Azərbaycandan 
ayıracaqsanızsa,  o  zaman  fərman  verin  məni  öldürsünlər.  Çünkü  mənim  üçün 
Azərbaycanla  ayrı  qalmaqla  ölümün  heç  bir  fərqi  yoxdur.  Lütfən  məni 
Azərbaycandan ayırmayın”
16
. 
Abbas  Mirzənin  bu  sədaqəti  atasını  çox  etkilədi.  Atasının  da  gözləri 
dolmuşdu. Fətəli Şah; “Səni Azərbaycandan ayırmayacağam” dedi. İlk kəz olaraq 
bu  anda  Abbas  Mirzə  atasından  bir  istəkdə  bulundu  və  “Ata,  mənə  Azərbaycanın 
hakimliyini də verin lütfən” - dedi. Şah bütün saray dedi-qodularına rəğmən Abbas 
Mirzənin  sədaqəti  qarşısında  yenik  düşdü  və  onun  bu  istəyi  ilə  də  razılaşdı. 
Beləliklə, Abbas Mirzə həm də Azərbaycanın elbayı oldu. 
Bu dönəmdən etibarən Abbas Mirzənin əsl həyatı başladı. Azərbaycan onun 
evinə  dönüşdü.  Azərbaycanın  onun  düşüncələrini,  istəklərini  uyqulamaq  (tətbiq 
etmək)  istədiyi  mərkəzə  dönüşmüşdü.  Ömrünün  sonlarında  tale  onu  başqa  yerə, 
Xorasana  apardığında  qürbət  hissi  canını  sıxmağa  başlayacaqdı.  Abbas  Mirzə 
Azərbaycanda ilk öncə hərbi islahatlara başladı. 
Şah, baharın sonlarında təkrar Sultaniyyəyə, Abbas Mirzə isə yeni görəvləri 
ilə  Qarabağa  gəldi.  Bu  dəfəki  səfərində  Azərbaycanın  digər  yerlərini  də  görsün 
deyə  yolunu  Qarabağdan  saldı.  Xudafərin  körpüsündən  keçərək  Qarabağa  vardı. 
Abbas  Mirzə  hər  şeydən  öncə  əski  İrəvan  xanı  kimi  onu  rahatsız  edən  bir  xanla 
hesablaşmaq  fikrində  idi.  Ruslarla  iş  birliyi  içində  olan  İbrahim  Xəlil  Cavanşirin 
rəftarı  onu  rahatsız  etməkdi  idi.  İbrahim  Xan  Qarabağda  əsgəri  birlik  toplayaraq 
kiçik  bir  ordu  düzəltmiş  və  ruslardan  da  yardım  istəmişdi.  Amma  ruslar  ona  tam 
dəstək  verməmiş,  sadəcə,  neçə  yüz  eyitilmiş,  ancaq  qazaq  olmayan  süvarilərlə 
onun  istəyinə  cavab  vermişdi.  Rusların  eyitilmiş  əsgəri  birliklərinə  qazaq 
                                                           
15
 Tariz-e Əzodi. 
16
 Eyni qaynaq. 

24 
 
deyirdilər.  Ancaq  rusların  qazaqlardan  başqa  qazaqlar  qədər  tam  eyitilməmiş 
birlikləri də var idi. İbrahim Xəlil Xan Cavanşirin oğlu bu birliklərin başını çəkirdi. 
O,  Abbas  Mirzənin  yolunu  Xudafərindən  keçərkən  kəsib  və  onunla  savaşmaq 
istəyirdi. Abbas Mirzə Xudafərin körpüsündən keçər-keçməz savaş başladı. Ancaq 
Abbas Mirzə bu zəif ordunu həmən məğlub edib dağıtdı. Bu zəif birlik dağıldıqdan 
sonra  Abbas  Mirzə  öz  ordusunu  iki  sütun  şəklində  Şuşaya  doğru  yönləndirdi.  Bu 
on  il  sürən  savaş  sürəsincə  və  sonralar  da  bütün  savaş  yolları  Şuşadan  keçir  və 
bəzən də Gəncəyə yönəlirdi. Bu savaş da bir irəliləyiş olmadan davam edirdi. Yəni 
ormanlığın içində pusuya durub və uyğun zamanlarda qarşı tərəfə zərbə endirilirdi. 
Gəncliyinin  ilk  çağlarında  hər  kəsə  rahatca  və  çox  tez  inanan  Şahzadə 
yavaş-yavaş  etimadsızlıq  dərsi  öyrənmiş  və  siyasiləşmişdi.  Dərbənd,  Quba  və 
Lənkəran  xanlıqları  vəfadarlıq  peymanlarını  yeniləyirdilər.  Lakin  nə  zamana 
qədər?  Mustafa  Xan  Şirvani  yenidən  ruslara  üz  tutmuşdu.  Baqratiyon 
şahzadələrinin  vəfadarlıqlarına  rəğmən  Gürcüstanda  Rusiya  yanlıları  güclənməyə 
başlamışdı.  İrəvanın  hakimi  Məhəmməd  Xan  təkrar  düşmənlə  gizlin  irtibata 
girmişdi.  Açıqcasına  rusların müttəfiqi olan Cəfər Xan Dənbəli vasitəçilik rolunu 
oynayırdı. 
Gəncədə  bulunan  işğalçı  rus  ordusunun  komandanı  Kutlerovski  rus 
ordusunun  məğlubiyyətini  eşitdikdən  və  Abbas  Mirzənin  Qarabağın  kilid  nöqtəsi 
olan  Şuşanı  mühasirəyə  etməyə  hazırlaşdığını  bildikdən  sonra  Qarabağdakı  rus 
ordusunun  və  müttəfiqlərinin  yardımına  gəldi.  Altı  gün  şiddətlə  davam  edən  bir 
savaş  başladı.  Ruslar  bir  qəbiristanlıqda  səngər  tutmuşdular.  Bu  savaşda  Abbas 
Mirzənin  önəmli  komutanlarından  biri  olan  Sadiq  Xan  Qacar  ağır  yaralandı.  Bir 
çox Azərbaycan ordusuna mənsub insanlar öldülər, ya da yaralandılar. Hər iki tərəf 
yorulmuş  və  savaş  yavaşımışdı.  Bu  fürsətdən  istifadə  edən  Kutlerovski  ordusunu 
Tərtərə  tərəf  çəkməyə  başladı.  Bu  an  Gəncəni  geri  almaq  üçün  önəmli  bir  fürsət 
yaranmışdı. İki il öncə Gəncəni işğal edən ruslar bölgəni yağmalamış və insanları 
bezdirmişdilər.  Bu  arada  Abbas  Mirzənin  şöhrəti  bütün  Azərbaycana  yayılmışdı. 
Gəncəlilər  də  onun  gəlişini  bəkləyir,  Abbas  Mirzəyə  yardımçı  olmaq  üçün  hazır 
idilər.  Abbas  Mirzəyə  bütün  Azərbaycan  məzlumlarının  hamisi  və  işğalçılardan 
intiqam  alan  bir  şəxsiyyət  kimi  baxılırdı.  O,  bu  fürsəti  dəyərləndirmək  amacı  ilə 
Şuşanın mühasirəsini yarımçıq buraxıb Gəncəni ələ keçirmək üçün bu şəhərə tərəf 
hərəkət  etdi.  Gəncəyə  yaxınlaşdıqca  minlərcə  rus  zülmündən  bezmiş  kəndlilər 
Abbas Mirzənin ordusuna qatılmaq üçün can atır, başvuruda bulunurdular. Ancaq 
Fətəli  şah  Şuşanın  alınmasında  israrlı  idi.  Şahzadə  və  Şah  arasındakı  bilgi  alış-
verişi  zamanın  itirilməsinə  səbəb  oldu.  Bu  fürsətdən  yararlanan  Kutlerovski 
yardımçı güc gətirib və güclü topxana oluşdurmağa nail oldu. Fürsət qaçırılmışdı. 
Abbas  Mirzə  anladı  ki,  geri  çəkilməkdən  başqa  çarə  yoxdur.  Çünkü  hərbi  sursat 
olaraq özündən daha güclü olan bir ordu ilə savaşa girmək məğlubiyyətindən başqa 
bir  nəticə  verməzdi.  Bu  da  xalqın  Abbas  Mirzəyə  olan  güvənini  zədələdi. 
Baxmayaraq ki, Abbas Mirzə ordunun səssizcə geri çəkilməsini əmr etmişdi, ancaq 

25 
 
ordunun  geri  çəkilməsi  duyulduqdan  sonra  dəstə-dəstə  insanlar  nalə  və  fəryad 
edərək Azərbaycan ordusuna tərəf hərəkət etdilər. Abbas Mirzəyə yalvarırdılar ki, 
onları  da  özü  ilə  aparsın  və  rus  ordusunun  istilasına  buraxmasın.  Amma  düşmən 
çox güclü idi və ağır silahlarla donatılmışdı. Abbas Mirzə bilirdi ki, bu insanların 
istəklərinə dalıb, qalıb savaşacaq olursa, bütün ordunu qırğına verə bilər. Bu üzdən 
də  geri  çəkilməkdən  başqa  bir  çarə  yox  idi.  Abbas  Mirzə  bu  geri  çəkilmə 
məsələsində  başqa  bir  önəmli  hadisəyə  də  tanıq  oldu.  Bir  neçə  gün  öncə  qələbə 
uğrunda  ölümə  hazır  olan  ordusu,  geriçəkilmə  əmri  gəldikdən  sonra  xəyal 
qırıqlığına  uğramış  və  ordudan  qaçmağa  başlamışdılar.  Bəzi  bölgə  xanları  da  bu 
geriçəkilmədən  istifadə  edərək  ruslarla  açıq  şəkildə  iş  birliyinə  girmişdilər.  Hətta 
ordunun içində xəyanət edənlər ortaya çıxmağa başlamışdı. İsti temmuz günləri idi. 
Abbas Mirzə yorğun ordusu ilə bərabər açıq və heç bir ağaclığı olmayan bir yerdə 
oturaq  saldı.  İçməsi  üçün  yeni  içəcək  gətirmişdilər  ki,  qəfildən  açılan  bir  güllə 
Abbas  Mirzənin  ayağına  isabət  etdi.  Abbas  Mirzənin  ayağını  sıyırıb  keçən  güllə 
orduda daha da ruh düşkünlüyü yaratdı. Abbas Mirzə təmkinlə ayağını sarıtdıraraq 
ata minib və ordunun geri çəkilməyə davam etməsini istədi. İrəvandan sonra yolda 
təhdid ünsürü olaraq bir hadisənin olacağı bəklənməməkdə idi. Şahzadə, qaçqınları 
Arazın o tərəfinə keçirməklə Pirqulu Xan Qacarı görəvləndirdi. Karvan Gəncənin 
ətrafını  tərk  etdikdən  üç  həftə  sonra  Xudafərin  körpüsünə  çatdı.  Abbas  Mirzə 
müdafiə  sistemini  gücləndirmək  amacı  ilə  bir  neçə  gün  İrəvanda  qaldı.  Sonra  da 
ordusunun  Əhərdə  oturaq  salmasını  istədi.  Abbas  Mirzə  geri  çəkilərkən  İsmayıl 
Damğanini  ordunun  önəmli  bir  bölümü  ilə  Sisyanovla  savaşmağa  göndərmişdi. 
İsmayıl Damğani ani hücumu ilə Sisyanovu Tərtərə tərəf geri püskürtdü. Beləliklə, 
Şuşa  və  rus  ordusundan  oluşan  hərbi  saxlusu  (ordunun  barındığı  geniş  yer) 
çevrədən qopuq şəkildə təcrid durumuna düşdü. Ancaq Kür çayının iki ağaclığında 
Abbas Mirzəyə vəfadarlığı ilə bilinən Pirqulu Xan az qala Mustafa Xan Şirvaninin 
tələsinə düşmüşdü. Mustafa Xan Şirvani, Abbas Mirzə geriçəkilmə qərarı aldıqdan 
sonra açıq şəkildə rusların tərəfinə keçmişdi. 
Bu olaylarda eyni zamanda rus hərbi gəmiləri Ənzəlini ələ keçirərək şəhərin 
sahilində  ləngər  atırdı.  Yalnız  bütün  Gilan  əhalisi  silaha  sarılaraq  ruslarla  savaşa 
başladı.  Ruslar  burada  qalmanın  böyük  bədəli  ola  bilər  hesabını  yapdıqları  üçün 
gəmilərinin  yönünü  Bakıya  tərəf  çevirdilər.  Abbas  Mirzə  Bakının  düşmən 
tərəfindən  mühasirəyə  alındığı  və  şəhərin  qəhrəmanca  dirəndiyi  xəbərini  aldı. 
Amma  bu  həssas  dönəmlərdə  Abbas  Mirzə  öz  islahatlarına  başlamışdı. 
Azərbaycanda  tarımın  gəlişməsi,  şəhərlərin  vəziyyətinin  düzəlməsi  heç  bir  fürsəti 
nə olursa olsun qaçırmamağa çalışırdı. 
Abbas Mirzə rus əsirləri ilə də insan kimi davranılması yönündə əmr verdi. 
Kəsik  rus  başı  gətirib  ödül  alma  gələnəyini  yasaqladı.  Bu  da  belə  davranışlara 
alışmamış  bəzi  çevrələri  şaşırırdı.  Abbas  Mirzənin  bu  tür  davranışı  əsirlərdə  ona 
qarşı  sempati  oyadırdı.  Əsirlər  bir  diləkçə  yazaraq  Abbas  Mirzənin  onların 
nümayəndələrini qəbul etməsini istədilər. Abbas Mirzə əsirləri təmsil edən heyəti 

26 
 
qəbul  etdi.  Onlar  bu  görüşdə  Abbas  Mirzənin  yanında  yer  alıb,  təcrübələrini 
Azərbaycan ordusuna öyrətmək və ruslara qarşı savaşmaq  istəyirdilər. Əslində bu 
əsirlərin çoxu soy olaraq rus olmayan, ancaq Rusiya istilasında bulunan millətlərə 
mənsub  idilər.  Abbas  Mirzə  onların  bu  istəklərini  qəbul  etdi.  Beləliklə  rus 
ordusunda təlim almış əsirlərdən bir alay oluşdu. Əsirlərdən oluşan bu alay Abbas 
Mirzəyə  reformlarını  ilkin  olaraq  orduda  gerçəkləşdirmək  üçün  böyük  yardımda 
bulundular.  Bu  əsirlərin  içində  Polonyalı,  Tatar,  gürcü  və  digər  xalqların 
nümayəndələri  də  var  idi.  Bunların  çoxu  böyük  bir  vəfadarlıq  hissi  ilə  Abbas 
Mirzəyə  sadiq  qaldılar.  Hətta  onlardan  bəziləri  ömürlərinin  sonuna  qədər  Abbas 
Mirzədən ayrılmadılar. 
 
Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin