Epidemiologiya elmi nəyi öyrənir



Yüklə 185 Kb.
səhifə9/10
tarix25.05.2022
ölçüsü185 Kb.
#59551
1   2   3   4   5   6   7   8   9   10
Tibb serbest

Səpgili yatalaq. Taun
Səpgili yatalaq antroponoz rikketsioz yoluxucu xəstəlikdir və transmissiv yoluxma mexnizmi ilə ötürülür. Bu, kəskin infeksion xəstəlik olub, mərkəzi sinir sisteminin intoksikasiyası, vas kulitlərin və xırda damarların trombovaskulitlərinin əmələ gəlməsi, rozeolyoz-petexial səpgilərlə səciyyələnir.
Səpgili yatalağın törədicisi – Provaçek rikketsiyalarıdır qram mənfi, hərəkətsiz mikroorqanizmlərdir, hüceyrədaxili parazitlərdir. Törədici ətraf mühitdə havanın temperaturundan və rütubətindən asılı olaraq müəyyən müddət qalır.
İnfeksiya mənbəyi səpgili yatalaqla və Brill xəstəliyi ilə xəstə şəxsdir. İnsan inkubasiyanın son 2-3 günündən etibarən, bütün qızdırma dövründə və bədən temperaturu düşdükdən 2-3 gün sonra yoluxdurucu olur.
Bəzi hallarda rikketsiyalar keçirilmiş xəstəlikdən sonra orqanizmdə uzun müddət sağ qala bilər, nəticədə əvvəllər xəstəlik keçirmiş şəxslərdə təkrar, residiv, səpgili yatalaq inkişaf edə bilər.
Yoluxma mexanizmi transmissiv mexanizmdir, canlı keçiricilər, əsas etibarilə paltar biti, az hallarda – baş biti vasitəsilə həyata keçir.
Yoluxmuş şəxsin qanını sorduqda bitin orqanizminə düşmüş rikketsiyalar onun həzm yolunun epitel qişasında çoxalırlar, epitel qişanın hüceyrələrini dağıdır və bitin bağırsaq boşluğuna düşürlər.
Həssaslıq çox yüksəkdir. Nəzərə almaq lazımdır ki, xəstəlik uşaqlarda yüngül formada keçə bilər və ona görə xəstəlik aşkar edilməyə bilər. Postinfeksion immunitet uzunmüddətlidir.
Tibdə səpgili yatalağa müxtəlif adlar verilmişdir: “aclıq yatalağı”, “dustaqxana yatalağı”, “bitli yatalaq”. Bu adlar xəstələnmənin səviyyəsi ilə sosial-iqtisadi şərait: insanların kütləvi miqrasiyası, sıxlılıq, maddi durumun pisləşməsi, aşağı sanitar mədəniyyət, bitlilik arasında əlaqə olduğunu göstərir ki, bunların nəticəsində epidemik prosesin fəallaşması və səpgili yatalaqla xəstələnmənin yüksəlməsi baş verir.
Xəstəlik kəskin başlayır, temperatur sürətlə 40 – 41 C-yə qədər yüksəlir. Xəstələr kəskin baş ağrıları, yuxusuzluq, zəiflik sinir-psixi fəallığın artmasından, qıcıqlanma hissiyyatından şikayətlənirlər. Xəstənin üzü şişmiş, qırmızı, gözün sklerası inyeksiyalı, əsnək hiperemiyalıdır, dilin kökündə qansızmalar müşahidə olunur.
Səpgi əvvəlcə xəstəliyin 4-6-cı günü döşdə, kürək, qarın nahiyəsində əmələ gəlir, sonra ətraflara yayılır. O, polimorf rozeolyoz petexial xarakterdədir. Dalaq böyümüşdür. Sağaldıqda qızdırma xəstəliyin 2-ci həftəsində dayanır.
Tam sağalma zamanı qalıq əlamətləri olmur. Hazırda letallıq çox yüksəkdir.
Taun, — insan və heyvanlarda kəskin təbii ocaqlı, epidemik yayılmağa meyilli, taun çöpü tərəfindən törədilən transmissiv infeksion xəstəlikdir. O, kəskin qızdırma, ağır ümumi intoksikasiya və limfatik düyünlərin, ağciyərin və başqa orqanların hemorragik-nekrotik iltihabı ilə təzahür edir. Endemik və pandemik yayılma imkanına görə taun "Beynəlxalq tibbi-sanitariya qaydalarının" şamil olduğu xüsusi təhlükəli karantin infeksiyaları qrupuna aid edilir. 1894-cü ildə fransız alimi A. Yersen və yapon alimi S. Kitazato xəstəliyin törədicisini kəşf etmişlər. Taun epidemiyaları dövri olaraq dünyanın bir çox ölkəsini əhatə edirdi. Birinci pandemiya VI əsrdə Şərqi Roma İmperiyasında baş vermiş və bir çox ölkəni əhatə etmişdi. Qara ölüm adlanan ikinci pandemiya XIV əsrdə, üçüncü pandemiya isə XIX əsrin sonunda olmuşdur . XIV əsrdən başlayaraq Rusiyada, o cümlədən bir neçə dəfə Moskvada, XIX əsrdə Zabaykalyedə, Zaqafqaziyada, Prikaspidə, XIX əsrin sonu – XX əsrin əvvəllərində Odessa və Qara dənizin başqa limanlarında, XX əsrdə isə Hindistanda taun geniş epidemiyası qeydə alınmışdır.
Taun təbii ocaqlarla xarakterizə olunur. Taunun inkubasiya dövrü 2–6 gündür. Xəstəlik titrətmə, başağrısı, yüksək temperaturla başlayır. Diaqnostika üçün bakterioloji və seroloji üsuldan istifadə olunur.
Təbii ocaqlarda taun mikrobunun daşıyıcıları olan vəhşi gəmiricilərin 300-ə yaxın növü və yarımnövü aşkar edilmişdir. Y. pestis-in mühafizə edilməsində əsas rolu sünbülqıran, marmot , qum siçanı, dağ siçanı, çöl siçanları oynayır. Bundan əlavə Afrikada bəzi siçanların: qara, həbəş, çoxməməli və kolluq siçovulların mühüm rolu qeyd edilməlidir.
Taun sinantrop ocaqlarında taun infeksiyasının əsas rezervuarı və mənbəyi hələ qədim dövrlərdə vəhşi təbiətdən insan məskənlərinə keçmiş, taun mikrobunu da özləri ilə gətirmiş boz siçovul və ya siçovul, qara siçovul və kürən siçovullardır . Nəqliyyat vasitələrinin, xüsusən dəniz nəqliyyatının inkişafı siçovulların birinci toplandığı yerdən dünyanın bir çox ölkələrinə yayılmasına səbəb olmuşdur. Taun vəhşi gəmiricilərdən siçovullara keçdiyi kimi, siçovullardan da vəhşi gəmiricilərə keçir.


Yüklə 185 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin