Epidemiologiya elmi nəyi öyrənir



Yüklə 185 Kb.
səhifə7/10
tarix25.05.2022
ölçüsü185 Kb.
#59551
1   2   3   4   5   6   7   8   9   10
Tibb serbest

Difteriya yayılması
Bakterial xəstəliklər — bakterial xəstəliklərin sayı çoxdur: angina, faringit, meningit, skarlatina, tetanus, taun, vəba, sibir xorası, difteriya, vərəm, qarın yatalağı və s. Bakterial infeksiyalardan yaranan xəstəliklərin inkişafı zamanı bakteriyalar orqanizmdə iltihab reaksiyası doğuran və intoksikasiyaya səbəb olan zəhər ifraz edir, bununla da müxtəlif orqanları zədələyir. Toksinlər iki cür olur:

  • Endotoksinlər

  • Ekzotoksinlər

Endotoksinlər bakteriya hüceyrələrinin məhv olmasından və dağılmasından sonra ifraz olunan zəhərdir. Ən təhlükəli endotoksin meningit xəstəliyi zamanı əmələ gələn meninqokokk endotoksinidir. Ekzotoksinlər bakteriyaların həyat fəaliyyəti prosesində ayrılan zəhərdir. Bakterial xəstəliklərin diaqnostikasında əsas metod bakterioloji müayinədir ki, bu zaman xəstədən tərkibində bakteriya olan material götürülür və xüsusi qida mühitində əkilir. Bakteriyaların artımından sonra həmin bakteriyaların növü müəyyən olunur. Bu metodun əhəmiyyəti ondan ibarətdir ki, bakteriyaların konkret növünü müəyyən etdikdən sonra müvafiq antibiotik seçmək və müalicəyə başlamaq olar. Bundan başqa, bakterial infeksiyaların diaqnostikası üçün bakteriyaların mikroskopik tədqiqatından və qanda müəyyən bakteriya növünə uyğun antitellərin olmasını müəyyən edən seroloji üsuldan istifadə olunur.

  • Sereloji üsul - qan zərdabında törədicinin aşkar edilməsi

Diaqnoz mikoloji müayinənin nəticələrinə əsasən təsdiqlənir. Müalicə antibiotiklərin qəbulunun dayandırılması, göbələk əleyhinə preparatlar, ümummöhkəmləndirici terapiya, badamcıqların nistatin və levorin məhlulları ilə yuyulmasından ibarətdir. Patogen bakteriyaların müvafiq müalicə tələb müxtəlif orqanlara, zərər bir çox digər ciddi xəstəliklərə səbəb ola bilər. Patogen bakteriyalar hətta ölüm gətirib çıxarır şok inkişafı ilə bədənin sistemli iltihab cavab, ağır sətəlcəm, meningit və sepsis səbəb ola bilər, belə ki, bədən daxil patogenlər qarşısını almaq üçün vacibdir. Bu məqsədlə müxtəlif üsulları Antisepsis və dezinfeksiya istifadə olunur. Əhalinin sanitar mədəniyyətinin yüksəlməsi, xəstəliklərin vaxtında aşkarlanması və müalicəsi, xəstələrlə təmasda olarkən tənzif bağlardan istifadə, əllərin, meyvə və tərəvəzlərin yuyulması, müvafiq xəstəlik daşıyıcılarının olduğu yerlərin dərmanlanması, vaksinasiya və s. bakterial xəstəliklərdən qorunmanın əsas vasitələridir.
Bakterial xəstəliklərin müalicəsində mikroorqanizmlərdən ayrılan, digər mikroorqanizmlərin inkişafının qarşısını alan və hətta bu hüceyrələri öldürmək qabiliyyətinə malik olan maddələr - antibiotiklər tətbiq olunur. İlk klinik tətbiq üçün yararlı antibiotiki - penisillini 1929-ci ildə Aleksandr Fleminq əldə etmişdir. II Dünya müharibəsi zamanı penisillinin tətbiqi sayəsində əsgərlərin həyatı xilas edilmişdir. Hazırda antibiotiklər insan, heyvan və bitki xəstəliklərinin müalicəsi məqsədilə tətbiq olunur. Lakin antibiotiklərin külli miqdarda və uzunmüddətli tətbiqi mikroorqanizmlərin onlara davamlı formalarının yaranmasına gətirib çıxarır. Ona görə də bütün dünyada, dərman vasitəsi kimi, antibiotiklərdən imtina barədə məsələ qaldırılmışdır.
Difteriya həyat üçün qorxulu olan kəskin infeksiyon xəstəlikdir.Bu infeksiya orqanizmə daxil olduqda özünü yuxarı tənəffüs yollarının xəstəliklərinin əlamətləri şəklində biruzə verir.Xəstəlik burun tutulması, udma aktı zamanı boğazda ağırlıq, gözdə zədələrlə özünü göstərir. Əsas təhlükə xəstəliyin verdiyi soyuqlama əlamətləri deyil, bakteriyaların ifraz etdiyi toksinlərdir, hansıki bu toksinlər ürək-damar və əsəb sistemini korlayır. Xəstəliyin yoluxdurucuları qram-müsbət bakteriyalardır. Difteriya çöpləri difteriya toksinləri buraxır ki, bunlar da başqa kimyəvi maddələrlə birləşib neyraminidaza fermenti əmələ gətirir. Difteriya toksininin sintezi toxumalara ciddi zərər vurur. Xəstəlik orqanizmə hava-damcı yolu,təmas məişət yolları yoluxur.
Xəstəlik ən çox 3-7 yaş arası uşaqlarda rast gəlinir. Son zamanlar yeniyetmələrdə də rast gəlmək olur. Fenotipik cəhətdən sağlam görünən virusgəzdirənlər də xəstəliyi yoluxdura bilirlər. Difteriya çöpləri burunda, ağızda olarsa nəfəs yolları vasitəsilə, gözdə olarsa əl ,yaxud məişət əşyaları ilə yoluxa bilir. Xəstəliyin inkubasiya müddəti 2-10 gündür.
Difteriya toksini- bir neçə komponentdən ibarətdir. Bu toksinlər qan damarları vasitəsilə bütün orqanizmə yayılır, o cümlədən miokardı, sinir sistemini tamamilə korlayır. Nəticədə miokardit əmələ gəlir. kapilyarların sıradan çıxması isə xəstədə toksiki şokun meydana gəlməsinə səbəb olur.
Diaqnozun qoyulması uçun anamnezin dəqiqliyi vacibdir. İnstrumental və laborator müayinələrlə diaqnoz təsdiqlərnir. Laborator müayinələrə qanin ümumi analizi, qanın bakterioloji analizi əsas götürülür.
Difteriyanın bütün növləri ağırlıq dərəcəsindən asılı olmayaraq xəstəxana şəraitində müalicə olunmalıdır. Xəstə dietasına diqqət yetirməlidir. Xəstəliyin müalicəsində difteriya əleyhinə preparatlardan,antibiotiklərdən istifadə olunur.


Yüklə 185 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin