HəRBİ texnologiyalarin iNKİŞafinda süNİ İntellektin rolu



Yüklə 15,68 Kb.
tarix24.09.2022
ölçüsü15,68 Kb.
#64079
Süni intellekt


HƏRBİ TEXNOLOGİYALARIN İNKİŞAFINDA SÜNİ İNTELLEKTİN ROLU

Elm və texnologiyaların inkişafında alınan nəticələrin tətbiq sahələri içərisində əsas yeri bütün dövrlərdə hərbi sənaye tutmuşdur. 4-cü sənaye inqilabının əsas istiqamətlərindən biri və bəlkədə 1-cisi olan süni intellektin yaranması və tətbiqi ilk növbədə hərbi texnologiyalara istiqamətlənmiş və bu sahədə qabaqcıl ölkələrdə yeni növ silahların yaradılmasında və hərbi əməliyyatların idarə olunmasında böyük nailiyyətlər əldə olunmuşdur. Süni intellektin(Sİ) hərbi sahədə tətbiqinin əsas və 1-ci istiqaməti pilotsuz uçuş apparatları(PUA) və döyüş robotlarıdır.­­­ Pua-lar əsasən zərbə-kəşfiyyat xarakterli olub avtonom, yaxud məsafədən idarə olunaraq ərazinin skan olunması, ərazidəki obyektlərin tanınması, canlılar da daxil olmaqla, hədəflərin seçilməsi və məhv edilməsi, özünümüdafiəsi, döyüş ərazilərində vəziyyətin dəyişmə xəritəsinin operativ hazırlanması, naviqasiya və operativ mərkəzlə kommunikasiya kimi funksiyaları yerinə yetirirlər. Süni intellekt texnologiyaların tətbiqinin digər istiqaməti isə yerüstü, həmçinin suüstü və sualtı döyüş robotları və uzaqdan idarə olunan atıcı silahların idarə olunmasıdır ki, burada atəşin kontrol olunması, hədəflərin tanınması, avtonom naviqasiya kimi məsələlərin həlli əsas yerdə durur.


PUA-lardan danışarkən Ali Baş komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun ölkəmizin işğal olunmuş əraziləri uğrunda apardığı 44 günlük müharibədə erməni silahlı qüvvələrinin darmadağın olunmasında PUA-ların rolunu qeyd etmək yerinə düşərdi. Azərbaycan Müdafiə Nazirliyinin KİV-lər üçün verdiyi rəsmi məlumatlarda və həmçinin xarici informasiya agentliklərin yayımlarında bu öz əksini tapmışdır. Elə təkcə “Vaşinqton Post” qəzetinin 11 noyabr 2020-ci il tarixli məqaləsindən misal gətirmək yerinə düşərdi. Qəzet yazırdı:
“Dron zərbələri Ermənistanın Dağlıq Qarabağda əsgərləri, tankları, topları və hava hücumundan müdafiə sistemlərini məhv edərək 44 günlük müharibədə Azərbaycan üçün böyük bir üstünlük təmin etdi və PUA-lar tərəfindən döyüş əməliyyatlarının transformasiyasını dünyaya nümayiş etdi”.
Döyüş əməliyyatlarının idarəedilməsi və operativ qərarların qəbuledilməsi, əsasən hava hücumlarından qorunma, böyük miqyaslı quru əməliyyatları və s. məsələlərdə çoxsaylı variantlar içərisində seçim edilməsi, qərarların optimallaşdırılması və nəticələrinin proqnoz edilməsi kimi hallarda klassik riyazi metodların tətbiqi, ayrı-ayrı qərar qəbul edən şəxslərin intuisiyası bir çox hallarda gözlənilən effekti vermir və süni intellektdən istifadəni zəruri edir. Burada Sİ-in tətbiqi ilə böyük təcrübənin, bütün situasiyaları nəzərəalma və kollektiv qərarqəbuletmə qabiliyyətinin real vaxt rejimində həyata keçirilməsinin mümkünlüyü müsbət nəticələrin alınmasını təmin edir.
Bir məsələni də qeyd etmək vacibdir ki, müasir texniki sistemlər istər mülki, istərsə də hərbi yüksək səviyyəli elektronlaşmış və rəqəmsallaşdırılmış olurlar və bu halda bu sistemlərin kiber hücumlara qarşı dayanıqlılığı zəifləyir və kibertəhlükəsizliyə tələblər artır. Son zamanlar Sİ-in kibertəhlükəsizlik metodlarının işlənib hazırlanmasında rolu getdikcə yüksəlir. Sİ-in inkişafı ilə bir sıra hərbi sistemlər elə bir avtomatlaşdırılmış vəziyyətə gəlmişlər ki, məsələn avtonom PUA-lar, qanadlı və ballistik raketlər, yeni nəsil Hava hücumundan müdafiə sistemlərinə hücumlar kiberhücumlar vasitəsi ilə daha dağıdıcı gücə malikdirlər, nəinki klassik sistemlər. Kiberhücumlar üçün zəif sistemlərdən biri də xüsusiləşdirilmiş informasiya ötürmə və kompüter şəbəkələridir ki, buraya müdaxilə ya kənardan, yaxud əvvəlcədən yerləşdirilmiş viruslar ola bilər. Belə kiberhücumlara qarşı effektiv mübarizə Sİ-in tətbiqi ilə özünü konfiqurasiya edən şəbəkələrdən ibarətdir ki, burada Böyük Verilənlərin köməyi ilə dərin öyrənmə metodları ilə kiber hücumların öncədən qarşısını almaq olur.
AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda idarəetmənin riyazi məsələləri, o cümlədən dinamik sistemlərin optimal idarəedilməsi, optimal qərarqəbuletmə, etibarlılığın qiymətləndirilməsi və s. məsələlər həm nəzəri həm də praktiki həllini tapmışdır.
Son illər institutumuzda müvafiq innovativ bizneslə məşğul olan özəl şirkətlərlə birlikdə Sİ-in əsas metodları olan maşın və dərinöyrənmə süni neyron şəbəkələri əsasında təbii dillərin emalı, o cümlədən maşın tərcüməsi, transkripsiyası, dilin başadüşülməsi və avtomatik cavablandırılması kimi məsələlər əsasən həll olunmuşdur. Həmçinin Böyük Verilənlər(Big Data) əsasında qərarların qəbul olunması avtomatik sistemləri və s. kimi tətbiqi sistemlər işlənib hazırlanmış və qismən kommersialaşdırılmışdır.
İdarəetmə Sistemləri İnstitutu Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə əməkdaşlığı çərçivəsində artıq bir neçə məsələlərin həlli öz əksini tapmışdır. Məsələn uçuş aparatların elektron qeydiyyat sistemində informasiyanın yazılması zamanı itən məlumatların bərpası üçün neyron şəbəkəsi üsulu, video görüntülərdən yolların tanınması və bunun əsasında PUA-ların naviqasiya alqoritmi, uçan obyektlərin avtonom naviqasiya sisteminin işlənib hazırlanması, kibertəhlükəsizlik üçün kriptoqrafik alqoritm və proqram təminatının yaradılması və s. misalları göstərmək olar.
İndi inkişaf etmiş ölkələrdə Sİ-in tətbiqi ilə silah sistemlərin işlənib hazırlanması və istehsalı sürətlə inkişaf etməkdədir və bu ölkələr belə hərbi təyinatlı sistem və silahların satılmasını həyata keçirirlər. Lakin bu tipli silahların ixracı ilə məşğul olan ölkələr yuxarıda sadaladığımız məsələlərin həllini yerinə yetirən altsistemləri bağlı saxlayır. Bunları nəzərə alaraq bizim institutumuzun gələcək elmi və təcrübi-konstruktor fəaliyyətinin bir istiqaməti yeni nəsil hərbi texnikaların əsas və həssas hissəsini idarəetmə texniki-proqram təminatının öz resurslarımız hesabına işləyib hazırlamaq və tətbiq etməkdir.
Sonda qeyd etmək istəyirəm ki, qeyd olunanları, institutumuzun və Hərbi Akademiyanın mövcud potensialını nəzərə alaraq bugün biz birlikdə müasir hərbi məsələlərin həllində elmi tutumlu layihələrin həyata keçirilməsində uğurlu əməkdaşlıq edə bilərik.
Yüklə 15,68 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin