Əlyazması hüququnda VƏLİyeva köNÜl nazim qizi



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə1/9
tarix05.03.2017
ölçüsü0,97 Mb.
#10069
  1   2   3   4   5   6   7   8   9

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ. 

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ. 

 

«MAGİSTRATURA  MƏRKƏZİ» 

                                                                                       Əlyazması hüququnda 

VƏLİYEVA KÖNÜL NAZİM QIZI 

 

“AZƏRBAYCANIN NEFT STRATEGİYASI VƏ ONUN XARİCİ 

TİCARƏT ƏLAQƏLƏRİNƏ TƏSİRİ” MÖVZUSUNDA   

 

MAGİSTR DİSSERTASIYASI 

 

İstiqamətin şirifti və adı                        ii060401    Dünya iqtisadiyyatı  

İxtisasın şirifti və adı                                                 Beynəlxalq ticarət 

Elmi rəhbər                                              Magistr proqramının rəhbəri 

(A.S.A., elmi dərəcəsi və elmi adı)     (A.S.A., elmi dərəcəsi və elmi adı)         

Dos. i.e.f.d  M.M.Məmmədli                                   i.e.n. M.M.Aslanova 

Kafedra müdiri                                                         prof. A.Ş.Şəkərəliyev  

                                                               (A.S.A., elmi dərəcəsi və elmi adı)      

 

 

BAKI - 2016 

 

 



 



MÜNDƏRİCAT 

GİRİŞ ...................................................................................................................3-6 

I Fəsil. Azərbaycan iqtisadiyyatının formalaşmasında  neft amilinin rolu 

1.1.


 

Neft  strategiyasının  mahiyyəti  və  ölkə  iqtisadiyyatının  inkişafında  onun 

rolu.......................................................................................................................7-17 

1.2.


 

Neft layihələrinin həyata keçirilməsinin  sosial-iqtisadi inkişafa təsiri.......... 17-26 

1.3. Neft layihələrinin həyata keçirilməsinin  normativ-hüquqi əsasları…...……26-37 

II Fəsil. Neft məhsullarından istifadənin müasir vəziyyəti və onun xarici ticarət 

əlaqələrinə təsirinin qiymətləndirilməsi 

2.1.  Neft  məhsullarının  xarici  ticarət  əlaqələrinə  təsirinin  müasir  vəziyyətinin 

müqaisəli təhlili və onun qiymətləndirilməsi  .......................................................37-50 

2.2.  Azərbaycanın  xarici  ticarət  əlaqələrində  neft  və  neft  məhsullarının  rolunun 

artması....................................................................................................................50-59 

III  Fəsil.  Azərbaycanın  neft  strategiyası  və  onun  xarici  ticarət  əlaqələrinə 

təsirinin təkmilləşdirilməsi  

3.1.  Neft  və  neft  məhsulları  ixracının  persispektivləri  və  neft  gəlirlərinin  perspektiv 

sahələrə yönəldilməsi............................................................................................60-71 

3.2.  Neft  və  neft  məhsulları  bazarının  dövlət  tənzimlənməsinin  səmərəliliyinin 

artırılması...............................................................................................................71-80 

3.3.  Neft  və  neft  məhsulları  ixracının  tənzimlənməsinin  təkmilləşdirilməsinin  əsas 

istiqamətləri və proqnozlaşdırılması......................................................................80-88 

 NƏTİCƏ VƏ TƏKLİFLƏR ..............................................................................89-90 

 İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI ............................................91-92 

РЕЗЮМЕ 

.....................................................................................................................................93 



SUMMARY…...........................................................................................................94 

 

 



GİRİŞ. 

Mövzunun  aktuallığı:  Azərbaycanın  neft  strategiyasının  təməli  1994-cü  il 

sentyabırın  20-sində  dünyanın  11  transmilli  neft  şirkətinin  iştirakı  ilə  çağdaş 

tariximizə  ―Əsrin  müqaviləsi‖  adı  ilə  düşmüş  neft  müqaviləsinin  imzalnması  ilə 

qoyulmuşdur.    Azərbaycanın  neft  strategiyası  neft-qaz  sənayesinin  inkişafı  üçün 

planlaşdırılmış məqsəd və strategiyanın həyata keçirilməsinə istiqamətlənərək, dünya 

iqtisadiyyatında  ölkəmizin  mövqeyinin  tanıtmış,  xarici  iqtisadi  əlaqələrin  inkişafına 

və  genişlənməsinə  töhfə  vermişdir.  Azərbaycanın    neft  strategiyasının  özəyi,  əsası 

olan ―Əsrin müqaviləsi‖nin  reallaşdırılması ölkəmizin inkişafına töhfə verəcək  yeni 

bir  yol, istiqamət  açdı.   Neft  strategiyası  çərçivəsində  reallaşdırılan  ardıcıl  tədbirlər, 

mühüm  infrastruktur  layihələri,  neft  sektorunun  sürətli  inkişafı,  ölkəmizin  dinamik 

sosial-iqtisadi   inkişafı  üçün  möhkəm  zəmin  yaratmışdır.  Milli  Neft  Strategiyasının 

uğurla  reallaşması  şəraitində  karbohidrogen  ehtiyatlarının  xarici  şirkətlərlə  birgə 

istismarı  və  ixracı  ildən  ilə  genişlənir  və  bunun  sayəsində  ölkəmizə  valyuta  daxil 

olmaları sürətlə artmaqdadır. Ölkəyə neft gəlirlərinin axını ilə əlaqədar olaraq, milli 

iqtisadiyyatın  infrastrukturunun  yenilənməsi,  ayrı-ayrı  sahələrin  modernizasiyası 

prosesləri  intensivləşdirilmiş,  neft  sektoru  inkişaf    edərək    ölkəmizi  sürətli  inkişafa 

aparan  lokomotivə  çevirmişdir.  Bu  imkandan  bəhrələnməklə,  Azərbaycan 

Respublikası  regionun  ən  sabit  və  dinamik  inkişaf  edən  ölkəsinə  çevrilmişdir.  Neft  

sektorundan gələn gəlirlər ölkəmizin həm neft, həm də qeyri-neft sektorunun  inkişaf 

etməsi üçün geniş imkanlar yaratmışdır. 

 Azərbaycanın həyata keçirmiş olduğu neft strategiyası ölkəmizin  xarici ticarət 

mövqelərinin  şaxələnməsinə,  ölkəmizin  geoiqtisadi  nüfuzunun  artmasında  şərait 

yaratmışdır.  Hazırda  Azərbaycan  dünyanın  165  ölkəsi  ilə  ticarət  əməkdaşlığı  edir. 

Azərbaycan  qonşu    ölkələrdən  Türkiyə  və  Gürcüstanın  neft-qaz  təminatınada 

əhəmiyyətli rol oynayır. Hazırda Azərbaycan Avropanın eneji təhlükəsizliyini təmin 

edəcək    layihələr  üzərində  çalışır.  «Şahdəniz»  yatağında  nəhəng  qaz  potensialının 

aşkarlanması  ölkəmizin  neft-qaz  strategiyasına  növbəti  konturlar  gətirmiş,  iqtisadi 

təhlükəsizliyin  möhkəmləndirilməsində  yeni istiqamətin  açılmasına  səbəb olmuşdur. 

Neft  və  qaz  amili    artıq  iqtisadiyatın  inkişafında  əsas    ―vasitəyə‖  çevrilmişdir.  Bu 

baxımdan seçdiyimiz mövzu günün aktual məsələlərdəndir. 

Problemin  öyrənilməsi  səviyyəsi.  Təməli  Ümummilli  Lider  Heydər  Əliyev 

tərəfindən  qoyulan  bu  strategiyanın  gerçəkləşməsi  və  beynəlxalq  neft  şirkətləri  ilə 

sazişlərin imzalanması sayəsində ölkənin neft ehtiyatlarının istismarına çoxmilyardlı 

xarici  investisiyalar  cəlb  edildi.  Azərbaycan  dünya  miqyasınada  tanınmağa  başladı, 

ölkəmizin  beynəlxalq  əlaqələrinin  genişlənməsinə  güclü  təkan  verildi.  Neft 

strategiyası  çərcivəsində  imzalanmış  beynəlxalq sazişlər ölkəmizin təhlükəsizliyinin 



 

təmin  olunmasına,  iqtisadiyyatın  sürətli  inkişafına,  sosial-iqtisadi  tərəqqiyə  səbəb 



olmuşdur. Azərbaycan regionun və Avropanın enerji təhlükəsizliyinin təminatçısına, 

beynəlxalq layihələrin iştirakçısına,  Cənubi Qafqaz regionunun ən zəngin və qüdrətli 

ölkəsinə  çevrilmişdir.    Azərbaycan  iqtisadiyyatının  formalaşmasında  neft    amilinin 

rolunu  yüksək  qiymətləndirən  ölkəmizin    bir  sira  alimləri

 

də  bu  problemi  tədqiq 



etmişdirlər.

 

Azərbaycanın 



alimlərindən 

X.B.Yusifzadə, 

E.M.Rüstəmov, 

Ə.N.Əlixanov,  S.A.Orucov,  Ə.B.Süleymanov,  B.Ə.Hacıyev,  Z.S.Abdullayev, 

G.Z.Yüzbaşovanın, T.Ə.Paşayev və başqalarının elmi araşdırmaları mühüm yer tutur. 

Müasir  qloballaşma  şəraitində  Azərbaycanın  neft  strategiyasını  inkişafı  xarici 

ticarət  əlaqələrinmiz  genişlənməsinə,  şaxələndirilməsinə,  ticarət  dövriyyəsinin 

artamsına, ölkəmizin dünya iqtisadiyyatına sürətli inteqrasiya etməsinə şərait yaradır. 

Bu  sahənin  inkişaf  qanunauyğunluqlarının  dərk  edilməsi  və  bu  yolda  qarşıya  çıxan 

problemlərin  həlli  yollarının  axtarılması,  göstərilən  istiqamətdə  elmi  araşdırmaların 

davam  etdirilməsi  zərurətini  yaradır.  Hazırda  Azərbaycanın  təbii  qaz  hasilatının 

artması  və  ixrac    perspektivləri    ―Yeni  Neft  Strategiyası‖nın  xarici  ticarət 

əlaqələrinin, 

 

iqtisadi  əlaqələrinin  inkişaf  etdirilməsində  məqsədyönlü,  effektiv  və 



çevik  strategiyanın  ölkəmizin  gələcək  inkişafında  oynaya  biləcəyi  həlledici  rol 

mövzunun  seçilməsini  şərtləndirmiş  və  bu  problemin  tədqiq  olunması  zərurətini 

müəyyən etmişdir. 

Tədqiqatın  əsas  məqsədi  və  vəzifələri:  Tədqiqatın  əsas  məqsədi  neft  strategiyasının 

ölkə iqtisadiyyatının inkişafında rolunu müəyyənləşdirmək,  neft layihələrinin həyata 

keçirilməsinin hüquqi təminatı, neft layihələrinin həyata keçirilməsinin sosial-iqtisadi 

inkişafa  təsiri,  neft  və  neft  məhsulların  ixracının  xarici  ticarət  əlaqələrinə  təsiri  ilə 

bağlı  mövcud  vəziyyətin  öyrənilməsi  və  onun  təkmilləşdirilməsi  yollarının  aşkar 

edilməsi, milli inkişaf istiqamətlərinin və üsullarının araşdırılması və bütün bunların 

konseptual qiymətləndirilməsi əsasında, milli iqtisadi mənafelər,  baxımından konkret 

təklif və tövsiyyələrin hazırlanması tədqiqat işinin əsas məqsədlərindəndir. 

Neft  stratefiyasının  vəzifəsi  isə    xarici  ticarət  əlaqələrinə  təsirinin  müasir 

vəziyyətinin  qiymətləndirilməsi,  strategiyasının  həyata  keçirilməsinin  məqsədinin 

inkişaf qanunauyğunluqlarının nəzəri-metodoloji təhlilinin həyata keçirilməsi, neft və 

neft  məhsullarının  ixrac  perspektivlərinin  müəyyənləşdirilməsi,  neft  və  neft 

məhsulları ixracının tənzimlənməsi, neft və neft məhsullar ixracının tənzimlənmənin 

təkmilləşdirilməsi,  neft  gəlirlərinin  perspektiv  sahələrə  yönəldilməsi,  neft  və  neft 

məhsullar ixracının istiqamətləri  və proqnozlaşdırılması  və s aiddir. 

Tədqiqatın  predmeti  və  obyekti.

 

Tədqiqatın  obyekti  Azərbaycanın  neft 



strategiyasının mahiyyəti və ölkə iqtisadiyyatının inkişafında onun rolunun müəyyən 

 

edilməsidir. Tədqiqatın predmeti neft və neft məhsullarının  xarici ticarət əlaqələrinə 



təsirinin qiymətləndirilməsidir. 

Tədqiqatın  nəzəri-metodoloji  əsasları.  İqtisaddiyyat  elmi  sahəsində  tanınmış 

alimlərin elmi əsərləri, prezidentin fərman və sərəncamları, problemlə bağlı mövcud 

ideyalar,    beynəlxalq  neft  sazişləri  və  müqavilələr  eləcə  də  digər  qanunvericilik 

aktları  dissertasiya  işinin  nəzəri-metodoloji  əsasını  təşkil  edir.  Tədqiqat  prosesində 

müqayisəli  təhlil  və  ümumiləşdirmə,  sistemli-struktur  və  sistemli-funksional,  analiz 

və  sintez,  induksiya  və  deduksiya  və  s.  kimi  metodlar,  prinsiplərdən  geniş  istifadə 

olunmuşdur.  

 

Tədqiqatın  informasiya  bazası.  Tədqiqatda  informasiya  bazasını  Azərbaycan 



Respublikası  Prezidentinin  fərman  və  sərəncamları,  qanunlar,  müvafiq  dövlət 

qurumlarının siyasət və hesabat sənədləri, Energetika Nazirliyinin, Dövlət Statistika 

Komitəsinin,  Dövlət  Neft  Fondunun,  Azərbaycan  Respublikasının  Dövlət  Neft 

Şirkətinin,  Azərbaycan  Dövlət  Gömrük  Komutəsinin,  Azərbaycan  Respublikası 

İqtisadiyyat  Nazirliyinin,    və  digər  qurum  və  şirkətlərin  rəsmi  elektron-məlumat 

bazaları,  həmçinin  müxtəlif  elmi  jurnalların,  dövri  mətbuatın  və  bu  mövzu  ilə 

əlaqədar olan kitabların məlumatları təşkil edir. 

Tədqiqatın  elmi  yeniliyi.  Neft  strategiyasının  mahiyyəti    və    əhəmiyyəti 

açıqlamışdır. Dissertasiyanın elmi yeniliyi aşağıdakılardır:  

 



Tədqiqatda  Azərbaycanın  neft  strategiyasının  mahiyyəti  və    iqtisadi  inkişafda 

rolu araşdırılmışdır; 

 

neft layihələrinin uğurları sistemləşdirilmişdir;  



 

neft  layihələrinin  həyata  keçirilməsinin  normativ-hüquqi  bazası  araşdırılaraq 



sistemləşdirilmişdir; 

 



xarici ticarət əlaqələrində neft və neft məhsullarını rolu araşdırılmışdır. 

 



 neft  məhsulları  bazarının  şaxələndirilmə  istiqaməti,  ixrac  perspektivləri 

dəyərləndirilmişdir; 

 

neft  gəlirlərinin  azalması  və  dünya  neft  bazarında  qiymətlərin  düşməsi  ilə 



əlaqədar müqayisəli təhlillər aparılmışdır; 

 



neft  və  neft  məhsulları  ixracının  tənzimlənməsinin  təkmilləşdirilməsinin  əsas 

istiqamətləri araşdırılmışdır; 

 

 neft sənayesinin şaxələndirilməsi  məsələləri tədqiq edilmiş və bu istiqamətdə 



əhəmiyyətli təkliflər işlənilmişdir

 



Neft  gəlirlərinin  perspektiv  sahələrə  qeyri-neft  sektoruna  yönəldilməsi 

istiqamətləri dəyərləndirilmiş, əhəmiyyətli təkliflər irəli sürülmüşdür və s. 



 

Tədqiqatın  praktiki 



əhəmiyyəti.  Neft  strategiyasının  əhəmiyyəti  elmi 

əsaslandırılmışdır.  Neft  strategiyasının  xarici  ticarət  əlaqələrinə  təsiri  araşdırılmış, 

müqaisəli  təhlillər  aparılmış,  xarici  ticarətdə  neft  və  neft  məhsullarının  rolu 

dəyərləndirilmiş  və  praktiki  əhəmiyyətli  konkret  təklif  və  tövsiyələr  irəli 

sürülmüşdür. Dissertasiya işindəki araşdırma, təhlil və tövsiyələrdən müasir şəraitdə 

yeni  neft  strategiyasının  işlənilməsində,  bu  mövzuda  növbəti  araşdırmaların 

aparılmasında istifadə oluna bilər. 

Dissertasiyanın strukturu. Magistr dissertasiyası giriş, 3 fəsil, nəticə və təkliflər, 

habelə  istifadə  edilmiş  ədəbiyyat  siyahısından,  резюме,  summary  ibarət  olmaqla  94 

səhifə həcmindədir. Dissertasiyada 13 cədvəl, 3 diaqram, 4 qrafik, 1 şəkildən istifadə 

edilmişdir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


 



       I Fəsil. Azərbaycan iqtisadiyyatının formalaşmasında  neft amilinin rolu. 



1.1.

 

Neft strategiyasının mahiyyəti və ölkə iqtisadiyyatının inkişafında onun 

rolu. 

Neft  müasir  zamanda  dünya  düzənində  zəruri  istehsal,  iqtisadi-maliyyə  resursu, 

sənaye  potensialının  əsas  energetik  komponenti  olmaqla  yanaşı,  həm  də  bu  resurs 

potensialı dünya siyasətində başlıca strateji hərbi və diplomatik qüvvəyə çevrilməyə 

imkan  verən,  siyasi-iqtisadi  strategiyanın  formalaşmasına  və    milli  gücün  mühüm 

faktoru  hesab  edilməkdədir.  Neft  elə  bir  resursdur  ki, o  müasir  cəmiyyətdə  yüksək 

qiymətləndirilir  və  bu  resurs  bütün  istehsal  sahələrinin

  kimya,  ərzaq,  tikinti,  kənd 

təsərrüfatı  və digər sənaye sahələrinin  əsas tərkib hissəsinə çevrilmiş bir resursdur.  

Belə ki, D.İ Mendeleyevdə  də  bu  xammalın tərkibinə xüsusi  yanaşmışdı onu  təkcə 

yanacaq-energetika  məhsulu  kimi  dəyərləndirməmişdi.  Karbohidrogen  ehtiyatları 

adlanan  neft  və  təbii  qazdan  2000-dən  çox  müxtəlif  adda  (maye  yanacaqlar,  üzvü 

turşular,  spirtlər,  sintetik  kauçuk,  zəhərli  maddələr,  suni  liflər,  plastik  materiallar, 

sintetik  yağ,  partlayıcı  maddələr,  gübrə,  dərman  preparatları)  maddələr  istehsal 

edilir. Neft və qazın böyük iqtisadi əhəmiyyəti vardır və iqtisadiyyatın elə bir sahəsi 

yoxdur ki, orada bu və ya digər formada neft məhsullarından və təbii qazdan istifadə 

edilməsin. Beləliklə, neft məhsulları hazırda heç bir xammalla əvəz olunmayan təbii 

sərvət  olaraq  qalır  və  yeni  enerji  mənbələri  yaradılana  kimi  neft  məhsullarından 

istifadə  ediləcəkdir.

  Onu  da  qeyd  edək  ki,  insanların    məişətdə  və  ictimai 

təsərrüfatlarda bütün yanacaq növlərindən  ən çox istifadə etdikləri neft məhsulları, 

daş kömür və torfdur. OPEK-in hesablamalarına görə dünya enerji balansının üçdə 

biri neftin payına düşür. 

Dьnyanэn əsas  enerji təchizatcэlarэ (OPEK-in proqnozlarэ)    Qrafik 1.

 

 

 



 

 

 



 

 

 



Mənbə: OPEC - World Oil Outlook 2014, s 48. 

 

 



Həcmi, mln barel



/gün 



Illərdəki 

dəyişikliklək 

%-



 

%-

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

2008 



2010 

2020 

2030  2008–2030 

2008 

2010 

2020 

2030 

Neft 


80.9 

80.4 


89.9 

97.6 


0.9 

35.7 


35.0 

32.7 


30.2 

Kцmьr 


64.8 

66.2 


80.1 

92.1 


1.6 

28.6 


28.8 

29.2 


28.5 

Qaz 


51.4 

52.1 


64.5 

79.1 


2.0 

22.7 


22.7 

23.5 


24.5 

Ataom  enerjisi 

14.4 

14.7 


16.9 

20.7 


1.7 

6.3 


6.4 

6.2 


6.4 

Hidroenerji 

5.5 

5.8 


7.3 

9.0 


2.3 

2.4 


2.5 

2.7 


2.8 

Bioyanacaq 

8.6 

9.2 


12.9 

17.5 


3.3 

3.8 


4.0 

4.7 


5.4 

Digəriləri

 

1.3 


1.5 

3.2 


6.8 

7.8 


0.6 

0.7 


1.2 

2.1 


Cəmi

 

226.8 



229.9 

274.8 

322.9 

1.6 

100.0 

100.0 

100.0 

100.0 

 

Dünyanın  şərti  yanacaq  ehtiyatları  bölgüsündə    neft  və  təbii  qaz  27%  paya 



malikdir. Bu müvafiq daş-kömür ehtiyatlarından 2 dəfədən də azdır. Lakin bununla 

belə  istehsalda  və  hasilatda  fərqli  mənzərə  mövcuddur.  Burada  neft  və  qazın  həcmi 

67-70% təşkil edərək daş-kömür hasilatından 2 dəfə çoxdur.  Neftin və qazın dünyəvi 

ehtiyatları haqqında məlumatlar müxtəlifdir. Bu da ehtiyatlarlar amilinin dəyişkənliyi 

və  dinamikliyi  ilə  izah  edilir.  Son  onilliklərdə  güclənən  axtarış-kəşfiyyat  işləri, 

innovasion  naliyyətlər  ehtiyatlar  potensialının  artımına  xeyli  təsir  göstərmişdir.  XX 

əsrin  sonunda  dəqiqləşdirilmiş  məlumatlarda  dünya  neftinin  həqiqi  ehtiyatları  136 

milyard ton, kəşf edilmiş ehtiyatlar 900 milyard ton təşkil edir. Təbii qaz ehtiyatları 

isə  141  trilyon  kubmetr  hesablanır.  Əsas  neft  istehsalçıları  və  ixraçatcılarını  təmsil 

edən  OPEK  ölkələri  dünya  neft  ehtiyatlarının  77%,  qaz  ehtiyatlarının  41%-ə 

malikdir.  Neft-qaz  resurslarına  tələblərin  neçə  illər  ödənəcəyi  haqqında  mülahizələr 

də  müxtəlifdir.  Bunun  da  ən  azı  50  il,  ən  çoxu  isə  2-3  əsr  sürəcəyi  ehtimal  edilir. 

Dünyada neft-qaz hasilatı hər il artmaya məruz qalır. Regional bölgüdə Yaxın Şərq 

ölkələri liderlik edir. Burada ehtiyatların həcmi 90 milyard ton hesablanır. Yaxın Şərq 

ölkələri hər il 900-950 milyon ton neft çıxararaq hasilatda da liderlik edirlər. Böyük 

neft  ehtiyatları  Amerika  qitəsində,  Avropada  və  Afrikada  yetərincədir.  Son  illər 

Avstraliyada  da  xeyli  miqdarda  yeni  neft-qaz  resursları  kəşf  edilmişdir.  Dünya  neft 

ehtiyatlarının cəm olduğu ən böyük ölkə Səudiyyə Ərəbistanıdır. Burada dünya neft 

ehtiyatlarının  1/4-i  cəmləşmişdir.  Neft-qaz  ehtiyatları  hazırda  quru  yataqlarda 

istismar edilməklə yanaşı, həm də dənizdə hasil edilir. Dəniz şelfində indi 2000-dən 

çox neft-qaz yatağı aşkarlanmışdır. Dünyanın şərti yanacaqdan istifadəyə ehtiyacları 

hər il artmaqdadır.[1.s 91] 

Dərin  mənəvi,  mədəni,  elmi  iqtisadi,  potensiala,  əlverişli  coğrafi-siyasi  mövqeyə 

malik  Azərbaycan  həm  də  özünün  müxtəlif    təbii sərvətləri  ilə xüsusən də   neft-qaz 

ehtiyatları ilə  zəngindir. Bu potensiala malik olmamız uzun əsrlər xalqımızın rifahına 

xidmət  etmişdir.  Azərbaycanın  neft  sənayesi  və  onun  ―Neft  strategiyası‖nın 

yaranması dövrünədək keçdiyi tarixi yola qısaca nəzər salaq:  

Azərbaycanda  neft  hasilatı  haqqında  məlumatlar  erkən  orta  əsr  alim  və 

səyyahlarının  əsərlərində  rast  gəlinir  və  bu  məhsulun  böyük  gəlirlər  gətirdiyi 

söylənilmişdir.

 

Dünyada  ilk  qədim  neft  diyarı  kimi  tanınmış  Azərbaycanda  neftin 



sənaye  üsulu  ilə  hasilatı  hələ  XIX  əsrin  ortalarından  başlanmışdır.  1848-ci  ildə 

Bakıda,  Bibiheybət  yatağında  qazılmış  quyudan  vurmuş  neft  fontanı  Azərbaycanda 

―qara  qızılın‖  sənaye  üsulu  ilə  çıxarılmasının  ilin  təməli  olmuşdur.  1901-ci  ildə 

Azərbaycan 11,5 mln ton neft hasil edərək dünyada birinci yerə çıxmışdır. 

 

XIX əsrin 



70-ci  illərindən  etibarən  Azərbaycan  neft  sənayesinə  xarici  kapitalın  güclü  axını 

müşahidə edilmişdir. Ölkədə əsil neft bumu XIX əsrin sonu – XX əsrin əvvəllərində 

 


 

 geniş  vüsət  almışdır.  1949-cu  ildə  açıq  dənizdə,  Bakı  şəhərindən  100  kilometr 



məsafədə o zaman üçün nadir yataq sayılan ―Neft Daşlarında‖  vuran fontan dənizdə 

neftçıxarmanın  yeni  mərhələsinin  əsası  qoymuşdur.  Dünyada  ilk  dəfə  olaraq  açıq 

dənizdə neft çıxarmağa başlamış ölkə Azərbaycan  olmuşdur.

 

Azərbaycan  müstəqillik  əldə  etdikdən  sonra  90-cı  illərin  əvvəllərində  bir  çox 



çətinliklərlə  üzləşmişdir.  Erməni  işğalşıları  tərəfindən  müharibəyə  təhrik  edilmişdi, 

ölkə  müharibə  vəziyyətində  idi.  SSRİ-nin  keçmiş  respublikaları  ilə  Azərbaycan 

Respublikası  arasında  iqtisadi  əlaqələrin  qırılması,  respublika  ərazisində  qeyri-

sabitliyin mövcud olması, maliyyə və texniki təchizatın sıfra enməsi nəticəsində neft 

və  qaz  sənayesi  də  ağır  vəziyyətə  düşmüşdü.  1993-cü  ildə  Heydər  Əliyevin  ölkə 

rəhbərliyinə  qayıdışından  dərhal  sonra  qısa  müddət  ərzində  sabitlik  bərpa  olundu, 

ölkənin  iqtisadi  durumunu  yaxşılaşdırılması  üçün  addımlar  atılmağa  başlandı. 

Mövcüd  vəziyyətdə  ölkəni  çətinlikdən  çıxarmağın  ən  optimal  yolunu  düzgün  və 

dəqiq müəyyənləşdirən Heydər Əliyev neft sənayesini seçdi və respublikaqmızın həm 

iqtisadi, həm də diplomatik inkişafında bu yol xalqımızın uğurlu gələcəyinə işıq salan  

bir addım olmuşdu. Həmin dövrdəki çətinliklər(maliyyə, texniki və digər) problemlər 

"Azəri",  "Çıraq",  "Günəşli"  kimi  yataqların  işlənməsinə  imkan  vermirdi.  Neft 

sənayesində  yaranmış  çətin  vəziyyətdən  çıxmaq  və  ölkəmizin  karbohidrogen 

ehtiyatlarının mənimsənilməsi üçün iki variantdan birini seçmək lazım idi. Ya 15-20 

il  ölkəmizin  maliyyə-iqtisadi  vəziyyətinin  əlverişli  olmasını  gözləmək,  ya  da  xarici 

neft şirkətlərini dəvət etmək.  Əslində o dövrdə bu işin öhtəsindən gəlmək çox ağır 

bir məsələ idi beləki xarici investorlar, kapital sahibləri Azərbaycana çox riskli dövlət 

kimi  baxılırdılar.  Lakin  milli  lider  Heydər  Əliyevin  qətiyyəti,  apardığı  uğurlu  neft 

diplomatiyası ilə  bu işin öhtəsindən gəldi və iri xarici neft şirkətlərini Azərbaycana 

dəvət etmək qərarına gəldi. ―Yeni neft strategiyası‖ tez bir vaxtda işlənib hazırlandı.  

Azərbaycanın 

neft  strategiyası  neft-qaz  sənayesinin  inkişafı  üçün 

planlaşdırılmış  məqsəd  və  strategiyanın  həyata  keçirilməsini  nəzərdə  tutur.  Neft 

strategiyasının  mahiyyəti  əsəs  neft  sənayesi  istiqamətində  həyata  keçirilmiş  və  ya 

keçiriləcək  layihə,  proqram  və  tədbirlər  toplusunu  xarakterizə  edir.  Strategiyasının 

mahiyyəti özündə sahənin bütün mövcud potensialını(elmi-texniki potensialı və onun 

istehsal-satış  imkanlarını  nəzərə  alır)  və  onun  gələcək  gücünü  perspektivliyini, 

likvidliyini  qiymətləndirmək,  mühitin  təhlilini,  öyrənilməsini,  səmərəlilik  həddini, 

maliyyə  imkanlararının  aşkarlanmasını  xarakterizə  edən  imkanlar  məcusunu 

şərtləndirir.  Sahənin  iqtisadi  siyasətinin  işlənib  hazırlanması  aşağıdakıları  nəzərdə 

tutur:  

1.

 



sahənin  və  onun  ayrı-ayrı  struktur  bölmələrinin  strateji  məqsəd  və  vəzifələrinin 

formalaşdırılmasını və əsaslandırılmasını;  



 

10 


2.

 

sahənin  istehsal-təsərrüfat  fəaliyyətinin  güclü  müsbət  və  zəif  qüsurlu  tərəflərinin 



müəyyənləşdirilməsini və araşdırılmasını. Sahənin istehsal-təsərrüfat fəaliyyətinin 

araşdırılmasında  ən  mühüm  vəzifə,  tapşırıq  və  sifarişlərin  yerinə  yetirilməsi 

yekunlarının  qiymətləndirilməsi,  tapşırıq  və  normativlərdən  kənarlaşmaya  səbəb 

olan amillərin müəyyənləşdirilməsi və ölçülməsi, istehsaldaxili ehtiyatların aşkara 

çıxarılması  və  səfərbərliyə  alınması,  elmi  cəhətdən  əsaslandırılmış  proqramların 

işlənib hazırlanması üşün tələb olunan informasiyanın hazırlanmasından ibarətdir;  

3.

 

sahənin mövcud və gələcəkdə mümkün olacaq istehsal-təsərrüfat fəaliyyətinin son 



nəticələrinin  qiymətləndirilməsini  və  istehsal-təsərrüfat  fəaliyyətinin  son 

nəticələrinin səmərəliliyini, ictimai tələblərə və ehtiyaclara uyğun gəlməsini ifadə 

edir. Sahə miqyasında istehsal-təsərrüfat fəaliyyətinin son nəticələrini əks etdirən 

ən mühüm göstəricilər, müqavilələr üzrə malgöndərmə tapşırıqlarının tam yerinə 

yetirilməsindən,  əmək  kollektivinin  sərəncamına  daxil  olan  mənfəətin  təsərrüfat 

hesablı  gəlirin həcmindən,  əmək,  material  və  maliyyə  ehtiyatlarından  istifadənin 

səmərəliliyindən ibarətdir;  

4.

 



sahənin  mikro  və  makro  mühitinin  təhlilini,  öyrənilməsini  və  praktikada  ondan 

geniş  istifadə  olunmasını.  Mikro  mühitdə  olan  sahəyə  və  müştərilərə  xidmət 

göstərilməsi 

imkanlarına 

bilavasitə 

aidiyyəti 

olan 

qüvvələrlə, 



yəni 

malgöndərənlərlə, müştərilərlə, vasitəcilərlə, rəqiblər və ünsiyyət auditoriyaları ilə 

əlaqədardır.  Makromühit  isə  mikromühitə  təsir  göstərən  geniş  sosial  planlı 

qüvvələrlə,  məsələn,  demoqrafik,  iqtisadi,  təbii,  elmi-texniki,  siyasi  və  mədəni 

xarakterli amillərlə ifadə olunur;  

5.

 



sahənin 

istehsal-təsərrüfat 

fəaliyyətinin 

inkişaf 


alternativlərinin 

müəyyənləşdirilməsini;  

6.

 

sahənin illik büdcəsinin tərtib edilməsini.  



Bilirik  ki,  hər  bir  strategiya  konkret  məqsədə  xidmət  etdir  və  əgər  sahənin 

istehsal-təsərrüfat  fəaliyyətinin  məqsədi  dəyişilərsə,  onun  strategiyası  da 

dəyişilməlidir.

 

Məqsədin  müəyyənləşdirilməsi  -  konkret  idarəetmə  səviyyəsində 



idarəcilik  qərarlarının  qəbul  edilməsi  deməkdir.  Bu,  müvafiq  strateji  vəzifələrin 

işlənib hazırlanmasını tələb edir. Sahənin ümumi və spesifik məqsədləri fərqləndirilir. 

Ümumi  məqsədlər  sahənin  gələcək  dövrlərdəki  inkişaf  perspektivlərini  özündə  əks 

etdirir.  Aşağıdakı  göstəricilərdən  istifadə  etməklə  sahənin  ümümi  məqsədlərini 

müəyyənləşdirmək  mümkündür: 

1.

 



Sahənin  optimal  rəqibinin  müəyyən  edilməsi  üzrə:  satış  həcminin  artma  tempi; 

mənfəət  norması  və  istehsalın  rentabellik  səviyyəsi,  vahid  səhmdən  əldə  edilən 

gəlir,  kapitalın  strukturu;  səhmin  qiyməti,  dividendin  səviyyəsi,  əmək  haqqının 

ödənilməsi fondunun həcmi, məhsulun rəqabət qabiliyyəti;  



 

11 


2.

 

Sahənin  dayanaqlı  vəziyyətinin,  pozisiyasının  təmin  edilməsi  üzrə:  elmi-tədqiqat 

işlərinin həyata keçirilməsinə və yeni növ məhsulların işlənib hazırlanmasına sərf 

edilən  xərclərin  məbləği,  istehsal  xərclərinin  azaldılması  faizi,  buraxılan 

məhsulların  bazar  qabiliyyətliliyinin  artırılması,  yeni  əlverişli  bazarların  axtarılıb 

tapılması,  yeni  satış  bazarlarının  layihələşdirilməsi,  sahənin  xarici-iqtisadi 

fəaliyyətinin təşkili və onun səmərəlilik dərəcəsi, investisiya qoyuluşunun həcmi; 

sahənin əmək resursları ilə təminatı, sosial məsələlərin həllinə yönəldilən vəsaitin 

həcmi və sair;  

3.

 



Sahənin yeni fəaliyyət növünün və inkişaf istiqamətinin işlənib hazırlanması üzrə: 

sahənin  struktur  siyasətinin  işlənib  hazırlanması,  yeni  məhsul  növlərinin 

yaradılması və mənimsənilməsi; səhmlərin həcminin müəyyən edilməsi; 

Sahənin  spesifik  məqsədləri,  onun  ümumi  məqsədləri  əsasında  müəyyənləşdirilir. 

Sahənin spesifik məqsədlərinə aşağıdakılar aiddir: 

 



sahənin hər bir struktur bölməsi üzrə rentabelliyin təmin edilməsi üzrə məqsədlər  

ozundə  məhsul  iş,  xidmət  satışından  əldə  edilən  mənfəətin  səviyyəsini,  mənfəət 

normasını,  mənfəətin  illik  artım  tempini,  vahid  səhmə  görə  dividendin  kütləsini 

əks etdirir;  

 

elmi-tədqiqat  işləri  üzrə  məqsədlər  -  yeni  növ  məhsulların  yaradılması  və 



mənimsənilməsi,  buraxılan  məhsulların  bazarın  tələblərinə  uyğunluq  dərəcəsinin 

müəyyənləşdirilməsi, istehsalın texniki-iqtisadi səviyyəsinin təkmilləşdirilməsi və 

yaxşılaşdırılması üzrə işləri əhatə edir;  

 



məhsul  satışı  üzrə  məqsədlər  -  müəyyən  satış  həcminə  nail  olmağı,  bazarda 

məhsul  satışı  həcminin  artırılmasını,  yeni  məhsul  növlərinin  mənimsənilməsini, 

bölgü üzrə tələblər sistemini nəzərdə tutur;  

 



istehsal  üzrə  məqsədlər  -  özündə  mövcud  maddi-texniki,  əmək  və  maliyyə 

resurslarından daha səmərəli istifadə edilməsini təmin edən normativ göstəricilərin 

müəyyənləşdirilməsini,  müxtəlif  proqramların  işlənib  hazırlanmasını,  istehsal 

xərclərinin  azaldılmasını  və  məhsulun  keyfiyyəti  üzərində  nəzarətin  təşkilini, 

mövcud  məhsulların  təkmilləşdirilməsini  və  yeni  növ  məhsullar  buraxılışının 

təmin  olunmasını,  mənfəətin  bölüşdürülməsinin  konkret  forma  və  metodlarının 

işlənib hazırlanmasını, vergiqoymanın minimumlaşdırılmasını və sairi əks etdirir.  

Strategiyanın işlənib hazırlanmasının və həyata keçirilməsinin mahiyyəti sahənin 

istehsal-təsərrüfat  fəaliyyətinin  daha  da  inkişaf  etdirilməsinin  müxtəlif,  alternativ 

variantları içərisindən ən səmərəli variantı seçib onun istehsal-təsərrüfat fəaliyyətini 

həmin istiqamətə yönəltməkdən ibarətdir. Bütövlükdə sahənin strategiyasının işlənib 

hazırlanması  yuxarı  idarəetmə  pillələrində  həyata  keçirilir  və  aşağıdakı  vəzifələrin 

həllinə xidmət edir:  

 


 

12 


I. SOCAR-ın strateji məqsədinin işlənib hazırlanması - uzun dövr ərzində SOCAR-in 

iqtisadi  inkişafının  ümumi  istiqamətlərini  müəyyən  edir  və  iri  miqyaslı  vəzifələrin 

həllini nəzərdə tutur. Müasir dövrdə SOCAR-ın strateji məqsədi istehsalın və ictimai 

həyatın  bütün  tərəflərinin  kökündən  yeniləşdirilməsinə  yönəldilmişdir.  Həyata 

keçirilməkdə  olan  iqtisadi  məqsədi  bütün  aspektlərdə  -  iqtisadi,  sosial,  siyasi  və 

mədəni  aspektlərdə  bazar  iqtisadi  sisteminin  mütərəqqi  xarakterini  dolğun  açıb 

göstərməkdən ibarətdir;  

II.  SOCAR-ın  mövcud  imkanlarının  və  ehtiyatlarının  qiymətləndirilməsi  -  ən  yeni 

texnika  və  ondan  maksimum  istifadə  əsasında  istehsalın  intensivləşdirilməsinin  və 

şirkətin  sosial-iqtisadi  inkişafının  sürətləndirilməsinin  mühüm  zəminidir.  İmkan  və 

ehtiyatların  həcmi  fiziki  vahidlə,  yaxud  dəyər  ifadəsində,  dövriyyəsinin  sürəti  isə 

istehsalı təmin etmə günləri ilə ölçülür;  

III.  SOCAR-ın  marketinq  fəaliyyəti  sahəsindəki  meylin  təhlili  -  aşkar  edilmiş 

qüsurları  aradan  qaldırmağa  və  bu  sahədəki  ehtiyatlardan  istifadəyə  yönəldilən 

qərarların  qəbul  edilməsi  və  həyata  keçirilməsinə  imkan  verir.  Digər  tərəfdən, 

marketinq  fəaliyyətinin  təhlili  iş  keyfiyyətinin  və  effektivliyinin  yüksəldilməsində 

mühüm  rol  oynayır.  Bazar  iqtisadiyyatına  keçid  dövründə  müəssisə  və  sahələrin 

müstəqilliyinin  genişləndirilməsi,  öz  xərcini  ödəmə  və  özünü  maliyyələşdirmə 

prinsiplərinə  keçirilməsi  istehsal  ehtiyatlarının  aşkara  çıxarılmasında,  rentabelliyin 

təmin olunmasında, səmərəsiz məsrəflərin və itgilərin aradan qaldırılmasında təhlilin 

rolunu artırır;  

IV. 


SOCAR-ın 

strateji  strategiyasının  alternativ  yolunun,  istiqamətinin 

qiymətləndirilməsi  -  bu  və  ya  digər  istehsal-təsərrüfat  fəaliyyətini  həyata  keçirmək 

ücün mövcud xərclərin sərf olunmasının iqtisadi cəhətdən nə dərəcədə əlverişli olub-

olmamasının müəyyənləşdirilməsi zəruriliyindən doğur. Başqa sözlə, mövcud iqtisadi 

ehtiyatları mümkun təsərrüfat fəaliyyətlərindən hansına yönəltmək məsələsi meydana 

çıxdıqda alternativ strategiyanı müəyyənləşdirmək lazım gəlir;  

V.  Perspektiv  dövr  üçün  strategiyanın  müəyyənləşdirilməsi  –  dövlət  tərəfindən 

sahədə iqtisadi və sosial inkişafın istiqamətləri əsasında SOCAR ilə xarici dövlətlərin 

aparıcı  neft  şirkətləri  arasında  bağlanmış  kontraktları  nəzərə  almaqla  işlənib 

hazırlanır.  Elmi-texniki  tərəqqinin  sürətləndirilməsi,  iri  miqyaslı  proqramların  və 

sahənin  struktur  cəhətdən  yenidən  qurulmasına  dair  tədbirlər  sisteminin  həyata 

keçirilməsi  şəraitində  perspektiv  dövr  üçün  neft  strategiyanın  rolu  xeyli  dərəcədə 

artır;  


VI.  Operativ  proqramların  və  onlara  müvafiq  büdcələrin  işlənib  hazırlanması  - 

istehsal  prosesinin  bütün  pillələrinin  fəaliyyətinin  qarşılıqlı  əlaqələndirilməsinə  və 

uzlaşdırılmasına,  bütün  istehsal  bölmələrinin  mümkün  ola  biləcək  fasilələrinin 

qarşısını  almağa,  ahəngdar  işin  və  məhsul  buraxılışının  birqərarlılığının  təmin 

etməyə,  iş  yerlərinin  xammal,  material,  yanacaq  və  enerji  ilə  təhciz  etməyə  imkan 


 

13 


verir.  Müasir  hesablama  texnikasının  tətbiqi  və  avtomatlaşdırılmış  idarəetmə 

sistemlərinin  yaradılması  və  tətbiqi  operativ  proqramların  işlənib  hazırlanmasının 

səmərəliliyini xeyli artırır;  

VII. Konkret meyarların vasitəsi ilə SOCAR-ın istehsal fəaliyyətinin son nəticələrinin 

qiymətləndirilməsi  -  sahənin  istehsal-təsərrüfat  fəaliyyətindəki  müsbət  və  qüsurlu 

cəhətləri aşkar etməyə və sahənin iqtisadi inkişafına dair düzgün idarəetmə qərarların 

qəbul edilməsinə imkan verir.  

Yuxarıda göstərilən vəzifələrin həll edilməsi üçün sahənin strategiyasının işlənib 

hazırlanması prosesində aşağıdakılar həyata keçirilir:

  

1.



 

sahənin  mövqeyinin  möhkəmləndirilməsini,  kommersiya,  texnoloji  və  sosial 

sahəsinin inkişafını təmin edən sahədaxili və sahəxarici amillər təhlil edilir;  

2.

 



sahənin  iqtisadi  inkişafının  alternativ  variantları  işlənib  hazırlanır  və  onların 

arasında ən səmərəli, optimalı seçilir;  

3.

 

sahənin iqtisadi inkişafı üçün müvafiq idarəetmə qərarları qəbul edilir.  



Sahənin  iqtisadi  inkişaf  strategiyasının  bazar,  planlaşdırma,  nəzarət,  yüksəliş, 

marketinq,  xarici  bazara  çıxmaq  növləri  vardır.  Sahənin  bazar  strategiyası  -  sahə 

tərəfindən  buraxılan məhsulların  rəqabətqabiliyyətinin  yüksəldilməsinə, konkret  növ 

məhsul  və  texnologiyanın  işlənib  hazırlanmasına  xidmət  edir.  Planlaşdırma 

strategiyası  -  sahənin  məqsəd  və  vəzifələri,  onun  potensial  imkanları  və  şansları 

arasında  strateji  uyğunluğun  yaradılmasının  və  qorunub  saxlanılmasının  idarə 

edilməsi prosesidir. O, sahənin proqramına, məqsəd və vəzifələrin mövcudluğuna və 

artım  strategiyasına  istinad  edir.  Planlaşdırma  strategiyası  planlaşdırma  sahəsində 

çalışan  menecerləri,  təsərrüfat  rəhbərlərini  daim  gələcək  haqqında  düşünməyə 

həvəsləndirir, sahənin səylərinin daha dəqiq əlaqələndirilməsinə imkan verir, nəzarət 

üçün  əlverişli  şərait  yaradır,  sahəni  öz  məqsəd  və  vəzifələrini  daha  düzgün 

müəyyənləşdirməyə  məcbur  edir,  sahəni  gözlənilməz  dəyişikliklərə  qarşı  daha 

hazırlıqlı edir və bütün menecerlərin, rəhbər şəxslərin vəzifələrinin qarşılıqlı əlaqəsini 

daha aydın şəkildə nümayiş etdirir. Nəzarət - sahənin proqramları çərcivəsində əldə 

edilmiş  nəticələrin  ölçülməsi,  təhlili  və  müvafiq  düzəlişlərin  aparılması  deməkdir. 

Strategiyanın  nəzarət  sistemi  sahənin  fəaliyyətinin  səmərəli  və  təsirli  olduğunu 

müəyyənləşdirmək üçündür. Nəzarət strategiyasının aşağıdakı üç tipi vardır və onlar 

aşağıdakılardır:  

1.

 

illik  proqramların  yerinə  yetirilməsinə  nəzarət.  Prosesinin  həyata  keçirilməsində 



məqsəd şirkətin konkret il üçün nəzərdə tutulmuş satış, mənfəət və sair məqsədli 

parametrləri  həqiqətən  əldə  etdiyinə  əmin  olmaqdır.  İllik  proqramların  yerinə 

yetirilməsinə  nəzarət  zamanı  bəzi  suallara,  o  cümlədən  biz  nəyə  nail  olmaq 

istəyirik?, nə baş verir?, bu nəyə görə baş verir? və vəziyyəti düzəltmək üçün nə 

etmək lazımdır? suallarına cavab müəyyənləşdirilir;  


 

14 


2.

 

mənfəətliliyə  nəzarət  -  ayrı-ayrı  əmtəələr,  ərazilər,  bazar  seqmentləri,  ticarət 

kanalları  və  müxtəlif  həcmli  sifarişlər  üzrə  öz  fəaliyyətinin  rentabelliyini 

yoxlamağı  nəzərdə  tutur.  Bu,  müxtəlif  əmtəələrin  istehsalını,  bu  və  ya  digər 

istehsal fəaliyyətini genişləndirmək, hansı istehsal xərclərini ixtisar etmək, yaxud 

tamamilə aradan qaldırmaq haqqında qərarın qəbul edilməsinə imkan verir;  

3.

 

strateji  nəzarət  -  vaxtaşırı  olaraq  sahənin  ümumi  istehsal  nəticələrini 



qiymətləndirməyə imkan verir.  

Sahənin  yüksəliş  strategiyası  -  hansı  istehsalların  dayandırılmasının,  öz 

qüvvələrini  hansı  sahələrə  yönəldilməsinin  arzu  olduğunu  aşkar  etməyə 

yönəldilmişdir.  Yüksəliş  strategiyasını  aşağıdakı  üç  səviyyədə  aparılmış  təhlil 

əsasında işləyib hazırlamaq olar:  

Hazırkı  fəaliyyət  miqyası  daxilində  sahənin  istifadə  edə  biləcəyi  imkanlar  aşkar 

edilir.  Buna  intensiv  artım  imkanları  deyilir.  İntensiv  artım  imkanları  sahənin  öz 

mövcud əmtəələrinə xas olan imkanlardan axıradək istifadə edildiyi hallarda özünün 

doğruldur.  İntensiv artımın əsas istiqamətlərinə aiddir:  

 



bazara dərindən daxil olma  - sahənin daha düşünülmüş strategiyası sayəsində 

mövcud  əmtəələrin  konkret  bazarda  satışının  artırılması  yollarının  axtarılması 

deməkdir;  

 



bazar  hüdudlarının  genişləndirilməsi  -  mövcud  əmtəələrin  yeni  bazarlara 

çıxarılması sayəsində satışı artırmaq üçün göstərdiyi cəhdlərdir;  

 

əmtəənin  təkmilləşdirilməsi  -  sahənin  mövcud  bazarlarında  satılan  əmtəələrin 



möhkəmləndirilməsi  və  ya  yerlərinin  yaradılması  hesabına  satış  həcmini  artırmaq 

cəhdidir.  

Sahənin  əsas  fəaliyyət  sahələrinin  digər  sahələrlə  birləşdirilməsi  imkanları 

müəyyənləşdirilir. Buna birgə artım imkanları deyilir. Birgə artım imkanları fəaliyyət 

sahəsinin möhkəm mövqeyi və ya sahə daxilində reqressiv (geriyə doğru), mütərəqqi 

(irəliyə  doğru)  və  üfüqi  istiqamətdə  hərəkət  hesabına  əlavə  fayda  götürülməsinin 

mümkun  olduğu  hallarda  özünü  doğruldur.  Odur  ki,  birgə  artım  imkanlarının 

aşağıdakı üç növünü fərqləndirirlər:  

??? reqressiv birləşmə - şirkətin malgöndərəninin sahibkarına çevrilməsi və ya onları 

daha ciddi nəzarət altına almaq cəhdlərindən ibarətdir;  

???  tərəqqi  birləşmə  -  şirkətin  bölgü  sistemini  öz  mülkiyyətinə  keçirmək  və  ya  ona 

nəzarəti daha da gücləndirmək üzrə göstərdiyi səylərdir;  

???  üfüqi  birləşmə  -  şirkətin  bir  sıra  rəqib şirkətləri öz  mülkiyyətinə keçirmək  və  ya 

ciddi nəzarət altına almaq cəhdləridir.  

???  sahənin  hüdudlarından  kənarda  açılan  imkanlar  aydınlaşdırılır.  Buna 

diversifikasiya  artımı  imkanları  deyilir.  Diversifikasiya  artımı  imkanları 

sahədaxilində  şirkətin  iqtisadi  artımına  imkan  olmadıqda  və  ya  bu  sahə 


 

15 


hüdudlarından  kənarda  iqtisadi  artımın  daha  cazibədar  olduğu  hallarda  özünü 

doğruldur.  

Marketinq strategiyası - təşkilat vahidinin öz marketinq vəzifələrinin həlli üçün 

istifadə etdiyi səmərəli, məntiqi nəzəriyyədir. O, özündə məqsədli bazarlar, marketinq 

kompleksi  və  marketinq  xərcləri  səviyyəsi  üzrə  konkret  strategiyaları  birləşdirir. 

Marketinq strategiyası sahənin əsas qüvvələrinin cəmləşdiriləcəyi bazar seqmentlərini 

dəqiq göstərməlidir. Bu seqmentlər verilən üstünlüklərə, cavab reaksiyasına və gəlir 

səviyyəsinə  görə  bir-birindən  fərqlənirlər.  Sahə  öz  səylərini  və  qüvvələrini  rəqabət 

baxımından daha yaxşı xidmət göstərə biləcəyi seqmentlərdə cəmləşdirərsə, daha çox 

mənfəət əldə etmiş olar.  

Xarici  bazara  çıxmaq  strategiyası  -  müasir  dövrdə  ən  mühüm  strategiyalardan 

biridir. Xarici ölkələrdə satışı təşkil etmək qərarına gəlməkdən öncə sahə beynəlxalq 

marketinq  mühitinin  xüsusiyyətlərini  dəqiq  öyrənməli,  beynəlxalq  ticarət  sisteminə 

xas  olan  məhdudiyyətlərdən  və  imkanlardan  baş  çıxarmalıdır.  Adətən,  xarici  bazara 

çıxmaq strategiyası özündə aşağıdakı üç strategiyanı birləşdirir:  

1.

 



ixrac strategiyası - xarici bazarda fəaliyyətə başlamağı təmin edir. İxracatın qeyri-

müntəzəm  və  fəal  növlərini  fərqləndirirlər.  Qeyri-müntəzəm  ixraca  cəlb 

olunmanın passiv formasıdır və bu zaman sahə hərdən bir öz artıq mallarını ixrac 

edir  və  onları  xarici  müəssisələri  təmsil  edən  yerli  müəssisələrə  satır.  Fəal 

ixracatda  isə  sahə  öz  qarşısına  konkret  bazarda  ixrac  əməliyyatlarını 

genişləndirmək  məqsədini  qoyduğu  hallarda  baş  verir.  Hər  iki  halda  sahə  bütün 

mallarını  öz  ölkəsində  istehsal  edir.  Sahə  onları  xarici  bazara  həm  modifikasiya 

olunmuş,  həm  də  modifikasiya  olunmamış  formada  təqdim  edə  bilər.  Sahə  öz 

əmtəəsini  iki  yolla  ixrac  edə  bilər.  Sahə  ya  müstəqil  beynəlxalq  marketinq 

vasitəcilərinin xidmətlərindən istifadə edə bilər ki, buna bilavasitə ixrac deyilir  və 

yaxud  da  ixrac  əməliyyatlarını  müstəqil  surətdə  özü  yerinə  yetirə  bilər  ki,  buna 

birbaşa ixrac deyilir;  

2.

 

Müştərək  sahibkarlıq  fəaliyyəti  yaratmaq  strategiyası  -  ixracat  strategiyasından 



bununla  fərqlənir ki, bu  zaman  yaranan  əməkdaşlıq nəticəsində  xaricdə  bu  və  ya 

digər istehsal gücləri işə salınır;  

3.

 

birbaşa  investisiyalar  strategeyası  -  xarici  bazarda  fəaliyyətə  qoşulmağın  ən 



qənaətli  formasıdır.  Çünki:  birincisi,  sahə  nisbətən  ucuz  işçi  qüvvəsi  və  ya 

xammal  hesabına,  xarici  hökumətlərin  xarici  sərmayəçilərə  etdiyi  güzəştlər 

hesabına,  nəqliyyat  xərclərinin  ixtisarı  hesabına  kapitala  qənaət  etmək  mümkün 

olur;  ikincisi,  iş  yerləri  yaratmaqla  şirkət  tərəf  müqabili olan ölkədə özünə daha 

xeyirxah ad qazanması təmin olunur; üçüncüsü, şirkət qəbul edilən ölkənin dövlət 

idarələri ilə, müştərilərlə, malgöndərənlərlə və sair ilə daha dərin əlaqələr yaradır 

ki, bu da ona öz mallarını yerli marketinq mühitinə daha yaxşı uyğunlaşdırmağa 

imkan  verir;  dördüncüsü,  şirkət  öz  investisiyalarına  tam  nəzarət  olunmasını 



 

16 


qoruyub  saxlayır  və  deməli,  istehsal  sahəsində  onun  beynəlxalq  miqyasdakı 

uzunmüddətli vəzifələrinə cavab verən mövqeyi təmin olunur. [2.s 91] 

XX  əsrin  sonu  və  XXI  əsrin  əvvələrində  baş  vermiş  hadisələr  onu  göstərdi  ki, 

enerji  resursları  bizim  ölkəmiz  üçün    milli iqtisadiyyatın  inkişaf  etdirilməsinin  əsas 

vasitəsi  olmaqla  yanaşı,  həm  də    beynəlxalq  iqtisadi  və  siyasi  əlaqələrinin  inkişafı 

üçün  güclü    vasitə  olmuşdur.  Dünya  iqtisadiyyatı  və  diplomatikası  üçün  hazırda  

beynəlxalq  enerji  təhlükəsizliyi  məsələsi  xüsusi  önəm  daşıyır  və  ölkələrin  iqtisadi 

siyasət  fəaliyyətlərində    enerji  resurslar  ilə  təmin  olunma  mücadiləsi  də  müşahidə 

olunmaqdadır. Hamımıza məlumdur ki,  1991-ci ilin 18 oktyabrında müstəqillik əldə 

etmiş  respublikamız  çox  acınacaqlı  bir  vəziyyətdə  idi  belə  ki,  Azərbaycan  ərazi 

bütövliyinə təcavüz, müharibə vəziyyəti,  SSRİ-nin dağılması nəticəsində paran-parça 

olmuş  iqtisadi  strukturlar,    siyasi  sabitliyin  olmaması  və.  s  kimi  faktlar  daxilində 

ölkənin dirçəlməsi və ayaqda dura bilməsi üçün bir vasitə, şərait, amil, qüvvə lazım 

idi ki, bu da xalqın tələbi ilə hakimiyyətə gəlmiş Heydər Əliyev dahisi və  onun həm 

iqtisadi, həm  də  siyası  sferada  həyata  keçirdiyi  böyük  uğurlarınadan  biri  olan  ―Neft 

Strategiyası‖ olmuşdur. Uzaqgörən Liderimiz böyük həcmdə neft və qaz potensialına 

malik olmağımızdan istifadə edərək bu resursların hesabına elə bir diplomatiya işlətdi 

ki,  dünyanın  bütün  qapılarını  Azərbaycanın  üzünə  açıldı.  Qısa  bir  müddətdə 

Azərbaycan  Cənubi  Qafqazın  lider  dövlətinə  çevrildi  və  eləcə  də  dünya  miqyasında 

tanındı.    Respublikamızda  iqtisadi  inkişafa  nail  olundu,  xarici  iqtisadi  və  siyasi 

fəaliyyətinin  genişlənməsinə  səbəb  oldu.  Ölkəmiz  stabil  və  dayanıqlı,  multikultural, 

yüksək  mədəni  dəyərlərə  malik  olan  bir  dövlət  olaraq  tanındı  ki,  bu  da 

Respublikamıza  kapital  axının  artmasına,  investisiya  qoyuluşlarına  şərait  yaratdı. 

Heydər  Əliyevin  neft  strategiyası    indi  də  onun  siyasi  fəaliyyətinin  davamçısı  olan 

prezident  İlham  Əliyev  tərəfindən  davam  etdirilməkdədir.    Neftdən  gələn  gəlirlər 

ölkəmizin çiçəklənməsinə, xalqımızın rifahına xidmət  edir. 

Neftin Azərbaycan iqtisadiyyatına təsirinin ən əhəmiyyətli məqamı kimi 1994-cü 

il sentiyabrın 20-si  xarici şirkətlərlə ―Xəzər dənizinin Azərbaycan sektorunda Azəri-

Çıraq-Günəşli  yataqlarının  birgə  işlənməsi  və  Hasilatın  Pay  Bölgüsü  haqqında‖ 

sazişin  imzalanması  olmuşdur.  Layihə  həm  də  Azərbaycanın  geoiqtisadi  və 

geopolitik  baxımından  möhkəmlənməsinə,  dünyanın  aparıcı  dövlətləri  ilə  strateji 

tərəfdaşlıq,  iqtisadi  əməkdaşlıq  yarada  bilməsinə  imkan  verən  unikal  bir  addım  idi.   

Bu Azərbaycanın müstəqillik illərində imzalamış olduğu ilk beynəlxalq iqtisadi sənəd 

idi.  Azərbaycanın müstəqilliyinin ilk illərində bazar iqtisadiyyatına keçid şəraitində 

olan  ölkəmiz  üçün  ―Əsrin  Müqaviləsi‖nin  imzalanması  ölkəmizə  on  milyardlarla 

dollar valyuta daxil olmasına səbəb oldu ki, ilkin addımda bu proses  neft sənayesinin 

(neft  kimya,  neft  maşınqayırması,  neft  emalı,    neft  hasilatı,  elmi-texniki  bazanın 

yenilləşməsi)    inkişafına  təkan  vermişdir,  bu  da  iqtisadi  artıma,  məşğulluğun 



 

17 


səviyyəsinin  artmasına,  yeni  kadr  potensialının  mökhəmlənməsinə  səbəb  olmuşdur. 

Ümumiyyətlə,  Azərbaycanın  neft  strategiyası  respublikamızın  valyuta  ehtiyatlarının 

sürətlə  artmasına  səbəb  oldu,  ölkəmizin  bazar  iqtisadiyyatına  tezliklə 

uyğunlaşmasına,  dünyaya  inteqrasiya  prosesini  sürətlənməsinə  səbəb  oldu,  dövlət 

əhəmiyyətli  müxtəlif  istiqamətli  islahatların  həyata  keçirilməsinə,  əsas  iqtisadi  və 

sosial tətbirlərin həyata keçirilməsinə,  modernləşdirilməsinə  təkan verdi. 

  

Uğurla  həyata  keçirilən  neft  strategiyası  Azərbaycanın  beynəlxalq  iqtisadi 



sistemə  inteqrasiyasına,  neft  və  qaz  gəlirlərinin  səmərəli  istifadəsi  nəticəsində 

makroiqtisadi sabitliyin qorunub saxlanmasına səbəb olmuş və bu sahədə tədbirlərin 

davamlı olaraq həyata  keçirilməsinə əlverişli şərait yaratmışdır. Hazırda ölkəmizdə 

davamlı  olaraq,  neftdən  gələn  gəlirlər  iqtisadiyyatın  ayrı-ayrı  sahələrinə  investisiya 

şəklində  yatırılır,  neft  ixracından  asılığı  azaltmaq  üçün  ixracyönümlü  sahələrin 

inkişafına  çalışılır.

 

Milli  neft  strategiyası  ölkənin  ictimai-siyasi  və  iqtisadi  həyatına 



yeni  bir  dinamizm  gətirərək  xalqımızın  rifahının  yüksəlişini  təmin  edən 

stimullaşdırıcı  komponentə  çevrilmişdir.

 

Azərbaycanın  neft  strategiyasının  məqsəd 



isə  ölkəmizin  enerji  təhlükəsizliyini  təmin  etmək  və  həmçinin  neft  gəlirlərindən 

istifadə edərək, ölkə iqtisadiyyatının digər sahələrində inkişafa nail olmaqdır.  

 


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin