Epidemiologiya elmi nəyi öyrənir


Qarın yatalağı paratif A və B



Yüklə 185 Kb.
səhifə3/10
tarix25.05.2022
ölçüsü185 Kb.
#59551
1   2   3   4   5   6   7   8   9   10
Tibb serbest

Qarın yatalağı paratif A və B
Qarın yatalagı ilə ancaq insanlar xəstələnirlər. Xəstəliyin mənbəyi xəstələr və sağlam bakteriya gəzdiricilərdir. Onlar qarın yatalağı çöplərini nəcis, sidik, az-az hallarda isə tüpürcək ilə ifraz edirlər. Xəstəlik fekal-oral yol ilə yayılır. Yoluxma istər xəstələrlə bilavasitə ünsiyyət, istərsə də çirklənmiş əşyalar ilə baş verir. Xəstəliyin yüngül və atipik formaları ilə xəstələnmiş şəxslər, eləcə də bakteriya daşıyıcılar, aşkar olunmanın çətinlikləri ilə əlaqədar, epidemioloji cəhətdən çox təhlükəlidirlər. Onlar vaxtlı-vaxtında təcrid olunmur, iaşə və su təhcizatı obyektlərində işləyərək infeksiyanın yayılmasına səbəb olurlar. Su və kanalizasiya sistemlərində olan texniki nasazlıqlar, səxsi və ictimai gigiyena qaydalarına kifayət dərəcədə riayət olunmaması epidemik kükrəyişlərin əsas səbəblərindən sayılır. Xəstəlik üçün yay-payız ayları daha xarakterikdir.
Qarın yatalağına əksərən sporadik şəkildə rast gəlinir. Bəzən törədicilər su, qida və kompakt yaşayan əhali qrupları arasında məişət-təmas yolu ilə yayılaraq epidemik kükrəyişlər törədir. Bu törədicilər ətraf mühitin təsirlərinə qarşı kifayət dərəcədə davamlıdır. Suda və torpaqda bir neçə aya qədər qala bilirlər. Onlar dezinfeksiyaedici dərman preparatlarının və adi qaynadılmanın təsirinə qarşı davamsız olsalar da, qida maddələrində və xəstələrin ifrazatlarında uzun müddət yaşayaraq artmaq xüsusiyyərlərinə malikdirlər.
Xəstəliyin əlamətlərinin inkişaf etdiyi ilk günlərdə xəstələr tez yorulmadan, ümumi zəiflik, üşütmə, başağrıları, iştəhasızlıqdan şikayət edirlər. Bədən hərarəti 1-3 günə kim yüksələrək yüksək həddlərə çatır. Xəstə getdikcə zəifləyir, yuxu pozulur, ətrafdakılara etinasızlıq, gündüzlər yuxuculluq əmələ gəlir. Vaxtında tibbi yardım almayan xəstələrin zaman ötdükcə huşu qaranlıqlaşaraq özünənəzarət itir.
Bəzi hallarda gün ərzində 2-4 dəfə olmaqla diarreya müşahidəedilir. Üzü solğunlaşır, dərisi quruyur, üzü pastozlaşır. Belə hallarda xəstənin arterial təzyiqi düşür, bradikardiya qeydə alınır. Dil qalınlaşır, üzəri qalın ərplə örtülür, kənarları və ucu ərpsiz qızmızı rəng alır, yan səthlərində dişlərin izi qalır. Qarının sağ aşağı nahiyəsində ağrılılıq, döyəcləmə zamanı kütlük əmələ gəlir. Xəstələrin bir qismində 8-10-cu günlərdə qarının dərisi üzərində xırda ölçülü qırmızı rəngli səpgilər yaranır və bir neçə günə çəkilir. Xəstəliyin ən təhlükəli fəsadlaşmaları infeksion-toksiki şok, bağırsaq qanaxması və perforasiyası sayılır.
Qarın yatalağı və paratiflər antroponoz xəstəliklərdir. Xəstəlik mənbəyi xəstə və ya bakteriya gəzdirənlər olur. Xəstə xüsusilə inkubasion dövrün sonu və xəstəliyin kəskin dövründə xeyli yoluxdurucu hesab edilir. Bakteriya sidiklə, nəcislə bəzən ağız suyu, tər və südlə ətraf mühitə xaric olur. Qarın yatalağı və paratiflərdə iki növ bakteriya gəzdirməyə rast gəlinir:
• I növ – tranzitor və ya sağlam bakteriya gəzdirmə bu bir aya qədər davam edən müvəqqəti haldır;
• II növ – rekonvalessent bakteriya. İkinci növ bakteriya gəzdirmə də özlüyündə iki yerə bölünür – kəskin və xroniki bakteriya gəzdirmə.
Uzun müddətli bakteriyagəzdirmə qarın yatalağının xroniki forması hesab edilir və orqanizmin immun çatışmazlığı ilə əlaqələndirilir. Mikrobun dəyişilmiş L – forması retikulo-endotelial toxumada qalır, vaxtaşırı adi formaya keçərək bakteriemiya törədir, sidik və nəcislə xaric olur.
Qarın yatalağına yoluxma alimentar yolla, yay-payız ayları baş verir. Yoluxma faktorlarına su, ərzaq məhsulları, uşaqlar arasında xüsusilə süd aiddir. Xəstəliyin su, ərzaq və süd epidemiyaları təsadüf edilir. Ev əşyaları, oyuncaqlar və s. vasitəsilə, məişət-təmas yolu ilə də yoluxma baş verə bilər. Xəstəlikdən sonra davamlı və uzunmüddətli immunitet yaranır. Lakin, xəstəlik residiv və kəskinləşmələr verə bilir.
Xəstəliyin diaqnozu ilk günlərdə qızdırma zamanı götürülən qanın müayinəsi , elecə də sidiyin və nəcisin əkilməsi – bakterioloji müayinələrlə
qoyulur, seroloji Vidal müayinəsi də diaqnozun dəqiqləşdirilməsinə kömək edir.Hər bir xəstə təcrid olunmalı və stasionar müalicə almalıdır. Müalicə antibakterial, simptomatik dərman preparatları ilə aparılır. Antibakterial müalicə xəstəliyin ən azı 10 qızdırmasız günü başa çatanadək davam etdiriıməlidir. Müalicə başa çatdıqdan sonra xəstələr təkrari dördqat bakterioloji müayinənin mənfi nəticəsi olarsa klinik sagalma ilə stasionardan yazıla bilərlər.
Xəstəliyi keçirmişlər üzərində 6 ay müddətində dispanser müşahidə aparılır. Suyun və qida məhsullarının keyfiyyətinə nəzarət, insanların, xüsusən də iaşə və su obyektlərində çalışanların şəxsi və ictimai gigiyena qaydalarına riayət etmələrinə nəzarət, zibil və tullantıların vaxtında daşınması və zərərsizləşdirilməsi, ümumi istifadə yerlərində təmizliyə nəzarət, müəyyən olunmuş yerlərdə cari və yekun dezinfeksiya işlərinin aparılması, milçəklərin məhv edilməsi, sanitariya maarifi işlərinin aparılması əsas əks-epidemik tədbirlər hesab olunur.



Yüklə 185 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin