Epidemiologiya elmi nəyi öyrənir



Yüklə 185 Kb.
səhifə5/10
tarix25.05.2022
ölçüsü185 Kb.
#59551
1   2   3   4   5   6   7   8   9   10
Tibb serbest

Bruselyoz. Leptospiroz
Bruselyoz – zoonoz infeksion-allergik xəstəlikdir, Brucella cinsi bakteriyaları tərəfindən törədilir. Bəzən – vaxtında aparılmamış diaqnostikada və gecikmiş müalicədə xəstəlik xronik residivləşən gedişə malik olur. Xəstəlik infeksion patologiyanın ümumi əlamətləri, həmçinin yerli zədələnmə əlamətləri, əsas eti- barilə daima inkişaf edən dayaq-hərəkət aparatının zədələnməsi ilə səciyyələnir.
Bruselyoz bütün qitələrdə, əsasən hey- vandarlığın inkişaf etdiyi ölkələrdə yayılmışdır. Xəstələnmənin epidemioloji xüsusiyyətləri müəyyən dərəcədə törədicinin növ mənsubiyyətindən, epidemik ocağın aktivliyindən və kütləviliyindən asılıdır.
Bruselyoza görə epidemioloji vəziyyət keçmiş Sovet İttifaqı respublikalarının ərazisində, xüsusən də şimal və mərkəzi vila-yətlərdə son dərəcə gərgin olaraq qalır. Xəstəliyə görə qeyri-sağlam məntəqələrin 75%-i burada cəmlənmiş və xəstə heyvanların 90%-i aşkar edilir. Zaqafqaziyada, Orta Asiyada, Şimali Qafqaz zonasında, cənubi Volqaboyunda da bruselyozun ləğv edilməsi problemi aktual olaraq qalır. Hazırda heyvanların bruselyozu Aralıq dənizi hövzəsi, Kiçik Asiya , cənubi və cənub-Şərqi Asiya, Afrika, Mərkəzi və cənubi Amerika ölkələrində çox geniş yayılmışdır. Bolqarıstan, Yuqoslaviyada bruselyozla mübarizə müvəffəqiyyətlə aparılır, burada ayrı-ayrı regionlarda xəstəliyin nadir halları qeydə alınır. Bununla yanaşı, bir çox ölkələr, xüsusilə də Avropa ölkələri, həmçinin Yaponiya kənd təsərrüfatı heyvanları arasında bu xəstəliyin praktik olaraq tam ləğvinə nail olmuşdur. ÜST-ün məlumatlarına əsasən, bu xəstəlik heyvanlar arasında praktik olaraq bütün dünyada , o cümlədən ABŞ, Fransa, Kanada, Avstraliya, İtaliya, İspaniya kimi inkişaf etmiş ölkələrdə yayılmışdır. Qeyd olunur ki, inkişaf etməkdə olan öl- kələrin əksəriyyətində epizotik vəziyyət üzərində lazımi nəzarə- tin təmin edilməsi üçün kifayət qədər vəsait yoxdur, ona görə də belə dövlətlərdə, xüsusən də tropik ölkələrdə sürünün brusel- yozla zədələnmə dərəcəsi haqqında məlumatlar tam dolğun deyildir. İnqilabdan əvvəlki Rusiyada "kütləvi bala salma" halları yüz- lərlə hesablanırdı ki, bu da həmin hadisənin tam qeydə alınma- ması ilə izah edilirdi.
Lakin 1912–1913-cü illərdə dərc olunan ilk elmi məlumatlar Rusiyanın şimal quberniyalarında xəstəliyin geniş yayıldığını təsdiq edir. İnfeksiya mənbəyi. Brusellalar insan üçün təhlükəli olub heyvanların, praktik olaraq yalnız ev heyvanlarının, xüsusilə də otyeyən cütdırnaqlıların – keçi, qoyun, iribuynuzlu mal-qara, həmçinin donuzların parazitləri sayılır. Yoluxmuş heyvanlarda törədici bağırsaq divarının limfa sistemində toplandıqdan sonra yayılmış infeksion proses inkişaf edir ki, bu da bir çox toxumaların, xüsusilə də cinsiyyət üzvləri, süd vəziləri, həmçinin bəzən oynaqların zədələnməsinə gətirib çıxarır. Yoluxmuş heyvanlarda bruselyoz xronik residivləşən gedişə malikdir, ona görə də onlar çox vaxt məhz kəskinləşmələr zamanı, dişi fərdlərdə o, doğuşlar və abortlar dövründə baş verir, həm epizootik, həm də epidemik aspektdə təhlükəlidirlər. Bu zaman törədicinin dölyanı maye və cift ilə ifraz olunması mümkündür. Bundan başqa, bruselyoz törədicisinin sidik və nəcis kütlələri vasitəsilə ifraz olunması müşahidə olunur. Qeyd etmək lazımdır ki, heyvanlarda bruselyoz infeksiyası çox vaxt simptomsuz keçir, yəni həm heyvan populyasiyasında, həm də insan üçün infeksiya mənbəyi kimi zahirən sağlam fərd- lər iştirak edə bilər. Bruselyoz infeksiyası üçün müxtəlif növ bru- sellaların ev heyvanlarının ayrı-ayrı nümayəndələrinə qarşı kəskin adaptasiyası səciyyəvidir. Məsələn, B. melitensis xırdabuynuzlu mal-qaranın, B.abortus — iribuynuzlu mal-qaranın, B.suis — donuzların paraziti sayılır. İnsan üçün daha virulent növ olan B. melitensisin əsas sahibləri keçilər və qoyunlar olduğu üçün hamısından çox məhz xırda buynuzlu mal-qaranın yoluxmuş fərdləri təhlükəlidir. Lakin bəzən B. melitensis-in iribuynuzlu mal-qaraya miqrasiyası müşahidə olunur, belə hallarda insanın belə heyanlardan yoluxması və xəs- tələnməsi ehtimalı tamamilə real vəziyyət alır. Son illər bizim öl- kəmizdə məhz bu hadisə müşahidə edilir. İnsanda manifest for- maların inkişaf etməsi üçün B. abortus və B.suis ifraz edən heyvanlar böyük əhəmiyyət kəsb etmirlər, lakin bu, brusellaların göstərilən növləri ilə yoluxmadan sonra insanın xəstələnməsini inkar etmir. İnsan bruselyoz zamanı infeksiya mənbəyi kimi iştirak etmir. Düzdür, insandan yoluxma halları haqqında məlumatlar olma- sına baxmayaraq, onların bəziləri ya şübhəli xarakter daşıyır, ya da kazuitik hallardır.
Bruselyoz – zoonozlar qrupundan olan tipik infeksiyadır. Bruselyoz zamanı insanlar üçün başlıca infeksiya mənbəyi xəstə qoyunlar, keçilər, inəklər, donuzlar sayılır. Br.melitensis insan üçün obliqat patogenliyə malikdir və xəstəliyin epidemik alovlanmalarını törədir, halbuki Br.abortus və Br.suis nisbətən az patogendirlər və sporadik xəstələnmə törədirlər. Məlum olduğu kimi bioloji adaptasiya nəticəsində brusellaların hər bir tipi müəyyən heyvan növünə uyğunlaşmışdır. Br.melitensis əsasən keçiləri və qoyunları, Br.abortus – iribuynuzlu malqaranı, Br.suis – donuzları zədələyir. Ona görə də insanların bruselyozla xəstələnməsində xırdabuynuzlu mal-qara ən təhlükəli infeksiya mənbəyi sayılır. Digər heyvanların bruselyozu çox nadir hadisə sayılır, ona görə də elə bir epidemioloji əhəmiyyət kəsb etmir. Bruselyozun epidemiologiyasında brusellaların ayrı-ayrı tiplərinin miqrasiya imkanını nəzərə almaq lazımdır. Belə ki, Br.melitensis qoyun və keçilərdən heyvanların digər növlərinə və əsasən də iribuynuzlu mal-qaraya keçə bilir və onu epidemik bruselyozun rezervuarına çevirir. Bruselyozla xəstə heyvanlar üçün infeksion balasalmalar səciyyəvidir. İnsanların yoluxması baxımından daha təhlükəlisi bruselyozla xəstə heyvanların balasalma və balalama dövrü sayılır. Bruselyozun törədicisi xəstə heyvanların nəinki balalaması dövründə, həm də onların normal ifrazatları ilə xaric edilir.

Yüklə 185 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin