Əlyazması hüququnda VƏLİyeva köNÜl nazim qizi



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə7/9
tarix05.03.2017
ölçüsü0,97 Mb.
#10069
1   2   3   4   5   6   7   8   9

 

―2012-2020-ci  illərdə  Azərbaycan  Respublikasında  üzümçülüyün 

inkişafına  dair  Dövlət  Proqramı‖ları  həyata  keçirilməyə  başlanmışdır  və  bu 

proqramlar birbaşa kənd təsərrüfatının inkişafına yönəlmiş tətbirlərdir. Azərbaycanın 

təbii  şəraiti    turizm  və  kənd  təsərrüfatı  məhsullarının  ixracyönümlülüyü  üçün  çox 

əlverişlidir.  Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə 2014-cü ildə  

ölkəmizə  gələn  turistlərin  94,3%-i  turizm  məqsədi,  5,7%-i  isə  digər  məqsədlər 

daşımışdır.  Elə  məhz    göstərici  də  turizm  sektorunun  nə  dərəcədə  perspektivli 

olmasının  əyani  sübutudur.  Respublikamızda  turistlərin  cəlbediciliyi  məqsədləri  ilə 

bu  sahəyə  neft  gəlirləri  hesabına  investisiyalar  cəlb  edilməli,  turizm  xidmətləri  və 

sənayesi  əsaslı  inkişaf  etdirilməlidir.  Belə  olan  halda  turizmin  əksər  növləri  üzrə 

yüksək turistik potensiala malik Azərbaycan həm daxili, həm də xarici turizm üçün 

cəlbedici olar. Respublikasında Turizmin İnkişafına dair ―2002-2005‖, ―2010-2014‖, 

―2008-2016‖-ci illərə aid Dövlət proqramları həyata keçirilmişdir. 

Həyata keçirilən məqsədyönlü siyasət və görülmüş işlər nəticəsində, ölkəmizdə 

son  10  ildə  ümumi  daxili  məhsul istehsalı  real  ifadədə 2.4 dəfə, o  cümlədən  sənaye 

2.3 dəfə, kənd təsərrüfatı 1.4 dəfə, tikinti sektoru 3.1 dəfə, nəqliyyat sektoru 2.2 dəfə, 

rabitə  və  informasiya  sektoru  5.5  dəfə  artmışdır.  2006-2015-сi  illər  ərzində 

adambaşına ÜDM istehsalı üzrə 2.1 dəfə artım qeydə alınmış, qeyri-neft sektoru üzrə 

yaradılmış əlavə dəyər real ifadədə 2.3 dəfə artmışdır.

 

2015-ci ildə də ölkədə iqtisadi 



artım  qeydə  alınmış,  qeyri-neft  sahələrinin  və  regionların  davamlı  inkişafına  nail 

olunmaqla  iqtisadiyyatın  şaxələnməsi  sürətlənmiş,  innovativ  və  biliklərə  əsaslanan 

iqtisadiyyatın  formalaşması  istiqamətində  əhəmiyyətli  işlər  görülmüş,  özəl  sektorun 

inkişafı üçün  əlverişli  investisiya  və  rəqabət  mühiti  yaradılmışdır.

 

İqtisadi və sosial 



tərəqqinin  əsas  göstəricisi  olan  ümumi  daxili  məhsul  (ÜDM)  istehsalı  2015-ci  ildə 

əvvəlki illə müqayisədə 1.1 faiz artaraq 54.4 milyard manata çatmışdır. ÜDM-in hər 

nəfərə  düşən  həcmi  5703.7  manat  (5558.7  ABŞ  dolları)  təşkil  etmiş  və  0.1  faiz 

azalmışdır.  Ötən  il  ərzində  malların  istehsalında    28.4  milyard  manat,  xidmətlərin 

istehsalında  isə  21.4  milyard  manatlıq  əlavə  dəyər  yaradılmışdır.Hesabat  ilində 

iqtisadiyyatın qeyri-neft sektoru 1.1 faiz artmış, onun ÜDM-də xüsusi çəkisi əvvəlki 

ildəki 61.3 faizdən 69.3 faizə yüksəlmişdir. Ümumi daxili məhsulun 30.7 faizi neft-

qaz istehsalı və emalı sahələrinin payına düşmüşdür. Neft sektoru əvvəlki ilə nisbətən 

1.2 faiz artmışdır. [24.s 92]  

 

 


 

69 


Qrafik 4. 2015-ci ildə qeyri-neft sektorunda yaradılmış əlavə dəyərin sahələr üzrə  

bölgüsü.     mənbə:

http://economy.gov.az/images/pdf/hesabat-2015.pdf

           

 

 

 



 

 

 



 

 

Qrafik 4-də gördüyümüz kimi 2015-ci ildə  ən yüksək əlavə dəyər 27,9 sosial 



sahələrdə  ən  az  əlavə  dəyər  isə  turizmin  yerləşdirilməsi  informasiya  və  rabitə 

sahəsində  2,9%  müşahidə  edilmişdir.  2015-ci  ilin  yanvar-dekabr  ayları  ərzində 

ölkənin  qeyri-neft  sektorunda  37.7  milyard  manatlıq  əlavə  dəyər  yaradılmış  və 

ümumilikdə  onun  59.0%-dən  çoxu  sosial  və  digər  xidmətlər,  ticarət,  nəqliyyat 

vasitələrinin  təmiri  və  tikinti  sahələrinin  payına  düşmüşdür.

 

Qeyri-neft  sənayesi  isə 



7.7 milyard manat təşkil etmiş və ötən illə  müqayisədə 8,4% yüksəlmişdir. 

 

2015-ci il 



ərzində iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 

16.0 mlrd. manat əsas kapitala investisiya cəlb edilmişdir. Əsas kapitala yönəldilmiş 

ümumi  sərmayələrin  44.9%-i  neft  sektorunun,  55.1%-i  isə  qeyri-neft  sektorunun 

inkişafında sərf olunmuşdur. Bu vəsaitin 56.0%-ni daxili investisiyalara, 44.0%-ni isə 

xarici investisiyalara aiddir. 

Hazırda  neft  gəlirlərinin  istiqamətləndiyi  perspektivli  sahələrdən  bir  də 

Respublika Prezidentimiz İlham Əliyev daim vurğuladığı kimi ―Neft kapitalını insan 

kapitalına  çevrilməsi‖nə  yönləndirilməsidir.  Azərbaycan  Respublikasının  Prezidenti 

2007-cı il 16 aprel tarixli 2090 nömrəli ―2007-2015-ci illərdə Azərbaycan gənclərinin 

xarici  ölkələrdə  təhsili  üzrə  Dövlət  Proqramı‖nın  təsdiq  edilməsi  barədə  Sərəncam 

imzalamışdır və bu sərəncama  Dövlət Proqramının Dövlət Neft Fondunun vəsaiti və 

qanunvericiliklə  qadağan  olunmayan  digər  mənbələr  hesabına  maliyyələşdirilməsi 

qeyd  edilmişdir.  Bu  proqramın    maliyyələşdirilməsi  məqsədilə  2008-2015-ci  illər 

ərzində  Dövlət  Neft  Fondu  tərəfindən  ümumilikdə  156  829,30  min  manat,  o 

cümlədən  2015-ci  il  üzrə  35  538,03  min  manat  məbləğində  vəsait  sərf  olunub.  Bu 

vəsait  Dövlət  proqramı  çərçivəsində  xarici  ölkələrdə  təhsil  alanların  yaşayış,təhsil 

haqqı, yol, sığorta və digər xərclərinin ödənilməsinə sərf edilmişdir. 01.01.2016-cı il 

tarixinə  olan  məlumatlara  görə  ―2007-2015-ci  illərdə  Azərbaycan  gənclərinin  xarici 



 

70 


ölkələrdə təhsili üzrə Dövlət proqramı‖ çərçivəsində 3283 nəfər tələbə xaricdə təhsil 

alır.  Həmin  tələbələr  gələcəkdə  mükəmməl  səviyyədə  yiyələndikləri  peşələrdə  

çalışaraq ölkəmizin iqtisadi tərəqqisini sürətləndirəcəklər. 

Aşağıdakı  diaqramda  Azərbaycanın  ən  çox  ixrac  etdiyi  10  məhsul  növünün 

ixrac dəyəri göstərilmişdir.                                           Diaqram 3. 

 

Mənbə:



 

http://www.azpromo.az/4/az/348#.VxZSYkhGSK8

 

Diaqramda  gördüyümüz kimi,  qeyri-neft ixracının əsas strukturu 2014-ci ildə 



belə olmuşdur: kimya sənayesi məhsulları 76,12 mln. ABŞ dolları, pambıq  14,5 mln 

ABŞ  dolları,  qara  metallar  və  onlardan  hazırlanan  məmulatlar   43,92 mln.  ABŞ 

dolları , alüminium və ondan hazırlanan məmulatlar 86,78 mln. ABŞ dolları, meyvə-

tərəvəz  291,08 mln. ABŞ dolları , bitki və heyvan mənşəli yağlar 190,33 mln. ABŞ 

dolları, alkoqollu və alkoqolsuz içkilər 31,88 ABŞ dolları. əldə etmişdir.  Diaqram 3-

də    verilmiş  sahələr  Azərbaycanın  ixracı  üçün  da  perspektivli  olduğundan  neft 

gəlirlərini həmin sahələrin inkişafına yönəldərək daha yüksək naliyyətlər əldə etmək 

olar. 


Onu  da  qeyd  edək  ki,  son  dövrlər  ölkəmizdə  yüksək  gəlirli  sahə  kimi  kənd 

təsərrüfatın  və  qida  sənayesi  üzrə  süd  məhsulları,  meyvə-tərəvəz,  üzümçülük,  şəkər 

məhsulları,  içkilər,  heyvandarlıq,  balıqçılıq,  arıçılıq  və  arı  məhsulları,  üzvi  yağlar, 

çay  məhsulları,  qoz-fındıq,  taxıl,  konservlərşdirilmiş  ərzaq  məhsulları  istehsalına 

dövlət  tərəfindən  xüsusi  dəstək  göstərilir.  Turizm  sektoru  üzrə

 

isə 


əsas  inkişaf 

etməkdə  olan  subsektorlar  kimi  mədəni  və  irsi  turizm,  rekreasiya  turizmi,  biznes 

turizmi, eko-turizm, dini turizm, idman və  macəra, dağ turizmi daha perspektivlidir. 


 

71 


Azərbaycanda  neft  gəlirlərinin  yönəldilə  biləcəyi  və   artan  gəlirlər  baxımından  ən 

sürətlə  böyüyən  sahələrdən  biri  də  İnformasiya  Komunikasiya  Texnologiyalarıdır. 

Neft gəlirlərinin yönəldilməsi üçün perspektivli olan digər sahəyə alternativ və bərpa 

olunan  enerji  istehsalı    sektorunu  da  aid  etmək  olar.  Azərbaycanın  külək,  günəş, 

biokütlə,  geotermal  mənbələrindən  istifadə  etdərək  enerji  istehsalı  üçün  böyük 

potensial  imkanları  var.

 

Sənaye  sahəsi  Azərbaycanın  ən  gəlirli  və  şaxələndirilməyə 



ehtiyac  duyulan  sahələrdəndır.  Neft  gəlirlərinin  tətbiqi  sayəsində  Azərbaycan 

iqtisadiyyatının  sənayeləşdirilməsinə  nail  olmaq  olar.  Hazırda  sənaye  üzrə  əsas 

inkişaf  etməkdə  olan  subsektorlar  yüngül  sənaye,  minerallar  və  mədən  sənayesi

maşınqayırma və avadanlıq, kimya sənayesi hesab olunur. 

Qeyd  edək  ki,  Azərbaycanın  gələcək  inkişafında  aşağıdakı  iqtisadi  amillərin 

rolu danılmazdır. 

 

Qeyri-neft  sektorunun  genişlədirilməsi  hesabına  davamlı  iqtisadi  inkişafa 



nail olunması; 

 



İqtisadiyyatın inkişaf istiqamətlərinin şaxələndiriməsinin genişləndirilməsi; 

 



Ölkənin ÜDM-nin tərkibində dövlət büdcəsinin formalaşdırılmasında təbii 

ehtiyatlar  amilinin  azaldılması  və  qeyri-neft  amilinin  üstünlüyününü  təmin 

edilməsi; 

 



İqtisadiyyatda  innovasiyaların  tətbiqinin  təmin  edilməsi  və  beynəlxalq 

standarlara cavab verən  güclü  mexanizmlərinin yaradılması və s. 

Neft  sektorundan  gələn  gəlirlər  hesabına  Azərbaycanın    Neft-qaz  sektoru  və 

neft-kimya  sənayesi  modernləşdirilməli,    qeyri-neft  sənayesinin  şaxələndirilməsi  və 

inkişafı  təmin  edilməlidir,  alternativ  və  bərpa  olunan  enerji  mənbələrindən  istifadə 

imkanlarının genişləndirilməsi üçün lazımlı işlər görülməlidir, aqrar sektorun inkişafı 

və  ərzaq  təhlükəsizliyinin  təmini  üçün  tədbirlər  görülməlidir,  ticarət  və  xidmət  üzrə 

fəaliyyət  növləri  genişləndirilməli  və  inkişaf  etdirilməlidir,  xarici  ticarətin  və 

investisiyaların strukturunun təkmilləşdirilməsi prosesləri  təşkil edilməlidir.      

 

3.2. Neft və neft məhsulları bazarının dövlət tənzimlənməsinin səmərəliliyinin 



artırılması

 

 Neft  və  neft  məhsulları  bazarının  səmərəliliyini  artırmaq  üçün  bazarın  dövlət 



tənzimlənməsi labüddür. Azərbaycanın neft stragiyasını bazar iqtisadiyyatı şəraitində 

iqtisadiyyatın  dövlət  tənzimlənməsinin  formalarından  biri  olan  strateji  planlaşdırma 

kimi  qəbul  etmək  olar.  İqtisadiyyatın  dövlət  tənzimlənməsi  elə  bir  təssərrüfat 


 

72 


sistemidir ki, bu zaman dövlət bazarın ayrılmaz tərkib hissəsi olub kompleks hüquqi 

və  sosial-iqtisadi  vasitələrlə  iqtisadi  inkişafın  effektivliyinin  təmin  edilməsi  üçün 

şərait  yaradır.  Bazarın  dövlət  tənzimlənməsi  dövlətin  makroiqtisadi  sabitliyi  və 

iqtisadi inkişafı təmin etməsi üçün həyata keçirdiyi iqtisadi siyasətin tərkib hissəsidir. 

Bazar  iqtisadiyyatı  şəraitində  bazar  mexanizmlərinin  fəaliyyətinin  labüd  olduğu  bir 

şəraitdə  iqtisadiyyatın  dövlət  tənzimləmə  siyasəti  əsasən  xüsusi  bölmənin  gücü 

çatmadığı  və  küllü  miqdarda  investisiya,  qayğı,  diqqət,  nəzarət  tələb  edən  sahələrə 

yönəlmiş  olur.  Ölkəmizin  inkişafında  əvəzsiz  rolu  olan  neft  və  neft  məhsulları 

bazarının  dövlət  tənzimlənməsinin  əsası  1994-cü  ilin  sentyabrın  20-də    ―Əsrin 

müqaviləsi‖nin  imzalanması  ilə  qoyulmuşdur.  Bildiyimiz  kimi  məhz  bu  sənədin 

imzalnması  neft  sektorunun  inkişafını  təmin  edən  küllü  miqdarda  xarici 

investisiyaların, sərmayələrin axınını təmin etmiş oldu və hazırda da neft-qaz sektoru 

həm yerli, həm də xarici investisiyalar hesabına dəstəklənir. 

Dünya  təcrübəsində  neft  və  neft  məhsullarının  tənzimlənməsində  bazar 

iqtisadiyyatı  şəraitində  dövlət  neft-qaz  industriyasında  mühüm  funksiya  olan  elmi-

texniki siyasətin təyinatı, normativ-hüquqi baza ilə təminat, fiskal koordinasiya, özəl 

sektorun  energetik  sahəyə  cəlb  edilməsi  və  digər  bu  kimi  əhəmiyyətli  məsələlər 

diqqət  mərkəzində  saxlanılır.  Bazar  iqtisadiyyatı  şəraitində  daxili  bazarın 

tənzimlənməsi  sisteminin  təkmilləşdirilməsi  istehsalın  kəmiyyət  və  keyfiyyət 

göstəricilərinin  yüksəlməsinə  səbəb  olur.  Neft  məhsulları  bazarının  ixracyönümlü 

pespektivliyini  genişləndirmək  üçün    dövlət  tənzimlənmə  tədbirləri  tətbiq  edilməli, 

sahələrdə  stimullaşdırma  sistemi  formalaşdırılmalı,  xarici  ticarət  fəaliyyəti 

beynəlxalq  hüquq  normalarına  və  dünya  təcrübəsində  qəbul  olunmuş  pirinsiplərə 

uyğunlaşdırılaraq həyata keçirilməlidir. 

  Neft  və  neft  məhsulları  bazarının  dövlət  tənzimlənməsinin  səmərəliliyinin 

artırılmasının əsas elementləri kimi bu sahənin idarə sisteminin müasirləşməsi,  neft-

qaz  hasilatı,  emalı  və  nəqli  prosesində  dünya  təcrübəsində  sınaqdan  keçmiş  yeni 

texnika  və  texnologiyanın  tətbiqi,  yenidənqurma,  təmir,  bərpa  işlərinin  həyata 

keçirilməsi, emal prosesinin  moderinləşdirilməsi, nanotexnologoyalardan istifadə və 

digər məsələləri özündə əhatə edən layihə və proqramların yerinə yetirilməsi tətbirləri 

dəyərləndirilir. Neft və neft məhsulları bazarının dövlət tərəfindən tənzimlənməsinin 

səmərəliliyinin  artırılması  məqsədi  ilə  ölkəmizdə  1994-cü  ildən  bəri  bir  sıra 

normativ-hüquqi  sənədlər  imzalanmışdır.    Onlara  aşağıdakılar  aiddir:  1994-cü  il 

sentyabr  ayının  20-də  ―Hasilatin  Pay  Bölgüsü‖  sazişi,  29  yanvar  1996-cı  ildə  

―Azərbaycan  Respublikası  ilə  Rusiya  Federasiyası  arasında  Azərbaycan  neftinin 

Rusiya  Federasiyası  ərazisindən  tranziti  haqqında‖  sərancamı,  1996-cı  il  8  mart 

tarixində ―Karbohidrogenləri nəqletmənin bəzi mövcud Obyektlərinin (Vasitələrinin) 

təkmilləşdirilməsi və modernləşdirilməsi, yeni nəqletmə Obyektlərinin (Vasitələrinin) 



 

73 


işlənib  hazırlanması  və  bu  cür  Obyektlərin  (Vasitələrin)  köməyi  ilə 

Karbohidrogenlərin Gürcüstan ərazisindən kənara nəql olunması haqqında‖ saziş, 18 

noyabr  1999-cu  ildə  ―İstanbul  bəyannaməsi‖, 29  dekabr  1999-cu  ildə  ―Bakı-Tbilisi-

Ceyhan  Əsas  İxrac  Boru  Kəmərinin  tikilməsi  və  istismara  verilməsi  tədbirləri 

haqqında‖  sərəncam,  15  may  2001-ci  il  tarixində  Azərbaycan  Respublikasının 

Prezidenti  Xəzər  dənizinin  Azərbaycan  sektorunda  yerləşən  ―Azəri-Çıraq-Günəşli‖ 

və  Şahdəniz  yataqlarının  işlənməsi,  Bakı-Tbilisi-Ceyhan  əsas  ixrac  boru  kəməri  və 

―Şahdəniz‖  yatağından  təbii  qazın  ixrac  boru  kəmərinin  layihələrinin  həyata 

keçirilməsi ilə əlaqədar təxirəsalınmaz tədbirlər haqqında sərəncam, 2001-ci il martın 

12-də  ―Azərbaycanın  təbii  qazının  Türkiyə  Respublikasına  tədarük  edilməsinə  dair 

Azərbaycan  və  Türkiyə  Respublikaları  arasında  təbii  qazın  satışı  və  alışı  haqqında 

müqavilə‖,  2001-ci  il  sentyabrın  29-da  ―Təbii  qazın  Gürcüstan  Respublikası 

ərazisindən  tranziti,  nəql  edilməsi  və  satışına  dair  Azərbaycan  və  Gürcüstan 

Respublikaları  arasında  saziş‖,  2012-ci  il  iyunun  26-da  ―Azərbaycan  Respublikası 

Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru 

kəməri sisteminə dair‖ saziş, 30 iyun 2013-cü ildə isə TAP layihəsi üzrə beynəlxalq 

saziş,  29  oktyabr  2013-cü  il  tarixində  ―Azərbaycan  təbii  qazının  dünya  bazarına 

Cənub  Qaz  Dəhlizi  vasitəsilə  nəqli  ilə  əlaqədar  tədbirlər  haqqında‖  sərəncam,  25 

fevral  2014-cü  il  tarixli  287  saylı  Sərəncama  əsasən  ―Cənub  Qaz  Dəhlizi‖  qapalı 

səhmdar cəmiyyəti təsis edilmişdir, 29 dekabr 1999-cu il tarixli 240 nömrəli Fərmanı 

ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu təsis edilmişdir, 2006-cı ilin dekabr 

ayının  6-da  Dünya  Bankı  ilə  Neft  Fondu  arasında  ―Vəsaitlərin  idarə  olunması  və 

konsaltinq  razılaşması‖  müqaviləsi,  Azərbaycan  Respublikası  Prezidentinin  27 

sentyabr  2004-cü  il  tarixli  128  nömrəli  Fərmanı  ilə    ―Neft  və  qaz  gəlirlərinin  idarə 

olunması üzrə uzunmüddətli strategiya‖ təsdiq edilmişdir,  23 sentyabr 2009-cu ildə 

―Neft-Qaz və Neftkimya Kompleksinin tikintisi layihəsinin reallaşdırılması məqsədi 

ilə  dövlət  qurumlarının  nümayəndələrindən  ibarət  Komissiya  yaradılması  barədə‖ 

sərəncam,  14  fevral  2005-ci  ildə  ―Azərbaycan  Respublikasının  yanacaq-enerji 

kompleksinin  inkişafı  (2005—2015-ci  illər)  üzrə  Dövlət  Proqramı‖nın  təsdiq 

edilməsi haqqında Sərəncamı,  2 fevral 2009-cu ildə qüvvəyə minmiş ―İxrac məqsədli 

neft-qaz  fəaliyyətinə  xüsusi  iqtisadi  rejimin  tətbiqi  haqqında‖  Azərbaycan 

Respublikasının Qanunu, 30 may 1996-cı ildə qüvvəyə minmiş ―Enerji resurslarından 

istifadə  haqqında‖  Azərbaycan  Respublikasının  Qanunu,

 

19  fevral  2015-ci  ildə 



―Azərbaycan  Respublikasının  Energetika  Nazirliyi  ilə  Malta  Respublikasının 

Energetika  və  Səhiyyə  Nazirliyi  arasında    Maltada  neft  və  qaz  sektoru  çərçivəsində 

strateji  əməkdaşlıq  haqqında  Anlaşma  Memorandumunun  təsdiq  edilməsi 

barədə‖Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı,  23  sentyabr  2009-cu  il 

tarixində  ―Neft,  Qaz  emalı  və  Neft-kimya  Kompleksinin  inşası  ilə  bağlı  aidiyyəti 

dövlət  qurumlarının  nümayəndələrindən  ibarət  Komissiya  yaradılması‖  ilə  bağlı 



 

74 


prezidentin  sərəncamı  və  s.  Qeyd  edək  ki,  təkcə  “Əsrin  müqaviləsi‖  imzalanandan 

bəri  ARDNŞ və  xarici neft  şirkətləri  arasında  karbohidrogenlərin kəşfiyyatı, hasilatı 

və məhsulun pay bölgüsü prinsipi üzrə 26 saziş imzalanmışdır. 

Azərbaycanın  neft  və  neft  məhsullarının  həmçinin  bütovlikdə  energetika  

bazarının dövlət tənzimlənməsinin səmərəliliyinin artırılması zərurətdən irəli gələrək 

Azərbaycan  Respublikası  Prezidentinin  18  aprel  2001-ci  il  tarixli  458  nömrəli 

Fərmanı ilə Yanacaq və Energetika Nazirliyi yaradılması təsdiq edilmişdi.  Nazirliyin 

adı  6  dekabr  2004-cü  ildə  dəyişdirilmiş,  Sənaye  və  Energetika  Nazirliyi 

adlandırılmışdır.  Azərbaycan  Respublikası  Prezidentinin  22  oktyabr  2013-cü  il  3 

tarixli müvafiq Sərəncamı əsasında  bu dövlət orqanı adı dəyişdirildi və Azərbaycanın 

Energetika Nazirliyi kimi  təsdiq olundu. Strukturu Mərkəzi aparatdan,  Dövlət Enerji 

Nəzarəti  İdarəsindən  və  Dövlət  Qaz  Nəzarəti  İdarəsindən  ibarət  olan  Energetika 

Nazirliyinin Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2014-cü il 

tarixli 149 saylı Fərmanı ilə qanuni qüvvəyə  minmişdir. Qeyd edək ki, Azərbaycan 

Respublikasının  Energetika  Nazirliyi     neft,  qaz,  elektrik  enerjisi,  alternativ  enerji 

mənbələri,  enerji  səmərəliliyi  və  digər  bu  kimi  məsələlərin  həlli  enerji  sahəsində 

dövlət  siyasətini  və  tənzimlənməsini  həyata  keçirən  mərkəzi  icra  hakimiyyəti 

orqanıdır.

 

Ümumilikdə,  ölkənin  enerji  siyasətinin  həyata  keçirilməsində  Energetika 



Nazirliyinin  yerinə  yetirdiyi  əsas  missiya  proqnozlaşdırma  və  nəzarət  tədbirlərinin 

həyata  keçirilməsi,  habelə  enerji  balansının  hazırlanmasıdır.

 

Azərbaycan 



Respublikasının  Energetika  Nazirliyi  öz  tənzimləyici  fəaliyyətində  Azərbaycan 

Respublikasının  Konstitusiyasını,  Azərbaycan  Respublikasının  qanunlarını, 

Azərbaycan  Respublikası  Prezidentinin  fərman  və  sərəncamlarını,  Azərbaycan 

Respublikası  Nazirlər  Kabinetinin  qərar  və  sərəncamlarını,  Azərbaycan 

Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tutur. Əsasnamə üzrə 

müəyyənləşmiş  fəaliyyət  istiqamətlərinə  əsaslanaraq  qeyd  edək  ki,  Energetika 

Nazirliyi  enerji  sahəsində  vahid  dövlət  siyasətinin  formalaşdırılmasında  iştirak 

etməklə,  bu  siyasətin  həyata  keçirilməsini,  enerji  resurslarından  səmərəli  istifadə  ilə 

bağlı  tədbirlərin  görülməsini  və  bu  sahədə  dövlət  maraqlarının  qorunmasını,  enerji 

sahəsində  vahid  elmi-texniki  siyasətin  təmin  edilməsini,  bu  sahənin  inkişafını, 

normayaratma  fəaliyyətini  yerinə  yetirir,  müvafiq  sahədə  fəaliyyət  göstərən  dövlət 

mülkiyyətində  olan,  səhmlərinin  və  ya  əmlakının  2/3  hissəsindən  çoxu  birbaşa  və 

dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin tənzimlənməsində əsas 

rol oynayır.   

Neft  və  neft  məhsulları  bazarın  səmərəlliyinin  yüksədilməsi  məqsədi  ilə 

Azərbaycan  Respublikası  Energetika  Nazirliyi  energetika  sahəsində  xarici 

əməkdaşlıq üzrə qazanılmış naliyyətlərin qorunması və daha da inkişafına çalışır.  


 

75 


Energetika  Nazirliyi  ilə  Avropa  İttifaqı,  Belarus,  Yunanıstan,  Avstriya, 

Almaniya,  İsveçrə,  Koreya,  Suriya,  Sloveniya,  Bolqarıstan,  Rumıniya,  Gürcüstan, 

Türkiyə, Ukrayna, Serbiya, Albaniya, Fransa, Malta, İraq hökumətləri arasında təbii 

qaz  ,  neft,  elektrik  enerjisi  sektorunda  əməkdaşlığa  dair  25-dən  çox  Anlaşma 

Memorandumu  imzalanmış,  beynəlxalq  tədbirlərin  keçirilməsinə  dəstək    nümaiş 

olunmuşdur.  Hal-hazırda  nazirlik  tərəfindən  ölkələr  arasında  enerji  sahəsində 

əməkdaşlığın  genişləndiirlməsi  məqsədilə  aidiyyəti  qanunvericilik  aktlarının 

layihələri,  o  cümlədən,  ―Azərbaycan  Respublikası  Hökuməti  ilə  Pakistan  İslam 

Respublikası  Hökuməti  arasında  enerji  sahəsində  əməkdaşlıq  haqqında  Anlaşma 

Memorandumu‖  layihəsi,  ―Azərbaycan  Respublikası  Energetika  Nazirliyi  ilə 

İndoneziya  Respublikası  Energetika  və  Mineral  Ehtiyatlar  Nazirliyi  arasında 

energetika  sahəsində  əməkdaşlıq  haqqında  Anlaşma  Memorandumu‖  layihəsi, 

―Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikasının 

Hökuməti  arasında  neft-qaz  sahəsində  əməkdaşlığa  dair  Anlaşma  Memorandumu‖ 

layihəsi,  ―Azərbaycan  Respublikası  Hökuməti  ilə  Bəhreyn  Krallığı  Hökuməti 

arasında  energetika  sahəsində  qarşılıqlı  əməkdaşlığa  dair  Anlaşma  Memorandumu‖ 

layihəsi, ―Azərbaycan Respublikası Energetika Nazirliyi ilə Oman Sultanlığı Neft və 

Qaz  Nazirliyi  arasında  energetika  sahəsində  əməkdaşlığa  dair  Anlaşma 

Memorandumu‖  layihəsi,  ―Azərbaycan  Respublikası  Energetika  Nazirliyi  ilə 

Gürcüstan  Energetika  Nazirliyi  arasında  elektroenergetika  sahəsində  əməkdaşlığa 

dair  Anlaşma  Memorandumu‖  layihəsi  və  ―Türkmənistan  Hökuməti,  Azərbaycan 

Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında enerji sahəsində 

gələcək  əməkdaşlığın  inkişafına  dair  Anlaşma  Memorandumu‖  layihəsi  işlənilib 

hazırlanır.[25.s 92] 

Qeyd edə ki, Azərbaycan Respublikasının iqtisadiyyatında və sosial həyatında 

müstəsna  əhəmiyyətə  malik  olan  yanacaq-energetika  kompleksinin  daha  da  inkişaf 

etdirilməsi, 

əhalinin  və  iqtisadiyyatın  enerji  resursları  ilə  təminatının 

yaxşılaşdırılması  və  enerjidaşıyıcılardan  istifadənin  səmərəsinin  artırılması  məqsədi 

ilə  14  fevral  2005-ci  il  tarixində  Azərbaycan  Respublikası  Prezidenti  ―Azərbaycan 

Respublikasının  yanacaq-enerji  kompleksinin  inkişafı  (2005—2015-ci  illər)  üzrə 

Dövlət  Proqramı‖nın  təsdiq  edilməsi  haqqında  sərəncam  imzalamışdır  və 

sərəncamdan  irəli  gələn  məsələləri  həll  olunması    Azərbaycan  Respublikasının 

Nazirlər  Kabineti  və  Azərbaycan  Respublikasının  Energetika  Nazirliyinə 

tapşırılmışdır.  Azərbaycanın  Energetika  Nazirliyinin  2015-ci  il  ərzində  yanacaq-

energetika  kompleksində  görülmüş  işlər  barədə  hesabatında  qeyd  edilir  ki, 

Azərbaycan Respublikasında yanacaq-enerji kompleksinin inkişafı üzrə (2005-2015-



ci illər) Dövlət Proqramı‖, ―Azərbaycan-2020: gələcəyə baxış‖ İnkişaf Konsepsiyası, 

digər


 

dövlət


 

proqramlarının  aidiyyəti

 

bəndlərinin  icrası  yanacaq-energetika



 

kompleksinin dayanıqlı inkişafını təmin etməyə şərait yaratmışdır. Azərbaycan artıq

  


 

76 


nəinki  özünün  enerji  təhlükəsizliyini  təmin  etmiş,  eyni  zamanda  regionun  və 

Avropanın  enerji  təhlükəsizliyinin  təminatında  əsas  tərəfdaşlardan  biri  olmuş, 

ölkəmiz böyük nüfuz sahibinə və lider dövlətə çevrilmişdir.

 

Neft və qaz sənayesi, Qaz 



təchizatı,  Elektroenergetika  sektoru  və  Yanacaq-energetika  komleksinin  idarə 

olunması  sahələrinin  başlıca  istiqamətlərini  əhatə  edən  69  tədbirdən  ibarət 

―Azərbaycan  Respublikasının  yanacaq-enerji  kompleksinin  inkişafı  (2005-2015-ci 

illər)  üzrə  Dövlət  Proqramı‖nın  icrası  uğurla  yekunlaşdırılmışdır.  Bu  proqram 

çərçivəsində  görülmüş  işlərin  təhlili  göstərir  ki,  həyata  keçirilən  tədbirlər  enerji 

resurslarının  istehsalı,  emalı,  nəqli,  saxlanması,  uçotu  və  istehlakı  sahəsində 

mütərəqqi texnologiyanın tətbiqinə əsaslanmış, energetika sektorunda sağlam rəqabət 

mühitinin  formalaşdırılması,  ekoloji  təhlükəsizliyin  təmin  edilməsi,  elektrik  enerjisi 

və  qaz  istehlakında  bazar  iqtisadiyyatı  şəraitinə  uyğunlaşdırılmış  idarəetmə 

sisteminin  tətbiqi  istiqamətində  əhəmiyyətli  naliyyətlət  əldə  edilmişdir. Energetika 

Nazirliyi tərəfindən növbəti illəri əhatə edən ―Azərbaycan Respublikasının yanacaq-

enerji  kompleksinin  inkişafı  (2015-2025-ci  illər)  üzrə  Dövlət  Proqramı‖nın 

hazırlanması istiqamətində də müvafiq işlər reallaşdırılır. 

Azərbaycanın  neft  və  neft  məhsulları  bazaının  dövlət  tənzimlənməsi  

Azərbaycan  Respublikasının  Prezidenti  Fərman  və  Sərmanları,  Azərbayan 

Respublikasının  Nazirlər  Kabinetinin  Qərarları,  Azərbaycan  Respublikasının 

Energetika  Nazirliyinin  normativ-hüquqi  sənədləri,  Azərbaycan  Respublikasının 

Konstitusiyası  qanunları    əsasında  aparılır.  Neft  məhsulları  bazaının  dövlət 

tənzimlənməsi    nəticəsində  məhsulların  istehsalı  və  şaxələnməsi  sürətlənir.    Qeyd 

edək  ki,  Azərbaycan  Prezidenti  İlham  Əliyevin  ―Neft-kimya  sənayesində  idarəetmə 

mexanizmlərinin təkmilləşdirilməsi haqqında‖ 2 aprel 2010-cu il tarixli sərəncamına 

əsasən,  ―Azərikimya‖  İstehsalat  Birliyi  kimi  SOCAR-ın  tərkibinə  birləşdirildikdən 

sonra bu sahədə fəaliyyətin gücləndirilməsi, neft-qaz emalı və neft-kimya sənayesinin 

daha sıx inteqrasiyası, səmərəliyin, məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi 

şirkətin prioritet istiqamətlərindən biri olmuşdur .  

SOCAR  tərkibinə  daxil  olan  müəssisə    və    təşkilatlarında  vahid  formada  və 

beynəlxalq  standartların  tələblərinə  uyğun  olaraq  tənzimlənməsini  həyata  keçirir.

 

SOCAR-ın 24 dekabr 2014-cü il tarixli əmri ilə ―Azərneftyağ‖ neft emalı zavodunun 



1  yanvar  2015-ci  il  tarixdən  Heydər  Əliyev  adına  Bakı  Neft  Emalı  Zavoduna 

qoşulmaqla  fəaliyyətinə  xitam  verilməsi  qərara  alınıb.  Azərneftyağ‖  zavodunun 

fəaliyyətinə  xitam  verərək  Heydər  Əliyev  adına  Bakı  Neft  Emalı  zavoduna 

birləşdirməkdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) məqsədi iki zavodu bir 

mərkəzdən  idarə  etməkdir.   SOCAR-in  tərkininə  neft-qaz  emalını  həyata  keçirən 

―Azərikimya‖ İstehsalat Birliyi, Heydər  Əliyev adına Bakı Neft Emalı Zavodu, Qaz  

Emalı Zavodu,  Karbamid zavodu fəaliyyət göstərir. Onu da qeyd edə ki, Azərbaycan 


 

77 


Respublikasının  Prezidenti  İlham  Əliyevin  tapşırığına  əsasən,  ölkədə  ekoloji 

durumun yaxşılaşdırılması məqsədilə ―Avro-3‖, ―Avro-4‖ və ―Avro-5‖ standartlarına 

keçidin  sürətləndirilməsi  üzrə  tədbirlərin  icrası  ilə  bağlı  SOCAR-ın  emal 

müəssisələrində bir sıra yenidənqurma tədbirləri həyata keçirilərək mövcud texnoloji 

qurğuların  modernləşdirilməsi,  istehsal  gücünün  artırılması  və  ekoloji  mühitin 

yaxşılaşdırılması  məqsədilə  nəzərdə  tutulmuş  layihələrin  icrası  sürətləndirilərək  bir 

neçə layihənin icrasına start verilmişdir. 

Dünyanın  xarici  ticarət  əlaqələrinin  tənzimləyicisi  hazırda  162  üzvü  olan 

Ümum  Dünya  Ticarət  Təşkilatıdır,  ancaq,  Azərbaycan  təşkilatın  üzvü  deyil. 

Azərbayca  təşkilatda  müşahidəçi  statusa  malikdir  və  1997-ci  ildən  bəri  üzvolma  ilə 

bağlı  danışıqlar  aparılır.  Dünya  neft  və  neft  məhsulları    bazarının  tənzimləyici 

təşkilatı  OPEK-dir.  Azərbaycan  Qaz  İxrac  edən  Ölkələrin  Forumunda  və    OPEC-in 

toplantısında  müşahidəçi  qismində  iştirak  edir.  Neft  İxrac  edən  ölkələr  təşkilatı 

(OPEC) 1960-cı ildə qlobal xam neft qiymətlərinin və neft əldə edilməsi həcmi üzrə 

fəalliyyətlərin koordinasiyasının tənzimlənməsi məqsədilə yaradılıb. OPEK-in 2014-

cü  ilin  hesabatlarına  görə,    hazırda  bu  təşkilatın  təsdiq  edilmiş  neft  ehtiyyatları 

1,206.00  milyard  barel  təşkil  edir  ki,  bu  da  dünyanın  təsdiq  edilmiş    neft 

ehtiyyatlarının 81%-ni təşkil edir. OPEK-in təsdiq edilmiş neft ehtiyyatlarının 66%-i 

Yaxın  Şərqin  payın  düşür.  OPEK-ə  daxil  olmayan  dünya  ölkələrinin  təsdiq  edilmiş 

neft ehtiyyatları isə 19% yəni 286,9 milyon barel təşkil edir. 2014-ci ildə  OPEK-in 

təsdiq  edilmiş  neft  ehtiyyatlarının  24,9%-i  Venesuellanın  ,  22,1%-i  Səudiyyə 

Ərəbistanının,  13,1%-i  İranın,  11,9%-i  İraqın,  8,4%-i  Küveytin,  8,1%-i    Birləşmiş 

Ərəb Əmirliklərinin, 4,0%-i Liviyanın,  3,1%-i Nigeriyanın, 2,1%-i Qatarın, 1,0%-i 

Əlcəzair,  0,7%-isə  Anqola  və  Ekvadorun  payına  düşür.  Qeyd  edək  ki,  Hazırda 

dünyanın  gündəlik  neft  hasilatı  97  milyon  barel  təşkil  edir  ki,  bunun  da  üçdə  biri 

OPEK-in  payına  düşür.  Səudiyyə  Ərəbistanı  gündəlik  neft  hasilatını  12,5  milyon 

barrel  təşkil  edir.  Xatırladaq  ki,    OPEK-in  məlumatlarına  görə  2015  –ci  ilin  iyun 

ayında dünyada gündəlik neft hasilatına görə ardıcıllıq belədir: [26.s 92] 

1. Səudiyyə Ərəbistanı - 11.725.68 barel. 

 2. ABŞ - 11.104.51 barel. 

 3. Rusiya - 10.396.97 barel. 

 4. Çin - 4.372.45 barel. 

 5. Kanada - 3.856.44 barel. 

 6. İran - 3.589.39 barel. 

 7. BƏƏ - 3.213.19 barel. 


 

78 


 8. İraq - 2.986.64 barel. 

 9. Meksika - 2.936.01 barel. 

 10. Küveyt - 2.796.79 barel.        

  22. Azərbaycan - 931.88 barel. 

OPEK-in    əsasnaməsinə  əsasən,  təşkilat  üzv  ölkələrin  birgə  neft  siyasətini 

dəstəkləyir,  onların    fərdi  və  kollektiv  maraqlarına  xidmət  edir,  sabit  gəlirlərin 

təminatının  təmin  edilməsinə  çalışır, beynəlxalq  bazarlarda  neftin  qiymətinə  nəzarət 

edir, zərərli və lazımsız qiymət tərəddüdlərinin aradan qaldırılmsına çalışır, təşkilata 

daxil olmamasından asılı olmayaraq  bütün neft ixrac edən ölkələrin stabil gəlir əldə 

etmələrinə  şərait  yaratmaq,  neft  təchizatçılarının  və  neft  istehlak  edən  ölkələrin 

maraqlarını  nəzərə  alaraq  neftin  təchizatında  müntəzəmliliyin  təmini  və  iqtisadi 

səmərəlliyiyə  nail  olunmasını  dəstəkləyir,  neft  hasilatın  yönəlmiş  investisiyaların 

rentabelliyinə şərait yaradır və digər tənzimləmə tədbirlərini həyata keçirir. OPEK-in 

əsas  qurucu üzvləri 1960-cı ildə təşkilatın yaradılması ilə bağlı imzalanmış Bağdad 

Konfransının iştirakçısı olan Venesuella, Səudiyyə Ərəbistanı, İran, İraq, Küveytdir. 

OPEK-ə  oxşar  maraqlara  xidmət  edən  bütün  ölkələr  üzv  ola  bilər  ancaq,  üzvlüyə 

namizəd  olan  ölkə  təşkilatın  bütün  üzvlərinin  ¾-  səs  çoxluğunu  toplamaqla  və  əsas 

qurucu  ölkələrin  hamısının  razılığı  olduğu  halda  qəbul  edilə  bilər.    Hazırda  neft 

ticarəti üzrə dünya bazarının demək olar ki, yarı hissəsi OPEK-in nəzarəti altındadır 

və bu səbəbdən də adı çəkilən bu təşkilat qiymət və hasilat səviyyələtinə əhəmiyyətli 

dərəcədə təsir edir.

 

OPEK təşkilatının tərkibinə 13 ölkə İran, İraq, Küveyt, Səudiyyə 



Ərəbistanı, Venesuela, Qətər, Liviya, BƏƏ, Əlcəzair, Nigeriya, Ekvador, İndoneziya 

və  Anqola  daxildir.  Təşkilatın  baş-qərargahı  Vyana  şəhərində  yerləşir.

 

 

Təşkilatın 



rəsmi dili ingilis dilidir. OPEK-in əsas funksiyalarına aşağıdakılar aiddir. 

 



İştirakçı ölkələrin neft siyasətinin koordinasiyası; 

 



Maraqların qorunması üçün effektiv və individual vasitələrin yaradılması; 

 



Dünya neft qiymətlərinin sabit olaraq qalmasını təmin etmək; 

 



OPEK üzvü olmayan neft ixrac edən ölkələrlə əməkdaşlıq. 

OPEK-in  dünya  neft  bazarındakı  yeri  və  rolu  onun  dünya  neft  bazarında  neftin 

tənzimləyicisi  kimi  xam  neftin  miqdarı  və  qiymətlərə  təsir  imkanları  ilə  müəyyən 

olunur.  Təşkilat  tərəfindən  dünya  bazarlarında  neftin  qiymətinin  sabit  saxlanılması 

məqsədilə hasilat kvotası müəyyənləşdirilir. Daha sonra müəyyən olunmuş ümumi  


 

79 


kvotalar  ölkələr  arsında  bölüşdürülür.  Dünya  neft  bazarında  qiymətlərin  bir  sıra 

növü vardır: 

-OPEK  üzvü  olan  ölkələrin  hökümətləri  tərəfindən  müəyyən  edilən  rəsmi  satış 

qiymətləri 

-OPEK-ə daxil olmayan ixracatçıların rəsmi satış qiymətləri. Bu qiymətlər həmin 

ölkələr  tərəfindən  OPEK-in  qiymət  səviyyəsindən,  bazarın  vəziyyətindən,  hasilat 

xərclərindən və s. asılı olaraq müəyyən olunur.  

-Müxtəlif düsturlara görə hesablanan qiymətlər, o cümlədən ―net-bek‖ qiymətləri 

-Azad  bazarda  fəaliyyət  göstərən    və  tələb-təklif  nisbətinin  təsiri  altında 

formalaşan birdəfəlik sövdələşmə qiymətləri 

-Birja sövdələşmə qiymətləri: Bu qiymətlər neft birjalarında birdəfəlik sövdələşmə 

qiymətləri , Bu da qısamüddətli dövr üçün xarakterikdir. 

-Neft məhsullarının növbəti reallaşması ilə birlikdə idxal ölkələrində neft emalına 

aid  kontraktların qiymətləri 

-Əmtəə mübadiləsi razılaşmalarının qiymətləri.  

Qeyd  edək  ki,  sadalanan  qiymət  növlərinin  əsasən  ilk  üçü  daha  çox  istifadə 

olunur.  Əgər bazarda qiymətlər OPEK-in hədəfindən aşağıdırsa qısa müddət ərzində 

istehsalı  azaltmaq  siyasəti  həyata  keçiriləcəkdir.  Əgər  qiymətlər  yuxarıdırsa,  proses 

tamamilə  tərsinə  çevriləcək,  OPEK  istehsalın  artımını  həyata  keçirəcək.  OPEK 

qiymətqoyma  mexanizmi  onun  hədəf  təyin  etdiyi  ―qiymət-dəhlizinin‖  əldə 

edilməsinə  xidmət  edir.  Lakin    dünya  neft  bazarınada  2014-cü  ilin  ortalarınadan 

başlayaraq  neftin  qiymətinin  kəskin  düşməsinə  və  hələ  də  aşağı  səviyyədə  təminən 

30-45 dollar  arasında tərəddüd etməsinə baxmayaraq,  OPEK heç bir tədbir görmür 

və bunu bazarda mövqelərini itirməmək üçün əksinə mövqelərini möhkəmləndirmək 

məqsədi  ilə  etdiklərini  bəyan  edirlər. Təşkilatın  struktur  rəhbərləri    hesab  edirlər  ki, 

ABŞ-in və digər OPEK-ə üzv olmayan ölkələrin təklifi artırması nəticəsində  dünya 

neft bazarında tarazlıq pozulmuşdur belə olan halda bazara müdaxilə edilməməli və o 

özü-özünü tənzimləməlidir.  

Xatırladaq  ki,  Azərbaycanın  OPEK-ə  üzv  olaması  ölkəmizin  maraqlarına  cavab 

vermir.  Təşkilata  üzvlük  nəticəsində  ölkə  üzərində  neftin  istehsalının  müəyyən 

səviyyədə  saxlanılması  barədə  öhdəliklərə  əməl  etməli  olacaqdır.  Nəticədə  neft 

istehsalının  azaldılması  ölkənin  iqtisadi inkişafına, imzalanmış  sazişlərin tələblərinə 

və    neft  sektoruna  investisiya  yatırmış  qərb  şirkitlərinin  maraqlarına  da  cavab 

vermiyəcəkdir. Bir sıra neqativ, arzuolunmaz  halların yaranmasına səbəb olacaqdır. 



 

80 


Ona görə də Azərbaycan bütün məsələləri nəzərə alaraq ―Qazaxıstan təcrübəsindən‖ 

bəhrələnmişdir.  Hazırda  Azərbaycan    OPEK-in  müşahidəçi  üzvüdür.  Bu  da 

Azərbaycana OPEK-in konfransında müşahidəçi qismində iştirak etmək  və təşkilatın 

dünya neft bazarında apardığı siyasətlə daha yaxından tanış olmaq hüququ verir.  

Neft  və  neft  məhsulları  bazarının  dövlət  tənzimlənməsinin  səmərəli  və 

məqsədə  uyğun  şəkildə  həyata  keçirilməsinin  nəticəsidir  ki,  ölkəmizin  enerji 

təhlükəsizliyi  təmin  olunmuş,  neft-qaz  hasilatının  artırılmış,  yeni  neft  və  qaz 

yataqlarının  kəşfiyyatı  və  mənimsənilməsi,  karbohidrogen  ehtiyatlarının  hasilatı, 

nəqli, emalı yüksək səviyyədə həyata keçirilir, neft-qaz sahədə yeni texnologiyaların, 

müasir  texniki  avadanlıqların  tətbiqi  nəticəsində  enerji  ehtiyatların  istehsal  gücü 

artırılmışdır.  Bütün  görülmuş  kompleks  tədbirlər  nəticəsində  özünün  enerji 

təhlükəsizliyini tam təmin etmiş Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyinin 

təminatında  da  strateji  tərəfdaş  missiyasını  yerinə  yetirmək  məramı  ilə  mühüm 

addımlar atmaqdadır.  

 

 


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin