Epidemiologiya elmi nəyi öyrənir


Yoluxucu xəstəliklərin immunoprofilaktikası



Yüklə 185 Kb.
səhifə2/10
tarix25.05.2022
ölçüsü185 Kb.
#59551
1   2   3   4   5   6   7   8   9   10
Tibb serbest

Yoluxucu xəstəliklərin immunoprofilaktikası
Azərbaycan Respublikasında yoluxucu xəstəliklərlə mübarizə işi səhiyyənin prioritet sahələrindən biridir. İmmunoprofilaktikaya dair proqram körpə və uşaq ölümünün və xəstələnmə səviyyəsinin azaldılmasına yönəlmiş ən vacib proqramdır.
Dünya miqyasında immunoprofilaktika tədbirləri nəticəsində bir sıra xəstəliklərin yayılma səviyyəsi xeyli azalmış, bir neçəsi isə tam ləğv olunmuşdur. 2006-2010-cu illəri əhatə edən “Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı” çərçivəsində respublikanın poliomielitdən azad olması
statusunun saxlanılması, qızılca və məxmərəyin eliminasiyası, anadangəlmə məxmərək sindromunun profilaktikası kimi bir sıra kompleks tədbirlər hazırlanaraq həyata keçirilmiş, eləcə də, planlı şəkildə vaksinlərlə idarə olunan digər yoluxucu
xəstəliklərə qarşı immunoprofilaktika və nəzarət tədbirləri aparılmışdır. Aparılan tədbirlərin nəticəsidir ki, 2006-cı ildə qızılca xəstəliyi 270 hadisə, məxmərək xəstəliyi 137 hadisə qeydə alındığı halda, 2009-cu ildə bu xəstəliklər tamamilə qeydə alınmamış, göyöskürək xəstəliyi azaldılmış, tetanus, difteriya xəstəlikləri isə tək-tək hallarda qeydə alınmışdır.
Yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədi ilə rotavirus, B tipli hemofil infeksiyası tərəfindən törədilən bakterial meningitlər, pnevmokok vəmeninqokok infeksiyaları üzərində epidemioloji nəzarət tətbiq edilmişdir. Həmçinin
yoluxucu və parazitar xəstəliklərin nozologiyaları Xəstəliklərin Beynəlxalq Təsnifatının 10-cu baxışına uyğunlaşdırılmış və rotavirus infeksiyası, pnevmokok meningiti və digər infeksiyalar tərəfindən törədilən meningitlər kimi hesabat formasına əlavə edilmişdir.
Yoluxucu xəstəliklər haqqında məlumatların toplanması, ötürülməsi, işlənməsi və bu məlumatların geniş təhlili prosesi təkmilləşdirilmiş, nəzarətin gücləndirilməsinə və operativliyinə imkan verən yoluxucu xəstəliklər üzərində Elektron Müşahidə Sistemi tətbiq edilmişdir.
Respublika səviyyəsində vaksin və digər peyvənd materiallarının ehtiyatı yaradılmış və onların etibarlı saxlanması məqsədi ilə lazımi həcmdə “soyuq zəncir” avadanlığı alınaraq, onların elektrik enerjisi ilə fasiləsiz təchizatı təmin edilmişdir. Vaksinlərin və digər peyvənd materiallarının “soyuq zəncir” sisteminin tələblərinə uyğun qaydada rayonlara daşınması təmin edilmişdir.
Bundan əlavə, “soyuq zəncir” sisteminin tələblərinə uyğun işləmək üçün mütəxəssislər hazırlanmışdır. Vaksinlərin alınmasının planlaşdırılması, vaksin və inyeksiya materialları ehtiyatının tənzimlənməsi sistemi təkmilləşdirilmişdir. Proqram çərçivəsində vaksinlərin vurulması üçün özüməhvolan şprislərin və təhlükəsiz qutuların istifadə edilməsinə keçid tədbirləri başa çatdırılmış və
epidemioloji göstərişlərə əsasən əhalinin immunlaşdırılması üçün vaksin fondu yaradılmışdır.
Tədbirlər Proqramının məqsəd və vəzifələri aşağıdakılardır:
- profilaktik peyvənd təqviminə uyğun olaraq, peyvəndləmənin yüksək səviyyədə saxlanılması;
- immunlaşdırmanın keyfiyyət və təhlükəsizliyinin təmin edilməsi;
- bütün mərhələlərdə yoluxucu xəstəliklər üzərində epidemioloji nəzarətin təmin edilməsi;
- immunoprofilaktika sahəsində kadr hazırlığı;
- məqsədli qruplar və əhali arasında sosial səfərbərliyin aparılması.
Tədbirlər Proqramının reallaşması üçün tələb olunan xərclərin
maliyyələşdirilməsi müvafiq illər üzrə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində “Səhiyyə” bölməsi üzrə nəzərdə tutulmuş vəsaitlər dairəsində həyata keçirilir.



Yüklə 185 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin