Epidemiologiya elmi nəyi öyrənir


Biostatistika və biometriya haqqında anlayış



Yüklə 185 Kb.
səhifə10/10
tarix25.05.2022
ölçüsü185 Kb.
#59551
1   2   3   4   5   6   7   8   9   10
Tibb serbest

Biostatistika və biometriya haqqında anlayış
Müxtəlif tətbiqlərdə bir sıra biometrik parametrlər istifadə edilir. Hər biometrik parametrin üstün və zəif cəhətləri var və seçim adətən tətbiqdən asılı olur. Aşağıda geniş məlum olan biometrik parametrlərin qısa xülasəsi verilir.
Barmaq izlərinə görə identifikasiya texnologiyası ən geniş yayılmış biometrik texnologiyadır. Bu metodun əsasında hər bir insanın əl barmaqlarında papilyar naxışların unikallığı ideyası durur.
Barmaq izini papilyar xətlər əmələ gətirir, onların quruluşu dərinin şırımlarla ayrılmış qılıc çıxıntılarının sıraları ilə şərtlənir. Bu xətlər mürəkkəb naxışlar əmələ gətirirlər , onların aşağıdakı xassələri var:

Barmaq izinin tanınması və onun alqoritm tərəfindən düzgün emalının keyfiyyəti barmaq səthinin vəziyyətindən və skaner elementinə nəzərən onun yerləşməsindən çox asılıdır. Müxtəlif sistemlər bu iki parametrə müxtəlif tələblər irəli sürür. Tələblərin xarakteri xüsusi halda tətbiq edilən alqoritmdən asılıdır.
İnsan gözünün qüzehli qişası barmaq izləri kimi onun unikal biometrik xarakteristikasıdır. Qüzehli qişanın şəklini analiz edən sistemlər kifayət qədər etibarlı tanımanı təmin edirlər. Bu xarakteristika yetərincə stabildir, insanın bütün həyatı boyunca praktik olaraq dəyişmir, çirklənməyə və yaralara qarşı həssas deyil. Qeyd edək ki, sağ və sol gözün qüzehli qişasının şəkli əhəmiyyətli dərəcədə fərqlənir.
Gözün qüzehli qişası üçün skanerlərin üstünlüyü ondan ibarətdir ki, onlar istifadəçidən diqqətini bir hədəfə cəmləşdirməsini tələb etmirlər, qüzehli qişada ləkə nümunələri gözün səthində yerləşir. Faktiki olaraq gözün videotəsvirini hətta bir metrdən az məsafədə çəkmək olar, bunun sayəsində də qüzehli qişa skanerləri bankomatlar üçün yararlı olur.
Şəxsiyyətin ən etibarlı identifikasiya metodlarından biri gözün torlu qişasından istifadə edilməsidir. Göz dibini xarici işıq mənbəyi ilə işıqlandırdıqda gözün torlu qişası – gözü qanlatəchiz edən venalar və arteriyalar yaxşı görünür. Hələ 1935-ci ildə sübut olunmuşdu ki, hətta əkizlərdə belə gözün torlu qişasının qan damarlarının şəkli üst-üstə düşmür. Gözün torlu qişası ilə tanınma metodu 1970-ci illərin ortalarından sənaye miqyasında inkişaf etməyə başladı.
Bu sistemlərdə skaner ya göz dibinin qan damarlarının şəklini, ya da torlu qişanın özünün əksetdirmə və udma xarakteristikalarını müəyyən edir. Xüsusi qurğuda qeyd olunmaq üçün gözcükdən məsafədəki işıqlı nöqtəyə bir dəqiqədən az müddətdə baxmaq lazımdır. Bu müddət ərzində sistem torlu qişanı işıqlandırır və əks olunmuş siqnalı alır. Torlu qişanı işıqlandırmaq üçün aşağı intensivlikli infraqırmızı şüalanma istifadə edilir, şüalar göz bəbəyindən keçərək gözün arxa divarındakı qan damarlarına yönəlir. Alınmış siqnaldan bir neçə yüz ilkin xarakterik nöqtə seçilir, onlar haqqında orta informasiya hesablanır və kodlanmış faylda saxlanır.
Bu metodun səhvləri yoxlanılan şəxsin başını etalondan kənara meyl etdirməsi və baxışlarını məsafədəki işıq mənbəyinə səhv fokuslaması ilə əlaqədardır. Sandiya milli laboratoriyasının məlumatlarına görə bu metod üçün birinci növ səhvlər 0,4% təşkil edir. İkinci növ səhvlər praktiki olaraq mümkün deyil. Belə biometrik qurğuları aldada bilən mulyajın hazırlanmasının çətinliyi haqqında məlumatlar yoxdur. Həmçinin iddia edilir ki, təkrar edilməsi zəruri olan optik xassələr səbəbindən saxta torlu qişanın hazırlanması olduqca mürəkkəbdir. Gözün torlu qişası üçün skanerlər tam məxfi sistemlərə girişin təşkili zamanı geniş tətbiq edilir.
Danışıq zamanı dodaqların hərəkəti biometrik davranış parametrlərinə aiddir. Ondan səsin tanınması sisteminə vizual əlavə kimi istifadə etmək olar. Dodaqların hərəkətinə görə autentifikasiya texnologiyasının növləri danışanın tanınması sistemindəki kimidir: sabit mətn, mətndən asılı və mətndən asılı olmayan. Son dövrlər M2VTS verilənlər bazasının yayılması sayəsində bu sahədə tədqiqatlar çoxalmağa başlamışdır. Bazarda BioID firmasının dodaqların hərəkətinə əsaslanan biometrik sistemi meydana çıxmışdır. Bu metodun ən böyük üstünlüklərindən biri onu asanlıqla səsin identifikasiyası və sifət üzrə identifikasiya ilə birləşdirmək imkanıdır. Bu yolla aldadılması mürəkkəb olan çox dəqiq sistemlər yaratmaq olar. Belə üçqat biometrik sistem fiziki girişə nəzarət üçündür, kamera qarşısında mikrofona danışan insanın parametrləri oxunur. Videotəsvir sifət həndəsəsinin analizi üçün istifadə edilir və dodaqlarının hərəkətinin, onların nəticələri səs üzrə identifikasiyanın nəticələri ilə birləşdirilir.
Yeni sensorların yaradılması sayəsində meydana çıxan yeni biometrik parametrlərdən biri – dəridən əks olunmadır. Bu metodikada Lumidigm korporasiyasının yaratdığı kiçik çip istifadə edilir, onun köməyi ilə dalğa uzunluğu 6 mm-dən böyük olan diapazonda yaxın infraqırmızı işığın dəridən əks olunması ölçülür. Hələlik bu texnologiya təklikdə istifadə edilir, lakin barmaq izi ilə kombinasiya saxtakarlıqdan mühafizəni təmin edə bilərdi. Bu texnologiyanın üstünlüyü kimi barmaq izi ilə identifikasiya metodu üçün xarakterik olan qeydiyyat problemlərinin olmamasını qeyd etmək olar.
Yüklə 185 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin